Bəstəkarlar İttifaqının yaradıcılıq uğurları

 

Azərbaycan milli musiqisinin tarixi mənbəyi minilliklərin dərin qatlarına gedib çıxsa da, XX əsrin əvvəlində dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli Avropa anlamlı musiqi yaradıcılığının əsasını qoymaqla musiqi mədəniyyəti tariximizdə keyfiyyətcə yeni bir səhifə açdı. Üzeyir Hacıbəylinin 1908–ci ildə səhnəyə qoyulmuşLeyli və Məcnun” operası ilə əsası qoyulan Azərbaycan bəstəkarlıq məktəbi ötən əsrdə öz intibah dövrünü yaşadı və Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev, Arif Məlikov, Vasif Adıgözəlov, Firəngiz Əlizadə kimi dünya miqyaslı dahi sənətkarlar yetişdirdi. Azərbaycan musiqisinin çox qısa zaman kəsiyində təşəkkülü bir sıra yeniliklər və əlamətdar hadisələrlə tarixin yaddaşında qaldı. Bu əlamətdar hadisələrdən biri də Azərbaycan Bəstəkarlar İttifaqının yaranması idi.

1934– il iyun ayının 30–da 17 nəfərin iştirakı ilə yaradılan Azərbaycan Bəstəkarlar İttifaqı ötən müddət ərzində bəstəkar və musiqişünasları bir araya gətirən təşkilat olaraq, geniş və səmərəli fəaliyyətini önəmli tədbirlərin keçirilməsi ilə təsdiqləyib.

Ötən ilin 14–18 dekabr tarixlərində keçirilən Bəstəkarlar İttifaqının IX qurultayı da Azərbaycanın musiqi həyatında daha bir əlamətdar hadisə kimi qeydə alındı. Qurultay çərçivəsində müxtəlif konsert proqramları, tamaşalar, konfranslar və müzakirələr təşkil olundubir çox yeni nəşrlər təqdim edildi. Bu məqalədə həmin nəşrlərdən biri— “Azərbaycan Bəstəkarlar İttifaqı 2007–2012–ci illər” kitabından bəhs etmək istəyirəm.

Adından göründüyü kimi, kitabda Azərbaycan Respublikasının xalq artisti, “UNESCO” tərəfindən “Dünya artisti” adına layiq görülimüş, professor Firəngiz Əlizadə sədri seçildiyi ilk gündən Azərbaycan Bəstəkarlar İttifaqının keçdiyi yol, məhsuldar fəaliyyətindən bəhs edilir. Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənovanın tərtib etdiyi kitabda ittifaqın fəaliyyəti əyani və rəngarəng şəkildə verilmişdir.

Yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynamış Azərbaycan Bəstəkarlar İttifaqına böyük sənətkarlar, şəxsiyyətlər rəhbərlik etmişdir. Üzeyir Hacıbəylidən sonra İttifaqa yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan Səid Rüstəmov, Qara Qarayev, Aqşin Əlizadə, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi şəxsiyyətlər rəhbərlik etmişlər. Bu gün həmin ənənəni Azərbaycan Bəstəkarlar İttifaqının 2007–ci ilin iyun ayında keçirilən VIII qurultayında sədr seçilmiş Firəngiz Əlizadə layiqincə davam etdirir. Ötən müddət ərzində bəstəkarları və musiqişünasları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqı özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaratmışdır ki, bu barədə söz açdığımız kitabda ətraflı bəhs olunur.

“Azərbaycan Bəstəkarlar İttifaqı 2007–2012–ci illər” kitabının ilk səhifələrində oxuculara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması və həmçinin ittifaqın 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamları təqdim edilir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin musiqi mədəniyyətinin inkişafına dövlət səviyyəsində qayğısı musiqi ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Kitabın “Bəstəkar və musiqişünasların doğma ocağı”bölməsində ABİ–yə dövlət səviyyəsində yaradılan maddi və mənəvi dəstəkdən söhbət açılır. Kitabda ABİ binasının iyirmi ildən sonra özünə qaytarılması, Prezidentin sərəncamı əsasında binanın əsaslı təmiri, açılış mərasimində ölkə başçısı İlham Əliyevin UNESCO və İSESCO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva ilə birlikdə iştirak etməsi, tövsiyələrini verməsi yüksək qiymətləndirilir.

