Nizami rayonu: uğurlar ilbəil artır

 

Bu gün respublikamız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atır. Ölkəmizin tikinti–quruculuq meydanına çevrilməsi, paytaxtın dünyanın sayılan şəhərləri cərgəsində mövqelərini möhkəmləndirməsi uğurların artması kimi qiymətləndirilməlidir.

Azərbaycanın hər bir guşəsi kimi, paytaxtın Nizami rayonuda inkişafın keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Nizami rayonunun sosial–iqtisadi həyatında miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon məhz dövlət başçısının diqqət və qayğısı sayəsində son illərdə də böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Odur ki, rayonun hər bir sakini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

Son illər rayonda həyata keçirilmiş işlər həm nailiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyasılı, konkret və ünvanlıdır. Belə ki, rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.

2012–ci il rayon sakinləri üçün ölkəmizin uğurları ilə yanaşı, əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Belə ki, ölkə başçısı cənab İlham Əliyev rayonda həyata keçirilən işlərlə əlaqədar martın 1–də 110 nömrəli körpələr evi–uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə, həmçinin mayın 28–də Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksinin açılış mərasimində iştirak etmişdir. Sentyabrın 14–də isə 70 N–li məktəb–liseyin, 242 N–li orta məktəbin əsaslı təmirindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Eləcə də möhtərəm Prezidentimiz B.Nuriyev küçəsində yerləşən “Heydər bağı” park–bulvarın, C.Naxçıvanski küçəsi 18 ünvanında yeni inşa edilmiş “8–ci km stadionu”nun, Keşlə qəsəbəsi, Babək prospekti, 2269–cu məhəllədə tikilmiş yeraltı piyada keçidinin, yeni inşa olunmuş 328 N–li orta məktəbin açılışlarında və həmin məktəbin qarşısındakı ərazidə 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimində iştirak etmişdir.

Bir sözlə, rayonun uğurları ilbəil artır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu uğurlar 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon fəallarının iştirakı ilə müzakirə edildi. Əvvəlcə hesabat yığıncağında rayonun 2012–ci ilin uğurlarını əks etdirən film nümayiş olundu.

Rayonun iqtisadi göstəricilərinə nəzər yetirdikdə görürük ki, 2012–ci il rayon üzrə ümumi daxili məhsul 2729830,5 manat təşkil etmişdir.

2012–ci ilin yanvar–dekabr aylarında rayonda sənaye məhsulunun həcmi 418,8 milyon manat olmuşdur ki, bu da ötən ildəkindən 5,6 faiz çoxdur. Sənayenin dövlət sektorunda 280,9 milyon manatlıq və ya ümumi istehsalın 67,1 faizi qədər məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir.

İstehsal olunmuş məhsulun 32,9 faizi qeyri–dövlət sektorunun payına düşür.

2011–ci ilə nisbətən qarğıdalı yağı istehsalı 2,2 faiz, marqarin istehsalı 8,7 faiz, günəbaxan yağları 55,9 faiz, spirtli içkilər istehsalı 59,0 faiz, kimyəvi məhsulların istehsalı 17,3 faiz, şokolad istehsalı 21,4 dəfə, rezin və plastmas məmulatları 2,3 dəfə, beton, gips və sement məmulatlarının istehsalı 5,4 faiz, betondan yığma tikinti konstruksiyaları 58,8 faiz, mədənçıxarma sənayesi 59,5 faiz, ət məhsulları istehsalı 15,6 faiz çox olmuşdur. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, “Neftqaztikinti” tresti, “NJT–2000″ firması, “Kaspi Yıldız” MMC, “Bakı Yağ Qida Fabriki” MMC, “Körpü Tunel” ASC, “Azərtunelmetrotikinti” SC–nin DBK zavodu, “Ulduz” fabriki və s. kimi müəssisələrin müstəsna xidmətləri vardır.

2012–ci il ərzində öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 374,3 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 75,8 faiz təşkil etmişdir.

Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 37,2 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 141,7 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 21,9 milyon manatı və ya 58,9 faizi dövlət, 15,3 milyon manatı və ya 41,1 faizi qeyri–dövlət müəssisələrinin payına düşür. Hesabat dövrü ərzində istifadə edilmiş investisiyaların 19,6 milyon manatı və ya 52,7 faizi tikinti — quraşdırma işlərinə sərf edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 27,0 faiz təşkil etmişdir.

