DÜŞÜNÜLMÜŞ SİYASƏTİN UĞURLU NƏTİCƏLƏRİ

 

Azərbaycan daha bir ili uğurla yekunlaşdırdı. Artıq ötən 2012–ci il 2009–2013– illərdə regionların sosialiqtisadi inkişafı Dövlət Proqramının dördüncü ilində qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə həll olunduğu müddət kimi tarixə döndü. Azərbaycanın hərtərəfli inkişafı üçün 2004– ildə regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı qəbul olundu. Qarşıda çox ciddi məsələlər dururdu. Belə ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursla və yaratdığı möhkəm zəmin əsasında ölkənin iqtisadisosial məsələlərini həll etmək lazım idi. Dövlət siyasi iradə, müvafiq potensial, yüksək işgüzarlıq əhval–ruhiyyəsi nəticəsində qarşıya qoyulan həyati əhəmiyyətli məsələləri ən qısa tarixi dönəmdə həll edə bildi.

 

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bu Proqramın mahiyyəti və icrasının nəticələri barədə demişdir: “2004–cü ilin əvvəlində Proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı, əlbəttə ki, diqqət mərkəzində duran məsələ idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin birbiri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi”. Azərbaycanın hərtərəfli inkişafı onun bütün mövcud potensialını dövriyyəyə cəlb etməyi tələb edirdi. Digər tərəfdən, istehsal və xidmətlər müasir beynəlxalq bazarların tələbatını ödəməli, keyfiyyətli və dünya standartlarına cavab verməli idi. Bu səviyyəyə nail olmaq üçün, təbii ki, dövlət istər dövlət, istərsə də özəl sektora müvafiq siyasi, hüquqi, maliyyə dəstəyini verməklə yanaşı, bütün regionlarda tərəqqi üçün lazımi şəraiti təmin edə biləcək infrastruktur layihələrini operativ surətdə gələcək inkişafı nəzərə almaqla həyata keçirməli idi. Bu da elmipraktiki əsaslarla hazırlanmış sənədlərlə mümkün idi. Proqnozlaşdırılmış, düşünülmüş islahatların və layihələrin yer aldığı regionların sosialiqtisadi Dövlət proqramları həmin məqsədi reallaşdırmaq üçün həyata vəsiqə aldı. Beləliklə, hər il ürəkaçan göstəricilərlə yekunlaşdı. Bütün dünya üçün çox ağır dövr olan 2009–cu ildə baş verən qlobal iqtisadi və maliyyə böhranı Azərbaycana öz təsirini göstərə bilmədi. Ölkəmiz irəli addımlamaqda davam etdi. Yeni infrastrukturlar yaradıldı, müasir sənaye sahələri istifadəyə verildi, neçəsinin bünövrəsi qoyuldus.. Azərbaycan məhz 2009–cu ilin qlobal böhranı zamanı ilin yekunlarına görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına çıxdı. Bunu əyani göstərmək üçün, sadəcə ümumi daxili artıma nəzər yetirmək kifayətdir. 2009–cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Bu, tarixi nailiyyət idi. Makroiqtisadiyyatın dinamikstabil inkişafı təbii ki, ölkənin bütün sahələrində canlanmaya səbəb olmuşdur. Təsadüfi deyil ki, sənaye sahəsində də irəliləyiş davamlı idi— 8,6 faiz artım, kənd təsərrüfatında isə bu rəqəm 3,5 faiz civarındaydı.

