Müstəqil Azərbaycan güclü iqtisadiyyata malik dövlətə çevrilir

 

Bu iqtisadi inkişafaAltes Group” şirkəti öz töhfələrini əsirgəmir

 

Müstəqil Azərbaycan dövlətində özəl sektorun, sahibkarlığın inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bunun sayəsindədir ki, ölkədə yerli sahibkarlıq sürətlə tərəqqi edir. İqtisadiyyatımızın daha da güclənməsinə öz layiqli töhfəsini verir. Bu baxımdan “Altes Group” Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlər içərisində xüsusi çəkiyə malikdir.

Altes Groupun təsisçilərindən biri Fərid Əliyevlə müsahibəyə keçməzdən əvvəl bildirək ki, bu yaxınlarda Bakıda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu məzunlarının 1–ci forumu keçirildi. Bu məşhur elm ocağının məzunları arasında dünyanın bir çox ölkələrində yaşayan, yüksək vəzifələr tutan tanınmış insanlar vardı. Bu elm ocağının daha bir məzunu Fərid Əliyevlə tanışlığımız təsadüfən alındı. Öyrəndik ki, o MDBƏİ–nin ilk azərbaycanlı məzunu olub. Hesab edirik ki, bu yaxınlarda 75 illik yubileyini qeyd etmiş bu təcrübəli, insanlarla səmimi təmas quran azərbaycanlı ilə söhbət oxucularımız üçün də maraqlı olacaq.

Bu yaxınlarda Bakıda keçirilən MDBƏİ–nin məzunları forumunda iştirak etdiniz. Forumun keçirilməsini necə qiymətləndirirsiniz və onun əhəmiyyəti nədir?

Hesab edirəm ki, MDBƏİ–nin daha bir məzunu — Azərbaycan Prezidenti İlham Əliyev və bu institutun rektoru Anatoli Torkunov Bakıya bu qədər tanınmış simaları toplamaqla əsl möcüzəyə imza atdılar. Bu ənənə onilliklərlə davam edəcək. Hətta foruma qatıla bilməyən xarici diplomatlar, nazirlər — MDBƏİ məzunları belə təbrik teleqramları göndərdilər. Belə bir forumun keçirilməsi həm ölkənin imici, həm də insanlar arasında əlaqələrin bərpası baxımından çox vacibdir. Hərəsi bir vəzifə tutan, bir işlə məşğul olan insanlar bir gündə Bakıda görüşürlər. Məncə, əsas olanı da elə budur.

—Öyrəndik ki, MDBƏİ–nin ilk azərbaycanlı məzunu sizsiniz. Necə oldu ki, məhz bu ali məktəbdə təhsil almaq qərarına gəldiniz?

—Məktəbi bitirəndən sonra Yaroslavl Texnologiya Texnikumuna daxil oldum. Oranı da bitirərək, Azərbaycana qayıtdım və yeni açılan şin zavodunda vulkanizasiya sexində KİP və avtomatika üzrə usta kimi işə başladım. İngilis dilini mükəmməl bilməyim mənə çox kömək etdi. Sexin bütün avadanlığının istifadə qaydası xarici dildə idi, elə bizimlə çalışanlar arasında da xaricilər vardı və mən bu amildən istifadə edərək, işləməyə başladım. Zavodda 1 il işlədikdən sonra instituta qəbul olmaq qərarına gəldim.

O zaman Moskvada Patris Lumumba adına Xalqlar dostluğu institutu yaranmışdı və mənə məsləhət gördülər ki, o instituta daxil olum. Amma biləndə ki, xarici dili mükəmməl bilirəm, məsləhət gördülər ki, elə MDBƏİ–yə da daxil ola bilərəm. Mən 5 imtahan verdim və 25 mümkün baldan 24– toplamaqla bu ali elm ocağının tələbəsi oldum. İmtahanlardan sonra rektor Fyodor Rıjenko mənə dedi ki, “Fərid, sən qafqazlısan. Gəl səni beynəlxalq iqtisadiyyat fakültəsinə keçirim”. Və sonralar məlum oldu ki, rektor düz deyirmiş.