2012–ci ilin yanvar–dekabr aylarında rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 40,3 faiz artaraq 1490,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 87,1 faiz təşkil edərək 218,5 milyon manat olmuşdur. Pullu xidmətlərin 78,8 milyon manatı və ya 34,7 faizi hüquqi şəxslərin, 142,7 milyon manatı və ya 65,3 faizi fiziki şəxslərin hesabına olmuşdur.

Pərakəndə ticarət dövriyyəsi ticarətlə məşğul oian fərdi sahibkarların fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi, istehlak bazarının əmtəə ehtiyatları ilə tam təmin olunması, son illərdə həyat səviyyəsinin və alıcılıq qabiliyyətinin yüksəlməsi, xidmətlərin çeşidlərinin və keyfiyyətinin artması hesabına yüksəlmişdir. Belə ki, ümumi əmtəə dövriyyəsinin 13,7 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 12,5 faizi fiziki şəxslərin, 73,8 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının dövriyyəsinin payına düşür. Qeyd etmək lazımdır ki, əhaliyə bazar və yarmarkalardan 1099,8 milyon manatlıq, digər fiziki şəxslər tərəfindən isə 155,6 milyon manatlıq istehlak malları satılmışdır.

2012–ci ildə rabitə sahəsində 70,2 milyon manat, nəqliyyat sahəsində isə 62,0 milyon manat dəyərində xidmət göstərilmişdir.

2012–ci ilin yanvar–dekabr aylarında Nizami rayonunda 3088 yeni iş yerləri açılmışdır ki, ondan 224–ü yeni açılmış, 1010–u mövcud, 18–i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlara və 1836–sı isə fiziki şəxslərə aiddir.

Son üc ildə 6252 yeni iş yeri acılmışdır ki, onun da hamısı daimi iş yerləridir.

Əhalinin rifah halının daha da yaxşılaşması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin sosial həyatında son illər müşahidə olunan inkişaf 2012–ci ildə də davam etdirilmişdir.

Beynəlxalq təcrübəyə əsaslanaraq aztəminatlı ailələrin sosial müdafiəsi və yoxsulluğun azaldılması istiqamətində mükəmməl sistem yaradılması məqsədilə respublikamızda ilk dəfə olaraq, “Özünədəstək” mexanizminin Bakı şəhərinin Nizami rayonunda pilot layihə kimi sınaqdan keçirilməsinə başlanılmışdır.

“Özünədəstək” proqramı ünvanlı sosial yardım proqramının mövcud büdcəsi tərkibində maliyyələşdirilir və bu proqramda iştirak edəcək ailə ünvanlı sosial yardım almır və sosial reabilitasiya edildikdən sonra tədricən yoxsulluq həddindən çıxarılır.

Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımı alan ailələrdən 28–i Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və QHT–lər tərəfindən seçilərək “Özünədəstək” proqramına cəlb edilmişdir. Birdəfəlik sosial yardımın ödənilməsi üçün 28 ailəyə ümumilikdə 33486 manat vəsait ödənilmişdir.

“Özünədəstək” mexanizmi vasitəsilə birdəfəlik yardım verilən ailələrlə mütəmadi əlaqələr saxlanılmış, onların məişət şəraiti yoxlanılmış, gördükləri işlər barədə hesabatlar alınmışdır. Hesabatların nəticələrinə görə vətəndaşların əldə etdikləri gəlirlərdə artım müşahidə olunmuşdur. Aztəminatlı ailələrin aktiv layihələrə qoşulması prosesi davam etdirilərək, gələcəkdə həmin ailələrə sosial kreditlər verilməsi istiqamətində işlər aparılacaqdır.

Eyni zamanda əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və qərar qəbuletmə prosesində subyektiv amillərin təsirinin aradan qaldırılması məqsədilə ÜSY üçün alternativ müraciət (poçt və elektron) mexanizmləri hazırlanmışdır. Alternativ müraciət mexanizmlərinin ilkin olaraq pilot rayonlardan biri kimi seçilmiş Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində fevral ayından etibarən tətbiqinə başlanılmışdır. Bu günədək Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım üçün 428 ailə tərəfindən poçt vasitəsilə müraciət daxil olmuş, onlardan 193 nəfərinə USY təyinatı aparılmışdır. Ünvanlı sosial yardımın verilməsində şəffaflığın artırılması məqsədilə vətəndaşlara plastik kartların çatdırılması banklar vasitəsilə həyata keçirilir.

Hazırda mərkəzdən 3355 ailə ünvanlı dövlət sosial yardımı alır. Onlardan 2523 ailəyə təkrar təyinat aparılmışdır. ÜSY təyin edilən ailələrdən 1501–i işləyən, 1028–i pensiya alan, 191–i 18 yaşadək olan əlillər, 59–u müharibə əlili, 461–i digər səbəbdən əlil və 375–i məcburi köçkün ailəsidir.

