HEYVANDARLIĞIN MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

 

(əvvəli 4 iyun tarixli sayımızda)

 

Digər bir üsul embrion köçürməsi hesab olunur. Bu üsul kənd təsərrüfatı heyvanlarının yetişdirilməsinin intensivləşdirilməsi üsullarından biridir. Bu üsul heyvanlardan alınan yeni nəslin baş sayının surətlə artmasına imkan yaradır. Embrion köçürmə dedikdə donor heyvanların cinsiyyət üzvlərində rüşeymin resipient–heyvanların cinsiyyət üzvlərinə köçürülməsi deməkdir. Bu zaman resipiyentlərin orqanizmində rüşeymindaha sonra dölün inkişafı müşayiət olunan normal boğazlıq baş verir.

Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır. Bu heyvanda hormonal yolla poliovulayasiya törətdikdən sonra onu yüksək məhsuldar törədicinin sperması ilə mayalandılır, bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə heyvanlar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun müddət ərzində transplantasiya üçün yaralı rüşeymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşməmiş 4–5 yaşında olan, sağlam, süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər.

Heyvandarlığın digər sahələrindən biri qoyunçuluqdur. Ölkəmizdə 35 damazlıq qoyunçuluq təsərrüfatı mövcuddur. Respublikamızda MilQarabağ, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Yeni Abşeron, Azərbaycan dağ merinosu qoyun cinsləri qorunub saxlanmaqdadır. Qarabağ qoyunu MilQarabağ, Ləzgi qoyunu Şəki–Zaqatala, Bozax qoyunu Gəncə–Qazax, Şirvan qoyunu KürArazAbşeron, Gödək qoyunu QubaXaçmaz, Caro qoyunu Lənkəran, Herik qoyunu Şəki–Zakatala bölgəsində, MazexBalbas qoyunu Naxçıvan Muxtar Respublikasında yayılmışdır. Respublikada yetişdirilən qoyunların 29,5 faizi Aran iqtisadi rayonundadır. 23 may 2011–ci il tarixdə daha iki qoyun cinsiAbşeronMilQarabağ qoyun cinsləri təsdiq edilmişdir. Beləliklə, Azərbaycanda yetişdirilən, qoyunçuluq üçün genofond sayılan cinslərin sayı 13–ə çatdırılmışdır. Qeyd etməliyik ki, bu cinslər xarici ölkələrdə yetişdirilən qoyun cinsləri ilə müqayisədə davamlı cinslərdir.

Azərbaycan ET Heyvandarlıq İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında Bozax, Abşeron, MilQarabağ, Azərbaycan dağ merinosu qoyun cinslərinin bioloji–təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, Ləzgi qoyunlarının bərpası istiqamətində Şəki–Zakatala bölgəsində elmi–tədqiqat işləri aparılır. Azərbaycan dağ merinosu qoyun cinsinin qorunub saxlanması istiqamətində aparılan işləri planlı surətdə həyata keçirmək üçün bir sıra, o cümlədən cinsin dağ və dağətəyi bölgələrdə (Şəmkir, Qazax, Gədəbəy, Şəki–Zaqatala) yetişdirilməsi, cinsin yaxşılaşdırılması məqsədilə Stavropol vilayətində “Vostok” damazlıq zavodunda yetişdirilən Şimali Qafqaz ətlik–yunluq cinsiUkrayna Respublikasında “AskaniNova” damazlıq zavodunda yetişdirilən Askani yunluq–ətlik cinsin törədici qoçlarının gətirilməsi, istehsal olunan məhsulun ixracı üçün fermerlərə dövlət dəstəyi və başqa tədbirlərin aparılması təklif edilir.

Bundan əlavə, Türkiyə Respublikasından gətirilmiş Avasi qoyun cinsi Gəncə–Qazax bölgəsində həm təmizlikdə yetişdirilir, həm də Qarabağ, Qaradolaq cinsləri ilə çarpazlaşdırılmaqla ətlik–südlük–yunluq istiqamətli mələz qoyun sürüləri yaradılmışdır.

Demək, qoyunçuluqun daha da inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması üçün qoyun cinsləri təmizlikdə yetişdirilməli, xarici ölkələrdən təmizqanlı cinslər gətirilməli, genofonddan istifadə edilərək, yeni planlı cinslər, xəttlər, krosslar yaradılmalı, bu işdə, süni mayalandırılma işindən istifadə edilməli, müasir tipli qoyunçuluq sənaye kompleksləri tikilməlidir.

