İMİŞLİ: DÖVLƏT PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR

 

İmişli rayonunda iqtisadisosial sahədə məqsədyönlü layihələr müasir səviyyədə həyata keçirilir. Bu günlərdə rayonun 2012–ci ildə sosialiqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında bu barədə ətraflı bəhs olundu.

Yığıncaq iştirakçıları tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev iqtisadisosial inkişafın yekunları, “2009–2013– illərdə Azərbaycan regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın müddəalarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış etdi. Müzakirələrdə rayon icra hakimiyyətinin həmin sahədəki fəaliyyətinə obyektiv qiymət verildi, problemlərdən və onları aradan qaldırmaq yolları barəsində fikir mübadiləsi aparıldı.

 

Yığıncaqda qeyd olundu ki, 2012–ci il ölkənin bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da uğurlu nəticələrlə yadda qalmışdır. Rayonda aqrar–sənaye kompleksinin sürətli inkişafı, genişmiqyaslı quruculuq–abadlıq işləri, sosial proqramlar ardıcıl olaraq həyata keçirilir, insanların daha firavan yaşamasından ötrü ardıcıl tədbirlər görülür. Ölkənin son illərdəki inkişafında İmişli rayonunun da öz payı vardır. Azərbaycan regionlarının sosialiqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələr rayonda ardıcıl surətdə yerinə yetirilmiş, çoxlu müsbət nəticələrə imza atılmışdır. Son vaxtlar rayonda bütün sahələr intensiv surətdə inkişaf etdirilmiş, tikinti–abadlıq işlərinə xüsusi fikir verilmiş, yaşayış məntəqələri öz simasını yaxşılığa doğru xeyli dəyişmiş, vətəndaşların həyat səviyyəsi yüksəlmişdir.

2012–ci ilin oktyabr ayında Respublika Prezidenti İlham Əliyev rayonda olmuş, əsaslı təmir edilmiş mərkəzi xəstəxananın, yenidən qurulmuş Heydər Əliyev parkının, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, “Araz” Damazlıq–quşçuluq MMC–nin, 50 min tonluq taxıl anbarının, Şahmat məktəbinin, Su anbarları kompleksinin açılış mərasimlərində iştirak etmişdir. Ölkə başçısı sakinlərlə söhbətində demişdir ki, “İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir. Bir sözlə, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür”.

Bəli, tamamilə doğru fikirdir: xalqının tərəqqisinə ürəkdən can yandıranda dağı dağ üstünə qoymaq olar. Bu fikir yığıncaqda iştirak edən insanların dilində dəfələrlə səsləndi. Məruzə ilə hesabat verən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, müzakirələrdə çıxış edənlər söylədilər ki, rayonun əməksevər insanları artıq beşinci ildir ki, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı tədbirləri haqqında Dövlət Proqramının işığında işləyirlər. Rayonda bu tarixi sənəddən irəli gələn vəzifələrin miqyası olduqca genişdir. Belə ki, ötən illər ərzində kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, yerli avtomobil yollarının əsaslı təmiri, şəhər küçələrinin təmiri, rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması, rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması əsas vəzifələr olacaqdır. Bundan əlavə, rayonda yeni poçt binalarının tikintisi, İmişli şəhərinin, kəndlərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorasiyairriqasiya tədbirlərinin həyata keçirilməsi, Araz çayının məcrasının düzləndirilməsi işlərinin davam etdirilməsi əsas tədbirlər olmuşdur. Həmçinin səhiyyə müəssisələrinin təmiri, yenilərinin tikintisi və avadanlıqlarla təchiz olunması, mədəniyyət ocaqlarının əsaslı təmiri, yenidən qurulması və tikintisi, idman–sağlamlıq obyektlərinin inşası, məktəblərin əsaslı təmiri, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikilməsi sahələrində də xeyli yeni tədbir həyata keçirilmişdir.

