CƏLİLABAD: İQTİSADİ İNKİŞAFIN UĞURLU TÖHFƏLƏRİ

 

Cəlilabad rayonunda iqtisadisosial quruculuğu inkişaf etdirmək sahəsində məqsədyönlü layihələr yüksək səviyyədə həyata keçirilir. Bu günlərdə rayonun 2012–ci ildə sosialiqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında bu barədə ətraflı bəhs olundu.

Yığıncaq iştirakçıları tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov rayonun iqtisadisosial inkişafının yekunları, “2009–2013– illərdə Azərbaycan regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın müddəalarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış etdi. Müzakirələrdə rayon icra hakimiyyətinin həmin sahədəki fəaliyyətinə obyektiv qiymət verildi, problemlər və onları aradan qaldırmaq yolları barəsində fikir mübadiləsi aparıldı.

Yığıncaqda qeyd olundu ki, 2012–ci il Azərbaycanın xarici siyasətində, iqtisadi, sosial və mədəni sahələrdə qazanılmış nailiyyətlər baxımından uğurlu olmuşdur. Bu gün ölkəmiz birmənalı olaraq regionda həlledici mövqeyə malik aparıcı dövlətə, vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilmişdir. Dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, regionalqlobal əhəmiyyətli sənədlərə imza atmışdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009–2013– illər üçün sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda qeyd etdiyi kimi, “Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir”.

2012–ci il ölkənin bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da uğurlu nəticələrlə yadda qalmışdır, ölkənin son illərdəki inkişafında Cəlilabad zəhmətkeşlərinin də öz payı vardır. Azərbaycan regionlarının sosialiqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələr rayonda ardıcıl surətdə yerinə yetirilmiş, çoxlu əmək qələbəsinə imza atılmışdır. Son vaxtlar rayonda bütün sahələr intensiv surətdə inkişaf etdirilmiş, tikinti–abadlıq işlərinə xüsusi fikir verilmiş, yaşayış məntəqələri öz simasını yaxşılığa doğru xeyli dəyişmiş, vətəndaşların həyat səviyyəsi yüksəlmişdir.

Ötən dövrün əlamətdar hadisəsi cənab İlham Əliyevin iyul ayının 31–də rayona səfəri olmuşdur. Ölkə başçısı öz səfəri çərçivəsində mərkəzi istirahət parkında görülən yenidənqurma işləri ilə tanış olmuş, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin, Bayraq Meydanının, Gənclər parkının, Olimpiya İdman Kompleksinin, “Avanqard” MMC–nin un fabrikinin, “Cəlilabad Broyler” ASC–nin yem fabrikinin və Cəlilabad–Hamarqışlaq–Sadatlı avtomobil yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, səmimi söhbət etmişdemişdir: “Çox şadam ki, Cəlilabadın inkişafı sürətlidir. Rayon simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir, köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika varbu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir”.

Yığıncaqda göstərildi ki, hesabat ili ərzində rayonda tikinti–abadlıq işləri geniş vüsətlə davam etdirilmiş, Cəlilabad rayonunun şəhər və kəndləri bütünlüklə abadlaşan diyara çevrilmişdir. 1952–ci ildə salınmış mərkəzi istirahət parkı əsaslı şəkildə yenidən qurulmuş, parkdakı Veteranlar evi və iaşə obyektləri müasir formaya salınmış, Böyük Vətən müharibəsi iştirakçılarına xatirə kompleksi yeniləşdirilmiş, idman meydançası tikilmişdir. Çoxlu dekorativ daş, gül, landşaft və digər kompozisiyalarla bəzədilmiş park beynəlxalq təcrübə ilə uzlaşdırılmış, müasirliyi, füsunkarlığı və səliqə–sahmanına görə regionun ən müasir istirahət guşələrindən birinə çevrilmişdir.

