Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım

 

Pedaqogika elmləri üzrə fəlsəfə doktoru, professor Dilqəm Quliyev bir neçə kitabın müəllifidir. Onun həmkarları ilə birgə hazırladığı “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım” kitabı nəfis tərtibatda nəşr olunmuşdur. Monoqrafiyada ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə törədilmış və uzun illərdən bəri öz siyasihüquqi qiymətini almamış soyqırım, deportasiya siyasəti, çar Rusiyasının Qafqaz siyasəti və Şimali Azərbaycanın işğalı, Türkiyə və Qafqaz türklərinə qarşı əsrlər boyu aparılmış amansız soyqırım fakt və hadisələri, Cənubi Azərbaycanda azərbaycanlıların soyqırımı (1917–1920), Azərbaycan ordusunun yaranma tarixi və digər mühüm tarixi hadisələr öz əksini tapmışdır.

Kitab 2012–ci ildə “Təknur” nəşriyyatı tərəfindən çap olunmuşdur. Monoqrafiya 7 fəsildən, 576 səhifədən ibarətdir.

I fəsildə Azərbaycan Respublikası qısa tarixi oçerk formasında öz əksini tapmışdır. Burada eramızdan əvvəlki dövrlərdən başlayaraq bugünə qədər ölkəmizin keçdiyi tarixi sınaqlardan, mədəni, siyasiiqtisadi inkişaf və tənəzzül mərhələlərindən, dünya dövlətləri və xalqları ilə müxtəlif zamanlarda mövcud olmuş əlaqələrdən bəhs olunur. Azərbaycanın ən yeni tarixinin önəmli məqamlarına toxunan müəllif yazır: “1993– ilin 2–ci yarısından Azərbaycan Respublikasının xarici sıyasəti daha məqsədyönlü və uğurlu olmuşdur. Heydər Əliyev dövlətin xarici siyasətini xalqın maraqlarını, dünyada baş verən ciddı dəyişiklikləri, beynəlxalq sistemin sürətlə qloballaşması ilə əlaqədar yeniləşməsini nəzərə almaqla praqmatık əsasda qurdu. Qonşu dövlətlərlə münasibətlər nizama salındı. …Dövlət müstəqilliyinin bərpa olunmasından sonra tarazlaşdırılmış və çoxşaxəlı xarici siyasət kursunu həyata keçirən Azərbaycan Respublikası 1993–2006–cı illərdə Avropa strukturları ilə hərtərəfli inteqrasiya xəttini fəal surətdə həyata keçirmiş, aparıcı dünya ölkələrilə, həmçinin etnikdini yaxınlığı ilə seçilən Şərq ölkələri, xüsusilə Türkiyə ilə qarşılıqlı münasibətlərin inkişaf etməsinə nail olmuşdur. …XX əsrin sonlarında Azərbaycan xalqının müstəqil dövlət quruculuğu, iqtisadi, siyasi və mənəvi nailiyyətləri onu XXI əsrdə daha yeni uğurlar qazanmağa ruhlandırır”.

II fəsildə çar Rusiyasının Qafqaz siyasəti və Şimali Azərbaycanın işğalından bəhs olunur. Burada I Pyotrun rus xalqına vəsiyyətnaməsı və onun əsas mahiyyəti, I–II Rusiyaİran müharibələri (1804–1813, 1826–1828–ci illər) Kürəkçay (1805), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması və onların nəticələri təhlil edilir. Habelə, XIX əsrin sonlarında, XX əsrin əvvəlində Şimali Azərbaycanda çarizmin azərbaycanlılara qarşı deportasiyaetnik təmizləmə siyasəti barədə oxuculara geniş məlumat verilir. Bu barədə kitabda qeyd edilir:

“Gəlmə kapitalistlər yerli sahibkarları, burjuaziyanı sıxışdırır, onları “Milli qrupa” əl atmağa vadar edirdilər. Bir parça çörək dalınca minlərlə kəndli öz doğma ocağından didərgin düşərək Bakıya, Tiflisə, Batuma yollanırdı. Yerli fəhlələrin sayı İrandan, Türkiyədən gələn ermənilər hesabına artırdı. …Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr boyu davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmurıı və publisist N.Şavrovun 1911–ci ildə yazdığı kimi, Cənubi Qafqazda hazırda yaşayan 1 milyon 300 min erməninin 1 milyon nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən köçürülənlərdi. Şimali Azərbaycanda onların sayı 1913– ildə 546,8 min nəfər idi”.

“Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı” kitabının III fəsli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və azərbaycanlıların soyqırımı məsələlərinin dövlət sənədlərində əks olunmasına həsr edilib. Oxucular bu fəsildə AXC–nin 1918–1920–ci illərdəki fəaliyyəti, 31 mart 1918–ci il Şimali Azərbaycanda azərbaycanlıların soyqırımı, Cənubi Azərbaycanda azərbaycanlıların soyqırımı, habelə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranması və onun xilaskarlıq missiyası haqqında maraqlı tarixi faktlarla və məlumatlarla tanış ola bilərlər.

IV fəsildə Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra azərbaycanlılara qarşı davam etmiş soyqırım faktları araşdırılır. Belə ki, “1920–1953– illərdə Sovet hakimiyyətinin antiazərbaycan siyasəti və onun ağır nəticələri, həmçinin XX əsrin 1950–1990–cı illərində Sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi etnik siyasət təhlil olunur. Müəllif yazır: 1969–cu ildə Azərbaycanda böyük dövlət xadimi Heydər Əliyevin respublika rəhbəri seçilməsindən sonra ermənilərin bəd əməllərinin qarşısı qətiyyətlə alındı. 1987–ci ilin sonundan isə SSRİ rəhbərliyinin xüsusi himayəsi sayəsində erməni ekstremizmi və separatizmi yenidaha təhlükəli şəkildə tüğyan etməyə başladı. …Əlbəttə, indiki hadisələrin çox uzun tarixi vardır. Lakin biz XX əsrin əvvəllərində xalqımızın taleyi, mübarizəsi, başına gətirilən müsibətlər haqqında vaxtında gəncliyə doğru, düzgün söz, əsl həqiqəti deyə bilməmişik, onları mənəvi cəhətdən tərk–silah etmiş, tarixin qanlı hadisələrini unutmağa sövq etmiş və gələcək hadisələrə səfərbər olmağa hazırlamamışıq”.

Kitabın V fəslində Azərbaycanın dövlət müstəqilliyinin bərpası və azərbaycanlıların soyqırımı məsələlərinin Azərbaycan Respublikasının dövlət sənədlərində öz əksini tapması haqqında danışılır. Burada Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması və azərbaycanlılara qarşı soyqırım siyasəti, Ermənistanda qərbi azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Haqqında Bəyannamə, Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocavənd, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının işğalı və Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdiyi soyqırımı, 18 dekabr 1997–ci il tarixli “1948–1952–ci illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixietnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Prezidenti cənab İlham Əlıyevin 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti, eləcə də bir çox digər məsələlərin təhlili yer alıb.

VI fəsil XIX əsrın sonu və XX əsrin əvvəlində böyük dövlətlərin xarici siyasətində qondarma “erməni” məsələsinin təhlilinə həsr olunub. Burada Şeyx Əbubalının Osman bəyə (Türk Sultanına) vəziyyəti, sənədlər, Türkiyədə baş vermiş erməni üsyanları, eləcə də XIX əsrin axırı XX əsrin əvvəllərində Osmanlı Türkiyəsinə qarşı böyük dövlətlərin xarici siyasətində erməni məsələsi zəngin tarixi faktlarla şərh edilir.

VII fəsildə isə I Dünya müharibəsinin başlanması, Antanta dövlətləri, eləcə də Türkiyə siyasətində “erməni” məsələsi barədə danışılır. Mövzu ilə bağlı Qafqazın işğalı, Mudros sülhü dövrü, türk istiqlal müharibəsində türk–erməni münasibətləri, Sevr sülh müqaviləsi, Lozanna sülh müqaviləsi, ermənilərin türklərə qarşı etdikləri xəyanətlər və törətdikləri cinayətlər, həmçinin müasir türk–erməni münasibətlərinə toxunulur. Müəllif yazır: Arxiv sənədlərindən və şahidlərin xatirələrindən bəlli olur ki, ermənilər təpədən–dırnağa kimi silahlanaraq nizami ordu şəklində türk kəndlərində, sözün həqiqi mənasında, soyqırımı törətmişlər. Rus ordusunda xidmət edən erməni zabitləri də ermənilərə kömək etmişlər. …Valli adlı bir tarixçi yazırdı: “1915–ci ilin aprelində erməni inqilabçıları Van şəhərini ələ keçirdilər və “Daşnak” partiyasının iki lideri AramVazelin komandanlığı altında şəhərdə erməni ştabı yaratdılar. Mayın 6–da onlar şəhəri bütün müsəlmanlardan təmizləyərək rus ordusuna təhvil verdilər”. …Əsas məqsəd XX yüzilliyin başlanğıcında yaranmış ağır və qarışıq vəziyyətdən istifadə edərək Türkiyənin ərazisində Rusiyanın köməyi ilə erməni dövləti yaratmaq idi.

