Yeniyetmə taekvandoçuların uğurları

 

Azərbaycanda idmanın sürətli inkişafı dövlət siysətinin prioritet istiqamtlərindəndir. Uğurlu idman siyasətinin nəticəsi olaraq idmançılarımız olimpiadalarda, dünyaAvropa çempionatlarında böyük qələbələr qazanır, müstəqil Azərbaycanımızın üçrəngli milli bayrağı dünyanın ən mötəbər yarışlarında daha teztez göylərə ucalır, milli himnimiz qürurla səslənir. Əminliklə deyə bilərik ki, Azərbaycan sözün həqiqi mənasında böyük idman ölkəsinə çevrilib.

Təbii ki, bütün sahələrdə olduğu kimi, idmanın da bu günü və gələcəyi uşaq və yeniyetmələrin, gənclərin peşəkar hazırlığından və ustalığından çox asılıdır. Burada əsas rol məhz uşaq–gənclər idman klublarının üzərinə düşür. Onların içərisində 2006–cı ildə yaradılmış “Qalataekvando klubunun özünəməxsus yerirolu var. “Qalaklubunda uşaq, yeniyetmə və gənclər bu olimpiya idman növünün sirlərinə dərindən yiyələnir və sağlam böyüyürlər.

Klubun direktoru, beynəlxalq dərəcəli həkim Elşad Məmmədov dövlətimizin başçısının idmanın inkişafına, xüsusən də uşaq və gənclərin yüksək səviyyədə hazırlığına böyük qayğı göstərdiyini önə çəkərək klubda əsas diqqətin yüksək potensiala malik teakvandoçuların hazırlığına yönəldiyini bildirdi. Peşəkar idmançıların hazırlanmasında dəfələrlə ölkə çempionu olmuş, dünyaAvropa yarışlarında uğurla çıxış etmiş məşqçi Ramil Həsənovun böyük əməyi vardır. Ölkəmizdə bu olimpiya idman növünün inkişafına, kütləviliyinə və təbliğinə, uşaq yeniyetmə və gənclərin sağlam ruhda, peşəkar idmançı kimi yetişməsinə nail olmaq üçün əlindən gələni əsirgəmir. Məhz bunun sayəsində “Qalaklubunda məşğul olan idmançılar istər respublika səviyyəli yarışlarda, istərsə də beynəlxalq turnirlərdə fərqlənir, uğurlu nəticələrə imza atırlar. Məsələn, Fatimə İbrahimova yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

Bu yaxınlarda “Qalataekvando klubunun idmançıları Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Tovuz rayonunda keçirilən respublika yarışlarında da yaxşı nəticələr əldə etmişlər. Fərəhli haldır ki, bu yarışda “Qalaklubunun təcrübəli taekvandoçuları ilə yanaşı, belə turnirlərdə ilk dəfə çıxış edən Cavid Əhmədov da böyük ustalıq nümayiş etdirərək bürünc medala layiq görülüb. Bu yeniyetmə və gənclərimizə qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayırıq.

 

X.Cabbarov

 

Respublika.- 2013.-  7 iyul.- S. 8.