Aqrar sahənin inkişafı dövlət siyasətidir

 

Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi bütün sahələrdə olduğu kimi, aqrar sahənin də inkişafına böyük təkan vermiş, bu sahədə çalışan insanlar üçün əlverişli şəraitin yaranmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009–2013 – illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı aqrar sahənin inkişaf etdirilməsi üçün göstərilən diqqət və qayğının səmərəli nəticələr verdiyini vurğulayaraq demişdir:

—”Bildiyiniz kimi, kənd təsərrüfatını stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlər görülür. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən 1990–cı ilin ortalarından kəndlərdə köklü iqtisadi islahatlar başlamışdır.

Fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdirbu günbiz bu güzəştləri qüvvədə saxlayırıq. Baxmayaraq ki, artıq 20 ilə yaxın vaxt keçir və fermerlər də artıq ayağa durdular, böyük imkanlara malikdirlər. Azərbaycan da çox böyük inkişaf yolu keçmişdir. Ancaq biz bu güzəştləri qüvvədə saxlayırıq, hesab edirəm ki, bu, düzgün siyasətdir.

Hər bir dövlət fermerlərini dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm kreditlər çoxşaxəlidir. Mən qeyd etdim, 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Onlardan 83 faizi bölgələrin aqrar sektoruna ödənilmişdir. Texnikaların alınması, aqrolizinqlərin yaradılması bizim təşəbbüsümüz olmuşdur”.

Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri Şəkidir. Taxılçılığın, heyvandarlığın daha geniş inkişaf etdiyi rayonda Kənd Təsərrüfatı Nazirliyinin xeyli sayda struktur bölmələri fəaliyyət göstərir. Bunların içərisində Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi xüsusi çəkiyə malikdir. Bölgənin Zaqatala, Balakən, Qax, Oğuz Şəki rayonlarına xidmət edən idarə Nazirlər Kabinetinin 20 sentyabr 2002–ci il tarixli 146 saylı qərarı ilə yaradılmışdır.

Ərazi Kənd Təsərrüfatı İdarəsinin xidmət göstərdiyi rayonlarda nazirliyin strukturuna daxil olan 64 idarə, müəssisə təşkilat fəaliyyət göstərir ki, bunlardan 18–i Şəki rayonunda, 16–sı Zaqatala, 10–u Qax, 13–ü Balakən 8–i Oğuz rayonundadır.

Yola saldığımız 2012–ci ildə əvvəlki illərdə olduğu kimi bölgədə aqrar sahənin inkişafında xeyli uğurlar qazanılmış, əhalini bol keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək yönümündə nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur.

Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanov əldə edilən uğurların mayasında aqrar sahəyə göstərilən dövlət qayğısının dayandığını bildirərək qeyd etdi ki, bölgədə aqrar sahədə ən böyük xüsusi çəkiyə malik olan Şəki rayonu üzrə 2012 –ci ilin məhsulu üçün 53344 hektar sahədə buğda, 1934 hektar sahədə dən üçün arpa olmaqla cəmi 72728 hektar sahədə payızlıq dənlilərin əkini aparılmışdır. Həmin sahələrdən bir hissəsi quraqlıq xəstəliklər nəticəsində məhv olsa da, salamat qalmış 52754 hektardan 34,8 sentner məhsuldarlıqla 183577,5 ton buğda, 19334 hektar salamat qalmış arpa əkini sahəsinin hər hektarından 37 sentner məhsuldarlıqla 71484,4 ton arpa istehsal olunmuşdur. Rayon üzrə 72088 hektar payızlıq dənlilərin əkin sahələrindən orta məhsuldarlıq hər hektardan 35,4 sentner olmaqla 255061,9 ton taxıl istehsal olunmuşdur.

2012–ci ilin payızında isə 2013–cü ilin məhsulu üçün 80317 hektar payızlıq sahədə əkinlər aparılmışdır ki, həmin sahələrin 80191 hektarını payızlıq dənlilər təşkil edir. Payızlıq dənlilərin 58759 hektarı buğda, 21432 hektarı arpadır. 126 hektar sahədə yaşıl yem üçün arpa əkilmişdir.

