Gürcüstanda azərbaycanlı ziyalılar geniş tədbir keçirmişlər

 

İyunun 26–da Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) bölgələri təmsil edən ictimai təşkilatların nümayəndələrinin, ziyalıların, şairlərin, gənclərin və KİV təmsilçilərinin iştiraki ilə geniş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMM–in idarə heyətinin sədri Fazil Həsənov bəzi KİV–də və sosial şəbəkələrdə heç bir sosial dayağı və cəmiyyətdə nüfuzu olmayan qondarma təşkilatın rəhbərlərinin Gürcüstan azərbaycanlılarının adından yayımlanan, azərbaycançılıq ideyalarına zidd olan və Gürcüstan–Azərbaycan tarixi dostluğuna xələl gətirmək məqsədi güdən yazıların verilməsindən narahatlığını ifadə edərək və bu çıxışların ziyalıların mövgeyini əks etdirmədiyini xüsusi vurğuladı. O, Gürcüstanın azərbaycanlı ziyalıları adından bəyanat hazırlandığını bildirdi. “Regionpress” qəzetinin redaktoru Binnət Əlioğlu bəyanatın mətni ilə tədbir iştirakçılarını tanış etdi.

Professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər İttifaqının sədri Nizami Məmmədzadə, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, yazıçı Elbəyi Cəlaloğlu, jurnalistlər Şahismayıl Şəmmədoğlu, Bəhram Mehdi, şairpublisist Givi Paçxatişvili, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, məktəb direktorları Zal Vəliyev və Həsən Abbasoğlu, “Meydan” jurnalının baş redaktoru Alxan Binnətoğlu, ziyalılardan Tapdıq İsmayılov, Suddarxan Kazımov, Zahid Nəsibov, şair Səyavuş Uyğun, publisist Qurban Əzizli, AMM–in təhsil şöbəsinin müdiri Mikayıl Mustafayev, Rusiyada yaşayıb–yaradan şair Aslan Gorarxılı və başqaları çıxış edərək Gürcüstan–Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində, münasibətlərin bugünki səviyyəyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Gürcüstana səfərlərinin, habelə iki qardaş ölkənin, bütövlükdə Cənubi Qafqazın inkişafına bəxş etdiyi töhfələrin bəyanatda öz əksini tapmasını təklif etdilər.

Tədbirin sonunda Gürcüstanın azərbaycanlı ziyalılarının bəyanatı qəbul olundu.

Bəyanatda deyilir:

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gürcüstan azərbaycanlılarının adından yayımlanan üzdəniraq bəyanatlar və qərəzli məlumatlar bizdə təəccüb və təəssüf doğurur. Bəzi şəxslər zamanzaman cəmiyyətdə heç bir nüfuzusosial dayaqları olmayan, qondarma bir təşkilatın rəhbərləri kimi xarici ölkə havadarlarının təşviqi və təhriki ilə strateji əməkdaşlıq, dostluq və qardaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan–Gürcüstan münasibətlərinə düşünülməmiş və məsuliyyətsiz çıxışları ilə kölgə salmağabununla da dünya birliyinə inteqrasiya məqsədini özünə hədəf götürmüş, inkişaf etmiş ölkələr arasında sanballı söz sahibinə çevrilmiş, günü–gündən çiçəklənən, demokratik inkişaf yolunu seçmiş iki qardaş ölkənin uğurlarını, bütövlükdə Cənubi Qafqaz regionunun taleyini şübhə altına qoymağa çalışırlar.

Bildiririk ki, ümummilli liderimiz Heydər Əliyev ideyalarına daim sadiq qalanbu gün öz doğma torpaqlarında yaşamalarına Heydər Əliyev və onun siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsiyyətlərinə borclu olan Gürcüstan azərbaycanlıları özünün dövlətçilik ənənələrinə həmişə sədaqətləri ilə öyünmüş, minillik tarixə malik və Heydər Əliyev tərəfindən zirvəyə qaldırılmış mehriban dostluq və qardaşlıq münasibətlərinin qorunub saxlanılması ilə qürur duymuşlar.

Xatırlatmaq istəyirik ki, 2004– ildə Prezident cənab İlham Əliyevin Gürcüstana səfərindən və azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində soydaşlarımızla görüşündən sonra bu münasibətlər ümumi mənafe baxımından xüsusi mərhələyə qədəm goymuşyeni məna kəcb etməyə başlamışdır.

Xüsusi qeyd etmək istəyirik ki, son illər cənab İlham Əliyevin yürütdüyü uğurlu daxilixarici siyasət nəticəsində qazanılmış nailiyyətlər bəzi “qaragüruhçu” qüvvələr tərəfindən “həzm” oluna bilmir, onlar nəyin bahasına olursaolsun, beynəlxalq aləmdə ölkəni müxtəlif bəhanələrlə gözdən salmağa, ən böyük uğur hesab olunan daxili sabitliyi pozmağabununla da qarşıdakı prezident seçkilərində ucuz dividend qazanmağa cəhd edirlər.

Biz, Gürcüstan azərbaycanlıları bir daha bəyan edirik ki, heç bir təxribata uymayan uzaqgörən Azərbaycan xalqı yaxşını yamandan seçməyi çox gözəl bilir, ictimai rəyi öz xeyrinə dəyişməyə və bu yolda heç nəyi əsirgəməməyə çalışan şər qüvvələr niyyətlərinə bu dəfə də çatmayacaq, ağıl–kamal nümayiş etdirən xalq yenə də müdriklik göstərəcək, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək doğma Azərbaycanımızın daha da çiçəklənməsi və parlaq gələcəyi naminə bütün qüvvə və bacarığımızı sərf edəcəyik.

 

Müşfiq MİRZƏ

 

Respublika.- 2013.- 28 iyun.- S. 10.