İMİŞLİDƏ SU TƏMİNATINA DİQQƏT

 

Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramında aqrar sahənin daha güclü inkişafını əhatə edən tədbirlər silsiləsində torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılmasına, təsərrüfatların suya olan ehtiyaclarının daha dolğun ödənilməsinə dair bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İmişli Mərkəzi Muğan Otlaqlarının Su Təminatı Sistemləri İstismar İdarəsinin kollektivi bu sahədə öz işlərini yeni tələblər səviyyəsində qurmağa çalışır.

İdarənin rəhbəri Allahverdi Əliyevlə suvarma kanallarının üstündə görüşdük. O, təcrübəli mütəxəssisdir, uzun illərdir ki, suvarma sistemində çalışır, doğma peşəsinin sirlərini incəliklərinə qədər bilir. Onunla bir neçə obyektə baş çəkdik. Hər yerdə normal ahənginin şahidi olduq.

A.Əliyevdən ilk olaraq kollektivin həyata keçirdiyi tədbirlər haqqında məlumat verməyi xahiş etdik. O, suallarımıza həvəslə cavab verdi:

– Ölkəmizin ərzaq təhlükəsizliyinə layiqli töhfələr verməyə çalışan Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismar İdarəsi 1969–cu ildə yaradılmışdır. Mən burada çalışdığım uzun illər boyu bir dəfə də müşahidə etməmişəm ki, fəaliyyətimizdən kimsə narazılıq etsin. Başqa cür ola da bilməz, kifayət qədər təcrübəmiz vardır, doğma işə öyrəncəliyik, kənd əməkçilərinə üzgözümüz öyrəşib.

Biz, fermer təsərrüfatlarının, daha dəqiq desək, onların bəslədikləri və qışlama üçün sürülüb gətirilmiş davarların bəsləndikləri yataqların, otlaq sahələrinin su ilə təminatı ilə məşğul oluruq. İşimiz həmişə başımızdan aşır, çünki xidmət etdiyimiz təsərrüfatlarda, rayonun öz təsərrüfatlarında xırdabuynuzlu heyvanlar çoxdurbunlar gündən–günə artmaqdadır. Yeri gəldikcə yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə də köməyimizi heç vaxt əsirgəmirik.

Xidmət etdiyimiz 50 min hektar ərazidəki otlaqlarda əsasən İmişli, Saatlı, Lerik, Yardımlı, Biləsuvar rayonlarından qışlama dövrü üçün gətirilmiş heyvan sürülərini, yataqları və kommunikasiyaları su ilə təmin edirik. Əsasən 6 artezian quyusundanasbest boru su kəmərlərindən istifadə edirik, 6500 kubmetrlik su anbarımız var. Su itkisinə yol verməməkdən ötrü yataqlarda nəzarət və qulluq işlərini genişləndirmiş, su kranları qoymuşuq.

Bu tədbirlər sayəsində rayonumuzda heyvandarlıq məhsulları istehsalının artımında inkişaf templəri yüksəkdir. Həmin məhsulların istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmış, bütün məhsul istehsalı göstəriciləri üzrə ötən ilin müvafiq dövründəkinə nisbətən artım vardır.

Qışda işlərimiz çox olur, idarəmizin adından göründüyü kimi, tədbirlərimizin əsasını qış aylarında aparırıq, ancaq bu o demək deyildir ki, ilin digər fəsillərində görmürük. Yay aylarında təmir işləri aparırıq, bu işlər əsasən davarlar qışlağa gətirilənədək başa çatdırılır. Bu il VV–4 boru xətlərində 2655 manatlıq, VV–5 su kəmərlərində 39700 manatlıq əsaslı təmir işləri aparılmışdır. Magistral kəmərin təmirini də vaxtında başa çatdırmışıq. Hidrotexniki qurğuların, boruların istismar yollarının, subartezian quyularının, mülkiistehsalat binalarının cari təmirinə və sahmana salınmasına isə 173800 manat məbləğində vəsait sərf olunmuşdur. Hazırda bütün su xətləri və hidrotexniki qurğular saz və işlək vəziyyətdədir.

Dövlətimizin başçısının meliorasiyasuvarma işlərinə ciddi münasibəti işçilərin ruh yüksəkliyini xeyli artırmışdır və bu fəallığı indi hər yerdə, rayonun ən ucqar ərazilərində gecə–gündüz növbədə dayanan suçuların işində müşahidə etmək mümkündür. Həyata keçirilən tədbirlərdə 110 nəfərlik kollektivin əməksevər üzvləri ürəkdən çalışırlar. Onlar suvarma işlərinin genişləndirilməsinin, yeni suvarma şəbəkələrinin yaradılmasının müasir şəraitdə mühüm əhəmiyyət kəsb etdiyini yaxşı dərk edərək bu sahədə həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.

Əlbəttə, görülən işlər heç də asanlıqla başa gəlmir. İdarədə su təminatı ilə bağlı 3 ixtisaslaşdırılmış sahə mövcuddur və onların hamısının suvarma işləri mürəkkəb relyef şəraitində aparılır. Bundan başqa, prosesində yalnız içməli sudan istifadə olunur. Ərazidən keçən çayların sularından isə heç də həmişə istənilən kimi bəhrələnmək olmur. Eyni zamanda mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsində, suvarma texnikası və texnologiyalarının tətbiqində xeyli yeniliklər etmək lazım gəlir. Problemlərə baxmayaraq idarənin işçiləri üzərlərinə düşən vəzifələri layiqincə həyata keçirməkdən ötrü gecə–gündüz səylə çalışır, var qüvvələrini sərf edirlər.

Şübhəsizdir ki, bütün işləri görmək texniki vasitələr, güclü nasoslar, maşın və mexanizmlər olmadan qeyrimümkündür. Buna görə də hər şeydən əvvəl maşın–texnika parkının komplektləşdirilməsinə diqqət gücləndirilir. Hazırda idarənin balansında kifayət qədər texniki vasitələr, maşın və mexanizmlər, o cümlədən “DT–75″, “Belarus” traktorları, yük maşınları vardır.

Allahverdi Əliyev söhbətimizin sonunda dedi:

Meliorasiya suvarmaya münasibət həm ümumsiyasi, həm ekoloji problemdir, bu, insanın bioloji varlığı, gələcək həyatımızla bağlı olan məsələdir. Mən bir mütəxəssis kimi sevinirəm ki, xüsusilə son vaxtlar bu problemə dövlət səviyyəsində ciddi münasibət bəslənilir. Prezident cənab İlham Əliyev demək olar ki, hər çıxışında həmin məsələyə toxunur, işlərin qədər ciddi olduğunu vurğulayır, qarşımıza vəzifələr qoyur.

Biz həmin vəzifələrin yerinə yetirilməsində səylərimizi ardıcıl olaraq davam etdiririk. Hazırda su kəmərlərinin, hidrotexniki qurğuların avadanlıqların üzümüzə gələn payız–qış mövsümünə hazırlanmasına ciddi nəzarət edirik.

İdarədə mövcud olan yüksək fəallığa əsaslanaraq qəti əminliklə deyə bilərik ki, kollektiv öz üzərinə düşən vəzifələri uğurla həyata keçirəcək, sosial–iqtisadi inkişafa dair Dövlət Proqramının tam yerinə yetirilməsinə layiqli töhfələr veriləcəkdir.

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 4 iyul.- S. 6.