Rayonda yazlıqlardın 355 hektar dən üçün vələmir sahəsindən hektardan 21,5 sentner məhsuldarlıqla 763,7 ton vələmir, 1259 hektar dən üçün qarğıdalı sahəsindən 49,6 sentner məhsuldarlıqla 6198,3 ton qarğıdalı, 506 hektar dən üçün günəbaxan sahəsindən 9,7 sentner məhsuldarlıqla 490,9 ton günəbaxan, 408 hektar paxlalı bitki əkinlərindən 14,6 sentner məhsuldarlıqla 596 ton paxlalılar, 816 hektar kartof əkini sahəsindən hektardan 135,8 sentner məhsuldarlıqla 11077,3 ton kartof, 980 hektar tərəvəz sahəsindən 219 sentner məhsuldarlıqla 21460,8 ton tərəvəz, 413 hektar bostan sahəsindən 166,1 sentner məhsuldarlıqla 155,8 ton tütün, 16250 hektar meyvə bağlarından 1549,1 ton meyvə, 332 hektar üzüm bağlarından 24,9 sentner məhsuldarlıqla 825 ton üzüm 0,5 hektar çəltik sahəsindən 10 sentner məhsuldarlıqla 0,5 ton çəltik istehsal edilmişdir.

Payızda səpin aparılmış sahələrə səpilmiş toxumlar təmizlənmiş, kondisiyaya çatdırılmış, laboratoriyada yoxlanılmışdır. Rayon üzrə operativ məlumatlara əsasən 11500 ton toxum xəstəliklərə qarşı dərmanlanmışdır. Əkin aparılmış sahələrdə toxuma olan tələbat əsasən rayon ərazisində fəaliyyət göstərən özəl dövlət toxumçuluq təsərrüfatlarında istehsal olunmuş toxumların hesabına ödənilmişdir.

Şəki rayonunda kənd təsərrüfatı bitkilərinin toxumçuluğu üzrə ixtisaslaşdırılmışQaratorpaqDövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti, Şəki Dayaq Məntəqəsi, Şəki Rayon Aqrar Elm Mərkəzi sair fəaliyyət göstərir. Hazırda toxumluq sahələrdə payızlıq dənlilərin əkini aparılmış tələb olunan aqrotexniki tədbirlərin ardıcıl həyata keçirilməsi təmin olunur.

Rayonda 2012–ci ildə iribuynuzlu mal–qaranın sayı 1872 baş artaraq 88488 başa, o cümlədən ana malın baş sayı 1000 baş artırılaraq 44318 başa çatdırılmışdır. Xırdabuynuzlu heyvanların baş sayı 19096 baş artırılaraq 387815 başa çatdırılmışdır. Hesabat dövründə ət istehsalı 1440 ton artırılaraq 7409 tona, süd istehsalı 3387 ton artırılaraq 43859 tona, yumurta istehsalı 1173 min ədəd artırılaraq 11253 min ədədə, yun istehsalı 74 ton artırılaraq 418 tona çatdırılmışdır.

Rayonda heyvandarlıqla məşğul olan özəl təsərrüfatda da məhsul istehsalının artımına nail olunmuşdur. 2012–ci il ərzində iribuynuzlu mal–qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 2174 baş inək düyə süni yolla mayalandırılmış 1007 baş bala alınmışdır. Rayonda camışçılıqla məşğul olanDaşüzDövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC– 2012–ci ildə ümumi sürüdə heyvanların baş sayı ötən ildə olduğundan 4 baş az, yəni 173 baş olmuşdur. 2 yaşdan yuxarı düyələrin sayı 2 baş azalaraq 4 baş olmuş, ət istehsalı 1,3 ton artaraq 5,3 ton, süd istehsalı 0,8 ton artaraq 45,4 tona çatdırılmışdır. Bala artımı ötən illə müqayisədə 6 baş azalaraq 23 baş olmuşdur. Müəssisədə 877 hektar torpaq sahəsinin 196 hektarından istifadə olunmuş, həmin 81 hektar sahələrin hər hektarından 21 sentner məhsuldarlıqla 170 ton buğda, 115 hektar sahənin hər hektarından 20 sentner məhsuldarlıqla 230 ton arpa olmaqla ümumi sahədən 20,4 sentner məhsuldarlıqla 400 ton taxıl istehsal olunmuşdur.

