Sənət inciləri yaradan sənətkar

 

Tanınmış tişə ustası, Azərbaycan heykəltəraşlıq sənətinin ən görkəmli nümayəndələrindən seçilib–sayılan, özünün yüksək yaradıcılıq aləmi ilə sənətsevərlərin dərin məhəbbətini qazanmış Tokay Həbib oğlu Məmmədov bu günmüasirimizdir. Ölməz əsərləri ilə əbədiyaşardır.

Hər bir yaradıcı insanın fəaliyyətində fantaziya–təxəyyül xüsusi rol oynayır. Onları digər adamlardan fərqləndirən cəhətlərdən biriodur ki, hər hansı bir həyat həqiqətini xüsusi təsvirlə işıqlandıra bilir.

Yazıçı, şair, rəssam, heykəltəraş təxəyyülü əyaniliyi, obrazlılığı ilə başqalarından çox fərqlənir. Yaradıcı insanın həyata gətirəcəyi sənət əsəri onun qəlbində, ruhunda hazırlanır.

Azərbaycan heykəltəraşlıq sənətinin inkişafına uğurlu töhfələr vermiş xalq rəssamı Tokay Məmmədov bütün janrlarda yaratdığı monumental abidələri, portretləri, demək olar ki, klassik ruhda işləyib ərsəyə gətirib.

Tokay Məmmədov Azərbaycan heykəltəraşlıq məktəbinə 1950–ci ildə gəlib. Bakıda ziyalı ailəsində doğulub boyabaşa çatıb. Atası Həbib Məmmədov texnika elmləri doktoru, professor, anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı olmuşdur.

Tokay Məmmədovun ilk sənət müəllimi anası heykəltəraş qadın Zivər xanım olub. Tokay Məmmədov Bakı rəssamlıq məktəbinin nəzdində heykəltəraşlıq şöbəsində oxuyub, təhsil alıb. O zamanlar məktəbdə F.Əbdürrəhmanov, C.Qaryağdı, P.Sabsay kimi görkəmli heykəltəraşlar dərs deyib.

Tokay Məmmədov ilk milli heykəltəraşımız F.Əbdürrəhmanovdan dərs alıb, sənətin incəliklərinə yiyələnib.

Tokay Məmmədov təhsilini davam etdirmək üçün Leninqrad şəhərində (indiki SanktPeterburq) L.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olur. Görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alaraq heykəltəraşlıq sahəsində öz dəst–xəttinə sahib olub.

Heykəltəraşlıq sənəti Azərbaycan incəsənətinin ən önəmli sahələrindən biri sayılır.

Memorial xatirə heykəltəraşlıq əsərləri monumental heykəltəraşlığın mühüm və maraqlı janrlarından biridir. Müxtəlif abidələrin qoyulması sahəsində hər bir xalqın özünəməxsus ənənələri olub. Hər hansı qəhrəmanın, görkəmli xadimlərin və ya ailə üzvlərinin əzizlərinin xatirəsini əbədiləşdirmək üçün qoyulan abidələr əsrlər boyu davam edərək dövrün ictimaiideoloji xüsusiyytələrini estetik cəhətdən özündə əks etdirib.

XX əsrdən başlayaraq Azərbaycanda monumental xatirə abidələri ucaldılmağa başlanmışdır. Bu janr 2–ci Dünya müharibəsindən sonrakı illərdə sürətlə inkişaf etməyə başlamışdır. Elə ona görə də bir çox heykəltəraşların yaradıcılığında memarlıq nümunələri daha çox mövcuddur.

Tokay Məmmədovun yaradıcılığında XIX əsr Azərbaycanın görkəmli elm, incəsənət, mədəniyyət, siyasət xadimlərinin və xalq qəhrəmanlarının xatirəsi əbədiləşdirilmişdir. “Məclisi fəramüşan” və “musiqiçilər” məclisinin yaradıcısı olmuş Mir Möhsün Nəvvabın Şuşa şəhərində Cıdır düzü qəbiristanlığındakı qəbirüstü abidəsinin memar R.Əbdürrəhmanovla birlikdə çox sadə tərzdə işləyib hazırladığı bu möhtəşəm sənət əsəri hazırda düşmən tapdağı altında qalmışdır.

Tokay Məmmədov İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsini əbədiləşdirmək üçün əbədi xatirə kompleksi işləyib hazırlamışdı. Cəlilabad şəhərində ucaldılan əbədi xatirə kompleksinin mərkəzində ana heykəli ucaldılıb, onun qarşısında əbədi məşəl yanır. Qürurlu, məğlubedilməz, əyilməz ana vətənin azadlığı yolunda öz övladlarını qurban verməyə hazırdır.

Tokay Məmmədov vokal sənətinin görkəmli nümayəndəsi Murtuza Məmmədovun (el arasında Bülbülün), eləcə də atası professor Həbib Məmmədovun, anası Azərbaycanın ilk heykəltəraş qadını Zivər xanımın abidəsini çox böyük bir məhəbbətlə işləmişdir.

