Gəncliyin təhsilin böyük hamisi

 

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, dünyada söz sahibinə çevrilməsi günümüzün reallıqlarıdır. Gerçəkləşdirilməsi inanılmaz görünən bu nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev mənəvi–siyasi irsinin ən layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atması dünyanın ən nüfuzlu politoloq iqtisadçılarını belə heyran qoyub. Belə ki, respublikamız çox qısa müddətdə siyasi mühitin liberallaşması demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrostrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur.

Yaşadığımız dövrün bəşəri əhəmiyyət daşıyan fərqləndirici cəhəti onun minilliklərin qovşağında olmasıdır. Bu bir reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm özünün alternativi olmayan müdrik siyasi kursunu, mükəmməl siyasi, sosial–iqtisadi mədəni inkişaf konsepsiyalarını gətirib. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz–özünə, boş yerdən yaranmayıb. Bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun ən önəmli mahiyyətindədir.

Azərbaycan xalqının, türk dünyasının, bütövlükdə çağdaş sivilizasiyanın ən böyük şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətli xidmətin parlaq nümunəsidir. Azərbaycanın müasir tarixinin 34 ili, eləcə də müstəqil dövlətimizin inkişafı onun adı və fəaliyyəti ilə bağlıdır. Vətənin dar günündə xalqına nicat yolunu göstərən, ürəyində inam işığı yandıran və xoşbəxt gələcəyini təmin edən dahi insanın—Heydər Əliyevin adı müstəqil Azərbaycan dövləti durduqca daim yaşayacaqdır.

Ümummilli liderimiz Heydər Əliyev hələ birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə azərbaycançılıq ideologiyasını inkişaf etdirməyə başlamışdı. Belə ki, milli ruhu oyatmaq və möhkəmləndirmək üçün ozamankı Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunmasına nail oldu. Milli oyanışa səbəb olan bədii, tarixi, siyasi əsərlər yazıldı. Azərbaycan tarixinin ən önəmli nüanslarını özündə ehtiva edən elmi tədqiqatların aparılması böyük bir intellektual gücün formalaşmasından xəbər verirdi.

1991–ci ildə xalqımız ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz–üzə qaldı. Dövlətimizin bu ağır günündə ümummilli lider Heydər Əliyev qayıdışı ilə müstəqilliyimizin dönməzliyini, əbədiliyini təmin etdimüasir Azərbaycan dövlətinin qurucusu, memarı oldu.

Böyük qürur hissi ilə və fəxrlə “Mən öz mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam.” — söyləyən ulu öndərimiz Heydər Əliyev, həqiqətən də, xalqımızın müdrik və əvəzsiz lideri idi. Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövr ərzində istər bir azərbaycanlı, istərsə də onun lideriPrezidenti kimi bu şəxsiyyətin həyat amalı yalnız bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi–mənəvi inkişafına xidmət olub. Özünün də dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqına arxalanıb.

Dövlətin rəhbəri və xalqı arasında mövcud olan birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızın başının üstünü almış bütün bəlalardan qoruyub. Ulu öndərin bir sözü ilə, bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Bu dahi insan Azərbaycanı qüdrətli bir dövlət, xalqını isə güclü bir millət kimi formalaşdırmaq yönündə son dərəcə çətin missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetiribdir.

Ulu öndərimizin misilsiz və əvəzsiz xidmətləri sayəsində bu gün Azərbaycan sivil ölkə olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vətəni, qürur mənbəyidir.

Ümummilli liderimiz bir vəzifə olaraq qarşıya məqsəd qoyurdu ki, harada yaşamasından asılı olmayaraq Azərbaycanı özlərinin vətəni sayanlar azərbaycançılıq ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməli, ölkənin müstəqilliyinin dönməz olması üçün səy göstərməlidirlər. Ümummilli liderimiz Heydər Əliyevə xalqın inamı, etibarı və sonsuz məhəbbəti dövlətimizin müstəqilliyini qoruması hər bir azərbaycanlının qəlbində ona əbədiyaşarlıq vermişdir.

Ümummilli lider Heydər Əliyevin zəngin ictimaisiyasi fəaliyyətində elmə, təhsilə qayğı daim mühüm yer tutmuşdur. Ulu öndər dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqətlə yanaşmış, xalqın intellektual gələcəyinin ilk növbədə onun elmi səviyyəsi ilə bağlı olduğunu qeyd etmişdir. Ona görə XX əsrin son 30 ilində Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycanın intibah dövrünü şərtləndirən əsas amillər sırasında elmin və təhsilin yüksəlişi diqqəti xüsusi cəlb edir.

Təhsili millətin gələcəyi adlandıran ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə təhsili inkişafımızın prioritet sahəsi kimi dəyərləndirmişdir. Tarixi həqiqətdir ki, ötən əsrin 70–80–ci illəri ölkəmizdə təhsil sahəsində də əsl intibah, yüksəliş illəri olub. Azərbaycan elminin, təhsilinin inkişafında onun himayədarı Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycana rəhbərliyinin birinci mərhələsində ümummilli lider Heydər Əliyev elm və təhsil sahəsində təkmil bir siyasi xəttin əsasını qoymuş, bütün zamanlarda mütərəqqi sayılacaq gözəl ənənələr formalaşdırmışdır. Bu ənənələr hesabına elm və təhsil Azərbaycan cəmiyyətinin mühüm sahəsinə, milli–mənəvi dəyərlərimizin ayrilmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev rəhbər kimi həmişə elmin, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşmış, xalqın intellektual səviyyəsinin artmasını vacib məsələlərdən biri kimi daim önə çəkmişdir.