Cəlilabad şəhərinin Qurtuluş prospektində aqlaymozaik daşlarla 5 kilometr hasar çəkilmiş, prospektdəki səkilərə 12 min kvadratmetr tamet döşənmiş, 4350 metr bordür düzülmüş, çoxmərtəbəli yaşayış evlərinin və inzibati binaların fasadları üzlənmiş, dam örtükləri, qapı–pəncərələr təzələnmişdir. Şəhərin küçələrində işıqlandırma sistemləri yeniləşdirilmiş, küçələrə 38700 kvadratmetrlik asfalt vurulmuş, 7800 kvadratmetr çınqıl döşənmiş, piyada yolları sahmana salınmış, kanalizasiya xətləri çəkilmiş, yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Cəlilabad şəhərinin ən uca nöqtəsində qurulmuş 51 metr hündürlükdə Bayraq Meydanı da son dövrün ən sanballı tikilisidir. Bayrağın yerləşdiyi 21 hektarlıq Gənclər parkı tamamilə yenidən qurulmuş, burada mindən çox dekorativ ağacgül kolları əkilmiş, attraksionlar, şəlalə və fəvvarə kompleksləri qurulmuş, mədəni–kütləvi tədbirlərin, el şənliklərinin keçirilməsi üçün əlverişli şərait yaradılmışdır.

Kəndarası yolların yenidən qurulması istiqamətində çox böyük miqyasda aparılmışdır. 24 min əhalisi olan 14 yaşayış məntəqəsini əhatə edən 17 kilometrlik Cəlilabad–Hamarqışlaq–Sadatlı yolunun tikintisi başa çatmaq üzrədir. 33 min nəfərlik əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir–Qarakazımlı–Boyxanlı avtomobil yolunun inşası sürətlə davam etdirilir. Eyni zamanda 45 kəndi əhatə edən 72 kilometrlik Cəlilabad–Yardımlı yolunun 20 kilometrlik hissəsi asfaltlaşdırılmış, 42 yerdə suötürücü borular qoyulmuş, hazırda işlər davam etdirilir. Beləliklə, rayonun 80 kəndini əhatə edən 96 kilometrlik kəndarası yollar asfaltlaşdırılmışdır. Yaxın gələcəkdə Göytəpə–Komanlı, Cəlilabad–Soltankənd, Təklə–Boyxanlı, Xanəgah–Mikayıllı, Əliqasımlı–Üçtəpə, Şiləvəngə–Adnalı, Göytəpə–Kazımabad, Muğan–Söyüdlü–Maşlıq yolları asfaltlaşdırılacaq.

Hazırda Cəlilabad şəhərində sukanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. “Akkord” şirkəti tərəfindən icra edilən bu layihənin mühüm hissələrindən biri olan təmizləyici qurğunun tikintisi davam etdirilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

2013– ilin ilk günlərindən tikinti–abadlıq işləri daha da genişləndirilmişdir. Cari ildə 704 saylı hərbi hissədə yaşayış binaları, sukanalizasiya sistemi, Cəlilabad şəhərində rayon mərkəzi xəstəxanası və 120 yerlik uşaq bağçası, Cəlilabad–Yardımlı, Qarazəncir–Qarakazımlı–Boyxanlı kəndarası yolları, 5 məktəb binası, Muğan kəndində 2 min tonluq soyuducu kamera tikiləcək, Göytəpə şəhərinin və 6 kəndin qazlaşdırılması başa çatdırılacaqdır.

Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı rayonun uğurlu və dayanıqlı inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas iqtisadi alətə çevrilmişdir. Proqramın icrası nəticəsində ötən il sənayenin inkişafı artan dinamika ilə getmiş, ümumi daxili məhsulun həcmi 2011–ci ildəkinə nisbətən 7,1 faiz artaraq 524,7 milyon manata çatmışdır. İstehsal olunan sənaye məhsulunun həcmi 6,7 milyon manat olmuşdur. Son illərdə fəaliyyətə başlayan “Cəlilabad–şərab–2″ ASC–nin, “Kristal” MMC–nin, “Voodpeçker” və “Namiq–94″ mebel fabriklərinin, “Avanqard” MMC–nin istehsal etdikləri şərab, konserv, mebelun məmulatlarına təkcə respublikada deyil, MDB məkanında da tələbat getdikcə artır.

