Buqələmun

 

Otuz–qırx il bundan qabaq kimdənsə eşitmişdim ki, guya ermənilər deyirlər ki, kaş azərbaycanlıların ağılı bizdə olaydı!.. Elə o vaxt cavab verdim ki, and içərəm bunu ermənilər deməyib, bizimkilər düzəldib… Sözümü ona gətirirəm ki, Əkrəm Əylisli əlli ildən artıqdır əsərlərində xalqımız haqqında nalayiq sözlər deyir, heç kim görmür. “Görmür” sözünü mən burda şərti deyirəm. Çünki biz azərbaycanlılar həmin əsərləri oxusaydıq, mütləq onlarda erməni buynuzunu görə bilərdik. Nədir bu buynuz?!

Əkrəm əsərinin birində deyir ki, (oxuculardan çox üzr istəyirəm, onları gənclik illərində oxumuşam. Adları yadımda qalmayıb) hayıf o qonşulardan! —yəni ermənilərdən —onları yola vermədilər, qaçırtdılar. Özü də bunu bir neçə dəfə təkrar edir. Mən bu sözləri deyirəm. Və elə o vaxt özümə sual vermişdim: —Yəni bu sözləri yazan Azərbaycanın yazıçısıdır?! Bilinir ki, ermənilər xalqımızın başına nə müsibətlər gətiriblər?!

Sonra başqa əsərlərində başqa şeylər oxudum. Onda da belə deyirdi: —Bu o Karapetdir ki, (ad təxminidir) bu kəndin hər bir azərbaycanlı qızı gecə onu yuxuda görürdü və ya heç olmasa onunla bir dəfə yatmağı arzulayırdı. Başqa əsərində yazır: —Bu o kənddir ki, ildə beş qız azərbaycanlı gəlin köçür, beşi də ata evinə üzüqara qayıdır… Yaxud bu, o Karapetdir ki, azərbaycanlı qızlar onun üçün sino gedirlər.

Görəsən bu hansı kənddir?! Yəqin ki, Ə.Əylislidən soruşan olsa heç o da bu kəndin adını deyə bilməyəcək. Çünki belə kənd olmayıb və olmayacaq da. Əkrəm Əylislinin təbirincə desək o “bədii əsər yaradır”. Əgər bunlar bədii əsərlərdisə niyə azərbaycanlı qızları, gəlinləri təhqir edir, erməni qızlarını adlarıyla çağırır?! Çünki onun içindəki erməniliyi qoymur. Erməni təəssübkeşliyi qoymur. Erməni təəssübkeşliyi axı onun qanındadır… Əkrəmdə azərbaycanlılara erməni nifrəti var. Ona görə də azərbaycanlılara yaxşı heç nə deyə bilmir və ya deməyə dili gəlmir yaxşı söz desin. Ona görə də “yaratdığı” azərbaycanlı obrazları da eybəcər və rəzildir… Dediklərimə inanmayanlar onun kitablarını heç olmasa indi açıb oxusunlar, özü də iş–işdən keçəndən sonra…

Bəli, Əkrəm Əylisli indiyəcən azərbaycanlıları dişinə vururdu. Görsün ki, bu qarayaxmalara görə ona güldən ağır söz deyən olacaq, ya yox?! Təəssüf ki, heç kəs fərqinə varmadı. Nəinki gözün üstə qaşın var deyən olmadı, əksinə xalq yazıçısı adına layiq görüldü, Prezident təqaüdü, orden medal aldı. Biz də deyirik ki, ermənilər deyir ki, azərbaycanlıların axırıncı ağlı bizdə olaydı… Bəs hanı?! Yəni bu ağıl varmı?! Bir neçə il bundan əvvəl yüksək səviyyədə yığıncaq keçirilirdi. Yuxarı bilmək istəyirdi ki, “xalq” müharibə yoluyla Qarabağı qaytarmaq istəyir, ya sülh yolu ilə. Orda hər iki yolu deyənlər oldu. Müharibə yolu ilə deyənlər Əkrəmi bərk qəzəbləndirdi. O, hirsli–hirsli kürsüyə qalxdı. Müharibə deyənlərə çımxırdı: —siz nə danışırsız?! Elə bilirsiz ki, Koroğlu olub? Babək olub?! Onları şairlər yaradıb…Bu o demək idi ki, Azərbaycan xalqının milli qəhrəmanları olmayıb. Çox təəssüf ki, onda da onu nəinki itələyib kürsüdən yerə salan olmadı, heç ona cavab verən olmadı. Axı o, milli heysiyətimizə toxunurdu. Hələ bunlar hamısı deyil. Yadımızda deyil ki, o, bədnam “Durujba narodov” jurnalında ağır günlərdə öz müsahibəsində” deyirdi ki, Qrant Motoveyanla söhbət eləmək mənim üçün hər hansı azərbaycanlı ilə söhbət eləməkdən üstündür. Burda söhbət adi azərbaycanlıdan getmir, ən yüksək, ali azərbaycanlıdan gedir. Daha eyni məzmunda iki yazısı da bizə qalmış idi, (Moskva mətbuatında) həmin günlərdə bizə hər tərəfdən hücum var idi. Bir tərəfdən Əkrəm Əylisli onların qollarına namərdəcəsinə qüvvət verirdi. Ən acınacaqlısı da bu idi. Bəli, Əkrəm Əylisli həmişə xalqımız üçün taleyüklü məsələlər həll olunanda o, bizə arxadan zərbə vurub. Görünür o, xalqımızın və dövlətimizin səbrini yoxlayırmış ki, “Daş yuxular” ını üzə çıxartsın.