Kitabda göstərilir ki, Azərbaycan Cənubi Qafqazın ən qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkəsidir. Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların mübarizə obyekti olmuş, müəyyən mərhələdə öz dövlətçiliyindən məhrum olmuş, əhalisi isə dəfələrlə deportasiyaya, etnik təmizləmə və soyqırıma məruz qalmışdır. Bütün bəşəriyyət üçün ən ağır cinayət olan bu proseslər Azərbaycan xalqına qarşı XVIII–XX əsrlərdə çar Rusiyası, onun varisi olan SSRİ və onların əlində alətə çevrilmiş ermənilər, sonradan isə Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan tərəfindən həyata keçirilmişdir.

XVIII əsrin I yarısında çar Rusiyasını imperiyaya çevirən I Pyotrun xarici siyasətində ən mühüm istiqamətlərdən biri Türkiyə və Qafqazı ələ keçirmək idi. Bu vəzifələrin həlli üçün Rusiya imperiyası dəridən–qabıqdan çıxırdı. XVIII əsrdə İran və Osmanlı Türkiyəsi ərazisində yaşayan və Cənubi Qafqaza heç bir aidiyyəti olmayan ermənilər öz məkrli planlarını həyata keçirmək üçün Qərbi Avropaya ümid bəsləyirdilər. Bu məqsədlə 1678–ci ildə Səfəvilər dövlətinin üçüncü paytaxtı olan İsfahan şəhəri yaxınlığında I Şah Abbas tərəfindən ermənilər üçün salınmış Culfa şəhərində katalikos Akopun sədrliyi ilə erməni Qriqoryan kilsəsinin və tacirlərinin xüsusi müşavirəsi keçiriliryeddi nəfərlik nümayəndə heyəti Avropaya göndərilir. Avropada heç bir nəticə əldə edə bilməyən ermənilər Avstriya imperatorunun məsləhəti ilə Rusiya çarı I Pyotra müraciət edironun tərəfindən böyük razılıqla qarşılanırlar. Belə bir fürsəti çoxdan gözləyən I Pyotr Qafqazın işğalı üçün hərbi strateji planların hazırlanmasına 21 il vaxt sərf etdi. Bu məkrli planların əsas mahiyyətini Cənubi Qafqazın böyük hissəsi və İranın şimalını əhatə edən bütöv Azərbaycanı ələ keçirərək, buraya Türkiyə və İrandan erməniləri köçürmək və paytaxtı Xəzər dənizi sahilində yerləşən, Rusiya İmperiyasının Ön Asiya, Yaxın Şərq ölkələrinə və Hind okeanına çıxışını maneəsiz təmin edə biləcək forpostun yaradılması təşkil edirdi.

Məlumdur ki, o zaman bu planların həyata keçirilməsinə I Pyotrun ölümü mane olsa da, onun 1724– ilin oktyabrında gələcəkdə işğal ediləcək ərazilərə ermənilərin köçürülməsi ilə bağlı verdiyi fərman mühüm rol oynadı.

Məhz bu dövrdən azərbaycanlı əhaliyə qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasətinin əsası qoyuldu.

Qeyd etmək lazımdır kı, 1905–1907, 1915–1918–1920, 1948–1953 və 1988–ci illərdə ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, ən nəhayət Xocalı soyqırımını həyata keçirmişlər. Ulu öndərimiz Heydər Əliyevin belə bir fikrini xatırladaq: “Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmışdir”.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev 1993– ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, soyqırımına hüquqisiyasi qiymət verildi. 1998–ci il martın 26–da ulu öndərimiz Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalandı.

Ümumiyyətlə, professor Dilqəm Quliyevin həmkarları ilə birgə hazırladığı “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım” kitabı çox gərgin elmi axtarışların və zəhmətin bəhrəsidir. Əsərin diqqəti cəlb edən xüsusiyyətlərindən biriodur ki, burada ermənilərin və onların himayədarlarının təkcə Azərbaycan xalqına qarşı deyil, həm də Anadolu türklərinə qarşı törətdikləri cinayətlərdən bəhs olunur.

 

 

Emin QASIMOV,

 

Qədir ASLAN

 

Respublika.- 2013.- 19 fevral.- S. 5.