2012–ci ildə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə xeyli uğur qazanılmış, kənd təsərrüfatı məhsulları istehsalı 2003– illə müqayisədə 2,9 dəfə artmışdır. Ənənəvi sahə olan taxılçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş, hər hektardan 19,1 sentner məhsul götürülməklə 131,2 min ton taxıl istehsal edilmiş, ümumi məhsulun tərkibində buğdanın xüsusi çəkisi 89 faizə çatmışdır.

Cəlilabadda üzümçülüyüninkişaf etdirilməsinə diqqət artırılmış, bağların ümumi sahəsi 1500 hektara çatdırılmışdır. Ötən il üzümçülər bağlardan 9200 ton məhsul istehsal etmişlər ki, bu da 2011–ci ildəkindən 2300 ton çoxdur. Hazırda üzümlüklərin genişləndirilməsi, müvafiq emal müəssisələrinin yaradılması sahəsində məqsədyönlü aparılır. Cari ildə xaricdən gətirilimiş yüksək məhsuldar üzüm tingləri hesabına üzümlüklərin 5700 hektara çatdırılması nəzərdə tutulur.

2012–ci ildə rayonda 82,8 min ton kartof, 1406 ton tərəvəz, 319 ton bostan məhsulları, 263 ton qarğıdalı, 504 ton günəbaxan, 2107 ton şəkər çuğunduru, 1381 ton meyvə istehsal edilmişdir.

Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi sayəsində 14,1 min ton ət, 69,5 min ton süd, 25,9 milyon ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2011–ci ildəkindən müvafiq olaraq bütün növlər üzrə xeyli artıqdır. Təkcə “Cəlilabad–broyler” ASC tərəfindən istehlakçılara 4,5 min ton diri və 3,4 min ton kəsilmiş quş əti satılmışdır. Hazırda müasir avadanlıqlarla təchiz edilmiştam avtomatlaşdırılmış fabrik digər quşçuluq təsərrüfatları üçün yem məhsulları hazırlayır.

Rayonun təsərrüfatlarında yetişdirilmiş məhsulların saxlanılması üçün tədbirlər həyata keçirilmiş, taxıl anbarları, soyuducu kameralar tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən kənd təsərrüfatı istehsalçılarına yanacaq almaqbuğda əkmək üçün dövlət yardımlarının verilməsi, güzəştli şərtlərlə gübrələrin və buğda toxumlarının satılması aqrar bölmənin inkişaf etdirilməsində güclü stimul yaratmışdır. Rayonda 10310 hektar suvarılan sahə mövcuddur ki, bu da kənd təsərrüfatı təyinatlı torpaqların 9,5, əkin torpaqlarının 13,6 faizini təşkil edir. İl ərzində üç dəfəyə 22676 hektar əkin sahəsi suvarılmış, yüksək məhsuldarlıq üçün təminat yaradılmışdır.

Ümumiyyətlə, rayon üzrə 158,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bunun da 81,9 min manatı bitkiçiliyin, 76,9 min manatı heyvandarlığın payına düşür. Bakı şəhərinin yarmarkalarına yerli sahibkarlar tərəfindən 35 adda kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin fəaliyyətində prioritet məsələ olmuşdur. İş adamlarına əlverişli şəraitin yaradılması nəticəsində ümumi məhsul buraxılışında qeyri–dövlət sektorunun xüsusi çəkisi artaraq 98 faizə çatmışdır. Hesabat ilində sahibkarlara 32,3 milyon manat məbləğində kredit verilmişdir. Əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyətinə yönəldilən kreditlər yeni istehsal sahələrinin yaradılmasına və məhsul bolluğuna müsbət təsir göstərmişdir.

Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

Yığıncaq iştirakçıları bu məsələnin üzərində xüsusilə dayandılar, göstərdilər ki, ölkə başçısının bu tələbi bundan sonra da sahibkarlara münasibətdə əsas prinsip kimi rəhbər tutulmalı, onlara hərtərəfli yardım göstərilməli və yeni istehsal sahələri yaratmalarına dəstək verilməlidir.

Yığıncaqda qeyd edildi ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi birinci dərəcəli vəzifədir. Hesabat ili ərzində 1358 nəfər işlə təmin olunmuşdur ki, bunun da 173–ü daimidir. Keçirilmiş əmək yarmarkasında işaxtaranlara 247 boş yeri təklif edilmiş, 78 nəfər daimi almışdır. Rayon iqtisadiyyatının inkişafı işçilərin orta aylıq əməkhaqqının yüksəlməsinə səbəb olmuşdur. 2012–ci ildə hər işçiyə düşən orta aylıq əməkhaqqı 2011–ci ildəkinə nisbətən 20 manat artmışdır.

Rayon icra hakimiyyəti aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, təqaüdçülərə, əmək və müharibə veteranlarına, ahıllara sosial yardımların göstərilməsi sahələrində öz təşkilatçılıq səylərini uğurla səfərbər edə bilmişdir. Ötən il ərzində pensiyaçılara 38,9 min manat vəsait ödənilmişdir ki, bu da 2011–ci ildə olduğundan 2,7 milyon manat çoxdur. Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən aztəminatlı ailələrə 3,9 milyon manat ünvanlı sosial yardımlar təyin edilmişdir ki, bu da hər bir ailəyə 967 manat dövlət yardımı deməkdir. Əlillərə, ahıllara, tənha insanlara xeyli müavinət verilmişdir.

Hesabat ilində rayon əhalisinə müxtəlif xidmətlərin göstərilməsi gücləndirilmişdir. 2011–ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 18,8 faiz, pullu xidmət 4,4 faiz, məişət xidməti 5,6 faiz artmışdır. Vətəndaşlara və müəssisələrə nəqliyyat xidməti gücləndirilmiş, bir sıra yaşayış məntəqələrinə avtobus marşrutları açılmış, lisensiyasız fəaliyyət göstərən sərnişin nəqliyyatı sürücüləri barəsində inzibati tədbirlər görülmüşdür. Uzuntəpə, Cəlayir, Təklə, Şiləvəngə, Adnalı, Hamarqışlaq, və Astanlı kəndlərində telefon kabelləri dəyişdirilmiş, Üçtəpə kəndində DSLAM avadanlığı quraşdırılmışdır.

Rayon əhalisini elektrik enerjisi və təbii qazla təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, elektrik şəbəkəsinin daxili imkanları hesabına Qarazəncir, Uzuntəpə və Üçtəpə kəndlərindəki yeni yaşayış massivlərində 10/04 kilovoltluq şəbəkə qurulmuş, 210 dayaq, 13,9 kilometr elektrik xətti yeniləri ilə əvəz olunmuş, yarasız transformatorlar təmir edilmişdir. Allar kəndində 1250 dəmir–beton dayaq basdırılmış, 50 kilometr SİP kabeli çəkilmiş, 345 SMART tipli sayğac quraşdırılmışdır. Göytəpə şəhərində, Qarazəncir və Allar kəndlərində mövcud elektrik dirəkləri magistral yoldan kənara çəkilmiş və yeni işıqlandırma sistemi qurulmuşdur. Hazırda Cəlilabad–Uzuntəpə yeraltı qaz kəmərinin polietilen borularla əvəz olunması işi gedir, yeni qazpaylayıcı stansiya yaxın günlərdə istismara veriləcəkdir. Prezident İlham Əliyevin rayona səfəri zamanı verdiyi tapşırığa əsasən Göytəpə şəhərində qaz xətlərinin dəyişdirilməsinə, əksər kəndlərin qazlaşdırılmasına başlanılmışdır.