Bu təhsil ocağında o dövrün reallıqlarını nəzərə alsaq belə, azad fikirli insanlar toplanmışdı. O zaman MDBƏİ SSRİ Təhsil Nazirliyinə deyil, Xarici İşlər Nazirliyinə, konkret olaraq bu qurumun o zaman rəhbəri olan Qromıkoya tabe idi.

O zaman biz xarici tələbələrin də üzvü olduğu interklub yaratmışdıq. Rəhbəri də mən idim. Biz orada xarici tələbələrlə birgə xüsusi gecələr keçirirdik: Almaniya gecəsi, Macarıstan gecəsi və sair. Hətta o zaman antisovet fəaliyyətinə görə çıxışlarına heç yerdə icazə verilməyən Vladimir Vısotski də ancaq bizim keçirdiyimiz gecələrdə çıxış edə bilirdi. Azad fikirli Vısotski bizim əhatəmizdə özünü çox sərbəst hiss edirdi.

Rektorumuz Rıjenko gözəl insan idi. İndiki rektor Tolkunov da bir çox xüsusiyyətlərinə görə onu xatırladır—xarizmatikdir, komplekslərdən uzaq adamdır, istənilən adamla rahat tez ünsiyyət qura bilir.

O zamankı dövrdən maraqlı çox hadisələr yadımda qalıb. Məsələn, MDBƏİ–ni bitirəndən sonra mən SSRİ Xarici Ticarət NazirliyininSoyuzpromeksportmüəssisəsinə işə düzəldim. İşlədiyimiz sahədə — “filiz kontoru”nda ən iri müştərilərimiz Yaponiya Polşa idi. Mən bu ölkələrə filiz dəmir filizi konsentratları ixrac məsələləri ilə məşğul idim. Əcnəbilərlə bütün danışıqları Moskvadakı “Berlin” otelinin barında keçirirdik. Görüşlər bitən kimi, bu barın adətinə görə, SSRİ–ni tərk edəcək qalstukda olan qonaqların qalstukları qayçı ilə kəsilir barın divarına vurulurdu

Moskvada qədər işlədiniz niyə sonradan Azərbaycana qayıtmaq qərarına gəldiniz?

Mən Azərbaycana 1973–cü ildə Heydər Əliyevin məsləhəti ilə, ailəmə yaxın olmaq üçün qayıtdım. Mən Heydər Əliyevdən xahiş etdim ki, mənim SSRİ Xarici Ticarət Nazirliyinin Azərbaycan SSRİ Nazirlər Kabineti nəzdindəki nümayəndəliyinə keçməyimə icazə versin. O etiraz etmədi beləcə, mən burada müvəffəqiyyətlə ölkəmə xeyir verməyə başladım.

Təəssüf ki, 80–ci illərin sonlarından Azərbaycanda hakimiyyətə elə insanlar gəlirdi ki, onlarla nəinki işləmək, heç normal dialoq aparmaq da mümkün deyildi. Vəzirov, Xalq Cəbhəsi, MütəllibovOdur ki, mən işdən öz xahişimlə azad olundum Leninqrad şəhərinə getdim orada bizneslə məşğul olmağa başladım. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mən biznes fəaliyyətimi yenidən öz ölkəmizdə davam etmək istədim. İstənilən biznes normal, başa düşən, situasiyanı anlayan tərəfdaşlarla aparılmalıdır. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hər şey öz yoluna düşdü.

Biz fəaliyyətə ticarət kompaniyası kimi başladıq. O zaman Azərbaycanda keçmiş SSRİ respublikaları ilə əlaqələrin qırılmasına görə bir çox malların çatışmazlığı yaranmışdı. Biz inkişaf etdik çox böyük qürur hissi ilə deyə bilərəm ki, Bakıda ilk göydələni məhz biz tikmişik. Bu bina Nərimanov heykəlinin yaxınlığında yerləşir. Sonra Beynəlxalq bankın, daha sonra isə Mərkəzi bankın binalarını da inşa etdik.

2006–cı ildəAltes Group” yaratmaq qərarına gəldik. İndi bizim Londonda, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində Qazaxıstanda biznesimiz var.