Daha sonra ittifaqın həyata keçirdiyi böyük əhəmiyyətli işlər, keçirilən tədbirlər öz mahiyyətinə görə təsnifatlandırılmışdır ki, bu rubrikalar ardıcıllıqla oxuculara təqdim edilir.

“Xatirəsi anılan sənətkarlarımız” bölümündə Azərbaycan Bəstəkarlar İttifaqında mütəmadi şəkildə bəstəkarların yubileylərinin qeyd olunması, onların xatirələrinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsi barədə məlumat verilir. Həmçinin dünyasını dəyişmiş ustad sənətkarlarımızın xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlərlə—konsertlərlə, konfranslarla, anım mərasimlərilə qeyd olunur.

Son illərdə Azərbaycanın görkəmli bəstəkarlarının yubileylərinin təntənəli surətdə, beynəlxalq səviyyəli musiqi festivalları ilə qeyd olunması əlamətdar hala çevrilmişdir. Bu baxımdan Azərbaycanın xalq artisti, professor Tofiq Bakıxanovun 75, SSRİ xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 75 və Azərbaycanın xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş musiqi festivallarını qeyd etmək yerinə düşər.

Kitabda, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının daima beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində apardığı işlərə də toxunulmuşdur. Qeyd etmək yerinə düşər ki, xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamıza gəlişi və konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq əlaqələrin yaranmasında, inkişafında ittifaqda keçirilən görüşlər də əlamətdar olmuşdur.

Bəstəkarlar ittifaqının bölgə təşkilatları və bölmələrinin fəaliyyəti də bu kitabda diqqətdən kənarda qalmamışdır. Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan, Qarabağ, Gəncə, Lənkəran, Şəki şəhərlərində fəaliyyət göstərən musiqi xadimlərini – bəstəkar və musiqişünasları öz ətrafında cəmləşdirən bölgə təşkilatları da səmərəli fəaliyyət göstərir. Burada mütəmadi olaraq ABİ–nin səyyar plenumları və müxtəlif tədbirlər keçirilir.

Bəstəkarlar İttifaqının qurultayları, plenumları, müxtəlif musiqi tədbirləri —müsabiqələr, festivallars. həmişə Azərbaycanın musiqi həyatında böyük rezonansa səbəb olmuşdur. Bəstəkarların yaradıcılığında, ümumilikdə Azərbaycan musiqisində mərhələ təşkil edən əsərlərin yaranması və səsləndirilməsi də çox hallarda qurultaylar, plenumlarfestivallara təsadüf edir. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunan plenumlar, adətən, musiqinin müxtəlif janrlarına həsr olunur: simfonik musiqi, kamerainstrumentalvokal musiqi sahəsində, xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuş plenumlar həm bəstəkarların yeni yazılmış əsərlərinin geniş ictimaiyyətə təqdimatı baxımından, həm də bəstəkarın özünün, bir növ, yaradıcılıq hesabatı kimi böyük əhəmiyyətə malikdir.

“Azərbaycan Bəstəkarlar İttifaqı 2007–2012–ci illər” kitabında gənc nəslin yaradıcılığı da diqqətdən kənarda qalmamışdır. Azərbaycan Bəstəkarlar İttifaqının prioritet fəaliyyət istiqamətlərindən biri də gənclərin yaradıcılığı ilə bağlıdır. İttifaqın sıraları daim genişlənir, gənc bəstəkar və musiqişünaslar təşkilata üzv qəbul olunurlar. İttifaqın İdarə heyəti istedadlı gənc bəstəkar və musiqişünaslarla yaradıcılıq işi aparır, onları istiqamətləndirir. Bəstəkarlar İttifaqı mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, konsertlər, konfranslarsimpoziumlar keçirir. Onların əsərləri xarici ölkələrdə də yayılır. Gənc bəstəkarlar Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi simfonik, kamera, xor, vokalsimfonik, uşaq musiqisi, xalq çalğı alətləri orkestri üçün yazılmış yeni əsərlərə həsr olunan bütün plenumlarda, festivallarda, müsabiqələrdə iştirak edir, onların ən yaxşı əsərləri televiziyaradio dalğalarında səsləndirilir.