Təhsilin inkişaf etdirilməsi və yeni məktəb binalarının tikilməsi prioritet vəzifəyə çevrilmişdir. Ötən il ali məktəblərə 245 nəfər, orta ixtisas məktəblərinə 215 nəfər məzun qəbul olunmuşdur. Bu rəqəm təhsilin keyfiyyətinin və məzmununun nə dərəcədə yüksəldildiyinə dəlalət edir. Müəllimlər İnstitutunun rayon filialında 402 tələbə təhsil alır ki, onlar üçün hər cür şərait yaradılmışdır. Peşə liseyini bitirmiş 111 gənc istehsalatın mühüm sahələrində işləmək üçün göndərilmişdir. Ötən il 360 şagird yerlik Gülməmmədli kənd, 180 şagird yerlik Cəlilabad şəhər 6 saylı orta məktəblərinin binaları tikilib istifadəyə verilmişdir. Hazırda Cəlilabad şəhər 2 saylı orta məktəbi üçün 640, Sabirabad kənd 1 saylı orta məktəbi üçün 180, Zəhmətabad kənd orta məktəbi üçün 80, Həziabad kənd orta məktəbi üçün 360 şagird yerlik tədris binaları inşa olunur. Cari ildə Məmmədrzalı, İncilli, Cəfərli, Kövüzbulaq kəndlərində məktəblərin tikintisinə başlanacaq.

Əhaliyə səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlmişdir. Profilaktiki tədbirlərin vaxtında görülməsi sayəsində infeksion xəstəliklər ləğv olunmuşdur, vərəmə qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Ana ölümünə yol verilməmiş, uşaq ölümü respublika səviyyəsindən 6,2 promilli az olmuşdur. 19 həkim ixtisasartırma kurslarında olmuş, 37 həkim sertifikat almışdır. İmtiyazlı xəstələrə 285 min manatlıq pulsuz dərman preparatları verilmişdir. Xəstəxanalarda xeyli təmir işləri aparılmış, hazırda rayon mərkəzində yeni layihə əsasında müasir xəstəxana kompleksi tikilməkdədir.

Mədəni xidmətin yaxşılaşdırılması sahəsində də xeyli irəliləyiş vardır. Heydər Əliyev Yaradıcılıq Mərkəzinin yaradılması rayonun mədəni həyatında mühüm hadisə olmuşdur. Tarix–diyarşünaslıq muzeyinin fəaliyyəti xeyli yaxşılaşmışdır. Rayonda 8 turizm obyekti işləyir.

Gənclərlə işin səmərəsi artırılmış, idman yarışlarında diqqət çəkən uğurlar qazanılmışdır. Olimpiya kompleksinin istifadəyə verilməsi idmançılar üçün ən yaxşı töhfə olmuşdur. Hazırda rayon gəncləri arasında 120 medalçı vardır, təcrübəli məşqçilər kontingenti fəaliyyət göstərir. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların ordu sıralarına göndərilməsi yaxşı təşkil olunmuşdur.

Rayon icra hakimiyyəti inzibati orqanlarla, bələdiyyələrlə, siyasi partiyaların yerli qurumları ilə işi yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər görmüşdür.

Toplantıda əhalinin ərizə, şikayət və müraciətlərinə münasibətdən daha geniş bəhs olundu, ona nəzarəti bir daha gücləndirmək, məmur özbaşınalığı təzahürlərinə son qoymaq, bu işləri respublika Prezidentinin son tapşırıqlarına müvafiq şəkildə qurmaq əlaqədar təşkilatların və onların rəhbərlərinin qarşısında ən mühüm vəzifə kimi qoyuldu.

Hesabat yığıncağının iştirakçıları hesabat ilində yol verilmiş bir sıra nöqsanları da qeyd etdilər və onların ən qısa müddətdə aradan qaldırılması yolları barəsində mülahizələrini bildirdilər.

Yığıncaqda Milli Məclisin deputatları Fəzail İbrahimli, Mirkazım Kazımov, Malik Həsənov və Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak və çıxış etdilər.

Yığıncaqda Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 24 fevral.- S. 4.