Respublika rəhbərliyinin müəyyən etdiyi tapşırıqları əsas fəaliyyət proqramı kimi qəbul edən rayon icra hakimiyyəti rayon əməkçilərinin qüvvəsini müəyyən olunmuş sosialiqtisadi vəzifələrin yerinə yetirlməsinə səfərbər edə bilmişdir. Xüsusilə 2012–ci il İmişli rayonunun sosialiqtisadi və mədəni həyatında mühüm hadisələrlə zəngin olmuşdur. İqtisadiyyatda uğurlu nəticələr əldə olunmuş, əhalinin rifahının yüksəldilməsi sahəsində səmərəli tədbirlər həyata keçirilmişdir. Ötən il iqtisadiyyatın əsas sahələri üzrə 370,5 milyon manatlıq məhsul istehsal edilmişya xidmət göstərilmişdir. Bunun 37,6 faizi sənayenin, 25,2 faizi kənd təsərrüfatının, 25,1 faizi tikintinin, qalan hissəsi ticarət, iaşə, nəqliyyat, rabitə müəssisələrinin payına düşür. Rayon üzrə ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövründəkinə nisbətən 9,5 faiz artmışdır. Bu artım iqtisadiyyatın bütün sahələrində qeydə alınmışdır.

Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Heyvandarlıq və quşçuluğun inkişafı təmin edilmiş, rayon üzrə mal–qaranın ümumi sayı 89255 başa, qoyunların sayı 239742 başa, quşların sayı 1 milyon 341 min başa çatdırılmış, əvvəlki illə müqayisədə iribuynuzlu malqara 1523 baş, qoyunlar 5413 baş, quşlar isə 69000 baş çoxalmışdır. Ət istehsalı 12761 ton, süd istehsalı 45794 ton, yun istehsalı 354 ton, yumurta istehsalı 79 milyon 977 min ədəd olmuş, bütün növlər üzrə əvvəlki ilin hədləri keçilmişdir.

Ölkə başçısının xüsusi sərəncamı ilə aqrar sahədə əkin və becərmə işlərini həyata keçirmək üçün ayrılmış vəsaitlər fermerlərin işə münasibətini xeyli yüksəltmiş, ruh yüksəkliyini artırmışdır. Cari ilin məhsulu üçün 16130 hektar sahədə taxıl əkilmişdi ki, bunun 4812 hektarını arpa, 11316 hektarını isə buğda əkinləri təşkil edirdi. İqlim şəraitinin əlverişsiz keçməsinə, təbiətin törətdiyi fəsadlara baxmayaraq, məhsul gözləniləndən artıq olmuş, 46397 ton taxıl istehsal edilmişdir ki, bu, rayon əhalisinin daxili tələbatına uyğundur. Fermerlər tərəfindən 418 hektarda bostan, 512 hektarda tərəvəz, 455 hektarda kartof, 250 hektarda şəkər çuğunduru, 2429 hektarda pambıq bitkiləri becərilmiş, həmin sahələrdən də bol məhsul əldə olunmuşdur. 2013– ilin məhsulu üçün 10757 hektar sahədə buğda, 5199 hektarda arpa əklmişdir. Taxıl sahələrində yaxşı çıxış alınmışdır, onlara yaxşı qulluq edilir, hər şeydən görünür ki, builki məhsul daha çox olacaqdır. Son vaxtlar rayonda regional Aqroservis və Təchizat bazası öz fəaliyyətini gücləndirmiş, buraya kifayət qədər texnika verilmiş, torpaq mülkiyyətçilərinə xidmət xeyli yaxşılaşdırılmışdır. Fermerlərə kifayət qədər texniki xidmət göstərmiş, güzəştli şərtlərlə azotsuperfosfat gübrələri vermişdir.

Əkinlərin məhsuldarlığını artırmaq məqsədilə suvarma sistemlərinin sahmana salınmasına diqqət artırılmışdır. Dövlət Proqramına uyğun Bəhramtəpə hidroqovşağında bərpa işləri davam etdirilmiş, suvarma kanallarında və kollektorlarda lildəntəmizləmə işləri görülmüşdür. Baş MilMuğan Kollektorunun rayon ərazisindən keçən hissəsində tikinti–quraşdırma işləri aparılmış, həmin ərazidə şor su kanalları təmizlənmişdir. KürAraz çaylarında sahilbərkitmə, torpaqbərkitmə və qayakəsmə işləri görülmüş, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirilmişdir.

