Təmizliyin yeni ünvanı – “Baku Cleaning Company”

 

Bu gün respublikamızda sahibkarlığın inkişafına yaradılan əlverişli investisiya mühiti, adamlarına göstərilən xüsusi dövlət qayğısı, eləcə 2003–cü ildən bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial–iqtisadi islahatlar ölkəmizin beynəlxalq aləmdə gündən–günə nüfuzunun artmasına səbəb olmuşdur. İndi Azərbaycanın hər yerində tikinti–quruculuq işləri yeni istehsal müəssisələrinin yaradılması dönməz xarakter almışdır. Bütün sahələrdə əldə olunan böyük uğurlar nailiyyətlər xarici qurumlar tərəfindən etiraf edilir. Təsadüfi deyil ki, regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanda 2012–ci ildə ümumi daxili məhsul istehsalı 2,2 faiz artmışdır. Bu, əslində dünya Avropanın inkişaf etmiş ölkələrində iqtisadi böhranın tüğyan etdiyi, işsizliyin gündən–günə artdığı bir vaxtda çox yüksək göstəricidir.

 

Ölkəmiz inkişaf etdikcə zamanın tələbinə uyğun yeni müəssisələrin yaranması da qaçılmazdır. Belə xidmət müəssisələrindən biri “Baku Cleaning Company” təmizlik şirkətidir. Şirkət 19 iyul 2011–ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən rəsmi olaraq qeydiyyata alınmışdır. Həmin dövrdən etibarən şirkət özünün inkişaf strategiyasını müəyyənləşdirərək gələcək biznes fəaliyyətini bunun üzərində qurmağa başlamışdır. “Baku Cleaning Company” şirkətinin yaradılmasında əsas məqsəd isə respublikamızda aparılan quruculuq abadlıq işləri fonunda təmizlik sahəsində öz xidmətlərini təklif etməklə bu sektorun inkişaf etdirilməsi işinə yeni–yeni töhfələr verməkdir.

Şirkətin təmizlik sferasında təklif etdiyi xidmətlər müştərilər ilə yüksək səviyyəli münasibətlər quraraq onların etibarını məmnunluğunu qazanmışdır. Təklif etdiyimiz xidmətlər sırasında ən çətin işlərdən hesab edilən tikinti təmir işlərindən sonra təmizliyin sistemli şəkildə aparılması, müxtəlif növ daş örtüklərin, yəni mərmər, qranit, bazalt, daş metlax örtüklərin ideal yuyularaq pardaqlanması, lazım gəldikdə mərmərin kristalizasiya üsulu ilə hamar parıltılı formaya gətirilməsi, neoplan ya rənglənmiş beton ortüyünün peşəkarlıqla yuyulması, pəncərə fasad vitrajların hündürlüyə uyğun olaraq müxtəlif vasitələrlə, hətta sənaye alpinizmi üsulu ilə təmizlənməsi, müxtəlif təyinatlı binaların kompleks təmizlənərək istifadəyə hazırlanması, onlara gündəlik təmizlik xidmətinin təklif edilməsindən ibarətdir. Bundan başqa xalça xalı örtüklərin, eskalator sistemlərinin, tavan divarların maksimal səviyyədə xüsusi avadanlıq yuyucu dərmanlar vasitəsilə təmizlənməsi şirkətin müştərilərə təklif etdiyi xidmətlərdəndir.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, işçilərimizin xidmət zamanı istifadə etdikləri bütün yuyucu kimyəvi vasitələr avadanlıqlar Avropa ölkələri ABŞ–ın istehsal etdiyi məhsullardır. Həmin malların keyfıyyəti insan sağlamlığına zərərli olmaması Avropa İttifaqı ABŞ–ın standartlaşdırma sertfikatlaşdırma qurumları tərəfindən təsdiq edilmişdir.