Regionların Sosial–İqtisadi İnkişafı Dövlət Proqramında (2009–2013–cü illər) nəzərdə tutulmuş tədbirlərin icrasının yerinə yetirilməsi vəziyyəti rayonda aşağıda göstərilən qaydada olmuşdur. Rayonda ipəkçiliyin inkişafı məqsədi ilə 2012–ci il ərzində 46800 ədəd tut tingi bərpa məqsədi ilə əkilmiş, 285 hektar bar verən 20 hektar təzə salınan tut bağlarında aqrotexniki qulluq işləri aparılmış, kümxanalar təmir edilmiş, kürdarların tələbatına uyğun olaraq 150 qutu barama qurdu toxumu əldə edilmiş, paylanılmış 2851 kq barama istehsal edilmişdir. Gələcəkdə bağların bərpası məqsədi ilə 2 hektar sahəyə 111000 ədəd tut şitili müvəqqəti əkilmiş, 1 hektar sahəyə 5 kq tut toxumu səpilmişdir.

Şəkinin Orta Zəyzid kəndi ərazisində 1 ədəd subartezian quyusunun qazılması işlərinə başlanmışdır. Ötən müddət ərzində rayonda 545 yeni yeri açılmışdır ki, həmin yerlərinin 463–ü daimidir. Daimi yerlərinin 23–ü yeni yaradılmış müəssisə təşkilatlarda, 4–cü müəssisə təşkilatlarda, 436–sı isə fiziki şəxslərdir.

Rayonda 2012–ci ilin iyun ayının 5–də Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü təşkilatçılığı iləRespublikada damazlıq işinin təşkili inkişafımövzusunda respublika zona müşavirəsi keçirilmişdir. Müşavirədə kənd təsərrüfatı naziri İsmət Abasov iştirak etmiş, ötən dövr ərzində aparılmış damazlıq seleksiya işləri haqqında müşavirə iştirakçılarına geniş məlumat vermiş qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq qaydada tapşırıq tövsiyələrini vermişdir.

Rayonda kənd təsərrüfatı sahəsinin intensiv inkişafına nail olunması məqsədi ilə ardıcıl tədbirlər görülür, sahibkarlarla, fermerlərlə, torpaq istifadəçiləri ilə, heyvandarlıqla məşğul olan fiziki hüquqi şəxslərlə yerlərdə görüşlər keçirilir, müvafiq tövsiyələr verilir.

Şəki Ərazi Kənd Təsərrüfati İdarəsinin kollektivi xidməti əraziləri olan Zaqatala, Balakən, Qax Oğuz rayonlarında da aqrar sahədə görülən işlərin, aparılan aqrotexniki zoobaytar tədbirlərin vaxtında keyfiyyətlə həyata keçirilməsi üçün səmərəli fəaliyyət göstərirlər.

İdarəmizin əməkdaşları müntəzəm olaraq həmin rayonlara ezam olunur, aqrar sektorda çalışan insanlara lazımi köməkliklərini əsirgəmirlər.

Ölkə Prezidenti, cənab İlham Əliyevin respublikamızda aqrar sahənin inkişaf etdirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində göstərdiyi diqqət qayğı, verdiyi tapşırıq göstərişlər bizi bundan sonra daha da yaxşı işləməyə, ölkəmizin uğurlu inkişafına öz töhfəmizi verməyə sövq edir.

 

 

İlham Pənahov

 

Respublika.- 2013.- 21 fevral.- S. 7.