Yarımillik fəaliyyətə yekun vuruldu

 

Bu günlərdə Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2013– ilin I yarımili üzrə hesabat yığıncağı keçirildi. Yığıncaqda struktura daxil olan mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdi.

Yığıncağı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev giriş sözü ilə açıq elan etdikdən sonra uşaq musiqi və incəsənət məktəblərinin Direktorlar Şurasının sədri Natiq Vəliyev, kitabxanalar üzrə Direktorlar Şurasının sədri Nüşabə Ələkbərova, mədəniyyət evləri Direktorlar Şurasının sədri Sevinc Aydəmirova və 1 saylı maliyyə və iqtisadi regional bölməsinin baş mühasibi İlkin Zərbəliyev çıxış edərək hesabat dövrü ərzində əldə olunan nailiyyətlər, çatışmazlıqlar və problemlər haqqında məlumat verdilər.

Çıxışlardan sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 5 illik fəaliyyətini əks etdirən slayd nümayiş olundu, həmçinin bu ilinİnformasiyakommunikasiya texnologiyaları ilielan olunması ilə əlaqədar idarənin strukturuna daxil olan uşaq musiqi və incəsənət məktəbləri və mədəniyyət saraylarının 18 yeni açılmış saytının təqdimatı keçirildi. Qeyd edək ki, ümumilikdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin internet saytlarının sayı son 3 ildə 39–a çatdırılmışdır.

Daha sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və tabeliyində olan müəssisələr tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirdi. Birinci yarımildə əldə olunan nailiyyətləri qeyd edərək 2013– ilə dair tədbirlər planına uyğun növbəti 6 ayda görüləcək işlər və həyata keçiriləcək layihələr haqqında danışdı, fəaliyyət zamanı yaranan problemlərin aradan qaldırılması üçün öz tövsiyələrini verdi. İclasda həmçinin cari məsələlər müzakirə olundu, görüləcək işlər və qarşıya qoyulan öhdəliklər barəsində də məlumat verildi.

Tədbirin sonunda oktyabr ayında keçiriləcək prezident seçkilərində Bakı şəhəri mədəniyyət işçiləri adından ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edildi. Bəyanatda deyilir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyəidir!”. Bu sözlər Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevə məxsusdur.

Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalmışdı. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni bir nəfəs və təkan verdi. Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün—Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması dövrünün əsasını qoydubu gün ümummilli liderimizin yürütdüyü bu siyasi–mədəni xəttin layiqli davamçısı Prezident İlham Əliyevin inamla və sədaqətlə həyata keçirməkdə olduğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır.

İlham Əliyev 2003 və 2008–ci illərin prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikası Prezidenti seçilmişdir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə regionların sosialiqtisadi inkişafına dair dövlət proqramı qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dövrdə ölkəmizin sürətli inkişafı üçün bir çox proqramlar haqqında müvafiq sərəncamlar imzalamışdır. Mədəniyyət siyasətinin prespektivlərini müəyyənləşdirən “2006–2016–cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf konsepsiyası”nın ümumi məqsəd və vəzifələri mədəniyyətin idarəolunma, madditexniki infrastrukturun müasirləşdirilməsi və beynəlxalq əməkdaşlığın modernləşdirilməsi kimi ümumi məsələlərin inkişaf etdirilməsindən, o cümlədən daxilixarici dövlət mədəniyyət siyasətinin göstərilən sahələrinin dünya standartları səviyyəsinə çatdırılması üçün tələb olunan islahatların həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.

4 may 2011–ci il tarixli sərəncamla təsdiq edilmiş “2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhərində də sosial infrastrukturun daha da inkişaf etdirilməsi məqsədilə müasir tələblər səviyyəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 mədəniyyət müəssisəsinin təmiri və yenidən qurulması həyata keçirilmişdir. Dövlət Proqramının sürətli inkişafı davamlı olaraq mədəniyyət müəssisələrinin inkişafına öz müsbət təsirini göstərməkdədir. Artıq növbəti illər üçün də Dövlət Proqramının layihəsi hazırlanır və Bakı şəhərinin digər müəssisələrinin təmiri, texniki təchizatı və yenidənqurulması bu proqramda öz əksini tapacaqdır.

Müasir dünyanın hər bir ölkəsində mədəniyyət siyasəti ümumi dövlət siyasəti sistemində çox mühüm yer tutur, çünki cəmiyyətin normal həyat tərzi, xalqın rifahı, sosial sahələrin inkişafı, dövlətin tərəqqisi mədəniyyət sisteminin düzgün qurulmasından asılıdır.

Azərbaycan dövləti xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli–mənəvi dəyərlərimizə istinad edərək yeni tarixi şəraitdə müasir tələblərə uyğun olaraq öz daxilixarici siyasətini həyata keçirir. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi qayğısı, diqqəti və himayəsi ilə mədəniyyət sahəsində qazanılan uğurların sayı daim artır. Bu gün Azərbaycan “Eurovision”, beynəlxalq festivalların, musiqi müsabiqələrinin, sammitlərin, sivilizasiyalararası dialoqun keçirildiyi məkandır, ən nəhayət, Avropanın ilk Olimpiya oyunlarına ev sahibliyi edəcək dövlətdir.

Biz mədəniyyət işçiləri bu uğurların əldə edilməsində möhtərəm Prezidentimizlə yanaşı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da böyük fədakarlığını görürbunu xüsusilə qeyd etməyi özümüzə borc bilirik.

Bakı şəhər mədəniyyət işçiləri keçiriləcək prezident seçkilərində tam əminliklə öz seçimlərini etmişlər. Davamlı inkişaf, qüdrətli dövlət və daha güclü Azərbaycan naminə biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edirik!”.

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.- 2013.- 2 iyul.- S. 7.