“Riyaziyyat–məntiq” adlı sərgi açılmışdır

 

Dünən Qafqaz Universitetində “Riyaziyyat–məntiq” adlı sərgi açılmışdır.

Açılış mərasimində Qafqaz Universiteti olimpiada komitəsinin sədri Bəhman Məmmədov sərgi barədə məlumat vermiş, onun əhəmiyyətini vurğulamışdır.

O qeyd etmişdir ki, universitetin pedaqogika fakültəsi tərəfindən təşkil olunmuş sərgidə riyaziyyata dair 100–dək riyazi oyun (əl işi) təqdim edilmişdir. Sərginin keçirilməsində əsas məqsəd riyaziyyat elminə sevgi və marağı artırmaqdan ibarətdir.

Sonra Qafqaz Universitetinin rektoru Ahmet Saniç bu sərginin Qafqaz Universiteti tərəfindən artıq beşinci ildir ki, keçirildiyini vurğulayaraq gələcək illərdə digər elm sahələri üzrə də bu cür tədbirlərin təşkil olunacağını bildirmişdir.

Sərgi iştirakçılar, qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, sərgi Abşeron, Quba, Şamaxı, Lənkəran və digər rayonların orta ümumtəhsil məktəblərində də nümayiş etdiriləcəkdir.

 

 

G.Şahinqızı

 

Respublika.- 2013.- 2 may.- S. 15.