2012–ci ilin 12 ayı ərzində mərkəzdən 3548 nəfər sosial müavinət, 214 nəfər uşaq müavinəti, 819 nəfər güzəştli şərtlərlə sosial müavinət almışdır.

İl ərzində pensiya, müavinət və sosial yardımın ödənilməsinə 8193632 manat vəsait xərclənmişdir.

Nizami rayon ƏSMM–in sosial məişət xidməti sektorunda 487 nəfər tənha və kimsəsiz qocalara, əlillərə evlərində sosial və məişət xidməti göstərilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 2012–ci il ərzində 946 nəfərə yeni pensiya təyin edilmişdir. Hazırda 23339 nəfər əmək pensiyaçılarına xidmət edilir. Onlardan 15775 nəfər yaşa görə, 5930 nəfər əlilliyə görə, 1634 nəfər ailə başçısını itirməyə görə, 250 nəfər şəhid ailəsi, 386 nəfər dövlət qulluğu pensiyası alanlardır.

“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012–ci il 08 fevral tarixli 2032 nömrəli sərəncamının icrası ilə əlaqədar, 23727 nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsi 7,9 faiz indeksləşdirilərək 1 ayda 127007,88 manat əlavə vəsait pensiyaçılara ödənilmişdir. Həmin sərəncamla əlaqədar 2012–ci il üçün illik gözlənilən məbləğ 1524094,56 manat təşkil etmişdir.

“1941–1945–ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012–ci il 30 aprel tarixli 2207 nömrəli sərəncamına əsasən 97200 manat həcmində birdəfəlik maddi yardım ödənilmişdir. Ondan 5 BVM əlilinə 2500 manat, 32 BVM iştirakçısına 6400 manat, arxa cəbhədə çalışmış şəxslərə və dul qadınlara 88300 manat məbləğində yardım verilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsində 01.01.2013–cü il tarixə 12605 nəfər fərdi sahibkar qeydiyyatdan keçmişdir.

DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 2012–ci il ərzində 1685,2 min manat məcburi dövlət sosial sığorta haqqı yığılmışdır ki, bu da keçən illə müqayisədə 16,4 faiz və ya 182,9 min manat çox olmuşdur.

2012–ci il ərzində Nizami rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 1249 nəfər qeydiyyata götürülmüşdür ki, bunlardan 529 nəfəri qadın, 55 nəfəri isə qaçqın və məcburi köçkünlərdir. İl ərzində müraciət edən vətəndaşlardan 600 nəfəri münasib işlə təmin olunmuşlar. İşə düzələnlərdən 232 nəfəri qadın, 35 nəfər isə qaçqın və məcburi köçkünlərdən ibarətdir. İl ərzində keçirilmiş 16 əmək yarmarkasında 130 nəfər işlə təmin olunmuşdur.

2012–ci ildə fəaliyyətdə olan müəssisələr tərəfindən Mərkəzə 2199 boş iş yeri təqdim olunmuşdur ki, bunlardan 1560–i fəhlə peşələrindən ibarətdir.

Ötən dövrdə 39 nəfərə işsizlik statusu verilmiş, onlardan 10 nəfəri qadın, 5 nəfəri qaçqın və məcburi köçkünlərdir. Eyni zamanda, bu dövr ərzində 43 nəfərə işsizlik müavinəti təyin olunmuş, onlardan 12 nəfəri qadın, 5 nəfəri qaçqın və məcburi köçkünlərdir.

2012–ci ildə təhsildə bir çox uğurlar qazanılmışdır. Ötən dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1882 şagird bitirmiş, onlardan 1682 nəfəri ali məktəblərə sənəd vermiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi rəsmi məlumata görə, sənəd verənlərdən 947 nəfəri, yəni 56,30 faizi tələbə adını qazanmışdır (ötənilki qəbul 51,67 faiz təşkil etmişdir).

2012–ci ildə rayon üzrə 82 məzun 600–dən yuxarı bal toplamış, onlardan 17 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir (ötən il bu rəqəm müvafiq olaraq 94 və 24 nəfər təşkil etmişdir).