Respublikamızda quşçuluğun intensiv inkişafı 1964– ildən başlanmışdır. Bu illərdə iri quşçuluq fabrikləri istifadəyə verilmiş, müxtəlif dövrlərdə yumurtalıq istiqamətli rus, Leqqorun xətləri (Yapon, KanadaHollant mənşəli krosslar, Yanvar–1), ətlik cinslərdən ana formada plimutrok, ata formada Korniş, Qırmızı ayquyruq, ətlik–yumurtalıq cinslərdən Susseks, Bir may, Zolaqlı plimutrok, Moskva, Adler gümüşü, Zaqor, Yubileys. cinslərin yetişdirilməsinə başlanmışdır.

Hazırda respublikamızda 43 quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Sənaye əsasında inkişaf etdirilmiş quşçuluq fabriklərinin sayı durmadan artır. Bu, yaxşı göstəricidir. Quşların 23,2 faizi yumurtalıq, 76,8 faizi ətlik və ətlik–yumurtalıq cinsləridir. Yararlı yerli cinslər olmadan müxtəlif iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldar cinslər və ya cins qrupları yaratmaq mümkün deyil. Odur ki, yerli quş cinsləri əsas material hesab edilməlidir. Bu işlərin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış repraduktor damazlıq təsərrüfatları yaradılmalı, yerli cinslərdən səmərəli istifadə edilməli, respublikamıza gətirilmiş cinslərin bioloji–təsərrüfat xüsusiyyətləri öyrənilməli, müxtəlif bölgələrdə iri inkubator stansiyaları tikilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramında arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Arıçılıq haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi damazlıq işinin yaxşılaşdırılmasına yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olacaqdır. Bu qanunun tətbiqi ilə əlaqədar alimlərin və arıçıların fəal iştirakı ilə 14 qayda işlənilib hazırlanmışdır. Qanunun əsas məqsədi arıçılığın tənzimlənməsini, damazlıq–seleksiya işlərinin aparılmasını, ekoloji bal məhsulunun istehsal olunmasını təmin etməkdən ibarətdir. Respublikada 212651 arı ailəsi vardır. Hər arı ailəsindən orta hesabla 10–11 kiloqram bal alınır. Ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur. Hesablamalar göstərir ki, ölkəmizdə arı ailəsinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. Son 5 ildə Azərbaycanda arı ailələrinin sayı 68276 ədəd və ya 71,3 faiz artmışdır.

Aparılmış araşdırmadan məlum olmuşdur ki, arıların arasında Bozdağ arı cinsi mənşə etibarı ilə ən qədim cins hesab edilir. Arıçılıqda məhsuldarlığın artırılmasında vacib məsələlərdən biri damazlıq işinin düzgün təşkilidir. Belə ki, Bozdağ, Qafqaz və Sarı Qafqaz arı cinsləri, xüsusilə Bozdağ Qafqaz arı cinsinin Qabaqtəpə və Şahdağ arı populyasiyalarının təmizlikdə yetişdirilməsinə ciddi fikir verilməlidir. Son zamanlar bu sahədə xeyli irəliləyiş vardır. Respublikamızda fəaliyyət göstərən 31 özəl arıçılıq təsərrüfatında damazlıq işi təşkil edilmiş, bu təsərrüfatlar əsasən, ana arı yetişdirib əmtəəlik təsərrüfatlara satırlar. Zaqatala, Şəmkir, Daşkəsən, Lerik, Astara, Balakən, Quba, Qusar, Şamaxı, Şəki, İsmayıllı rayonlarında arıçılıq intensiv inkişaf edir. Bu rayonlarda arı populyasiyalarının təmizlikdə yetişdirilməsi istiqamətində geniş aparılır.

Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura, Qarabağ atı, Dilboz atı, Quba Yorğası və Şirvan atı daxildir. Qeyd olunur ki, hazırda dünya üzrə 260 at cinsinin ikisi Azərbaycana məxsusdur. BunlarDilbozQarabağatlarıdır.

Respublikada mövcud 77,2 min baş at vardır. Atların 37,7 faizi yaxud 951 başı cins cinsi yaxşılaşdırılmış atlar, o cümlədən 26,2 faizi (660 baş) təmizqanlı cins, 11,5 faizi (291 baş) isə mələz atlardır. Azərbaycanda ta qədimdən Qarabağ Dilboz at cinsləri yetişdirilir. Bu atlar cins atların 50,7 faizi təşkil edir. Ölkədə olan atların 27,4 faizi Qarabağ, 23,3 faizi Dilboz atlarıdır. Azərbaycanda 2 dövlət at zavodu (Ağdam Ağstafa at zavodları) 2 dövlət atçılıq təsərrüfatı (Şəki rayonundakıDaşüzcamışçılıq müəssisəsinin nəzdində Ağstafa rayonunun Sadıxlı kəndindəki atçılıq təsərrüfatları) fəaliyyət göstərir. Ağdam at zavodunda Qarabağ atları, Ağstafa at zavodunda İngilis minik atı, 2 dövlət atçılıq təsərrüfatında isə Dilboz atları yetişdirilir.