Görkəmli bəstəkarlarımızın və musiqişünaslarımızın yaradıcılığına həsr olunmuş konfranslarla yanaşı, eləcə də musiqi elminin aktual problemləri ilə bağlı elmipraktik konfranslar Azərbaycan Bəstəkarlar İttifaqının mütəmadi keçirdiyi tədbirlərdəndir. Kitabda bu məsələlərə də geniş yer ayrılmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabların təqdimatının keçirilməsi ənənəvi hal almışdır. Bu silsilədən musiqişünas–alimlər Ramiz Zöhrabovun, Zemfira Səfərovanın, Zemfira Qafarovanın, Mina Hacıyevanın, Lətifəxanım Əliyevanın, Lalə Hüseynovanın və başqalarının kitablarının təqdimat mərasimləri maraqlı tədbirlərdəndir və həmişə olduğu kimi, bu tədbirlərdövri mətbuat səhifələrində işıqlandırılmışdır.

Son illərdə Azərbaycan Bəstəkarlar İttifaqında yaranmış ənənəvi tədbirlərdən biri də “Müasirlərlə dialoq” silsilə görüşlərin keçirilməsidir. Ziyalılarımızın xalqa tanıdılması, onların tövsiyələrindən bəhrələnmək, cəmiyyət və şəxsiyyət anlayışı hər zaman olduğu kimi bu gün də aktualdır. Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” adlı yeni layihəsinin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar olmuşdur.

Uşaqlara və gənc istedadlara diqqət və qaygı ilə yanaşmaq, onların qabiliyyətlərini düzgün istiqamətə yönəltmək, onları yetişdirib ərsəyə çatdırmaq xeyli zəhmət tələb etsə də, böyük savab hesab edilir. Bu nəcib əməl yüksək peşəkarlıq, fədakarlıq, səbr və uşaqlara böyük məhəbbətlə yanaşma tələb edir. 2008–ci ilin 11 yanvar tarixində Bəstəkarlar İttifaqı tərəfindən keçirilən uşaq musiqisinə və bununla bağlı olan problemlərə həsr olunmuş elmi konfrans bir daha göstərdi ki, gənc nəslin musiqi tərbiyəsi, uşaqların dünyagörüsünün formalaşması və yaxın gələcəkdə Azərbaycanı dünya səviyyəsində təmsil edə biləcək gənclər bəstəkarlarımızın diqqət mərkəzindədir.

Azərbaycan musiqi mədəniyyətinin yüksəlişi və dünyaya tanıdılması yolundakı nailiyyətlər və həyata keçirilən uğurlu layihələrin nəticəsidir ki, Bəstəkarlar İttifaqının IX qurultayında Firəngiz Əlizadə yekdilliklə təşkilata yenidən sədr seçildi. Sədr vəzifəsinə beynəlxalq aləmdə geniş şöhrət tapmış respublikanın xalq artisti, professor Firəngiz Əlizadənin yenidən seçilməsi ölkə ictimaiyyəti tərəfindən alqışlarla qarşılandı. Son beş il ərzində ittifaqın fəaliyyətində yaranmış əhəmiyyətli dəyişikliklər və böyük canlanma bu seçimi labüd edirdi. İnanırıq ki, növbəti illər də Azərbaycan Bəstəkarlar İttifaqının tarixinə yeni, maraqlı və rəngarəng layihələr silsiləsi ilə daxil olacaq.

Azərbaycan Bəstəkarlar İttifaqı öz üzərinə düşən məsuliyyətli vəzifəni bu gündavam etdirirprofessional musiqiçilərimizin formalaşmasında, musiqi xəzinəmizin yeniyeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində müstəsna işlər görür.

Məhz bu məhsuldar fəaliyyətin nəticəsidir ki, artıq üçüncü dəfə keçirilməsi planlaşdırılan Beynəlxalq Muğam Festivalının bədii rəhbəri kimi məsuliyyətli bir vəzifə Firəngiz xanıma həvalə olunmuşdur. Bu ilin aprel ayında Ukraynada Müasir Azərbaycan Musiqisi Festivalı təşkil ediləcəkdir. Həmçinin bu gün Azərbaycan Bəstəkarlar İttifaqında ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqlar gedir.

Artıq IX qurultay arxada qalmışdır. İnanırıq ki, Azərbaycan Bəstəkarlar İttifaqı yenidən sədr seçilmiş xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi altında milli musiqimizin inkişafında dünyada tanıdılmasında hələ neçə–neçə yeni uğurlu layihələrə imza atacaqdır.

 

 

İltifat HACIXANOĞLU,

Azərbaycan Bəstəkarlar

İttifaqının

Mətbuat xidmətinin rəhbəri.

 

Respublika.- 2013.- 8 fevral.- S. 6.