Onun musiqi dünyası

 

Ötən tədris ilinin yekunlarına görə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri arasında Sumqayıtdakı 23 nömrəli tam orta məktəbin istedadlı musiqi pedaqoqueyni zamanda, bəstəkar, çox orijinal mahnılar müəllifi, insanda hər an xoş ovqat, yüksək əhval–ruhiyyə yaradan Maya Heydər qızı da var. Qeyriadi istedada malik olançoxlu uşaq mahnılarının müəllifi, yaradıcısı kimi tanınan, geniş şöhrət qazanan Maya Sumqayıt şəhərində doğulub boyabaşa çatmış, bu məkanda, onun qaynar şeir–sənət, musiqi dünyasında böyüyüb yetkinləşmişdir. İlk ibtidai musiqi təhsilini Sumqayıt şəhər Bülbül adına 2 nömrəli musiqi məktəbində alan, elmin sirlərini öyrənən, ona xüsusi maraq, həvəs göstərən, orta ümumtəhsilə isə Bakı Məktəbəqədər Pedaqoji Məktəbdə, musiqi tərbiyəsi ixtisasına möhkəm yiyələnən Maya həmkarlarından öz istedad, qabiliyyətinə görə seçilərək bu tədris ocağını fərqlənmə diplomu ilə bitirib, sonra N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogikapsixologiya ixtisası üzrə təhsilini böyük uğurla davaminkişaf etdirməyə, bu ali təhsil müəssisəsini də müvəffəqiyyətlə başa vurmağa, gələcəyin layiqli mütəxəssisi kimi yetişməyə, püxtələşməyə nail olmuşdur. Öz bilik və savadını, intellektual səviyyəsini səylə zənginləşdirən, daim yeni elmlər öyrənməyə çalışan, özündə ona qarşı xüsusi maraq, həvəs oyadan gənc mütəxəssisin qarşısında bu fədakarlıq, əzmkarlıq yeni inkişaf imkanları açmağa, ədəbi–bədii, musiqi yaradıcılığını geniş mənada nümayiş etdirməyə, onu dərinləşdirməyə və ictimaiyyətə tanıtmağa şərait yaratmışdır. Odur ki, hələ təhsil illərində tələbə ikən bədii yaradıcılıq fəaliyyətinə başlayan onun məqsədli inkişafına xüsusi önəm verən gənc bəstəkar bəstələdiyi uşaq mahnı və nəğmələri ilə bir sıra müsabiqə və tədbirlərdə böyük uğurla çıxış edərək öz zəngin çoxsahəli repertuarı ilə seyrçilərdə rəğbət və məhəbbət hissi aşılayır, oyadır. Bu mahnılar müxtəlif yaş qruplarını əhatə edir. Onu deyək ki, mahnı böyük tərbiyəvi gücə, qüdrətə malikdir. Belə ki, uşaqlar üçün yazılmış bu mahnılar onların ətraf aləm, mühit haqqında təsəvvürlərinin genişlənməsi, onun dərinləşməsi, şeirlərdə öz əksini tapan, təsvir olunan hadisələrə qarşı münasibətin təşəkkül tapması və formalaşması üçün böyük təsir gücünə malikdir.

Uşaqların musiqi fəaliyyətinin vacib növlərindən biri də mahnı ifa etməkdir. Xüsusilə Vətən haqqında mahnılar uşaqlarda vətənpərvərlik, torpağa, yerə bağlılıq və onu dərindən sevmək, uğrunda canından keçmək kimi vacib təsəvvür yaradır. Mahnılar həm də uşaqlarda əməyə məhəbbət, xüsusən böyüklərin əməyinə hörmət, təbiəti sevmək kimi ulu hisslər oyadır. Ümumiyyətlə, mahnı uşaqda bütün incəliklərə və yaxşılıqlara müsbət, xoş münasibət yaradır, bu yolla həmin hadisələrə daha güclü inam bəsləməyə, onu möhkəm formalaşdırmağa xidmət edən bir amilə çevrilir. Məhz Maya Heydər qızının mahnıları da bu qəbildəndir. Həzin və lirikdir, emosional, ürəyəyatımlıdır. Söz yox, çox gərgin zəhmət bahasına bəstələnərək araya–ərsəyə gələn “Ey Vətən”, “Sumqayıt”, “Ana”, “Hanı Xocalı”, “Yaşıllaşsın Vətənim”, “Heydər babanın nəvələriyik”, “Sevin uşaqları” və s. onlarla belə mahnılarda Vətənə, anaya, doğma təbiətə və uşaqlara olan hədsiz məhəbbət, sevgi hissi əsas yer tutur. Bununla belə bu nəğmələr içində ulu öndər, dünya şöhrətli siyasətçi Heydər Əliyevə həsr olunmuş “Heydər babanın nəvələriyik” mahnısı öz bədii çalar vasitəsi, ifadə tərzi ilə daha xarakterik, yığcam və lakonikdir. Bu, mahnıda həm də böyük insana, rəhbərə olan sevgi, məhəbbət, həmçinin onun Vətən, xalq üçün gərəkli olması çox dolğun, yığcam bir şəkildə ifadə olunaraq öz bənzərsiz əksini tapır: “O, bizim döyünən ürəyimizdir, hər zaman hər yerdə gərəyimizdir”. yaxud Heydər Əliyevə həsr olunan, böyük məhəbbət, ehtiram ifadə edən və müəllifə populyarlıq qazandıran başqa bir mahnı–”Sənsizlik elegiyası” nın sözləri də Maya Heydər qızının, onun zəngin ədəbi–bədii musiqi yaradıcılığının məhsuludur. Ona şöhrət gətirən, onu populyarlaşdıran digər bir mahnı–”Sizinlə” də uşaqlar üçün yazılmış bir mahnıdır. Klip şəklində yayımlanan, müəllifinə böyük hörmət gətirən bu şeir ölkə başçısı İlham Əliyevə və onun xanımının vəsfinə, xoş məram, niyyət və əməllərinin tərənnümünə, təbliğinə həsr olunmuşdur.