Azərbaycan dövlətinin vaxtında atdığı dinamik, operativ səmərəli iqtisadi, siyasi addımları, onun hər bir addımını dəstəkləyən xalqımızın zəhmətinin bəhrəsi göz önündədir. Azərbaycanın qazandığı iqtisadi nəticələr həm də onun beynəlxalq aləmdə siyasidiplomatik uğurlarının nəticəsidir. Düzdür, iqtisadiyyat siyasətin bazisidir, lakin bir həqiqət də məlumdur ki, düzgün daxilixarici siyasət də iqtisadiyyatın inkişafında həlledici şərtdir. Çünki siyasət, iqtisadiyyatsosialogiya birbirini tamamlayan fəaliyyət sahələridir. Belə ki, birində fəsad baş verdikdə dərhal o birilərində də tənəzzülə səbəb olur. Və ölkə bu neqativ halın ağrısını çəkməyə məcbur olur. Azərbaycanda isə bu üç amil birlikdə inkişaf etdirilir.

Bu gün artıq ölkəmiz yerləşdiyi bölgənin mühüm regional amilidir. Səbəb də budur ki, sosialiqtisadi yüksəliş davamlı və sürətlidir, dövlət Avrasiya məkanında mühüm tranzit məkanıdır, siyasi nüfuzu daim güclənir. Ölkə müstəqilliyini bərpa etdiyi 21 ildən bir qədər çox müddətdə Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilib, ümumu daxili məhsulu isə 3 dəfə, sənaye istehsalı 2,6 dəfə, qeyrineft ÜDM–i isə 2,4 dəfə artıb. Azərbaycanın hazırda ən yaxın məqsədi on ildə qeyrineft sektorunda bu rəqəmi iki dəfə artırmaq və inkişaf etmiş dövlətlərin səviyyəsinə çatmaqdır. Ölkə öz enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini artıq təmin edib. Dövlət kosmik sənaye yaradır və öz peykini orbitə buraxmağa nail olmuşdur. Azərbaycanın qarşısında duran yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, yerlərinin yaradılması və nəticədə yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də demək olar ki, müvəffəqiyyətlə həll edlimişdir. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizliyin göstəricisi isə 5,2 faizə qədər düşmüşdür. Ölkədə liberal iqtisadiyyatın bərqərar olması üçün aparılan köklü islahatlar bazar iqtisadiyyatının inkişafına güclü stimul yaratmışdır. Nəticədə iqtisadiyyata investisiya qoyuluşu sürətlə artrmış və bu gün də sərmayə qoyuluşu mühiti öz cəlbediciliyini saxlayır. Ölkəmizdə yaradılan hüquqi zəmin, şəffaflıq və etimad nəticəsində iqtisadiyyata 2003– ildən ötən ilin sonunadək 128,3 milyard ABŞ dolları həcmində investisiya yönəldilmişdir. Sevindirici haldır ki, həmin məbləğin 65,7 faizini daxili investisya təşkil etmişdir. Diqqətəlayiq cəhət budur ki, ayrılan vəsaitlərin 43,4 faizi qaytarılan vəsaitlərin hesabına olmuşdur. Həmin müddətdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aqrar sahədə sahibkarlara 936 milyon manat güzəştli kredit verilmişdir. Bunun nəticəsində reallaşmış layihələrin sayəsində 104 mindən çox yeni yeri açılmışdır. Ayrılan vəsait ilbəil artır. 2012–ci ildə Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir. Bu prosesdə ən mühüm olanı və diqqət çəkən cəhət odur ki, verilən qaytarılan kreditlərin məbləği ilbəil artır. Ötənilki yönəltmələrin 60 faizi qaytarılan vəsaitlərdir. Son illər ərzində SKMF tərəfindən sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Düşünülmüş kredit siyasəti öz növbəsində sosialiqtisadi inkişafda öz müsbət rolunu oynayır.