Həmin illərdə Azərbaycanın tarixi nailiyyətlərindən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, müxtəlif ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasından ibarət idi. Bu məqsədi uğurla həyata keçirən ulu öndərin qayğısı sayəsində keçmiş SSRİ–nin nüfuzlu ali məktəblərinə azərbaycanlı gənclərin göndərilməsi xoş bir ənənə halını almışdı. Ənənəvi olaraq, hər il Azərbaycandan kənarda oxumağa gedən gənclərlə Heydər Əliyevin görüşü keçirilir, ulu öndər onlara arzu və tövsiyələrini bildirərdi. Heydər Əliyev sanki Azərbaycanın müstəqil ölkə olacağını əvvəlcədən gördüyü üçün hərbi məktəblərdə oxumaq arzusunda olanlara daha çox üstünlük verirdi. Bu ənənə millielmi potensialımızın yüksəlişində, ixtisaslı kadrlara olan ehtiyacın təmin olunmasında əvəzsiz rol oynadı.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993– ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyillərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yarandı. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkəmizdə həyata keçirilən inkişaf strategiyasına uyğun olaraq bu sahədə geniş islahatlar proqramının həyata keçirilməsi zərurəti yarandı.

2000–ci il iyun ayının 13–də ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Təhsil Sisteminin Təkmilləşdirilməsi haqqında” fərmanı milli təhsilimizin çox mühüm problemlərinin həlli yolunda əsaslı addım idi. Bu tarixi sənədlə Azərbaycan vətəndaşlarının təhsil hüququnun tam təmin edilməsi, milli təhsil konsepsiyalarının müddəalarının gerçəkləşdirilməsi, təhsil sistemində aparılan islahatların sürətləndirilməsi, idarəetmə mexanizminin təkmilləşdirilməsi, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasının təmin olunması, təhsildə madditexnikikadr potensialından istifadənin səmərəliliyinin artırılmasını əsas məqsəd kimi qarşıya qoyurdu. Bu məqsədlərin reallaşması nəticə etibarilə təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına, dünya təhsil sisteminə inteqrasiyasına, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə zəmin yaratdı.

Təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşılır, xalqın intellektual səviyyəsinin artması ən ümdə məsələlərdən biri kimi önə çəkilir. Milli təhsil sistemimizin inkişaf perspektivlərinin prioritetlərindən birini də xaricdə təhsil təşkil edir. Bu istiqamətdə son dövrlərdə mühüm tədbirlər həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə dövlət tədris müəssisələri ilə yanaşı, özəl qurumlar da uğurla fəaliyyət göstərirlər. Belə qurumlardan daim öndə olan, 1998–ci ildən fəaliyyət göstərən “Aki İnter” şirkətinin yüksək səviyyəli işi diqqət çəkir. ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Almaniya, İtaliya, Hollandiyabaşqa ölkələrin təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulubdur. Şirkət tərəfindən orta məktəb proqramı, universitetkollec proqramı, magistratura, qısamüddətli dil kursları, mənalı yay istirahəti təşkil edilir. Artıq 15 ildir ki, xaricdə təhsilin təşkili ilə məşğul oluruq. Belə ki, 1998–ci ildə ulu öndərimiz xarici şirkətlərlə görüşündə onlara azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün dəstək verilməsini tövsiyə etmişdir. Məhz onun bu sahəyə verdiyi önəmi başlıca məqsəd kimi qarşıya qoyub xaricdə təhsil şirkətini təşkil etdik. Ötən bu müddət ərzində “Akiİnter” şirkətinin həm fəaliyyət dairəsi, həm də onun əlaqə coğrafiyası xeyli genişlənmişdir. Akiİnter” məhz bu prinsiplərə xüsusi önəm verir və fəaliyyətini bu istiqamətdə qurmuşdur. İndiyə qədər qazandığımız nailiyyətlər, xaricdə təhsil məkanında adımızın kifayət qədər tanınması, əməkdaşlıq əlaqələrinin ildən–ilə genişlənməsi doğru yol tutmağımızı əyani təsdiq edir.

Xaricdə təhsil həm də gələcəyə hesablanmış bir məsələdir. Xaricə təhsilə göndərilənlər gələcəyin kadrlarıdır. Ona görə də biz bu işə biznes maraqları ilə yox, belə bir mühüm məsələyə kömək etmək istəyi ilə yanaşırıq. Bu sahənin inkişafına ölkə başçısı səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, dövlətin təhsil siyasətinin prioritetlərindən birini təşkil edir. Xaricdə təhsil barədə Prezidentin imzaladığı və qəbul edilən Dövlət Proqramının icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şirkətimiz bu proqramın reallaşmasında fəal iştirak etməyə çalışır. Fəaliyyətində bu mühüm sənəddən irəli gələn vəzifələrin həllinə əzmlə çalışır. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, xalqımız təhsilə, elmə böyük önəm verir. Savadlı, intellektual biliyə malik gənclərimiz olub, bu günvar, gələcəkdə də olacaq. Təhsil xalqımızın gələcəyidir. Bu sahədə əldə olunan uğurlar ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

 

 

Kənan Cəlilov.

Akiİnter” şirkətinin

təsisçisi rəhbəri.

 

Respublika.-2013.-15 may.-S.8.