600–dən yuxarı bal toplayanlardan ən çoxu kimya–biologiya təmayüllü liseyin (13 nəfər) “Zəngi” liseyinin (12 nəfər), 32 və 214 N–li məktəblərin, 62 N–li məktəb–liseyin və “Dədə Qorqud” özəl türk liseyinin (hər birindən 5 nəfər) məzunlarıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2012–ci il tarixli sərəncamı ilə ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərərək tələbə adını qazanmış məzunlardan 102 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür ki, onlardan da 5 nəfəri Nizami rayon məktəblərini bitirənlərdir (32 N–li məktəb —2 nəfər, 62 N–li məktəb–lisey —1 nəfər, 214 N–li məktəb —1 nəfər, 238 N–li məktəb —1 nəfər).

2011–2012–ci tədris ilinin yekunlarına görə 201 N–li orta məktəb “Ən yaxşı ümumtəhsil müəssisəsi” (direktor Süsən Salmanova), 6 müəllim (220 N–li məktəb–liseyin ingilis dili müəllimi Mahmudova Sevda Allahyar qızı, 229 N–li məktəbin ingilis dili müəllimi Quliyeva Sevinc Rafiz qızı, 238 N–li məktəbin ibtidai sinif müəllimi Tağıyeva Güləbətin İbrahim qızı, “Zəngi” liseyinin ibtidai sinif müəllimləri —Gəncəliyeva Nərgiz Əli qızı, Qasımova Afaq Mustafa qızı və həmin liseyin riyaziyyat müəllimi Səfərov Rövşən Feyruz oğlu) “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri olmuşlar.

2011–2012–ci dərs ilində qazanılmış uğurların sırasında pedaqoji işçilərə verilən fəxri adları qeyd etmək yerinə düşərdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 32 N–li məktəbin direktoru Sevda Abdullayeva “Əməkdar müəllim” fəxri adı ilə, 201 N–li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Simuzər Əhmədova və 238 N–li məktəbin ingilis dili müəllimi Nazilə Həsənova “Tərəqqi” medalı ilə təltif edilmişlər.

Göstərilən müddətdə rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar–gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər davam etdirilmişdir.

2012–ci ilin yekunlarına görə Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Ən fəal mədəni–maarif müəssisəsi” müsabiqəsi üzrə “Ən fəal sayt” nominasiyasının qalibi olmuş, şöbə müdirləri —Dərvişova Güldanə Mahir qızı və Babayeva Yeganə Ələddin qızı “İlin ən fəal kitabxanaçısı” nominasiyası üzrə Fəxri Fərmanla təltif olunmuşlar.

İl ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal iş fəaliyyətlərinin təmin olunmasına xüsusi diqqət yetirilmiş, həmin müəssisələrin istilik, elektrik, kanalizasiya və digər kommunal sahələr üzrə yaranmış problemlərinin operativ və təxirəsalınmadan aradan qaldırılması üçün əlaqədar təşkilatlarla sıx əlaqələr saxlanılmış, lazımi köməkliklər göstərilmişdir.

2012–ci ildə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilmişdir.

“2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 110 N–li körpələr evi–uşaq bağçası, 70, 210, 242, 250 N–li məktəblər, 26 N–li Birləşmiş Şəhər Xəstəxanası və 6 N–li Köməkçi Yardım Stansiyası əsaslı təmir edilərək istismara verilmişdir. Bunlardan əlavə, Dövlət Proqramına əsasən Keşlə qəsəbəsi, Babək prospekti 2269–cu məhəllədə 640 şagird yerlik yeni məktəb (328 N–li ) və 220 N–li məktəb–liseydə 840 şagird yerlik (42 sinif otağı) əlavə tədris korpusu tikilmişdir. Hazırda 172 və 190 N–li uşaq bağçalarında əsaslı təmirin son tamamlama işləri aparılır, 145 N–li orta məktəbdə yeni korpus (50 sinif otağı) inşa edilir, 17 N–li Uşaq Poliklinikasının isə əsaslı təmirinə başlanılmışdır.

2012–ci il ərzində rayonun xidmət və təsərrüfat idarələri tərəfindən tabeçiliklərində olan ayrı–ayrı təsərrüfatlarda aşağıdakı işlər görülmüşdür.

