Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı olduğunu təsdiqləyir

 

Tarixi faktlar təsdiqləyir ki, “Dənizdən–dənizə Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror, soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Təcavüzkar erməni millətçilərinin və ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin fəsadlı nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

 

Ötən əsrin sonlarına doğru Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmışdır. İşğal nəticəsində Azərbaycanın 900–dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış, dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmişdir. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.

1992–ci il fevralın 25–dən 26–na keçən gecə törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir əyani nümunəsi olmuşdur. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.

İstintaqla müəyyən edilmişdir ki, 25 fevral 1992–ci il tarixdə saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366–cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmişdir. Hücumda 366–cı alayın komandiri Zaviqarov Yuri Yuryeviçmayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2–ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3– batalyonu, həmçinin 1–ci batalyonun qərargah rəisi Çitçiyan Valeri İsaakoviç, alayda xidmət edən 50–dən çox erməni, digər millətlərdən olan zabit və əsgərlər iştirak etmişlər. Eyni zamanda, hücum zamanı 90–dan çox tank, piyadaların döyüş maşınları, toplar və digər müasir hərbi texnikadan istifadə olunmuşdur. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürmüşlər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək öldürmüşlər.

Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi genosidə deportasiyaya məruz qalmış, 613 nəfər, onlardan 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Azğınlaşmış erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağişğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000–ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası CM–in 16–cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və “Mülkisiyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırılması məqsədilə qəbul edilmiş “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının 12 may 2006–cı il tarixli Konstitusiya qanunu, həmçinin sülh və insanlıq əleyhinə cinayətlər törətməmiş şəxslərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.5–ci maddəsində təsbit olunmuş müddəalar əsas götürülməklə 12 iyul 2005–ci il tarixdə sozügedən cinayət işi beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh və insanlıq əleyhinə cinayət kimi tövsif olunmuşdur.

İstintaqla o da müəyyən edilmişdir ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədi ilə insanlığa ləkə olan ən qəddar üsullara əl atmışlar. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazilərində pulemyot, avtomatbaşqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 21 il öncə Xocalı şəhərində törətdikləri qeyriinsani hərəkətlərin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

BMT–nin “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948–ci il tarixli Konvensiyasının 2–ci maddəsinə görə, “Soyqırımı hər hansı milli, irqi, etnikdini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə törədilən hərəkətlərdən biridir: bu cür qrup üzvlərinin öldürülməsi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi”. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırım cinayəti kimi qiymətləndirilməlidir.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3– maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33– maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34– maddəsinə görə mülki əhalinin girov götürülməsi qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsula əl atmışlar. “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT–nin 1948–ci il 9 dekabr tarixli Konvensiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103– maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.

Cinayət işi öyrənilərkən həmçinin müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ–nin Xankəndidə yerləşən 366–cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. 1949–cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulandöyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.

366–cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 107–ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113– (işgəncə), 115.4–cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17–ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmışdır. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs–qətiimkan tədbiri seçilmiş və beynəlxalq axtarışların həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasihüquqi qiymətin verilməsi oldu. Heydər Əliyevin təşəbbüsü ilə 1994– il fevralın 24–də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT–yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997–ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26–sı saat 12:00–da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Son 21 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Prezident İlham Əliyevin Xocalı faciəsinin 20–ci ildönümünün qeyd olunması haqqında sərəncamında isə vurğulanır ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX–XX əsrlərdə mərhələ–mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqisiyasi qiymətini almalıdır”.

Biz müdafiədə deyil, hücumda olmalıyıq”, —deyən möhtərəm Prezident İlham Əliyev bədnam erməni lobbisinə qarşı effektiv əks–hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu baxımdan dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli aparılır. Bunun nəticəsi olaraq artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, ABŞ–ın bir sıra ştatları Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. İnanırıq ki, Xocalı faciəsinin tanıdılması ilə bağlı ABŞ–da başlanmış petisiya da ölkəmizin haqq səsinin Amerika tərəfindən eşidilməsi ilə nəticələnəcəkdir.

Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir–birinə qarşı qoyur, millidini əlahiddəlik, ayrı–seçkilik siyasəti və təbliğatı aparırlar. Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir. Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən–günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclümüasir Azərbaycan ordusu dayanır.

 

 

Əliəjdər ƏLƏKBƏROV,

Cəlilabad Rayon Məhkəməsinin sədri.

 

Respublika.- 2013.- 20 fevral.- S. 9.