“MÜASİR ELMİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA KONFRANS

 

Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişMüasir elmin aktual problemlərimövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzmüş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Universitetin rektoru, fizika–riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov konfransı giriş sözü ilə açaraq onun işinə uğurlar arzulamışdır.

Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı ömür yolu şərəfli dövlətçilik fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.

Plenar iclasda universitetin rektoru, professor Asəf İsgəndərovunHeydər Əliyev siyasətinin uğurlu davamımövzusunda məruzəsi dinlənilmişdir. Rektor ümummilli liderin dövlət quruculuğu, siyasi, iqtisadi, sosial mədəni sahələrin inkişafına göstərdiyi misilsiz qayğıdan, onun sabitliyə, sosial inkişafa, tərəqqiyə xidmət edən siyasi kursunun dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilməsindən ətraflı danışmışdır.

Ümummilli liderin hakimiyyətdə olduğu hər iki dövrdə elmin təhsilin inkişafına yüksək diqqət qayğı göstərdiyini vurğulayan rektor bu gün ölkəmizdə elmin təhsilin özünün zəngin, mütərəqqi ənənələrinə, mənəvi ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq sürətlə inkişaf etdiyini bildirmişdir.

Müasir elmin aktual problemlərindən, ölkəmizin dayanıqlı inkişafında elmin rolundan söhbət açan natiqlər universitetdə 20 istiqamət üzrə elmi tədqiqatların aparıldığını, təhsil ocağında Heydər Əliyev Muzeyinin İdarəçilik Məktəbinin fəaliyyət göstərdiyini qeyd etmişlər.

Sonra ümummilli liderin anadan olmasının 90 illiyinə həsr edilmiş ən yaxşı yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Qaliblərdən Aytən Ağazadə, Ülviyyə Məmmədli, Aysel Rzayeva, Lalə Babayeva Leyla Mirzəcanzadə çıxış edərək Heydər Əliyev ideyalarına həmişə sadiq qalacaqlarını, uğurlarını daha da artıracaqlarını bildirmişlər.

Konfransda universitetin bədii özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış etmişdir.

Konfrans ayrı–ayrı bölmələrdə işini davam etdirmişdir.

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.-2013.-15 may.-S.9.