Tariximizin parlaq səhifələri

 

Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 may ən unudulmaz gündür. 1918–ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzusuna qovuşmuş, Şərqdə ilk demokratik dövlət—Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Ancaq 95 il əvvəl bu cümhuriyyətin yaranması son dərəcə çətin və mürəkkəb tarixi siyasi proseslərin cərəyan etdiyi bir dövrə təsadüf olunurdu. Rusiyada 1917–ci ilin noyabrında müstəqil Zaqafqaziya Komissarlığı, daha sonra Zaqafqaziya Seymi yaradıldı. 1918–ci il may ayının 26–da Gürcüstan müstəqilliyini elan edərək seymdən çıxdı. May ayının 27–də isə seymin müsəlman üzvlərinin fövqəladə iclasında Azərbaycan Milli Şurası yaradıldı və artıq bir gün sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi.

Müstəqillik aktı qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə ilk hökumət yaradıldı. Müvafiq dövlətçilik atributlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlərin əsası qoyuldu. Lakin təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xaricidaxili düşmənlərin güclü müqaviməti ilə rastlaşıb bu qara qüvvələrin təzyiqinə dözmədi. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.

Lakin belə az ömrünə baxmayaraq, ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil demokratik dövlətin yaranması müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ənənələrinin yaranmasına səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxmışdır. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratmışdır.

Həqiqətən də, xalqımız bir daha azadlıq eşqini XX əsrin sonunda, 1991–ci il oktyabrın 18–də ikinci dəfə öz dövlət müstəqilliyini elan edəndə dünyaya göstərdi. Lakin bu dəfə də böyük qurban və itkilər hesabına əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı, yenə də daxili başıpozuqluq, xarici müdaxilə, bədnam qonşularımızın işğalçılıq siyasəti respublikamızı çətin vəziyyətə saldı. Cəbhədə uğursuzluqlar biribirini əvəz edir, bölgələrdə separatçılıq meyilləri güclənir, Bakıda isə hakimiyyət uğrunda ölümdirim mübarizəsi gedirdi. Respublikamızın bütün ərazisində xaos, anarxiya tüğyan edirdi. 1993– ilin həyəcanlı iyun günlərində Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz–üzə dayanmışdı. Əgər həmin vaxt ümummilli liderimiz, mahir siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu, qaçılmaz olacaqdı. Məhz bu böyük şəxsiyyət təhlükələri birbirinin ardınca dəf edərək dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi üçün misilsiz işlər gördü.

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni yerlərinin açılmasına, özəl sektorun inkişafına təkan verdi. Ölkəmizdə ictimaisiyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosialiqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeniyeni nailiyyətlərə yol açır.

28 mayRespublika Günü hər bir soydaşımız üçün milliiftixar günü, əziz bir bayramdır. İnanırıq ki, üçrəngli bayrağımız bundan sonra da əbədi dalğalanacaqdır. Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, müstəqillik yollarında yeniyeni uğurlar arzulayırıq.

 

Yusif BABANLI,

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi

İdman Akademiyasının prorektoru,

Nərimanov rayon YAP Gənclər

Birliyinin sədri.

 

Respublika.-2013.-1 iyun.-S.9.