Şeytan yuxuları

 

Əkrəm Əylisinin “Daş yuxular” romanına — rekviyeminə ictimaiyyətin belə sərt təpki göstərməsinin səbəbi nədir? Niyə ictimai fikirdaş yuxular”ı qəbul etmir?! Bu suala cavab tapmaq üçün əsəri tapıb oxumağa qərar verdim.

Daş yuxular”ın ilk sətirləri ürəyimdən daş kimi asıldı. Necə yəni yerazlar, Ermənistandan gəlmiş qaçqınlar? Görəsən bu insanları öz doğma yurdlarını, ev–eşiklərini, bağ–bağatlarını atıb Bakıya — Azərbaycana gəlməyə vadar edən nə imiş? Bu suala cavab tapmağa, onun kökünü araşdırmağa bir millət oğlu kimi, böyük yazıçı adına iddialı olan Əkrəm Əylisli cəhd etdimi? Sonrakı səhifələri oxuduqca Əkrəm Əylislinin Azərbaycan xalqına atdığı iftira və böhtanların daha da şiddətləndiyini, içərisində olan erməni sevgisinin böyük olduğunu gördüm.

Dediklərimizi sübut etmək üçün “əsərə” müraciət edək.

Onlar buralı deyil, gəlmədirlər” — azərbaycanlı Bakıda gəlmədir, görünür köhnə hava Əkrəmin başından çıxmayıb.

Lakin bu şəhərin adamları sözləşibmiş kimi insanpərvərlik adlanan bir məfhumdan kənar durmağa çalışırdılar” — həmişə, millətindən asılı olmayaraq insanlara öz isti münasibəti ilə seçilən Bakı sakinləri haqqında deyilib bu.

“Deyirlər bir vaxtlar orada (Əylisdə —T.İ) çoxlu erməni yaşayırmış. Onların 7 və ya 8 kilsəsi indiyədək durur. Görünür həmin ermənilər çox ağıllı və yaxşı adamlar imiş” – Həmin “ağıllı” və “yaxşı” ermənilərin soydaşları Qarabağda və İrəvandakı məscidləri dağıtmışlar.

“Onlar—yəni həmin ermənilər – belə çıxır ki, bizim müsəlmanlarla çox mehriban yaşayırmışlar. Həkim Abasəliyev həmin erməniləri çox tərifləyir. Deyir ki, belə mədəni, namuslu, əməksevər adamlar buradan başqa dünyanın heç bir yerində yoxdur” — Qeyd edim ki, “əsər” boyu Əkrəm Əylisli ermənilər haqqında millət, bizim haqqımızda isə əsasən “müsəlmanlar” ifadəsini işlədir (Əylis erməniləri və müsəlmanları). Yəni azərbaycanlıları bir “millət” kimi qəbul etmir. Mədəni və namuslu ermənilər zamanzaman Azərbaycan xalqının başağrısına çevrilərək nəhayət 20–ci əsrin ən qatı cinayətlərindən birini—Xocalı faciəsini törətmişlər. Buna sözün nədir, Əylisdən olan Əkrəm?

Kim sizin Peyğəmbərə Allahın səhvini düzəltməyi buyurmuşdu? ” — Əylisli Əkrəm, axır zaman Peyğəmbəri şübhə altına almaqla insanların inam və inancını sarsıtmağa çalışır.

“Şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığı həkimi daha çox heyrətə salmışdı, çünki o, şəxsən ermənilər tərəfindən buna oxşar qəddarlıq görməmişdi” – Bəli, qışın oğlan çağında qarlı aşırımdan ayaqyalın, başıaçıq, erməni zorakılığından qaçıb canını qurtarmağa çalışan insanları, soyuqdan donmuş körpələrigörmək istəmirsən, Əylisli Əkrəm.

“Hə, hə gəlin içək doktorarzu edək ki, o bir daha yerazlar kimi rəhmsiz vəhşilərin əlinə düşməsin” — Nə vaxta qədər Əkrəm kimilər biziyerazlara”, “krazlara”, naxçıvanlıya, gəncəliyə və s. böləcəklər?!

Hələ bu harasıdır, “əsərin” qəhrəmanı Saday Sadıxlının (oxu Əkrəm Əylisli) ürəyindən Eçmiədzinə gedib müsəlmanların ermənilərə qarşı törətdikləri əməllərə görə bağışlanması üçün Allaha dua etmək istəyi keçir. Bəs ermənilərin 200 min azərbaycanlını yurd–yuvasından didərgin salmasının, azəri türklərinə qarşı törətdikləri tükürpədici vəhşiliklərin bağışlanması üçün kim Allaha dua edəcək? Tapılacaqmı belə bir erməni??? Cavab verə bilərsənmi bu suala, Əyilsli Əkrəm?

Bu kilsələrin necə tikildiyini Əylisin müsəlman əhalisi təbii ki, heç bir vaxt görməmişdi”, — yəni ermənilər bu yerlərin daha qədim sakinləridir, demək istəyən Əkrəm Naibovun tarixi yaddaşı çox səthidir.

Psix Qulunun babası da öz nəvəsi kimi avara və zırrama idi…” — “Əsər” boyu Əkrəm Naibov azərbaycanlıları bu formada təhqir edir. Hələ onun azərbaycanlılar üçün seçdiyi adlara baxın: Nuvariş, Mopassan, bomba Babaş, Qafıl, cingöz Şaban, Şahqacar, mırıq Müzəffər, sümük Səfi, topal Çimnaz, cinni Səkinə və s. Çimnaz, Sadayın (oxu Əkrəmin) erməni kimi xaç çəkdiyini gördüyü üçünmüduroçka” adlandırılır. Bütün bunlar Əkrəm Naibovun bütövlükdə Türk dünyasına olan patoloji nifrətinin təzahürüdür.

