Dilimizi sevək və sevdirək

 

Dilin çox mürəkkəb və sirli hadisə olması hamıya bəllidir. İnsanı digər canlılardan fərqləndirən əsas amil dildir. Dilçilik yarandığı gündən dilçilər dilin mahiyyətini və dünyanın dil mənzərəsini açmağa çalışmışlar. Araşdırmalar göstərir ki, dilin yaranması müxtəlif mülahizələrə əsaslanır. Bəziləri dil səriştəsini anadangəlmə hesab edir, bəziləri isə bunun koqnitiv fəaliyyətin nəticəsi olduğunu iddia edirlər.

Hər bir kəs öyrəndiyi dildə danışır. Amma təbii ki, hamı danışdığı dilin mahiyyətini anlamır. Dildən istifadə edən hər bir kəs öz dilininolduğunu başa sala bilər, amma dilinolduğunu izah edə bilməz.

Dilin mahiyyətinın öyrənilməsi ilə dilçilik məşğul olur. Dilçilıyin əsas məqsədi ilk növbədə “Dil nədir?” sualına cavab verməkdir. Bu zaman qarşıda iki məqsəd durur: 1) umumi insan fəaliyyətinin nəticəsi olan dil; 2) konkret tarixi, sosialcoğrafi şəraitdə formalaşmış dil.

İnsan dilləri müxtəlif və rəngarəngdir, amma tam fərqli deyil. Tədqiqatlar sübut edir ki, onlara məxsus olan ümumi cəhətlər də mövcuddur və dillər bir neçə fonemdən ibarətdir. Onlar da distinktiv əlamətlərlə təsvir edilə bilir, bütün dillərdə 2 cür üzvlənmə var, onlar da fərqləndirməyə xidmət edən fonemlərdən və məna daşıyan vahidlərdən, yəni morfemlərdən ibarətdir və bütün dillər ixtiyari işarələrdən ibarətdir. Həmçinin bütün dillərdə sintaktik qaydalar sonu məlum elementlərdən sonsuz cümlələr yaratmağa imkan verir, bütün dillər sintaqmatikparadiqmatik oxlara əsaslanır və s.

Göründüyü kimi, dillər arasında oxşar cəhətlər də mövcuddur. Dilçilərin dilə verdikləri tərifdən də dilin mahiyyətini anlamaq olar. Məsələn, tanınmış dilçi V.fon Humboldt dili erqon deyil, energeia, F.de Sossür isə dili işarələr sistemi kimi müəyyən edir. E.Sepir isə dil haqqında belə yazır: “Dil xüsusi düzəlmiş simvollar sistemi vasitəsilə fikirlərin, emosiyaların və arzuların ifadəsi üçün sırf mənanı ifadə edən qeyriinstinktiv vasitədir”. R.Holl dili ixtiyari tələffüz olunan və eşidilən simvolların istifadəsilə insanların qarşılıqlı əlaqələrini təmin edən institut kimi tədqiq etməyi məsləhət görür. N.Xomski isə yazır ki, dil deyəndə elə cümlələr çoxluğu başa düşülür ki onlardan hər birinin son uzunluğu varonlar sonu məlum elementlərdən düzəlir.

Azərbaycan dilçiləri də dilçilik sahəsində yorulmadan fəaliyyət göstərirlər. Uzun və şərəfli yol keçən Azərbaycan dilçiliyi hazırda yüksək səviyyədədir. Azərbaycan alimləri Azərbaycan dilçiliyini həm ölkəmizdə, həm də xaricdə layiqincə təmsil edirlər. Onların əldə etdikləri uğuru və inkişafı akademik A.Axundov belə dəvərləndirir: “Azərbaycanda dilçilik elmi hazırda elə bir səviyyəyə gəlib çatmışdır ki, yerli kadrlar yalnız Azərbaycan dilini deyil, müxtəlif mənşəyə mənsub olan dilləri də öz tədqiqat planlarına daxil etmişlər.

Məqsədimiz dilin necə yaranması, yaxud onun haqqında söylənilən fikirləri təhlil etmək deyil. Dilincür yaranmasından asılı olmayaraq hər bir insan dünyaya gəldiyi gündən gözünü açdığı ölkəni öz vətəni, həmin anda eşitdiyi dili isə ana dili hesab edir. Bu yerdə ulu öndər Heydər Əliyevin “Ana dili” haqqında bir kəlamını xatırlamaq yerinə düşər: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.”

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyaninkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında və digər hallarda mühüm rol oynayır.

Azərbaycanda yaşayan, bu torpaqda boyabaşa çatan hər bir ziyalı ana dili haqqında öz sözünü deməyə çalışır və bununla da vətən qarşısında borcunu müəyyən mənada yerinə yetirir.

Azərbaycanın şair və yazıçıları “Ana dilini öz əsərlərində kifayət qədər vəsf etmişonun haqqında artıq kəlama çevrilən fikirlər söyləmişlər. Misal üçün, böyük şairimiz B.Vahabzadənin “Ana dili” şeirinə müraciət edək:

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir–birimizlə əhdi–peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras ver

diyi

Qiymətli xəzinədironu gözlərimiz tək

Qoruyub, nəsillərə biz hədiyyə verək.

 

Hazırda ana dilimizin təmizliyini qorumaq, müasir elmi konsepsiyalar baxımından tədqiq etmək ziyalıların borcudur. Heydər Əliyevin bu barədə tövsiyəsini xatırlayaq: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.”

Doğrudur, dilimizin təmizliyinin qorunmasında, onun dünya dilləri arasında layiqli yerini tutmasında, tanınmasında çox görülür. Dilimizin qorunması respublika rəhbərliyinin daim diqqət mərkəzindədir. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin fərmanı, eyni zamandaAzərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublıkasının Qanunu”nun qüvvəyə minməsi haqqında fərman verilməsini s. qeyd etmək olar. Amma bunlara baxmayaraq bəzi məsələləri nəzərdən qaçırmamalıyıq:

Yaxşı olardı ki, xarici dövlətlərin rəsmi adamları ölkəmizdə fəaliyyətdə olarkən yazılı şifahi ünsiyyət ana dilimizdə aparılsın.Vəzifəsindən asılı olmayaraq hər bir şəxs rəsmi görüşlərdə ziyafətlərdə təmiz Azərbaycan dilində danışmalıdır.

Rəsmi sənədlərin ana dilində yazılması tarixi əhəmiyyət daşıyır hər bir səlahiyyətli şəxs bu məsələdə məsuliyyət daşıdığını bilməlidir.

Qəzet, jurnal, radio televiziya kanalları dilimizin saflığı təmizliyi üçün çalışmalı, Azərbaycan ədəbi dil normasından kənara çıxmamalıdır.

Dilimizin işlənməsində narahatçılıq doğuran məsələlərdən biri dialektlərin məhəlli danışıq tərzinin qarşısının alınmasıdır. Vəzifə borcunu yerinə yetirərkən hər bir Azərbaycan vətəndaşı ədəbi dil normasına əməl etməlidir.

Narahatlıq doğuran məsələlərdən biri reklam bazarında dilimizə qarşı olan laqeydlikdir. Ərzaq malların üz qabığındakı yazılara xüsusi diqqət verilməli, yad adlardan istifadə olunmamalıdır.

Dilimizi sevək sevdirək”! Amalımız bu olsa hörmət qazanar, gələcək nəsillərə örnək olarıq!

 

 

Sahilə MUSTAFAYEVA,

Azərbaycan Dillər Universitetinin

baş müəllimi.

 

Respublika.- 2013.- 21 fevral.- S. 6.