Böyük Vətən müharibəsi veteranlarına mükafatlar təqdim olundu

 

1941–1945–ci il Böyük Vətən müharibəsi bəşər tarixində dəhşətli müharibələrdən biridir. Dünyanın bir çox ölkəsini əhatə edən bu müharibədə milyonlarla insan tələf olmuş, şəhərlər, kəndlər dağılmışdı. Faşist Almaniyasının dünyaya ağalıq etmək arzusu ilə başladığı müharibə dünya müharibəsi kimi tarixə düşmüşdür. Sovet İttifaqının tərkibinə daxil olan digər xalqlar kimi Azərbaycan xalqı da faşizm üzərində qələbəni təmin etmək üçün böyük qurbanlar vermişdir. Bu xalqın övladları həm ön cəbhədə, həm də arxa cəbhədə əsl şücaət göstərmiş, Azərbaycan nefti isə tarixi qələbənin qazanılmasında böyük rol oynamışdır.

Azərbaycana yüksək qiymət verən Sovet İttifaqı marşalı G.K.Jukov da bu faktı təsdiq edərək deyirdi: “Müharibəyə texnika, neft, sürtkü yağları nə qədər lazım idisə Azərbaycan verirdi”. Onu da qeyd edək ki, qələbənin qazanılmasında G.K.Jukovun özününböyük xidmətləri olmuşdur. Məhz bunu nəzərə alaraq 1990–cı ildə MoskvadaSovet İttifaqı marşalı G.K.Jukovun xatirə komitəsi” yaradılmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda təkrar hakimiyyətə qayıtdıqdan sonra 1993– ildə bu komitənin Bakıda da filialı fəaliyyətə başladı.

Azərbaycan filialının yaradılmasının 20 illiyi münasibətilə bu günlərdə Veteranlar Şurasında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə komitənin Azərbaycan bölməsinin sədr müavini A.Qritsenko açaraq Böyük Vətən müharibəsində Sovet xalqının tarixi qələbəsi və bu qələbənin təmin olunmasında Azərbaycan xalqının xidmətlərindən danışdı. O, böyük döyüş yolu keçmiş bir insan kimi o günləri xatırlayaraq Azərbaycanın oğul və qızlarının qəhrəmanlıqlarından söz açdı. Qeyd etdi ki, Azərbaycan xalqı bu qələbənin qazanılmasında çoxlu sayda qurbanlar vermiş, arxa cəbhədə çalışanlar gecəni–gündüzə qataraq qələbəni daha da reallaşdırmışlar. “Hər şey cəbhə üçün” şüarı ilə işləyən neftçilərimiz isə müharibəni texnikanın işləməsi üçün əsas şərt olan bütün növ yanacaqla təmin etmişdir. Bu mənada Bakını qəhrəman şəhərlər sırasına daxil etmək Azərbaycan xalqının müharibədəki xidmətlərinə verilən ən yüksək qiymət olardı. Mən neçə ildir ki, “Sovet İttifaqı marşalı G.K.Jukovun xatirə komitəsi”nin Azərbaycan bölməsinin sədr müaviniyəm. Bu il bölmənin yaradılmasının 20 ili tamam olur. Bu münasibətlə Böyük Vətən müharibəsində rəşadət göstərmiş veteranların bir qrupu komitənin təsis etdiyiSovet İttifaqı marşalı G.K.Jukov adına medal” və “Qələbə bayrağı” ordeni ilə təltif olunmuşdur.

Sonra mükafata layiq görülmüş veteranları təhlükəsizlik orqanlarının veteranı, generalmayor Bahadır Hüseynov, “Sovet İttifaqı marşalı G.K.Jukovun xatirə komitəsi”nin Azərbaycan bölməsinin sədri Rasim Muxtarov, sədr müavini A.Qritsenko, Çingiz Həsənov (ölümündən sonra), respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov, Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü İsmayıl İbrahimov, Çernobıl veteranı, ehtiyatda olan polkovnik Kamal Əliyev, Havadan Müdafiə Qüvvələri veteranlarının sədri, ehtiyatda olan polkovnik Aleksandr Antropov, 416–cı Taqanroq diviziyasının veteranı Faiq Allahverdiyev, “Xatirə” silsilə kitabının baş redaktoru Nahid Hacızadə, Şəddət Cəfərov, Bakı şəhər baş polis idarəsinin veteran təşkilatının sədri İsmayıl Qasımova ordenmedallar təqdim olundu.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, respublika və Bakı Veteranlar Şurasının nümayəndələri iştirak edirdi.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2013.- 22 fevral.- S. 7.