Bölgədə layihələr Azərbaycanın iştirakı ilə reallaşır

 

FotoAzərbaycan müstəqil ölkə kimi çox gəncdir. 21 il inkişaf baxımından çox az müddətdir. Lakin ölkəmiz bu az bir zaman kəsiyində heyranedici inkişafa nail olub. Hazırda Azərbaycanın hər bir guşəsində böyük quruculuq və abadlıq işləri gedir, ölkə davamlı inkişaf edir. Bu gün ölkəmiz Avropa üçün mühüm enerji təchizatçısı və Avrasiya məkanında tranzit ölkədir. Lakin Azərbaycan enerji sektorundan asılılığı aradan qaldırmaq üçün qeyrineft sektorunu sürətlə və yüksək templə inkişaf etdirir. Bu gün ölkəmizdə çox güclü sənaye potensialı yaranmaqdadır. Təbii ki, siyasi müstəqilliyin əsasında qüdrətli iqtisadiyyat dayanır. Ölkəmiz qısa müddətdə güclü iqtisadiyyat qura bilib. Artıq Azərbaycan öz enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edir. İndi məqsəd real sektorda ümumi daxili məhsulun həcmini iki dəfə artırmaqdır. Dövlət başçısı Vyanada Avstriya–Azərbaycan biznes forumunda çıxışında demişdir: “İqtisadi göstəricilərə gəldikdə, hazırda iqtisadiyyatımız əvvəlkindən daha çox şaxələndirilmişdir. Enerji sektorundan asılılığın aradan qaldırılması işi uğurla aparılır…

Azərbaycan ümumi daxili məhsulla nisbətdə bəlkə də ən az xarici borcu olan ölkələrdəndir və onun səviyyəsi cəmi yeddi faizdir. Sabit maliyyə sistemi mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır. Son on il ərzində inanılmaz iqtisadi artım olmuşdur. Bu, əsasən enerji sektoru ilə şərtlənir. Lakin tək bu deyildir. Biz iqtisadiyyatımızı üç dəfə artıra bildik”.

Göründüyü kimi, müstəqil Azərbaycan bu gün hərtərəfli, genişdinamik inkişaf edir. Bu tərəqqi də, təbii ki, bazarın tələbinə müvafiq təklifin verilməsi ilə bağlıdır. Belə ki, istehsal olunan məhsullara həm daxili, həm də xarici bazarlarda tələbat artır. Dövlətin iqtisadi qüdrəti həm də dünya iqtisadiyyatına sürətlə və davamlı inteqrasiya etməsindən xeyli asılıdır.

Nazirlər Kabinetinin 2013– ilin birinci rübünün sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri sosialiqtisadi inkişaf və görüləcək işlər barədə deyib: Bütün sahələrdə dinamik inkişaf təmin edilir. Əminəm ki, 2013– ildə həm sosial, həm iqtisadi sahələrdə yaxşı nəticələr olacaqdır… 2013– ildə görüləcək işlərlə bağlı bütün vəzifələr müəyyənləşdirilmişdir. Dövlət İnvestisiya Proqramı icra edilir. Eyni zamanda, əvvəlki dövrlərdə qəbul edilmiş proqramlar icra edilir və onların bəziləri bu il başa çatdırılmalıdır. O ki qaldı əsas, yəni diqqət tələb edən məsələlərə, onların içində, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi bu sahədə əsas vəzifə olaraq qalır…

Biz bilirik ki, həm bölgədə, həm qitədə iqtisadi sahədə proseslər o qədər də uğurla getmir. Bəzi ölkələrdə böhran yaşanır. Azərbaycanda isə düşünülmüş iqtisadi siyasət nəticəsində qeyrineft sektorumuz 11,4 faiz artmışdır. Bu, doğrudan da, çox gözəl göstəricidir və nəzərə almalıyıq ki, bu artım əvvəlki illərdə dinamik artımın üzərinə gələn bir artımdır”. İldən–ilə artan qeyrineft sektorunun göstəriciləri iqtisadi siyasətin uğurlarının bariz sübutudur.

Bu davamlı inkişafın əsasında həm uğurlu iqtisadi siyasət, həm də Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində makroiqtisadi göstəricilərin yüksəlməsi, həm də yenidən iqtisadiyyata sərmayə qoyuluşunun artımına zəmin yaradılması dayanır. Bu da daha irihəcmli investisiyaların yatırılmasına şərait yaradır. Regionlarda müxtəlif infrastruktur, kommunal, sosials. xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artması, həm maliyyə vəsaitinin artımı, həm də düşünülmüş, konkret, siyasi addımların nəticəsindədir. Regionlarda gedən sosialiqtisadi quruculuq vergi daxilolmalarına da çox müsbət təsir göstərir. Azərbaycanın davamlı sosialiqtisadi uğurları və rəqabətədavamlı ümumi daxili məhsulları sayəsində artıq investisiyalarsosial proqramlar ölkəmizin öz imkanları hesabına icra edilir. Azərbaycanın xarici borcdan asılı olmaması ölkənin müstəqil siyasət yürütməsinə müsbət təsir göstərən amillərdəndir.

Qloballaşan dünyada gedən prosesləri izlədikdə iqtisadi əməkdaşlığın hər bir ölkənin sosialiqtisadi inkişafında çox mühüm rol oynadığının şahidi olarıq. Müasir dövrdə beynəlxalq əməkdaşlıq iqtisadi inkişafdasiyasi əlaqələrdə mühüm amilə çevrilib. Azərbaycan dünya bazarına müvəffəqiyyətlə inteqrasiya edirbu əlaqələrin səmərəliliyinə çalışır. Avstriya prezidenti Haynts Fişer öz bəyanatında ölkəmizlə əlaqənin müsbət nəticələri barədə demişdir: “Bakıya səfərimdən, apardığım danışıqlardan və Bakıdakı biznes forumdan bir il sonra ölkələrimiz arasında ixracidxal əməliyyatları böyük həcmdə artmışdır. Bu, çox yaxşı göstəricidir”.

Ölkənin zəngin təbii ehtiyatlarından, xüsusən də neftqaz amilindən Azərbaycanın milli maraqlarına uyğun istifadə edilməsi, dünyanın aparıcı dövlətləri ilə səmərəli əməkdaşlıq, ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunmağımız, transmilli layihələrin uğurla reallaşması müstəqil siyasətimizin bəhrələrindəndir. İqtisadi qüdrət siyasi müstəqilliyimizin çox mühüm zəminidir. Hazırda ölkəmiz regionun qüdrətli, söz sahibi olan ölkəsidir. Azərbaycanın iştirakı və müsbət rəyi olmadan heç bir layihə bu regionda icra oluna bilməz. Dövlət başçısı ölkəmizin regiondakı mövqeyi barədə deyib: “Bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bizim razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz, istər siyasi, istər iqtisadi, istər enerji. İstənilən layihə Azərbaycanın iştirakı və razılığı olmadan icra edilə bilməz. Bu, artıq reallıqdır. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə hesablanıbdır. Bütün təşəbbüslərimiz və başladığımız bütün işlər uğurla nəticələnir… Son 10 il ərzində biz xaricidaxili siyasətlə bağlı irəli sürdüyümüz bütün təşəbbüsləri reallaşdıra bildik. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir”.

 

Ataş Cəbrayılov,

 

Respublika.-2013.-2 iyun.-S.1.