XIX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən, lirik şeirlərin, lirikepik poemaların, ilk mənzum faciə və dramların müəllifi olmuş Hüseyn Cavidin xatirə lövhəsi ədibin yaşadığı evin qarşısında həkk olunmuşdur. Eləcə də Tokay Məmmədovun işləyib hazırladığı Azərbaycanın görkəmli ictimaisiyasi dövlət xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanovun xatirə lövhəsi isə Moskva şəhərində vaxtilə yaşadığı binanın qarşısında həkk olunub. Tokay Məmmədovun portretlər qalereyasında görkəmli elm xadimləri, tanınmış yazıçı, şair, rəssam, bəstəkar və digər sənət nümayəndələrinin portretləri yaddaqalan obraz kimi nümayiş etdirilib.

Tişə ustasının maraqlı əsərlərindən birikeçmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Buradapartizan Mixaylo” obrazı maraqlı kompozisiyası, eləcə də bədii təsvir gücü bir anlığa tamaşaçının marağına səbəb olur.

Heykəltəraş, xalq şairi Səməb Vurğunun obrazına iki dəfə müraciət edib. Vurğun yaradıcılığının, vətənin, xalqın taleyi ilə yaşayan şairin qürurunu onun obrazında canlandırıb.

Görkəmli vətənpərvər şair Səməd Vurğunun abidəsi qarşısında şairin yaradıcılığının şah misrası yada düşür:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən.

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan.

Tokay Məmmədovun yaradıcılığında söz sənətinin ən layiqli varisi yaradıcılığı ilə şeirə yeni ruh verməklə, onu sarayların məngənəsindən qurtararaq, xalqın sərvətinə çevirmiş dahi Azərbaycan şair mütəfəkkiri Nizami Gəncəvinin obrazında

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dür, daşdan da gövhər çıxarar.

Ancaq öyrənməyi ar bilən insan

Məhrumdur dünyada bilik almaqdan.

Şair sanki bu misralarla insanları elmə, həyata səsləyir.

Çox uğurlu portretlər müəllifi olan Tokay Məmmədov dəzgah heykəltəraşlığı ilə bir çox əsərlər işləmişdir. Xalçaçılıq sənətinin görkəmli nümayəndəsiLətif Kərimov”, “Şərqşünas alim Mirzə Kazımbəy”, “Rəssam Qəzənfər Xalıqov”, “Mirzə Fətəli Axundov”, əvəzsiz dirijor, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatıMayestro Niyazi”, “Görkəmli bəstəkar Üzeyir Hacıbəyov”, dahi şəxsiyyət, filosof, astronom, riyaziyyatçı, tarixçi hüquqşünasNəsirəddin Tusi”, xalq yazıçısıSüleyman Rəhimov başqaları.

Şərqdə böyük əks–səda doğuranMolla Nəsrəddinjurnalının yaradıcısı redaktoru, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, dram nəsr əsərlərində təbliğ etdiyi dərin demokratizm azadlıq ideyaları ilə böyük nüfuz qazanan Cəlil Məmmədquluzadənin abidəsi heykəltəraşın uğurlu işlərindən biridir.

Görkəmli dramaturq, Azərbaycan kino sənətində öz dəst–xətti olan, qısa, lakin çox mənalı ömür yaşamış Cəfər Cabbarlının abidəsini seyr etdikcə ölməz şairimiz Səməd Vurğunun bir beyti yada düşür.

Ölüm sevinməsin qoy,

Ömrünü verməz bada

El qədrini canından daha artıq

sevənlər

Şirin bir xatirə tək qalacaqdır

dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Görkəmli heykəltəraşımız Tokay Məmmədov monumental heykəltəraşlıq sahəsində çox böyük işlər görmüşdür. Onun heykəltəraş həmkarları ilə birgə işlədiyi monumental sənət əsərləri ölkənin sənət nümunələri kimi qiymətləndirilib. Tokay Məmmədov memar Q.Muxtarovla birgə işlədiyi ilk opera sənətinin banisi, Azərbaycanın dahi bəstəkarıÜzeyir bəy Hacıbəyov”un abidəsi yaddaqalan surəti tamaşaçını özünə cəlb etməklə ən uğurlu heykəllərdən biridir.

Tokay Məmmədovla Ömər Eldarov təxəyyülünün məhsulu olan Azərbaycanın görkəmli filosof şairi Məhəmməd Füzulinin şərq geyimində düşünən düşündürən təsviri heykəlin postamentində şairin məşhurLeyli Məcnunəsərində obrazların surətləri səhra fonunda təsviri, vəhşi heyvan fiqurlarının təsviri, qranit üzərində xüsusi məharətlə işlənmişdir.

Tokay Məmmədov xalq rəssamı İbrahim Zeynalovla birgə müəllifi olduğu

Məndə sığar iki cahan

Mən bu cahana sığmazam

deyən ümumdünya şöhrəti qazanmış humanist mütəfəkkir Azərbaycan şairi İmadəddin Nəsiminin heykəlindəki əzəmətli surətə tamaşa etdikcə qulaqlarımızda şairin bu misrası səslənir.

