Şərəfli həyat yolu

 

Elmin, təhsilin xalq arasında yüksək nüfuza malik olmasının əsas səbəblərindən biri ölkəmizdə əsrlər boyu böyük alimlərin yetişməsi və onların cəmiyyətdə aparıcı qüvvəyə malik olması ilə bilavasitə bağlıdır. Bəhmanyardan, Nəsirəddin Tusidən, Mirzə Kazım bəydən gələn möhtəşəm elm yolu XX əsrdə daha da genişlənmiş, şaxalənərək dünyaya yollar açmış, xalqımızın mənafeyinə xidmət göstərən nurlu bulağa çevrilmişdir. Bu estafetin şərəfli daşıyıcılarından biri də Bakı Dövlət Universitetinin kafedra müdiriprofessoru, əməkdar elm xadimi Vüsət Əmir oğlu Əfəndiyevdir.

V.Əfəndiyev 1953– ildə Tovuz rayonunda anadan olmuşdur. 1970–ci ildə Ağstafa şəhər 2 –li orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiyacoğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının AliOrta Təhsil Nazirliyinin əmrinə əsasən ən yaxşı tələbələrdən biri kimi 1973– ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V.Əfəndiyev 1977–ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. 1977–1978–ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır. Tədqiqat işi ilə əlaqədar olaraq o, 1978–1979–cu illərdə keçmiş SSRİ EA Coğrafiya İnstitutuna tədqiqatçı kimi elmi ezamiyyətə göndərilmişdir.

V.Əfəndiyev 1979–1988–ci illərdə Bakı Dövlət Universitetinin geologiyacoğrafiya fakültəsinin SSRİ–nin iqtisadi coğrafiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1985–ci ildə M.V.Lomonosov adına MDU–nun professoru Y.N.Pertsikin rəhbərliyi altında “Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda dissertasiya işini müdafiə etmişcoğrafiya elmləri namizədi alimlik dərəcəsini almış, 2004– ildə isə “Sosialiqtisadisiyasi coğrafiya” ixtisası üzrə “Azərbaycanda urbanizasiyanın iqtisadicoğrafi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 2007–ci ildən professordur.

Professor Əfəndiyev 1987–1991–ci illər ərzində geologiyacoğrafiya fakültəsində dekan müavini, 1991–1999–cu illərdə yeni yaradılan coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999–2004– illərdə BDU–nun qiyabiaxşam təhsili üzrə prorektoru, 2004–2011–ci illərdə isə BDU–nun tədris işləri üzrə prorektoru vəzifələrində işləmişdir.

V.Əfəndiyev 2007–ci ildə yeni yaradılan Azərbaycan coğrafiyası kafedrasının müdiri vəzifəsinə seçilmişdir və hazırda həmin vəzifədə çalışır. Zəngin elmi yaradıcılığa malik olan professor V.Ə.Əfəndiyev əmək fəaliyyətinin başlanğıcından istedadlı alim, təvazökar, möhkəm iradəli, işgüzar insan kimi öz həmkarları arasında yüksək nüfuza malik olmuşdur.

V.Əfəndiyevin elmi maraqlarının əhatə dairəsi geniş olsa da, o, məhz sosialiqtisadisiyasi coğrafiya sahəsində apardığı elmi tədqiqatlarla nəinki Azərbaycanda, həm də xarici ölkələrdə tanınmış coğrafiyaçı alimdir. Onun elmi tədqiqatlarının əsas istiqaməti müasir dövrdə çox az öyrənilmiş əhali və təsərrüfatın təmərküzləşdiyi rayonlarda urbanizasiyanın inkişaf qanunauyğunluqları, nizamlanması, mürəkkəb şəhər mühitinin anatomiyası, potensial imkanları, proqnozlarına, ümumilikdə isə Azərbaycanda urbanizasiya prosesinin öyrənilməsinə və s. yaxın sahələrə həsr edilmişdir. O, respublikada ilk dəfə olaraq şəhər urbanizasiyasının metodolojimetodiki əsasları, şəhərlərin inkişaf problemləri və iri şəhərlərin, o cümlədən Böyük Bakının tənzimlənməsinin iqtisadicoğrafi amilləri və ekoloji problemləri, miqrasiyanın səbəbləri və istiqamətləri, şəhər və paytaxt fenomeni, müasir dövrdə Azərbaycan şəhərlərində mövcud olan demoqrafik xüsusiyyətlər, şəhərlərin tipologiyası və ixtisaslaşdırılması, perspektiv inkişaf layihələri və digər çox əhəmiyyətli məsələlərə dair dəyərli tədqiqatlar aparmışdır.

