LƏNKƏRANDA REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR

 

Lənkəran şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyilə respublikanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət–din münasibətləri və maarifləndirmə işimövzusunda iki günlük regional konfrans işə başlamışdır.

 

Konfrans iştirakçıları əvvəl Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə ulu öndərin abidəsi önünə əklil qoymuş, sonra Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Regional konfrans “Şah” sarayında öz işinə başlamşdır. Əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Tədbiri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov giriş sözü ilə açaraq ölkəmizdə dövlət–din münasibətlərindən ətraflı danışmışdır. Komitə sədri müstəqillik əldə etdikdən sonra ölkəmizdə milli–mənəvi dəyərlərə qayıdışın sürətləndiyini, ümummilli lider Heydər Əliyevin bu sahədə müstəsna xidmətlər göstərdiyini və ölkə Prezidenti cənab İlham Əliyevin milli–mənəvi və dini dəyərlərimizin qorunub inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirmişdir.

Komitə sədri E. İskəndərov demişdir: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan milli–mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Dini maarifləndirmə işinə daha diqqətlə yanaşılmalıdır. Dövlət Komitəsi olaraq bu iş üçün lazımi şərait yaradırıq. Dini icmalar əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli–mənəvi, dini adət–ənənələrimizi yaşatmalı və onları düzgün şəkildə insanlara çatdırmalıdırlar.”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə konfransda çıxış edərək bu cür tədbirlərin dindarların maarifləndirilməsi işində mühüm rol oynayacağını bildirmiş, ölkəmizdə mövcud sabitliyi pozmaq istəyən və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qrupların dini icmalardan və dindarlardan istifadə etməyə çalışdıqlarını, lakin dini icmaların bu cür siyasi oyunların iştirakçılarına çevrilməyəcəklərini, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini verəcəklərini əminliklə qeyd etmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında keçirilən tədbirin dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısının təzahürü kimi qiymətləndirmiş, ötən əsrin 90–cı illərinin əvvəllərində həyatımızın bütün sahələrində olduğu kimi din sahəsində də xaos, hərc–mərclik hökm sürdüyünü, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidilə siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı dönüşə nail olunduğunu qeyd etmişdir.

İcra başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu çox ləyaqətlə, uğurla davam və inkişaf etdirdiyini, respublikamızda dini tolerantlığın hökm sürdüyünü bildirmişdir.

Rayonda 77 məscidin, 10 ziyarətgahın fəaliyyət göstərdiyini, 56 dini icmadan 28–nin dövlət qeydiyyatından keçdiyini diqqətə çatdıran icra başçısı Lənkəranda qarma–qarışıqlıq yaratmaq, təxribat törətmək istəyən qüvvələrə qarşı dindarların, ziyalıların və ictimaiyyətin nümayəndələrinin birgə fəaliyyət göstərdiyini qeyd etmişdir.

Konfransın işində iştirak edən Azərbaycan

Prezidenti Administrasiyasının ictimai–siyasi məsələlər şöbəsinin milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı dövlət–din münasibətləri sahəsində həyata keçirilən tədbirlərdən, dinlərarası dialoqun inkişafından, Azərbaycanın tolerant dövlət olmasından və digər vacib məsələlərdən danışmışdır.

Akademik Vasim Məmmədəliyev və digər natiqlər də çıxışlarında din sahəsində maarifləndirmə işinin müasir tələblərə uyğun aparılmasında regional konfransların rolundan və əhəmiyyətindən söz açmışlar.

Sonra konfrans öz işini plenar iclaslarda davam etdirmişdir.Milli–mənəvi dəyərlərə baxış: tarixilik müasirlikmövzusunda birinci plenar iclasda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin ƏsgərovAzərbaycanda ənənəvi islam xarici təsirlərmövzusunda çıxış etmişdir. Natiq bildirmişdir ki, ölkəmizdə dinlərarası münasibətlər əsrlərlə sağlam şəkildə formalaşıb. Lakin sovet imperiyasının 70 illik hakimiyyəti dövründə ənənələrin qırılması müşahidə olunub. Nəticədə xaricdə formalaşan cərəyanlar Azərbaycan ənənələrinə zidd ənənələri bura gətirməyə çalışıblar. Azərbaycan dindarları qarşısında duran əsas vəzifə öz dini ənənələrini öyrənmək bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir, – deyə mərkəzin rəhbəri bildirmişdir.

Dini Qurumlarla üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad SalahlıDindarlıq vətəndaşlıq mövqeyimövzusunda çıxışında dinindən asılı olmayaraq hər bir vətəndaşın qarşısında duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, dindarlar ölkənin sosial–iqtisadi quruculuğunda, müdafiəsində, cəmiyyətin mənəvi–ruhi tarazlığının saxlanmasında böyük rola malikdirlər. ümummilli məsələlərdə hər bir Azərbaycan vətəndaşı birlik nümayiş etdirməli, ölkəmizin inkişafı naminə çalışmalıdır.