Rayon İstilik təsərrüfatı üzrə 2012–ci il ərzində 31 qazanxana və 1 istilik məntəqəsi əsaslı təmir olunmuş, ayrı–ayrı ünvanlarda 8581 poqonmetr magistral və məhəllədaxili istismara yararsız müxtəlif diametrli istilik xətləri dəyişdirilmiş, 76 yaşayış binasının aşağıpaylayıcı istilik xətləri saz vəziyyətə gətirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Rayon qaz təsərrüfatı üzrə 2012–ci ildə 4085–ci məhəllədə və Keşlə qəsəbəsi 1–ci Köndələn, D.Aslan və P.Fərzəliyev küçələrində müxtəlif diametrli 13900 poqonmetr qaz xətti küçəyə çıxarılmış, “Nizami–NZS” qaz xəttinin 920 p/m hissəsi dəyişdirilmiş, “Nizami–Keşlə” daşıyıcı qaz kəmərindən N.Abdullayev küçəsinə ayrılan 6858 poqonmetr, M.Ağayev küçəsinə ayrılan 2698 poqonmetr, “Zavodlar” daşıyıcı qaz xəttindən ayrılmaqla “Şəfa” stadionunun yanından “Bakı Ayaqqabi–2″ ASC–yə qədər 1380 poqonmetr yeni qaz xətti çəkilmişdir. Q.Qarayev prospekti 39/47 və 51/57 nömrəli binalara dairəvi qaz xətti çəkilmiş, 29000 ədəd mexaniki qaz sayğacı “Smart–kart” tipli sayğaclarla əvəz olunmuş, əhali sektorunu qazla təchiz edən məhəllədaxili qaz kəmərlərində 19 ədəd yeni Qaz Tənzimləyici şkaf quraşdırılmışdır.

Əhali sektorunda ümumilikdə 48729 abonentə xidmət göstərilmiş və ödəniş 106 faiz təşkil etmişdir.

Eyni zamanda rayon ərazisində 4 məktəbdə, 2 uşaq bağçasında və 1 səhiyyə müəssisəsində bütün kommunikasiya xətləri (elektrik, istilik, su və kanalizasiya), bundan əlavə 1 məktəbdə və 1 səhiyyə müəssisəsində istilik sistemləri əsaslı təmir olunmuşdur.

Elektrik enerji təsərrüfatı üzrə 18 transformator məntəqəsində avadanlıqlar cari təmir olunmuş, 9 transformator məntəqəsində zəif transformatorlar daha güclüsü ilə, 6 transformator məntəqəsindən çıxan hava xətləri yeni SİP xətləri ilə əvəz edilmiş, transformator məntəqələri arası 21160 poqonmetr 10/6 kV–luq kabel xətti, 17 yaşayış binası ilə transformator məntəqələri arası 2798 poqonmetr 0,4 kV–luq kabel xətti dəyişdirilmiş, 34 binanın elektrik təchizatında yenidənqurma işləri aparılmış, 23 binada yeni paylayıcı lövhələr quraşdırılmış, 3 ədəd yeni transformator məntəqəsi tikilmiş, 4 ədəd KTM quraşdırılmış, 6 TM–də 600 kvadratmetr dam örtüyü yenilənmiş, 10 ədəd TM–in binasında təmir işləri, 54 transformator məntəqəsində və 27 ədəd KTM–də təmir–təftiş işləri aparılmışdır. İnvestisiya proqramına uyğun 74397 metr hava xətti yeni kabel xətti ilə əvəz olunmuş, 41 binanın 31000 metr daxili elektrik xətti yeniləşdirilmişdir.

2012–ci ildə rayon icra hakimiyyətinə daxil olmuş 1512 müraciətdən 1223–ü ərizə, 285–i şikayət, 4–ü isə təkliflərdən ibarət olmuşdur. 2012–ci ildə nəzarətə götürülən müraciətlərin sayı 4,4 faiz çoxalmışdır ki, bu da problemlərin müsbət həll olunmasına öz təsirini göstərmişdir.

Vətəndaşların ərizə və şikayətlərinə diqqət və qayğının artırılması, operativ tədbirlərin görülməsi nəticəsində ötən ilə nisbətən təkrar və kollektiv ərizələr də daxil olmaqla bütövlükdə müraciətlərin sayı 624 vahid azalmışdır.

Daxil olan müraciətlərin 46,2 faizi müsbət, 5,0 faizi qismən həll olunmuş, 28,4 faizinə müvafiq izahatlar verilmiş, 7,3 faizi əsassız sayılmış, 6,7 faizi baxılmaq üçün tabeli qurumlara və aidiyyəti orqanlara göndərilmişdir.

Hesabat yığıncağına yekun vuran rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov qarşıda duran vəzifələrdən söz açdı.

Yığıncaqda Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin aparıcı mütəxəssisi Tağı Tağıyev ARDNŞ–in prezidenti, millət vəkili Rövnəq Abdullayev, millət vəkilləri Rasim Musabəyov, Sədaqət Vəliyeva, rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmov, rayon prokuroru Aqşin Ziyadov iştirak və çıxış etdilər.

 

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2013.- 21 fevral.- S. 3.