Və çıxartdı da! Yenə də bir–iki şifahi qınaqdan başqa heç nə olmadı. Əkrəm təhlükə görmədi. Deməli, bundan da həqarətli iş görə bilərdi… Axı onda erməni kəmfürsətliyi, erməni həyasızlığı var. Erməninin çörəyi dizinin üstündə olduğu kimi onun da çörəyi dizi üstündədir. Axı o da ermənidir. Bu, mənim həqiqi sözümdür. Darıxmayın, bunu acaçağam. Heç kəs bilmir ki, Əkrəm Əylislinin anası ermənidir. Adı da Liyadır. Deyə biləsiniz ki, axı Liya gürcü adıdır. Nə olsun sui?! Ermənilər hansı xalqın adlarını mənimsəməyib?! Bu da onlardan biri. Sözüm təkcə bunda deyil. Sözüm ondadır ki, 1976–cı ildə Azərbaycanda “Ukrayna ədəbiyyatı günləri” keçirilirdi. O vaxt bir qayda olaraq hər il SSRİ respublikasının birinin əbədiyyat günləri keçirilirdi. Növbə Ukrayna SSR–ə çatmışdı. Həmin günlər başa çatanda böyük qonaqlıq olurdu. Bu dəfə qonaqlıq Ukrayna ədiblərinin şərəfinə “Azərbaycan” mehmanxanasının (ona inturist də deyirdilər) restoranın banket zalında təşkil edilmişdi. Həmişəki kimi, banketi sifariş verən və ona nəzarət edən yenə mən idim. Bir qayda olaraq belə vaxtlarda mən qapıya yaxın otururdum. Çünki ordan məclis daha yaxşı görünür. Bir də ki, belə məclisin yuxarısı–aşağısı olmur.

Orda xalq yazıçısı, rəhmətlik Bayram Bayramov, Yazıçılar İttifaqının katibi rəhmətlik İshaq İbrahimov, Əkrəm Əylisli və mən oturmuşdum. Yeyib içəndən bir xeyli sonra sağlıqlar başladı, sağlıqlardan hər respublikanın şərəfinə xoş sözlər deyilirdi, sonda həmin respublikanın yazıçılarının başçısına söz verilirdi. Erməni xalqı haqqında söz deyiləndən sonra İmran Qasımov (AYİ–nın birinci katibi) Ermənistan Yİ–nın sədrinə söz verdi. Nə –yanın çıxışının sonunda Ə.Əylisli ona sarı götürüldü. Mənim başım öz işimə (süfrələri nəzərdən keçirmək) qarışmışdı.