—”Altes Group”un Azərbaycanda neçə layihəsi var?

—Bu gün bizim beş layihəmiz mövcuddur. Bakıdakı bu beş yaşayış komplekslərindən dördündə işləri tamamilə başa çatdırmışıq. İyunun 14–də “Altes Plaza”nın açılışını edəcəyik. Bu layihədə mindən çox insan çalışır.

Qeyd etmək istəyirəm ki, “Altes Group” ancaq tikinti şirkəti deyil. Biz həm əczaçılıq biznesi ilə məşğuluq. Rusiyada, Qazaxıstanda Avropada filiallarımız var. Bir müddət əvvəl biz İsveçrəninİvuarbrendini aldıq indi bu brendin məhsullarının yayılması ilə məşğuluq.

Şirkətimiz mindən çox həmvətənimiz üçün yeri açıb. Bununla yanaşı, biz xeyriyyəçiliklə məşğuluq. Qeyd etmək istəyirəm ki, şirkətimiz Azərbaycanın ən iri vergi ödəyicilərindən biridir.

Qısaca olaraq, onu da qeyd etmək istəyirəm ki, son zamanlar mətbuatda bizim haqqımızda bəzi sifarişli, böhtan xarakteri daşıyan xəbərlər yayılmışdı. Bizim şirkətin işlərinə vicdanla yanaşmayan əliəyriliyə görə işdən azad olunan bəzi əməkdaşları bu tipli həqiqətə uyğun olmayan məlumatlar yaymaqlaAltes Group”un işgüzar imicinə xələl gətirməyə cəhd etmişdilər. Hazırda onların işi Respublika Prokurorluğundadır, onlara qarşı cinayət işləri açılıb.

Bir məsələni əminliklə vurğulaya bilərəm — “Altes Group” bütün layihərinin qarantıdır bizim üçün ən önəmli məsələ müştərilərimizin bizdən razı qalmalarıdır.

Mətbuatda belə bir məlumat getdi ki, siz Bakıda fırlanan göydələn tikmək istəyirsiniz. Bu barədə geniş məlumat verməyinizi xahiş edərdik.

Bəli, bizim Azərbaycanda belə bir nəhəng layihəni həyata keçirmək fikrimiz var. Bu göydələnin tikilişi zamanı ən müasir texnologiyalardan istifadə olunacaq. Təsəvvür edin ki, siz yatmağa gedərkən pəncərənizdən şəhər görünür, səhər duranda isə qarşınızda dənizi görürsünüz. Biz indi bu proyekt üçün yer seçirik. Bu yaxınlarda layihənin arxitektoru Devid Fişer inşaatçılar seysmoloqlardan ibarət komandası ilə birgə Bakıya gələcək.

İndi Bakının bir neçə simvolu var: Qız qalası, Flame Towers, Baku Crystal Hall, Heydər Əliyev Mərkəzi hesab edirəm ki, bizimAltes Plaza”nı da bu sırada saymaq olar. Biz istəyirik ki, tikəcəyimiz fırlanan göydələn bu arxitektura möcüzələri ilə bir cərgədə dayansın. Ölkə Prezidentinin siyasəti nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik dövlətə çevrilir. Biz bu iqtisadi dirçəlişə öz tövfəmizi vermək istəyirik.

Söhbətimiz zamanı siz Heydər Əliyevdən bir siyasətçi kimi çox danışdınız. Bəs sizin üçün Heydər Əliyev işdən kənar münasibətlərdə necə idi?

Mən tez–tez onunla görüşər söhbət edərdik. Deyə bilərəm ki, hələ sovet dövründə Heydər Əliyev ölkədə baş verən prosesləri bunların ilə yekunlaşacağını gözəl başa düşürdü. O dəfələrlə eyham vururdu ki, əgər proseslər belə davam etsə, SSRİ dağılacaq. Mənə isə deyirdi ki, susum heç yerdə bu barədə danışmayım. O, həqiqətən uzaqgörən, dahi bir şəxsiyyət idi

 

Müsahibəni apardı:

Xəlil CABBAROV,

 

Respublika.-2013.-1 iyun.-S.9.