Zahidin bir barmağın kəssən,

dönüb haqdan qaçar

Gör bu miskin aşiqi sərpa

Soyarlar, ağrımaz.

İncəsənətin bir çox sahələrini incəliklərinə qədər daxilində yaşadan, duyduğu, düşünüb–düşündürdüyü həyat fəlsəfəsinin yaratdığı əsərlər təkcə vətəndə deyil, həm xarici ölkələrdə nümayiş etdirilib.

Tokay Məmmədovun əsərləri milli sənətimizin müasir təbəqəsinin səciyyəvi modellərindəndir desək, heç yanılmarıq.

Şərq xalqlarının epik ədəbiyyatının görkəmli abidəsiKoroğlu”dur. Onun əsas hissəsi XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycanda yaranmışdır. Bu eposda Azərbaycan xalqının xarici işğalçılara qarşı mübarizəsi öz əksini tapmışdır. Qorxmaz döyüşçü gözəl aşıq olan Koroğlu Qafqazda Kürdüstanda azadlıq hərəkatına başçılıq edib.

Koroğlueposu təkcə Azərbaycanda geniş yayılmaqla, o həm Orta Asiyadan Balkanlaradək böyük bir ərazidə şöhrət qazanmışdı. Bu eposa türkmənlərdə, türklərdə, özbəklərdə, qazaxlarda, qaraqalpaqlarda, taciklərdə, gürcülərdə kürdlərdə rast gəlinir.

Hələ XVIII əsrdən başlayaraq dastanın ayrı–ayrı fraqmentləri xarici səyyahlar tərəfindən yazıya alınmışdır. Koroğlueposunun əsas süjet özəyini XVI–XVIII əsrlərdə Cənubi Azərbaycanda baş verən hadisələr təşkil edir. Bu regionun müxtəlif tayfalarının üsyanlarda fəal iştirak etməsi Şərqin bir çox xalqları arasında Koroğlu haqqında mahnı, əfsanə, rəvayətlərin tez yayılmasına kömək etmişdir, bu da sonradan epik hekayət forması almışdır.

Tokay MəmmədovKoroğlueposuna öz yaradıcılığında çox böyük yer verərək Koroğlunun abidəsini ucaltdı.

Tokay Məmmədov dəzgah monumental heykəltəraşlıq sahəsində indiyədək bir çox yaddaqalan əsərlər yaradıb ərsəyə gətirib. Heykəltəraşın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində saxlanılır. Onun yaratdığı monumental heykəllər Bakının görkəmli yerlərində, eləcə respublikanın müxtəlif bölgələrində ucaldılıb.

Görkəmli heykəltəraş, tişə ustası sərbəst fəaliyyətini davam etdirərək böyük enerji ilə məhsuldar bədii yaradıcılıqla məşğul olur.

Tokay Məmmədov sənətsevərlərə daha maraqlı işlər təqdim etmək üçün daim çalışır bu istiqamətdə geniş yaradıcılıq işləri görür.

Heykəltəraşın yaradıcılığı dövlət tərəfindən layiqli qiymətini alıb. O, Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, SSRİ Rəssamlar Akademiyasının müxbir üzvi, professor, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Yusif Məmmədəliyev adına medalı ən öncəsi ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 2002–ci ildəŞöhrət ordeni”nə layiq görülüb.

Heykəltəraş Tokay Məmmədov heykəltəraşlıqla yanaşı, pedaqoji fəaliyyətini davam etdirir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs dediyi tələbələrlə məşğul olduğu sənətin incəliklərini tədris edir. Bu tədris ocağında rəhbərlik etdiyi yaradıcılıq emalatxanasında yaradıcı işlərin incəliklərini tələbələrinə öyrədir, tövsiyə edir. Onu da yazmaq yerinə düşərdi. Tokay Məmmədovun sənət aləmində yetişdirdiyi tələbələrinin sayı–hesabı yoxdur. Onun tələbələri dövrünün sənətkarları kimi ölkəmizi beynəlxalq aləmdə təmsil edirlər.

Orijinal istedada, yüksək yaradıcılıq qabiliyyətinə, dərin erudisiya, güclü iradəyə sahib olan Tokay Məmmədov dünya incəsənətində müəllifi olduğu bir çox əsərlərin, klassik sənət inciləri ilə incəsənət tariximizə əbədi daxil olub.

Sənətində qurub–yaratdığı sənət incilərini həqiqətin işığında canlandıran tişə ustası, görkəmli heykəltəraş Tokay Məmmədov yaradıcılığı ilə əsərlərini təfəkkür süzgəcindən keçirməklə böyük sənətkar ömrünü yaşayır yaşayacaqdır.

 

Rəfiqə Məsud,

kinossenarist, publisist, əməkdar mədəniyyət işçisi

 

Respublika.- 2013.- 29 iyun.- S. 7.