Hazırkı şəraitdə atın rolu yalnız onun işi ilə bitmir. At idman oyunlarının genişlənməsi yüksək keyfiyyətli atların yetişdirilməsi tələbini irəli sürür. Atçılığın müasir vəziyyəti onu deməyə əsas verir ki, bu sahədə geniş yenidənqurma işləri aparılmalıdır. Mövcud genofondun qorunması ən vacib məsələdir. Azərbaycanın iqlim şəraitinə uyğun atların baş sayının artırılmasına böyük ehtiyac vardır. Odur ki, Azərbaycan ET Heyvandarlıq İnstitutundaAtçılıq laboratoriyasıyaradılmalı, atların seleksiya–damazlıq işi ilə əlaqədar elmi–tədqiqat işləri aparılmalı bu sahə ilə məşğul olan mütəxəssislər hazırlanmalıdır.

Azərbaycanda daha çox ikihörgüçlü dəvə cinsi (Bakterian) geniş yayılmışdır. Ümumilikdə ayrı–ayrı şəxsi təsərrüfatlardakılarla birlikdə ölkəmizdə 300–dən çox dəvə saxlanılır.

Dəvəçilik respublikamızda Abşeron, Şabran, Beyləqan, Bərdə, Biləsuvar rayonlarında yetişdirilir. Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış dəvələrin mövcud cinslərinin qorunub saxlanılması üçün Damazlıq Dəvəçilik Təsərrüfatı yaradılmalı, heyvanların baş sayının artırılması üçün damazlıq işləri aparılmalıdır.

Müəyyən edilmişdir ki, balıq ehtiyatlarının yaradılması üçün ən mühüm tədbirlərdən biri balıqların süni göllərdə yetişdirilməsi işinin təşkilidir. Hesablamalara görə, süni göllərdə 1 hektar sahənin məhsuldarlığı ən aşağı səviyyədə (70–75 kiloqram) olduqda belə bu göstərici 100 hektar torpaq sahəsindən 75 sentner ət istehsal edən ən qabaqcıl təsərrüfatın əldə etdiyi gəlirə bərabərdir. 1 sentner karp balığı əldə etmək üçün sərf olunan yemin miqdarı, donuzçuluqdan maldarlıqdan əldə edilən həmin miqdarda ət üçün sərf olunan yemdən 4–5 dəfə az olur.

Respublikada nohur balıqçılığı əsasən Neftçala, Salyan Biləsuvar rayonlarında geniş yayılmışdır. Hazırda 130 nohur gölməçədə balıq yetişdirilir. Bu mənbələrdən orta hesabla 10 min ton balıq istehsal olunur. Beləliklə, bütün heyvandarlıq sahələrinin, eləcə arıçılıq balıqçılıq sahələrinin intensiv inkişafını təmin etmək üçün xüsusi konsepsiyaların hazırlanmasına, heyvandarlığın digər sahələrinin intensiv inkişaf etdirilməsi üçün dövlət damazlıq ocaqlarının yaradılmasına, heyvandarlığın sənaye əsasında inkişaf efdirilməsi üçün yeni biotexnologiyalara əsaslanan mexanizmin hazırlanmasına ehtiyac var.

Heyvandarlıqda damazlıq işinin yaxşılaşdırılması üçün süni mayalandırılma işinə diqqətin artırılması, yerli (aborigen) qaramal, camış, qoyun, keçi, at, dəvə, quş, arı populyasiyalarının qorunub saxlanması üçün xüsusi proqramın hazırlanması, Azərbaycan Respublikasında heyvandarlığın müasir vəziyyətinin təhlili üçün geniş ekspedisiyanın təşkili lazımdır. Gənc alimlərin elmi müəsissələrdə işə cəlb olunması üçün həvəsləndirmə işinin aparılmasına, fermer təsərrüfatlarında dövlət damazlıq idarələrində elmi–tədqiqat işlərinə şəraitin yaradılmasına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərin maarifləndirilməsinə, beynəlxalq əlaqələrin daha geniş səviyyədə yaradılmasına ehtiyac vardır.

 

Məmməd BALAKİŞİYEV,

 

Elmi–Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru,

aqrar elmlər doktoru

 

Yasin GÖZƏLOV,

 

informasiya tətbiq şöbəsinin müdiri

 

Respublika.- 2013.- 5 iyun.- S.10.