“AĞSAQQALLAR KLUBU”NUN AÇILIŞI

 

FotoMasallı şəhərinin Heydər Əliyev xatirə parkında “Ağsaqqallar klubuüçün yeni bina tikilmişdir. Binanın istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir.Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev mərasimi giriş sözü ilə açmış, dövlətimiz tərəfindən yaşlı nəslin nümayəndələrinə, ağsaqqallara daim qayğı göstərildiyini, Masallıda da ömrün müdrik çağlarını yaşayan insanlara xüsusi hörmət və ehtiram bəslənildiyini bildirmişdir.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ölkəmizdə ağsaqqalara göstərilən yüksək diqqət və qayğıdan danışaraq bildirmişdir ki, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev mütəmadi olaraq ağsaqqallarla görüşər, məsləhətləşmələr aparar, onların qayğıları ilə maraqlanardı. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla, yüksək işgüzarlıqla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ağsaqqalların cəmiyyətdə mövqeyininrolunun artırılmasına xüsusi önəm verir.

Ağsaqqallar klubunun rəsmi açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov yeni binanın istifadəyə verilməsi münasibətilə rayonun ağsaqqallarını təbrik etmiş, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyilə regionların sürətlə inkişaf etdiyini, Masallı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini bildirmişdir.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov və rayonun ağsaqqalları mərasimdə çıxış edərək yaşlı nəslin nümayəndələri üçün yaradılmış şəraitə görə ölkəmizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Açılış mərasimindən sonra “Viləş” hotelinin konfrans zalında Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun cənub bölgəsinin ağsaqqallarının və gənclərinin nümayəndələrilə görüşü keçirilmişdir.

Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirmişdir ki, regionda ilk dəfə təşkil olunan bu görüş yaşlı nəslin nümayəndələrinin həyat təcrübəsinin öyrənilməsində, gənclərə vətənpərvərlik ruhunun aşılanmasında, onların dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində, milli–mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır. Millət vəkili Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycanın dünyada tanındığını, nüfuzunun getdikcə artdığını qeyd etmişdir.

Sonra ağsaqqallar və gənclər müxtəlif mövzularda fikir mübadiləsi aparmış, göstərilən qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

 

Əlisəfa Həsənov

 

Respublika.- 2013.- 25 iyun.- S. 6.