2012–ci ildə sənaye məhsullarının həcmi xeyli artmış, 139 milyon manatı ötmüşdür ki, bu da əvvəlki illə müqayisədə 4,9 faiz çoxdur. Şəkər zavodu 110 milyon manatlıq məhsul istehsal etmişdir ki, bu, rayon üzrə buraxılan sənaye məhsulunun 78,7 faizini təşkil edir. Rayonda bitki yağları, spirt emalı, qarışıq yem zavodları tikilmişdir, spirt emalı zavodu məhsul istehsalına başlamışdır. Ərazidə yeni qum–çınqıl karxanaları yaradılmış, asfalt, doğranmış çınqıl, neft, müxtəltf növ şirələr istehsalı artmışdır. Hazırda tikinti–quraşdırma obyektlərinin yerli materiallara olan tələbatı tamamilə ödənilir.

İmişli rayonu gündən–günə abadlaşır, öz simasını yaxşılığa doğru dəyişir, tikinti–abadlıq işləri geniş miqyas alır. Rayon iqtisadiyyatına əvvəlki illərdəkindən xeyli çox investisiya qoyulmuş, ötən ildəkinə nisbətən bu sahədə də artım qeydə alınmışdır. Son il ərzində rayon mərkəzindəki Heydər Əliyev parkında abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Parkın ərazisindəki ictimaiinzibati binalar əsaslı surətdə yenidən qurulmuş və təmir olunmuş, fəvvarələr qurulmuş, yaşıllıqlar salınmış, Heydər Əliyev Mərkəzi üçün müasir üslubda bina inşa olunmuşdur. Şəhərdaxili yollara asfaltbeton örtük qoyulmuş, qum–çınqıl döşənmiş, səki və meydançalara üzlük plitələr düzülmüş, inzibati və yaşayış binalarının dam örtükləri dəyişdirilmişdir. Heydər Əliyev prospektində, 20 Yanvar, M.Əzizbəyov, Həzi Aslanov, S.Ağamalıoğlu küçələrində asfaltlaşdırma və abadlaşdırma işləri görülmüşdür. Heydər Əliyev prospekti boyunca təbii qaz kəmərləri polietilen borularla əvəz olunmuş, telefon, qaz, elektrik xətlərinin yeraltı çəkilişi aparılmışdır. Vağzal meydanında ümumi sahəsi 8300 kvadratmetr olan 100 metrlik bayraq meydanının inşası başa çatdırılmışdır. Dəmir yolu stansiyasının binası yenidən qurulmuş, vağzal meydanında daş hasarlar üzlənmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda şəhərin görməli yerində “Gənclər Mərkəzi” tikilir, M.Ə.Sabir, Nizami küçələrində yenidənqurma və abadlıq işləri görülür, istismara yararsız binalar sökülərək onların yerində müasir tələblərə cavab verən obyektlər tikilir.

Yollarda da xeyli təmir–bərpa işləri aparılmışdır. Ağsu–Kürdəmir–Bəhramtəpə, İmişliyə giriş və Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yollarında təmir işləri aparılmış, 36 saylı yolistismar idarəsi tərəfindən bu işə 880 min manat vəsait sərf olunmuşdur. Hazırda qış fəsli olmasına baxmayaraq, rayonun daxilində yolların təmiri sahəsində işlər davam etdirilir.

Yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 117 transformator təmir edilmiş, yarımstansiyalarda elektrik enerjisi ilə fasiləsiz təminatdan ötrü xeyli görülmüşdür. Smarttipli kabellər çəkilmiş və 8500 sayğac qoyulmuş, 3400 metr məsafəyə SİP kabeli, 22974 metr məsafəyə naqil xətləri çəkilmiş, 1349 elektron sayğac quraşdırılmış, 89 yararsız dayaq dəyişdirilmiş, 78 ədəd dəmir–beton dayaq basdırılmışdır. Bir sıra sənaye obyektlərinin, yeni ictimai binaların qazlaşdırılmasına başlanılmışdır. Rəsullu kəndində və Bəhramtəpə qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələrini mavi yanacaqla təmin etmək üçün polietilen boru kəmərləri çəkilmişdir. Şəhərin içməli sukanalizasiya sistemi, oradakı avadanlıqlar əsaslı təmir edilmişdir.

2012–ci ildə rabitə müəssisələri tərəfindən əhaliyə 567,7 min manatlıq xidmət göstərilmiş, bu xidmətlərin həcmi 2011–ci ilə nisbətən 35,3 faiz artmışdır. Rayon üzrə 311 abonentə telefon xətti, Xoşçobanlı, Qaravəlli kəndlərində 9 kilometr uzunluqda FO kabeli çəkilmişdir. Şəhərin Xiyabani, M.Əzizbəyov, H.Aslanov, L.Vəliyev, S.Vurğun və digər küçələrində müxtəlif tutumlu kabellər dəyişdirilmişdir. Qaralar kəndinə əlavə telefon xətti çəkilmiş, Xoşçobanlı və Hacalmuradlı kəndlərində xətt şəbəkəsi genişləndirilmişdir. Qızılkənd, Məzrəli və Məmmədli kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmişdir.

Bu işlərin görülməsində özəl bölmə aparıcı rol oynayır ki, bu da sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılmasının nəticəsidir. Hazırda rayon üzrə məhsul istehsalının və xidmətlərin 95 faizindən çoxu özəl bölmənin payına düşür. Bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzində durmuşbunun üçün hər cür şərait yaradılmışdır. Onlarca kiçik sahibkarlıq obyektləri tikilmiş, mebel, qapı–pəncərə sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlamışdır. Bu obyektlərdə yüzlərcə yeni yeri açılmışdır. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək məqsədilə fizikihüquqi şəxslərə kreditlər verilməsi davam etdirilmişdir.

Hesabat yığıncağında qeyd olundu ki, regional inkişafa dair Dövlət Poqramı əsasən sosial yönümlüdür. Son vaxtlar əməkhaqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah–halının yüksəldilməsinə istiqamətləndirilmişdir. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin əsas fəaliyyət sahəsidir, görülən bütün işlərin nəticəsi bu sahədə özünü göstərir. Bu mənada rayonun xidmət müəssisələri öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilmişlər.

Əhalinin sosial müdafiəsi həmişə olduğu kimi yenə də prioritet məsələdir. Həqiqi gəlirləri ehtiyac meyarından aşağı olan 1794 ailəyə, onların 7300 üzvünə ünvanlı sosial yardımlar verilmişdir. Ötən il ərzində əmək yarmarkalarına 397 boş yeri çıxarılmış, 307 nəfər işaxtaran öz peşəsinə və bacarığına uyğun işlə təmin olunmuş, xeyli insan müvafiq kurslara göndərilmişdir. Pensiyaçılara, sosial müavinət alan vətəndaşlara, ünvanlı sosial yardım alan ailələrə nümunəvi xidmət göstərilir. Pensiyaçıların və sosial yardım alanların artıq, demək olar ki, hamısı onlara çatası haqları plastik kartlar vasitəsilə bankomatlardan alırlar. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün fəal aparılmışdır, dövlətin, şəxsən ölkə başçısının diqqəti sayəsində bərpa işləri görülmüş, yaşayış evlərini itirmiş vətəndaşlara pul kompensasiyaları ödənilmişdir.

