Asayişimizin fədakar keşikçiləri

 

Respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da polis işçilərinin peşə bayramı böyük təntənə ilə qeyd olundu. İlk öncə şəhər polis şöbəsinin əməkdaşları şəhərin mərkəzi meydanında, Türk dünyasının fenomeni, müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etdilər, abidə önünə əklil və tər–çiçəklər düzdülər.

Sonra şöbənin akt zalında davam etdirilən bayram tədbirini Yevlax Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Natiq Məşədiyev açaraq, peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik etdi, gələcək şərəfli fəaliyyətlərində yeniyeni uğurlar arzuladı. Geniş məruzə ilə çıxış edən şəhər polis şöbəsinin rəis müavini Natiq Hacıyev Azərbaycan polisinin şanlı və şərəfli tarixindən, göstərdikləri fədakarlıqdan ürəkdolusu danışaraq dedi:

Ulu öndərimiz həmişə deyərdi: “Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sutunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Azərbaycan poilisinə diqqət və qayğı ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aərbaycan polisiöz növbəsində öz fəaliyyətini qanunların aliliyi üzərində qurur, öz sayıqlığı və çevikliyi ilə xalqın asayişinə xidmət edir.

Şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov çıxışında Azərbaycan polisinin fədakarlığından, cəsurluğundan nümunələr gətirərək, ölkənin və xalqın taleyində ən kəşməkəşli, çətin vaxtlarında polisin xilaskarlıq missiyasının şərəflə və ləyaqətlə yerinə yetirdiyini diqqətə çatdırdı. Qarabağ uğrunda savaşın ilk vaxtlarında, o zamanlar ki, hələ ordu hissələri formalaşmamışdı, Azərbaycan polisi ön cəbhədə idi, qəhrəmanlıqla vuruşurdu, torpaqlarımızın və insanlarımızın müdafiəsi üçün əllərindən gələni edirdilər.

Kür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı, şəhərin prokuroru, ədliyyə müşaviri Elxan Pənahov, şəhər məhkəməsinin sədri Qələmdar Abbasov çıxış edərək, Azərbaycan polisinin qazandığı uğurlardan, nailiyyətlərdən danışdılar, 95–illik tarixi yubiley münasibətilə bütün polis, daxili işlər orqnının işçilərini təbrik edərək, xoş arzularını çatdırdılar.

Sonra şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi.

 

Zabit Xəlilov

 

Respublika.- 2013.- 3 iyul.- S. 6.