Verilən kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına yönəldilib. Dövlətin bu maddi dəstəyi bir daha prioritet sahələrin inkişafına olan maddi dəstəyi aydın göstərir. 9 il ərzində aqrar sektorda 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. Turizm sahəsinə ciddi diqqət sayəsində burada da çox güclü və davamlı inkişaf vardır. 2003– ildən bəri turizm sektoru 8,5 dəfə, turistlərin sayı isə 3,3 dəfə artmışdır. Bu pozitiv proses ilbəil güclənir. Davamlı inkişaf isə öz növbəsində dövlətin və artıq getdikcə güclənən özəl sektorun maliyyə qüdrətindən xəbər verir.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və icrasına başladığı neft strategiyasının reallaşmasından əldə olunan gəlirlərin real iqtisadiyyata yönəldilməsi nəticəsində qazanılan uğur və ölkənin hazırkı iqtsadi inkişafı barədə vurğulamışdır:Biz 2004– ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam etmişdir. Bildiyiniz kimi, 2009–cu ildə ikinci Dövlət Proqramı qəbul edilmişdir. Bu ilin sonunda bu Proqram başa çatacaqdır… 2004– ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı–Tbilisi–Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına büyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004– ildə, hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir. Bu gün isə bu Proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır. Artıq yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır”.

2003–2012–ci illərdə məqsədyönlü, kompleks dövlət siyasəti nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunmuş, Cənubi Qafqaz iqtisadiyyatının dörddə üç hissəsi Azərbaycanın payına düşmüşdür. Bu müddət ərzində ümumi daxili məhsul üç dəfə, qeyrineft ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 28,8 dəfə çoxalaraq 46 milyard dolları ötmüşdür. Artıq ölkə kredit verən ölkəyə çevrilmişxarici ölkələrdə milyardlarla dollar səviyyəsində sərmayə qoyuluşuna malikdir. Regionların sosialiqtisadi inkişafı Dövlət proqramları sosialyönümlüdür. Bu proqramlar insan amili nəzərə alınaraq həyata keçirilir. İnsan amili isə həm yerli əhalinin yoxsulluq, məşğuliyyət məsələlərinin, həm də digər sosial problemlərinin həllini nəzərdə tutur. Yəni Azərbaycanda hazırlanan nəhəng regional layihələr həm milli mənafe və maraq, həm də beynəlxalq əhəmiyyətlidir və ümumdünya bazarının bir üzvü kimi nəzərdə tutularaq işlənir, həyata keçirilir.

Bu gün bütün yer kürəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti günü–gündən artır. Bu, xüsusən bir çox ölkələrdə iqtisadi inkişafın durğunluğu və tənəzzülü şəraitində mühüm, hətta həyati əhəmiyyət kəsb edir. İstehsal, emal, xidmət sahələrinin həmin amillərin nəzərə alınaraq inkişaf etdirilməsi, beynəlxalq investorların cəlbi, bütün zəruri layihələrin operativ, dünya standartları səviyyəsində həyata keçirilməsi, hazırda bu istiqamətdə fəaliyyətin sürətlə genişləndirilməsi inkişafın davamlılığını təmin etməkdədir. Bu gün ölkəmizdə real iqtisadiyyatın dayanıqlığı, onun ümumi daxili məhsulunun rəqabətədavamlılığı inkarolunmaz faktdır. Son 9 ildə ölkəmizdə on minlərlə yeni müəssisə açılmışdır. Azərbaycanın davamlı yüksək templə sosialiqtisadi inkişafı və beynəlxalq əlaqələrində özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi onunla əməkdaşlıq etmək istəyənlərin sayını sürətlə artırmaqdadır.

Azərbaycandakı sosialiqtisadi inkişafı dünyanın aparıcı iqtisadi və maliyyə qurumları da təsdiq edir, qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan təşkilatlar ölkəmizin kredit reytinqini artırırlar. Dövlət başçısı ölkəmizdə gedən sosialiqtisadi inkişafın yekunlarını çox yüksək qiymətləndirib: “Bütövlükdə, əgər 2004– ildən bu günə qədər keçən dövrü təhlil etsək görərik ki, biz bütün işləri ardıcıllıqla aparmışıq və aparırıq… Son doqquz ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Hesab edirəm ki, bu dünya miqyasında analoqu olmayan göstəricidir”.

 

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2013.- 20 fevral.- S. 1.