Rayonda milli təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə mühüm tədbirlər görülür. Hazırda 63 ümumtəhsil məktəbində 15,5 minə qədər şagird təhsil alır, onların təlim–tərbiyəsi ilə 1545 müəllim məşğul olur. Ötən il bir sıra məktəb binaları tikilib istifadəyə verilmiş, yaxud təmir olunmuşdur. 25 məktəbdə istilik sistemi quraşdırılmışdır. Məktəblərdə Milli kurikulum uğurla həyata keçirilir. Ötən tədris ilinin sonunda on birinci siniflərdə keçirilmiş buraxılış imtahanlarında 1186 şagirddən 951 nəfəri və ya 82 faizi müvəffəq qiymətlər almışlar ki, bu da əvvəlki ildəkindən 10 faiz yüksəkdir. Məzunlardan 163 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 41 nəfər çoxdur. Hesabat dövründə məktəblərin texniki təchizatına diqqət artırılmış, ümumtəhsil ocaqlarına kifayət qədər şagird partası, stolstul, kompüter avadanqlıqları, digər müasir tədris vasitələri verilmişdir.

Səhiyyə sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında cəlbedici cəhətlər çoxdur. 9 xəstəxanada, 29 tibb məntəqəsində, 1 poliklinikada və digər səhiyyə ocaqlarında102 həkim, 393 nəfər orta tibb işçisi insanların sağlamlığı keşiyində ayıq–sayıq dayanmışdır. Yoluxucu xəstəliklərə qarşı mübarizə üçün xüsusi həkim briqadaları yaradılmışdır. Ana və uşaqların mühafizəsinə diqqət xeyli artırılmışdır, 2012–ci ildə rayonda 1717 uşaq dünyaya göz açmışdır ki, onların hamısı təqvim əsasında peyvəndlərə cəlb olunmuşlar. Tibb müəssisələrində xeyli təmir–bərpa işləri görülmüşdür. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi 136 çarpayılıq mərkəzi xəstəxanada ən müasir ultrasəs, rentgen, dializ, digər cihazlar quraşdırılmışdır.

Mədəniyyət və turizm sahəsində görülən tədbirlərin miqyası da getdikcə genişləndirilir. 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 46 kitabxana filialı, 27 klub müəssisəsi, muzey, 2 musiqi məktəbi, mədəniyyət və istirahət parkları, rəsm qalereyası sakinlərə nümunəvi xidmət göstərir. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının təşkili, onların idmana cəlb edilməsi sahəsində ardıcıl və məqsədyönlü aparılır. 121 idman qurğusu, 3 bədən tərbiyəsi və sağlamlıq mərkəzi, 8500 yerlik stadion, olimpiya idman kompleksi uşaqların və yeniyetmələrin, cavanların ixtiyarındadır.

Yığıncaqda yerli dövlət strukturlarının, bələdiyyələrin, hüquq–mühafizə orqanlarının, ictimai qurumların gördükləri işlərdən ölkə başçısı İlham Əliyevin son çıxışlarında irəli sürülən tələblər baxımından ətraflı bəhs olundu.

Hesabat məruzəsi ətrafında müzakirələrdə göstərildi ki, qazanılmış nailiyyətlərlə kifayətlənmək, ümumi inkişafdan geri qalmaq İmişlidə yaşayıb–yaradan insanların xarakterinə yaddır, əldə olunmuş nailiyyətlər son hədd deyildir, həyata keçiriləsi və yerinə yetirilməsi nəzərdə tutulmuş işlər hələ çoxdur.

Xüsusilə əhalinin daha çox təmasda olduğuehtiyac duyduğu elektrik təsərrüfatında yenilikləri davam etdirmək zəruridir, qaz təchizatı sistemində işlər daha da yaxşılaşdırılmalıdır. 12 yaşayış məntəqəsində yeni məktəb binalarının tikilməsinə, 11 məktəbdə, 15 məktəbəqədər tərbiyə müəssisəsində təmir işlərinin görülməsinə ehtiyac vardır.

Yığıncaqda bir əsas qənaətə gəlindi ki, regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının müddəalarını uğurla yerinə yetirmək üçün həlledici ildə rekord göstəricilərə nail olmaq rayon sakinlərinin əsas vəzifəsidir.

Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciətdə dövlət başçısını əmin etdilər ki, İmişli sakinlərinin qadir zəhməti sayəsində qarşıda duran bütün vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 22 fevral.- S. 4.