Ümummilli liderimizin ideyaları yaşayır qalib gəlir

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi nadir şəxsiyyətlərdən biridir. Ölkəmizin tarixinin böyük bir mərhələsi ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin dövlətə 34 illik rəhbərliyi dövrü tariximizin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müasir Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş ümummilli liderimiz Heydər Əliyev xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Bu gün hər birimiz böyük iftixar və qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan ümummilli liderimizin şah əsəri, onun öz xalqı qarşısında misilsiz tarixi xidmətidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013– il yanvarın 21–də “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” imzaladığı sərəncamında ulu öndərin öz xalqı və dövləti qarşısındakı tarixi missiyasının əhəmiyyəti bütün mahiyyəti ilə açıqlanmışdır: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövlətlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurubyaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını və doğma Azərbaycanı düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıq göstərmişdir. Bu gün müstəqil dövlətimizin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün ulu öndərimizə borcluyuq. Əminliklə demək olar ki, bu gün Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası 69–80–ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektualiqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, Azərbaycan dövlətinin davamlı surətdə güclənməsinə mühüm zəmin yaratmışdır.

Ümummilli liderimizin xalqına, xalqın da öz dahi oğluna olan sonsuz məhəbbəti, sevgisi dünya şöhrətli siyasi xadimi yenidən doğma vətəni Azərbaycanın rəhbərliyinə gətirmişdir. 1993– ilin kəşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət ölkədə hökm sürən xaosun, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, vətəndaş qarşıdurmasına son qoyuldu. Ölkədə sabitlik yarandı. Azərbaycan parçalanmaq təhlükəsindən xilas olundu.

Heydər Əliyevin adı və həyatı öz Vətəninə, xalqına məhəbbətin və xidmətin təkrarsız nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Ulu öndər öz çıxışlarında həmişə Azərbaycanın böyük çətinliklər bahasına əldə etdiyi müstəqilliyini qorumağı, daha da möhkəmləndirib əbədi etməyi əsas vəzifə hesab etdiyini qətiyyətinamla vurğulayaraq deyirdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994– il sentyabr ayının 20–də dünyanın aparıcı iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoymuşdur. Milli neft strategiyasının reallaşması və Qədim İpək Yolunun bərpası ulu öndərimizin həm öz xalqı, həm də bəşəriyyət qarşısında xidmətlərindəndir.

Ulu öndərimizin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biridemokratikhüquqi islahatların həyata keçirilməsidir. Onun rəhbərliyi ilə hazırlanaraq 1995–ci il noyabr ayının 12–də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası, ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi, dövlət quruculuğu prosesinə əsas yaratdı və onun daha sürətli müasir inkişafına təkan verdi. Yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlətin idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları davam etdirilmişdir. Azərbaycanda ölüm cəzasının, mətbuat üzərindən sensuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər işlər o dövrdə demokratik inkişaf yolunda qazanılmış ən böyük nailiyyətlərdəndir. Azərbaycanın Avropa Şurasına daxil olması Heydər Əliyevin xarici siyasət fəaliyyətinin prioritet istiqamətlərdən birini təşkil edirdi. Bu yolda aparılan uğurlu fəaliyyət öz bəhrəsini verdi. 2001–ci ilin yanvarında ölkəmiz bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasına daxil oldu.

Respublikamızda milli diaspor quruculuğunun reallaşması da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər dünyaya səpələnmiş soydaşlarımızın vahid bir ideya ətrafında birləşməsinə çalışmışdır. Dünya azərbaycanlılarının I qurultayında xalqın böyük oğlu çıxışında qeyd etmişdir: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.

Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi insanın dünya şöhrətli siyasi xadim kimi tanınmasına səbəb olmuşdur. O, nəinki Azərbaycan xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın tanınmış dövlət xadimlərinin, məşhur siyasətçilərinin də böyük hörmətini qazanmışdır. Ulu öndərin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından kənara çıxır. Görkəmli siyasi xadimlər Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider adlandırıblar. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl onun mənalı fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. ABŞ–ın keçmiş prezidenti Corc Buş ümummilli liderimizi Cənubi Qafqazın ən mühüm şəxsiyyəti kimi dəyərləndirmişdir: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə Heydər Əliyev barədə deyib: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böyük böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin ölkəmiz və xalqımış qarşısındakı müstəsna xidmətini, müdrikfenomen sima olduğunu xüsusi qeyd etmişdir: “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.

Rusiya, Qazaxıstan, Gürcüstan, Ukraynas. ölkələrin dövlət başçıları və tanınmış ziyalıları Heydər Əliyevi dahi şəxsiyyət, böyük dövlət xadimi kimi qiymətləndirmişlər.

Ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də inkişaf və tərəqqi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Səhiyyə sahəsində onun rəhbərliyi ilə aparılan islahatlar, genişmiqyaslı və məqsədyönlü işlər əvəzolunmazdır. Müdrik dövlət xadiminin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində qanunvericilik bazasını möhkəmləndirən bir sıra qanunlar qəbul edildi: “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qanonun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və digər qanunlar. Azərbaycanda QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Bundan başqa, ulu öndərimiz Heydər Əliyevin “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998–ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların reallaşmasına zəmin yaratdı. Beləliklə, səhiyyənin madditexniki bazası gücləndirildi, bir çox tibb müəssisələrində təmir–tikinti işləri aparıldı, səhiyyə ocaqları müasir, yeni avadanlıq və cihazlarla təchiz edildi.

Bu gün səhiyyə sahəsində ulu öndərin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi həmişə diqqətdə saxlayır. Son illər ölkə büdcəsində səhiyyə xərcləri artmış, 500–dən artıq müasir tipli səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Dövlət başçısı ölkə səhiyyəsindən danışarkən vurğulamışdır: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.

Son illər tibb ocaqları işlərini müasir tələblər səviyyəsində qurur. Azərbaycan Prezidentinin bu mühüm sahəyə diqqəti və qayğısı sayəsində əhalinin sağlamlığının keşiyində duran tibb müəssisələri yüksək nəticələr əldə edirlər. Təbii ki, uğurların əldə olunmasında Səhiyyə Nazirliyinin rəhbərliyinin də xüsusi rolu vardır. Bunun nəticəsidir ki, rəhbərlik etdiyim xəstəxana əhalinin sağlamlığının qorunmasında öz töhfələrini verir. Ümummilli liderimizin 90 illik yubileyi ərəfəsində müəssisəmiz bir necə tədbir həyata keçirmişdir. May ayının 7–də xəstəxanada “açıq qapı” günü elan olunmuş, yaşayış yerindən asılı olmayaraq bizə müraciət edən xəstələr qəbul olunmuşdur. Mayın 8–də aztəminatlı ailələrin uşaqları sünnət əməliyyətına cəlb olunmuşlar. Bundan başqa, may ayının 9–10–11–də 24 nəfərdən ibarət təcrübəli (bütün sahələr üzrə) mütəxəssislərimiz Naxçıvanın Ordudad şəhərinə ezam olunmuşdur. 2128 nəfər müayinə olunmuş, 50 nəfərdə isə müxtəlif cərrahiyyə əməliyyatı aparılmışdır. 32 nəfər xəstə isə müxtəlif tibb müəssisələrinə sonrakı müalicə üçün göndərilmişdir.

Onu da qeyd edim ki, son zamanlar səhiyyə müəssisələrində madditexniki bazanın möhkəmləndirilməsi daimi xarakter alıb. Bu yaxınlarda xəstəxananın II korpusu tam, əsaslı şəkildə təmir edilmiş, müasir avadanlıqlar, o cümlədən rəqəmsal rentgen aparatı, ultrasəs aparatı, süni tənəffüs aparatı və s. təchiz olunmuşdur. Bütün palatalar istisoyuq su ilə təmin olunub və hər bir palatada sanitar qovşağı fəaliyyətdədir. Bu ildən etibarən isə xəstəxananın I korpusunda da təmir işləri aparılacaqdır. Onu da qeyd edim ki, Səhiyyə Nazirliyinin rəhbərliyinin şəxsən nazir Oqtay Şirəliyevin diqqətinin və qayğısının nəticəsidir ki, xəstəxana son zamanlar lazım olan bütün avadanlıqlarla tam təmin olunur, xəstələrin ərzaqla təminatı məsələsi ən yüksək səviyyədədir.

Ötən dövr ərzində müəssisəmizdə təmir–tikinti, abadlıq, quruculuq işləri də uğurla həyata keçirilib. Belə ki, xəstəxananın həyətində yaşıllıq zonası salınıb—4 minə yaxın gül kolu, minə yaxın müxtəlif ağac əkilib. Xəstəxananın istilik sistemi yenidən qurulub, 3 mərətəbəli laboratoriya tikilib istifadəyə verilib. Xəstəxanada ildən–ilə əməliyyatların sayı və çeşidi artır. Xüsusi qeyd etmək lazımdır ki, son illər səhiyyə ocaqlarının təmirində və yenidən qurulmasında, müasir texniki avadanlıqlarla təchiz olunmasında Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər əvəzolunmazdır və xüsusi qeyd olunmalıdır.

Ümummilli liderimiz Heydər Əliyevin öz xalqı qarşısında böyük xidmətlərindən birionun siyasi kursunu layiqincə davam etdirə bilən layiqli varis yetişdirməsidir. Ulu öndər 2003– ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycan Prezidenti bu gün bu ümidləri doğruldur, ulu öndərin müəyyən etdiyi siyasi kursla qloballaşan dünyanın tələblərinə uyğun olaraq ölkəmizi uğurla irəli aparır.

 

 

Telman İbadov,

Mirqasımov adına Respublika

Klinik Xəstəxanasının baş həkimi.

 

Respublika.-2013.-15 may.-S.7.