Professor dəfələrlə bir sıra beynəlxalq elmi konfranslardasimpoziumlarda, o cümlədən Rusiya, Belçika, Çin, Ukrayna, İran, Rumıniya və digər ölkələrdə dərin məzmunlu məruzələrlə çıxış edərək Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, xarici ölkələrin aparıcı elmi jurnallarında 30–a yaxın sanballı məqalə çap etdirmişdir.

160–a yaxın elmi əsərin, o cümlədən 7 monoqrafiya və kitabın, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 proqramın müəllifidir. V.Əfəndiyevin redaktəsi ilə “Azərbaycanın iqtisadisosial coğrafiyası” və müəllifi olduğu “Əhali coğrafiyası” dərslikləri respublika ali məktəblərinin bakalavrmagistratura pillələri üçün dəyərli vəsaitdir.

Onun 2002–ci ildə çap etdirdiyiUrbanizasiya və Azərbaycan şəhər yaşayış məskənləri” monoqrafiyası respublikada şəhərlərin tədqiqinə aid ilk kompleks iqtisadicoğrafi əsərdir.

2004–ci ildə Rumıniyanın Konstanta Universitetində ingilis dilində nəşr olunan, V.Əfəndiyevə məxsus “Urbanization And Urban settlements of Azerbaijan” adlı monoqrafiyası, Qara dəniz ölkələri universitetləri assosasiyası çərçivəsində qəbul edilmiş razılaşma əsasında yazılmış ilk əsərdir və bu kitabın Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən təqdimatı mütəxəssislər arasında böyük maraq yaratmışdır.

V.Əfəndiyevin şəhərlər və urbanizasiyaya dair yazdığı məqalələr dünyanın və ölkəmizin nüfuzlu jurnallarında, AMEA–nın Yer Elmləri, İqtisadiyyat seriyalarında, Bakı Universitetinin Təbiət Elmləri seriyasında, Moskva Dövlət Universitetinin xəbərlərinin coğrafiya seriyasında, KiyevDonets universitetlərinin xəbərlərində nəşr olunaraq onlarca tədqiqatçının istinad etməsi üçün elmi mənbəyə çevrilmişdir.

Bütün həyatını Azərbaycan elminin, təhsilinin inkişafına, ölkənin sabahı üçün ləyaqətli şəxslərin yetişdirilməsinə həsr etmiş V.Əfəndiyevin gənc elmi kadrların hazırlanmasında xidməti böyükdür. Onun rəhbərliyi altında coğrafiya üzrə 5 fəlsəfə doktoru və 20 magistr dissertasiyası müdafiə edilmişdir. V.Əfəndiyev hazırda 2 elmlər doktoru işinə elmi məsləhətçidir və coğrafiya üzrə 2 fəlsəfə doktoru işinə elmi rəhbərlik edir.

V.Əfəndiyev elmi tədqiqat işləri və tədris fəaliyyəti ilə yanaşı, BDU–nun Böyük Elmi Şurasının, AMEA–nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyi Vahid Metodik ŞuranınCoğrafiya” bölməsinin sədri, “Bakı Universitetinin Xəbərləri” jurnalının Baş Redaksiya Heyətinin, Tehran Universitetində nəşr olunan “Şəhərlərin planlaşdırılması” elmi jurnalının Redaksiya Şurasının üzvüdür.

2005–ci ildə professor V.Əfəndiyev Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, 2009–cu ildə “Əməkdar elm xadimi” fəxri adı almışdır.

Əsl ziyalının vacib sayılan mühüm keyfiyyətlərindən birionun aydın mövqeyə sahib olmasıdır. Bir çox hallarda bu mövqe həyat yolunu müəyyənləşdirməkdə çətinlik çəkən insanlara nümunə olduğu üçün daha böyük əhəmiyyətə malik olur. Bu baxımdan professor V.Əfəndiyevin aydın dövlətçilik mövqeyi, Heydər Əliyev siyasi kursuna dərin sədaqət hissləri vardır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür.

O, Bakı Dövlət Universitetində yüksək vəzifə tutduğu uzun illər ərzində yenilikçilik, məqsədyönlülük, islahatçılıqla fərqlənmiş, nəcib keyfiyyətləri özünün səciyyəvi xüsusiyyətlərinə çevirmişdir. Bu baxımdan universitet kollektivində dərin nüfuzböyük hörmət qazanan görkəmli alimin bu günlərdə 60 illik yubileyi qeyd edilir. Biz onu şərəfli ömrünün bu dönəmi münasibətilə təbrik edir, ona cansağlığı və yeni elmi uğurlar arzulayırıq.

 

Ramiz Məmmədov,

 

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun

direktor əvəzi, AMEA–nın müxbir üzvü

 

Fərda İmanov,

 

BDU-nun coğrafiya

fakültəsinin dekanı, professor

 

Respublika.- 2013.- 2 iyul.- S. 7.