“Baku Cleaning Company” təmizlik şirkəti işçilərinin gündəlik fəaliyyətində diqqət yetirdiyi əsas amillərdən biri Təhlükəsizlik, Ətraf mühit Sağlamlığın (HSE) qorunması siyasətinə xüsusi önəm verməsi icra etdiyi bütün layihələrdə işlərini bu strategiyaya uyğun qurmasıdır. Kollektivdə çalışan bütün texniki işçilərin, nəzarətçi menecerlərin sahə geyimləri Fərdi Mühafizə Vasitələrinin tələblərinə uyğun formalaşdırılmışdır. Sahələrdə aparılan işlər zamanı bütün əmək texniki normalar, normativ aktların tələbləri tam olaraq icra edilir sənədləşdirilir.

“Baku Cleaning Company” təmizlik şirkəti hazırda Azərbaycanda yeganə şirkətdir ki, Beynəlxalq Təmizlik Sənayesi Assosiasiyasının (İSSA– İntemational Cleaning İndustry Association) üzvüdür. Məlumat üçün bildirim ki, bu assosiasiyaya dünyanın müxtəlif ölkələrindən bu sahəni təmsil edən 5900–dan çox şirkət daxildir. Həmin şirkətlər dünya təmizlik bazarında öncül mövqe tutmuş istehsalçılardan, iri satış şəbəkələrindən, xidmət sahəsində ən müasir texnologiyalar tətbiq edən qurumlardır. Assosiasiya il ərzində müxtəlif səpgili seminarlar, konfranslar beynəlxalq sərgiləri təşkil edir. Bundan əlavə üzv şirkətlər arasında kommunikasiyanın qurulması, lazımi məsləhətlərin texniki yardımların verilməsi müvafiq qurumda daha peşəkar təcrübəli şirkətlərin cəlb olunmasına nəzarət funksiyasını həyata keçirir. Hazırda “Baku Cleaning Company” təmizlik şirkəti assosiasiyanın tələb etdiyi beynəlxalq standartların əldə edilməsi üçün qoyulan öhdəliklərin həyata keçirilməsi istiqamətində dayanmadan məqsədyönlü işlər aparır, müvafiq keyfiyyət sertifikatlarının alınması üçün təlim seminarlarda iştirak edir. Ötən ilin may ayında Niderlandın paytaxtı Amsterdam şəhərində təşkil edilmiş beynəlxalq sərgidə konfransda şirkətimizin nümayəndələri xüsusi dəvət əsasında iştirak etmiş, orada şirkətimizin dünya təmizlik nəhəngləri qarşısında təqdimatı keçirilmiş, təşkilatın Amerika Avropa nümayəndəlikləri ilə hərtərəfli əlaqələrin qurulması üçün razılıq əldə edilmişdir.

Səfər çərçivəsində İtaliya, Almaniya, Niderland, Belçika, İsveçrə, İspaniya digər Avropa ölkələrindən ABŞ–dan olan şirkətlərlə əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Razılaşmaya əsasən şirkətimiz tərəfindən təmizlik sahəsində olan ən son texnologiyaların yaxın vaxtlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur.

“Baku Cleaning Company” təmizlik şirkətinin böyük uğurlarından biri isə 2012–ci il iyunun 29–da ABŞ–ın Minnesota ştatında “Ceiling Pro İnternationalşirkəti ilə rəsmi dillerlik müqaviləsinin bağlanması olmuşdur. Bu şirkət ABŞ müstəvisində beynəlxalq səviyyədə artıq 23 ildir özünün xüsusi standartları əsasında xidmətlərini təqdim edir hazırda dünyanın 30–a yaxın ölkəsində 500–dən çox diller şəbəkəsi vardır. Artıq Azərbaycan da ötən ildən həmin şəbəkənin üzvü oldu qısa müddətdə bizim şirkətimiz respublikamızda tavanların, divarların döşəmələrin xüsusi təyinatlı üsullarla yuyulması xidmətini təklif etməyə başladı. Mən əminəm ki, bu xidmət novü Azərbaycan adamlarına öz müsbət vizual imicini qorumaq sahəsində maddi baxımdan çox sərfəli əlverişli olacaqdır.