Əylisdə olan 12 erməni kilsəsini demək olar ki, adbaad, sevə–sevə sadalayan, Əkrəm müsəlman məscidini bircə dəfə xatırlayır, o da uşaqların oyun yeri kimi.

Müsəlman qadınlarının, guya Camalın bitli başını yuyub təmizləyən və bunu hamıdan yaxşı bilən Haykanuşa xitabən dediklərindən: “Özümüzü müsəlman adlandırırıq, uşağın başını yumaq isə ağlımıza gəlməyib… Sağ ol Haykanuş bacı, sən biz müsalmanlara qarşı həmişə xeyirxah olmusan…Sən bizim Əylis qadınlarından ən mərhəmətlisisən” – Bəs əsrlər boyu təmizlik, paklıq, ismət, namus mücəssəməsi kimi tanınan Azərbaycan qadınlarını niyə belə sevmədin, Əylisli Əkrəm. Kürəklərinə qaynar samovar bağlanan qadınlarımızı, süngüyə keçirilən körpələrimizi, diridiri yandırılan ana–bacılarımızı hara yazaq, Əkrəm Naibov. Yoxsa bunlar sənə məlum deyil?

Bir dəfə də olsunDaş yuxular”ında məscid görməyən Saday Sadıxlı Eçmədzini, Vanqı və adı çəkilən başqa kilsələri yuxuda teztez görür. Haradandır bu məhəbbət, bu sevgi ermənilərə və erməni abidələrinə. Bircə dəfə də, ermənilər tərəfindən dağıdılıb viran qoyulan maddi–mənəvi, qədim mədəniyyət abidələrimiz niyə yada düşmür, xatırlanmır, Əkrəm Naibov?

“Əylisdə məşhur və parlaq sima olan ikinci erməni qadını hamının Anıx deyə çağırdığı Aniko idi. O, qürurlu və iradəli, cəsarətli qadın idi. Heç kimdən qorxmadan həmişə ermənilərin nə vaxtsa Əylisə qayıdacağnı və bu yerlərin yenidan cənnətməkan olacağını deyirdiAnikonun evi də hər tərəfdən Əylisdə heç kimdə olmayan, solmayan bayram çiçəkləri ilə bəzədilmiş sərgiyə bənzəyirdi. Aniko deyirdi hər bir öldürülən ermənidən sonra, həmin yerdə gül bitir” — Burada Əylisli Əkrəmin ermənilərinkindən də güclü yersiz fantaziyasını şərh etmək bizcə artıqdır.

“Hər gün dan yeri ağaranda oxumağa başlayan Aniko, Əylis müsəlmanlarına, Əylisdə hələ erməni səsinin yaşadığını və səsləndiyini göstərmək istəyirdi… Şübhəsiz əsrlərin dərinliyindən gələn bu səs Əylisin əsl sahibinin səsi idi”– Bəli, bununla da Əylisli Əkrəm, ermənilərin təkcə Əylisin əsl sahibləri deyil, həm də ermənilərin bütün Azərbaycanın əsl sahibləri olduğunu açıq–aydın, birmənalı şəkildə deyir. Çünki onun yaradıcılığı ilə tanış olan hər kəs bilir ki, Əkrəm üçün Əylis Azərbaycan, Azərbaycan isə Əylisdir.

Çünki özünün etiraf etdiyi kimi, Saday (oxu Əkrəm–T.İ) çoxdan idi ki, içərisində adsız bir erməni daşıyırdı. Daha dəqiq desək daşıyır yox, gizlədirdi”. Səmimi etiraf!!! Onun sonu Eçmiədzində xristian dinini qəbul etmək olmalı idi.

Öz allahları ilə həmahəng yaşayan ermənilərdən fərqli olaraq, Əkrəm Əylisli azərbycanlıları allahsızlıqda günahlandırır. Bəs həmişə Əkrəmin Allah adamı dediyi ermənilərin törətdikləri bu qədər qanlı cinayətlərin cavabını onların Allahı ermənilərdən soruşmayacaqmı?

“…Əylis ermənilərinin möcüzəli qurubyaratmaq eşqindən, əməksevərliyindən və Allaha bitib–tükənməyən inamından danışmaq istədi artist (oxu Əkrəm – T.İ) ” — Bircə dəfə də çörəyini yeyib, suyunu içdiyin, səni qoynunda bəsləmiş azərbaycanlılardan belə danışaydın, “artist”.

Daş yuxularda Azərbaycanın görkəmli ziyalılarına, ictimai xadimlərinə də daş atılıb. Öz xalqı üçün yorulmadan çalışmış insanlara, onların ruhuna hörmətsizlik edilir.

“Əsərdən”, Türkün böyüklüyünü, qədim mədəniyyətini açıq–aşkar inkar edən çox sayda sitatlar gətirmək və asanlıqla təkzib etmək mümkündür. Bu barədə tarixçilərimiz, dilçilərimiz və digər elm–mədəniyyət xadimlərimiz öz sözlərini deyəcəkdir, şübhəsiz. Biz isə Əkrəmin öz sözləri ilə fikrimizə yekun vurmaq istəyirik: “Mən onu beynində kiçik şiş gördüm”. Təəssüf ki, əkrəmkimilər Azərbaycanın bətnində böyükyaman şişdirlər.

 

 

Tahir İSMAYILOV

 

Respublika.- 2013.- 15 fevral.- S. 5.