Heydər Əliyev iqtisadi modelinin uğurları

 

22 il bundan öncə öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövləti Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, düşmən qüvvələrin təxribat və təzyiqlərilə qarşılaşmışdı. Xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Beynəlxalq standartlara cavab verməyən istehsal məhsulları anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi.

Ölkəni bu ağır vəziyyətdən 1993– ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mərhələnin müstəsna əhəmiyyəti barədə deyib: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu prezident seçdiondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyriqanuni silahlı dəstələr tərk–silah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxilixarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosialpsixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrdə yaranmış ağır vəziyyəti şərh edərkən demişdir: “Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosialiqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc–mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı”.

Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış daxili sosialiqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:

1. Müstəqil, demokratk, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;

2. İnzibatiamirlik sisteminə tabe olan sosialist ictimai formasının ləğvi və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;

3. Qapalı sosialiqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.

Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idibütün qüvvələrin bu məqsədlərin reallaşması üçün səfərbər edilməsini tələb edirdi.

İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Beləliklə, 1995–1996–cı illərdə qiymətlərin formalaşması prosesinin inzibatiamirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta FonduDünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyyə yardımı göstərdilər.

Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996–cı ildə onun artımına nail olundu. 1996–cı ildə 1,3 faiz olan iqtisadi artım 1997–ci ildə 5,8 faizə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi–Şərqi Asiyadaqonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq, növbəti ildə daha da inkişaf etdi. 1998–ci ilin yekunları respublikanın sosialiqtisadi inkişafında müsbət meyillərin ildən–ilə möhkəmləndiyini, bu prosesin dönməz xarakter almasını göstərdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqeyə nail oldu.

Bir sözlə, artıq ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı yüksək zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunun ölkəmizin həyatında oynadığı həyati əhəmiyyətli rolu barədə deyib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir.

Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır. Yaradılmış bu güclü zəmin siyasi və sosial–mədəni proseslərə də dinamizm verir, Azərbaycan “mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır”.

Sürətli iqtisad inkişaf Azərbaycanın beynəlxalq aləmdə diqqət mərkəzində olmasını təmin etmişdir. Bütün dünyanı sarsıdan qlobal böhran zamanı ölkəmizdə iqtisadi artımın davamlı olması Azərbaycanın milliiqtisadi inkişaf modelinin uğurlu olduğunu əyani şəkildə bir daha sübut edir. Qlobal mürəkkəb böhran dövründə Azərbaycan modelinin səmərəliliyinin sirrini cənab İlham Əliyev izah edərkən deyib ki, istehlak qiymətlərinin aşağı salınmasının vacibliyiinflyasiyaya nəzarət milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət; təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi; sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət; sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair iqtisadi tərəqqidə çox mühüm rol oynayır.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ölkəmizdə hərtərəfli inkişafın davamlı olacağına inamını bir daha ifadə edib: “Bu gün Azərbaycan sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır. Bu inkişafın təməli 1993–2003– illərdə qoyulmuşdur. 2003– ildə Azərbaycan xalqı mənə etimad göstərərək əslində Heydər Əliyev siyasətinə öz dəstəyini vermişdir. 2008–ci ildə isə Azərbaycan xalqı bir daha əmin oldu ki, Heydər Əliyev siyasəti yaşayır, davam etdirilirbundan sonra da yaşayacaqdır”.

 

Müşfiq TÜKANOV,

iqtisadiyyat üzrə fəlsəfə doktoru.

 

Respublika.-2013.-1 iyun.-S.9.