Azərbaycan muğamları və xalq musiqisinin vurğunu olan, onlara böyük hörmət, rəğbət bəsləyən Maya Heydər qızının bu səpkili mahnılarında milli kolorit, ruh, xalq musiqisimüasir estrada prinsipləri öz dərin əksini, bənzərsiz yermövqeyini tapmışdır. Müəllifinə dərin hörmət, rəğbət qazandıran belə mahnılar çoxdur. Bütün bunlarla yanaşı, Maya Heydər qızı müasir Azərbaycan bəstəkarlarının bir çox mahnılarının mətnlərinin də şəriksiz müəllifidir və bu, onu göstərir ki, o, çox zəngin bir repertuara, yaradıcılıq ampulasına, diapazona malikdir. Ümumiyyətlə, yazıb–yaratmaq, qurmaq həvəsi, gənclik eşqi, duyğusu ilə yaşayan, nəfəs alan gənc bəstəkar, şairə Maya Heydər qızı 250–ə yaxın müxtəlif səpkili mahnıların müəllifidir.

Maya müəllimə ümumtəhsil məktəblərində musiqi dərslərinin tədrisi, dərin öyrədilməsi məqsədilə “Mahnılar” (səs və fortepiano üçün) dərs vəsaitinin də müəllifidir. Bu kitabı hazırlamaqda məqsəd məktəblilərin mahnı aləminin zənginləşməsinə xidmət etməkdən və onun inkişafına hərtərəfli qayğı, köməklik göstərməkdən ibarətdir. Bu dərs vəsaitinin bəyənilərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 01 nömrəli əmri əsasında 2011–ci ildə çap olunmasına, yayılmasına şərait yaradılması onun yaradıcılığına, musiqi həyatına göstərilən qayğının ifadəsidir. Habelə, müəllifin müxtəlif illərdə “Uşaqlar ən böyük nəğməmdir mənim”, “Sevin uşaqları, siz ey insanlar” və “Ömrümüzə günəş doğur” adlı albomlarının işıq üzü görməsi, kütləvi nəşri, onların geniş yayılması onun yaradıcılığının uğurlu göstəricisidir və musiqi təfəkkürü bu zəngin ampulada, repertuarda öz dolğun, bənzərsiz əksini tapmışdır. Yeri gəlmişkən, 2005–ci ildə səmərəli pedaqoji fəaliyyətinə görə Maya Heydər qızının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunması da onun əməyinə hörmətin təzahürüdür. 2009–cu ildə onun müəllifi olduğuAzərbaycan” mahnısı özünün rəhbərlik etdiyiDamlaqrupunun ifasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən IV vətənpərvərlik mahnıları festivalında ikinci yerə layiq görülməsi və diplomla mükafatlandırılması da onun musiqi yaradıcılığına, bu sahədəki geniş fəaliyyətinə verilən qiymətin təcəssümüdür.

Maya Heydər qızı gəncdir və ömrünün yeniyeni çiçək açıb bar–bəhrə verən, qurubyaradan, çağlayan, gur axan çay kimi öz məcrasına, yatağına sığmayan anlarını yaşayır və həyatın ləzzətini musiqi dünyasına, aləminə bağlılıqda görür, öz xoşbəxtlik, səadət dolu günlərini onda axtarır və tapır. Ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

S.Həsənli.

 

Respublika.- 2013.- 1 mart.- S. 15.