Birdən Bayram müəllimin səsi qulağıma dəydi. O–ay köpək oğlu!—deyəndə soruşdum: —Bayram müəllim, nə olub? O cavab verdi: Əkrəm çıxış edib dedi ki, Andronik bizim kəndə gələndə Əylis camaatı onu duz–çörəklə qarşılayıb. Mən Əkrəmə tərəf baxıb gördüm ki, Əkrəm Ermənistan yazıçılarının başçısının (o, şair idi) boynuna sarılıb onu marçamarçla öpür, haçandan–haçana o, bizə sarı gəldi. Mən tərs–tərs onun üzünə baxdım. O, baxışımdan elə bil mənim sualımı oxudu. Dedi: — hə, hə, mənim nənəmin bilirsən nə qədər erməni dostları var idi?. Mən də təmkinlə soruşdum: – Nənənin erməni kişiləriylə dostluğunu deyirsən?! O, əsəbləşdi (onu da deyim ki, hər ikimiz içkiliydik) Bayram müəllimlə İshaq müəllim araya girib bizi sakitləşdirdilər. Ancaq İshaq müəllim mənə pıçıldadı ki, sən çox pis dedin. Mən ona izah etmək istədim ki, o özü məni buna məcbur etdi. İshaq müəllim şəhadət barmağını dodağının üstünə gətirib—sss–dedi. Mən kirimək məcburiyyətində qaldım. Çünki mən onunla işləyirdim… O vaxt mən yandığımdan Əkrəmə o təhqiramiz sözü dedim. Çünki mən Respublika Sanepidem stansiyasında tibbi sahədə işəlyəndə on dəfə on gün–on gün naxçıvanda ezamiyyətdə olmuşam. Qatarla Araz sahiliylə hər keçəndə Naxçıvanlılar vaqonun pəncərəsindən dağların yamaclarında olan çoxlu Naxçıvan qəbirlərinin daşlarını göstərib deyirdi ki, bu baş daşları Andronikin qırdığı adamlarımızın qəbirlərinin başdaşlarıdır. Adamın tükü ürpəşirdi. Əylis camaatı necə Androniki duz–çörəklə qarşılaya bilərdi?! Məgər onlar Azərbaycanlı deyildi əgər erməniydilərsə, deməli, düz demişəm. Əkrəmin nənəsi erməni kişiləriylə dostluq edirmiş… Əkrəm Əylislinin anası erməni olmağına ermənidir. Anaları ayrı millətdən olan nə çox. Amma onların heç biri millətimiz haqda Əkrəm qənaətində olmur. “Daş yuxular” romanı isə bu cəhətdən daha kəskindir. Əkrəmin kimliyi daha çılpaqlığıyla görünür.

Damarlarında zərrə qədər türk qanı olan adam millətimiz haqqında Əkrəm qənaətinə gələ bilməz. O, necə Azərbaycanın xalq yazıçısı adını daşıya bilir?! Azərbaycanın “Şöhrət” ordeninə sahib ola bilir?! Yəqin ki, onun qanını analiz eləsələr onda türk qanından əsər–əlamət olmaz. Bu, onun hikkəsindən, qarayaxalığından da görünür. O, Azərbaycanda təsadüfən erməni havadarı deyil. Və nahaq yerə onlar üçün işləmir. Qan qanı çəkir. Onu da deyim ki, Ermənistanda beləsi olsaydı, ermənilər onu çoxdan tikə–tikə doğrardılar. Ancaq bizdə onun atı baş aparır. Nə xalq, nə dövlət tərəfindən tənbeh olur. Kim ona haqq verir ki, böyük bir xalqın həm keçmişini, həm bu gününü hədələsin?

Erməni vəhşiliyini, qaniçənliyini bizim millətimizin adına yazsın?! Ermənilər kimi bizi gəlmə adlandırsın?! Daha nələr, nələr… Çox qəribədi ki, o gün “Günəbaxan” verilişində millət vəkili Fazil Mustafa eyham vurdu ki, birdən onun başına bir iş gətirən olar, dünyada biabır olarıq. Yox Fazil bəy arxayın ol ki, bu, baş verməyəcək. O özü buna arxayın olduğu üçün bu həngamələri çıxardır. Elçin Şıxlı tövsiyə elədi ki (başqa verlişdə) humanist olmalıyıq… Səfər Alışarlı da onlardan qabaq başqa bir verilişdə dolaşıq bir fikirlə Əkrəmə haqq qazandırmağa cəhd etdi. Belələri tək–tək olsa da çox təəssüf ki, yenə də ola bilər. Yalnız bunu deyə bilərəm ki, Əkrəmin bu hərəkətinə güzəşt eləyənlər elə onun tayıdırlar…

Ən acınacaqlısı da budur ki, bu xalqımızın düşməni ilk əsərinin – “Tənhanarın nağılı” və “Mənim nəğməkar bibim” əsərlərinə əsaslanıb onu istedadlı yazıçı adlandırırdılar. Bəlkə də heç sonrakı əsərlərini oxumayıblar. Oxusaydılar erməni buynuzlarını, Əkrəmin öz buynuzlarını görərdilər. Onlar bədii əsərdən çox Əylislinin sarsaqlamalarına oxşayır. Bir də açıq deyim ki, görünür anası Liya onu – Əkrəmi atası Nəcəfdən deyil hansısa ermənidən qazanıb. Yoxsa onun erməni xəstəliyi bu qədər şiddətlənməzdi.

 

 

Hafiz Əli.

 

Respublika.- 2013.-15 fevral.- S. 5-6.