Dini radikalizm onunla mübarizə üsullarıadlı ikinci plenar iclasda Komitənin dinşünaslıq ekspertizası, ictimai məsələlər analitik təhlil şöbəsinin müdiri Aqil Şirinovİslamın radikalizmə ifratçılığa qarşı münasibəti” (Qurani–Kərim hədislər işığında), Komitənin dini qurumlarla üzrə şöbəsinin müdiri Əliheydər ZülfüqarovDini radikalizm ifratçılıqla mübarizənin metodologiyasımövzularında məruzə ermişlər.

Məruzələrdə qeyd olunmuşdur ki, bu gün dünyada islam dinini radikalizmə çevirmək cəhdləri geniş vüsət alıb. Azərbaycanda bu səhədə ciddi problemlər olmasa da müəyyən nöqsanlar vardır. Natiqlər dini radikalizmə ifrata qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatdırmış, dini maarifləndirmənin gücləndirliməsinin, dinimizin düzgün şəkildə insanlara çatdırılmasının vacibliyindən danışmışlar.

Dini Qurumlarla üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovDini icmalar: problemlər, reallıqlar gözləntilərmövzusunda çıxış edərək dini icmaların fəaliyyətində meydana çıxan problemlərdən, icma üzvlərinin vəzifələrindən ətraflı söhbət açmışdır.

Lənkəran rayonunun Şağlaser kənd məscidinin dini icmasının sədri Ruhulla RuhullayevNümunəvi dini icma modeli”, Masallı rayonunun Türkoba kənd məscidinin dini icmasının sədri Vüqar İbrahimovDini icmalar gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizəmövzularında çıxış edərək icmaların fəaliyyətinin təkmilləşdirilməsi metodlarına dair fikirlərini bölüşmüş, gənclərin tərbiyəsində dini icmaların üzərinə düşən vəzifələrdən danışmışlar.

Dövlət Komitəsinin mətbuat katibi Orxan ƏliDini icmalar yeni media” mövzusunda çıxışında müasir dövrdə yeni medianın, sosial şəbəkələrin əhəmiyyətindən söhbət açmış Dövlət Komitəsinin yeni saytını konfrans iştirakçılarına təqdim etmişdir.

Konfransın ikinci günüİslam sağlam ailəmövzusunda keçirilən plenar iclasdaGənc qadınların ictimai fəallığının artırılmasında dini icmaların rolulayihəsi təqdim olunmuşdur. Layihənin koordinatoru Günel Səfərova, Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədov, Astaradan Laləzar Qurbanova islamda ailə modeli müasir cəmiyyət, islam əxlaqında ailəyə verilən önəm ailənin əhəmiyyəti barədə danışmışlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə “Din xadimləri islamda orta yolun təbliğatçısı təşviqatçısı kimimövzusunda çıxış edərək bölgədə aparılan işlər barədə məlumat vermişdir. Lənkəran rayonunun Ləj kənd məscidinin dini icmasının üzvü, AMEA–nın dissertantı Samid QuliyevCənub bölgəsində ənənəvi dindarlıq islamda orta yolmövzusunda çıxışında Azərbaycanda, o cümlədən cənub bölgəsində ənənəvi dindarlığın əsrlərlə mövcudluğunu islamda orta yolun qorunub saxlanıldığını qeyd etmişdir.

Daha sonra Rafiz ManafovunVəhdət naminə məzhəblərarası dialoqmövzusunda məruzəsi dinlənilmişdir. O, Azərbaycanda ənənəvi olaraq müxtəlif din məzhəblərin ardıcıllarının əmin–amanlıq şəraitində yaşadıqlarını vurğulamış, bu tarixi dəyərin qorunmasının vacibliyini diqqətə çatdırmışdır.

Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Proqram meneceri Nicat MəmmədlininVətənpərvərlik milli dəyər kimimövzusunda məruzəsi maraqla qarşılanmışdır.

Plenar iclasda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında sənədli film nümayiş etdirilmişdir.

Konfransı Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov yekunlaşdırmış, şəhid Mübarizin timsalında hər bir Azərbaycan vətəndaşının işğal olunmuş torpaqların geri qaytarılmasına hər an hazır olmasının vacibliyindən, dini icmaların maarifləndirmə sahəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinin əhəmiyyətindən danışmış, din xadimlərini üzərlərinə düşən məsuliyyətli vəzifələri şərəflə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etməyə çağırmışdır.

Regional konfransda bölgə üçün birgə fəaliyyət planı qəbul edilmişdir. Sənəddə ölkə Prezidenti cənab İlham Əliyevin dövlət–din sahəsində siyasətinin dəstəkləndiyi, milli–mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyi, maarifləndirmə işinin davamlı intensiv həyata keçirilməsi dini icmaların bölgələrdə sosial–mədəni inkişaf prosesində daha müasir formada iştiraklarının vacibliyi qeyd olunmuşdur.

 

 

Əlisəfa Həsənov

 

Respublika.- 2013.- 17 fevral.- S. 7.