İşçilərin peşəkarlığını artırmaq üçün şirkət tez–tez xüsusi təlimlər təşkil edir, müxtəlif şirkətlərdən avadanlıq yuyucu kimyəvi məhsulların istifadə qaydalarının təcrübədə tətbiq olunması istiqamətində metodik dərslərin keçirilməsi üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur. İstehsalçı şirkətlərin nümayəndələri tez–tez Azərbaycana dəvət edilir, məhsulların təqdimatı zamanı istifadə edilən dərman vasitələrinin ekoloji təmizliyi, insan orqanizminə heç bir mənfi təsirinin olmaması işçilərimizə aşılanır. Yaxın vaxtlardan etibarən, yəni şirkətimiz Britaniya Təmizlik Elmləri İnstitutunun üzvü olduqdan sonra beynəlxalq səviyyəli mütəxəssislərlə birliyi məsələsi artıq mütəmadi xarakter alacaq. Bu təlimlər nəticəsində işçi heyətin peşəkarlıq səviyyəsi artırılacaq, onların müasir yuyucu vasitələr texniki avadanlıqlarla davranış vərdişləri təkmilləşdiriləcəkdir. İnanırıq ki, şirkətimizin gələcəkdə icra edəcəyi təmizlik layihələrinin həyata keçirilməsində bu tip təlimlərin nəticəsi özünü daha qabarıq formada göstərəcəkdir.

“Alpine Bau Deutchland AG” şirkəti ilə müqavilə imzalayaraq Azərbaycanda 57–ci Avroviziya mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”, Strabag Azerbaijan LLC şirkəti ilə müqavilə bağlayaraq “YW Marriott Absheron Hotel”, digər şirkətlərlə müqavilə əsasında “Jumeirah Bilgah Beach Hotel”, “Port Baku” və s. iri təmizlik layihələrini yerinə yetirmişik. Bundan əlavə bu ilin oktyabr ayının sonunda Bakıda keçirilən möhtəşəm GT və Formula 1 idman avtomobillərinin şousu və yarışı zamanı “Baku Cleaning Company” təmizlik şirkəti Almaniyanın “City Challenge GmbH” şirkətinin sifarişi ilə həmin tədbir zamanı yarış zolağından başlayaraq tullantıların ərazidən kənarlaşdırılmasına qədər hər növ təmizlik işlərini layiqincə icra etmişdir. “Baku Crystall Hall” konsert zalının təmizliyinin yüksək səviyyədə aparılması nəticəsində şirkət “Alpine Bau Deutchland AG” tikinti şirkəti tərəfindən medal ilə təltif edilimişdir.

Şirkətimiz yeni yaranmasına baxmayaraq kollektivin peşəkar əməyi, öz üzərində çalışması, yeni xidmət növlərinin təklif edilməsi uğurlarımızın əsas qayəsini təşkil edir. Belə ki, “Baku Cleaning Company” təmizlik şirkəti Azərbaycanın işgüzar dairələrinin nüfuzlu dərgisi olan “Consulting Business” jurnalının təsis etdiyi ilin şirkəti nominasiyası üzrə milli “Uğur” mükafatına da layiq görüldü. 5 dekabr 2012–ci ildə “Jumeirah Bilgah Beach Hotel”də bu mükafatın təqdimetmə mərasimi keçirilmişdir. Fürsətdən istifadə edərək bu mükafata layiq görülmüş digər şirkətlərimizi də “Baku Cleaning Company” təmizlik şirkətinin kollektivi adından təbrik edir, doğma Azərbaycanımızın qüdrətlənməsi yolunda qarşıdakı gərgin fəaliyyətlərində uğurlar arzulayıram. Biz isə bir təmizlik şirkəti olaraq, işimizdə dünya praktikasında tətbiq olunan ən son texnologiyaları tətbiq etməklə, şəhərimizdə fəaliyyət göstərən inzibati binaların, xidmət və sosial obyeklərin daha gözəl, təmiz və yaraşıqlı görünməsi üçün bundan sonra da var qüvvəmizlə çalışacağıq.

 

 

Rasim GÖZƏLOV,

“Baku Cleaning Company”

təmizlik şirkətinin direktoru.

 

Respublika.- 2013.- 20 fevral.- S. 10.