ERMƏNİLƏR VƏ HƏQİQƏTLƏR

 

(əvvəli 24, 27 və 30 aprel tarixli saylarımızda)

 

Yuxarıda göstərilən bu faktlar Parisdə erməni nümayəndə heyətinin üzvü Poqos Nubarın 1918–ci il dekabr ayının 11–də Fransanın xarici işlər nazirinə təqdim etdiyi faktlarla üst–üstə düşür: “Şərqi Anadoluda türk ordusunun həmləsindən qorxub qaçmış erməni millətçi dəstələri qanlı cinayətlərini və vəhşiliklərini Azərbaycanda tətbiq etməyə başladılar. Təkcə Azərbaycanın İrəvan Quberniyası ilə qonşu olan Zəngəzur mahalında 115 kənd dağıdılmış, viran edilmiş, 3257 kişi, 3276 qadın, 2196 uşaq qətlə yetirilmişdir…”.

Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Məhz bu fərmandan sonra hər il martın 31–i Azərbaycanlıların Soyqırım Günü kimi nəinki ölkəmizdə, soydaşlarımızın yaşadıqları dünyanın hər nöqtəsində qeyd edilir. İnanırıq ki, günahkarlar gec–tez öz cəzalarını alacaqlar.

Bu gün Qarabağ bölgəsi də daxil olmaqla 46.200 kvadratkilometr Azərbaycan türkünün ata–baba yurdunda yaradılan Ermənistanda bir türkün belə yaşadılmamasına dünya ictimaiyyəti nə anlam verir? Doğrudur, bu gün 4227 nəfər Azərbaycan türkü öz ata–baba yurdunu müdafiə etdiklərinə görə ermənilərə əsir düşmüş, qeyri–insani şəraitdə “yaşayırlar”. Necə olur ki, 22 ildir öz ata–baba yurdundan didərgin düşmüş 1 milyona yaxın Azərbaycan türkünün bu faciəsinə demokratiyadan dəm vuran dövlətlər, millətlər, ictimaiyyətlər seyrçi qalırlar? Necə olur ki, dünyanın ən önəmli təşkilatı olan BMT aldığı qərarları yerinə yetirə bilmir? Heç şübhəsiz, bu dövlətlərin və millətlərin erməni zülmü altında həyatlarını itirmiş yüz minlərlə məsum türk insanının talesiz xatirəsinə nəzər salmalı, süngülənən uşaqların, atəşdə yandırılan qocaların, gözləri oyularaq, qulaqları, burunları kəsilərək, insana insanlığını unutduran işgəncələrlə öldürülənlərin acı çığırışlarına qulaq vermələri lazımdır. Və heç şübhəsiz, bu dövlətlər və millətlər ermənilərin törətdikləri vəhşiliklərə və qeyri–insani hadisələrə qarşı çıxmalıdırlar…

Bilindiyi kimi, Türkiyə 1990–cı illərin əvvəlində Ermənistanla diplomatik əlaqə qurulması üçün iki ölkənin bir–birinin torpaq bütövlüyünü tanımalarını bildirən bir sənədin imzalanmasını təklif etmiş, ancaq Ermənistan, Qars müqaviləsinin qüvvədə olmasına baxmayaraq, bu təklifi qəbul etməmişdir. 13 oktyabr 1921–ci il tarixli Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və Sovet İttifaqı arasında imzalanan Qars müqaviləsi Türkiyənin Şərq sərhədlərini müəyyən etmişdir. Bu müqavilənin hələ də qüvvədə olması Ermənistanın Türkiyədən və Azərbaycandan torpaq tələb etməsini hüquqən doğru olmadığını göstərir.

Bu gün Azərbaycanın tarixi torpaqlarında yaradılan “Türksüz Ermənistan”da rəsmən 3,6 milyona yaxın erməni qeydiyyatdadır, lakin oralarda yaşayanların sayı təxminən 1,6–1,7 milyondur. Ermənilər haqqında həqiqətləri ortaya qoymaq bizim hər birimizin borcudur. Bu gün Ermənistanda türk adını daşıyan nə bir kənd, nə də bir Azərbaycan türkü vardır. Halbuki yuxarıda qeyd etdiyimiz erməni Zaven Korkodyanın 1932–ci ildə nəşr etdirdiyiSovet Ermənistanının əhalisi son yüz ildə, 1831–1931″ adlı kitabında adları çəkilən 2.310 kənddən 2.000–dən çoxunun adı Azərbaycan leksikonundadır. O torpağın hər qarışında Azərbaycan tarixinin izləri vardır. Heç şübhəsiz, bugünkü “Ermənistan Respublikası”nın ərazisində qalanqalmayan mədəniyyət abidələri ciddi bir şəkildə araşdırılmalıdır. Və bu araşdırmalar BMT–nin üzvü olan, lakinxristian, nə də islam dininə mənsub olmayan ölkələr tərəfindən aparılmalıdır. Hesab edirik ki, bu cür araşdırmalar həqiqətləri ortaya qoyar.

Dünyada irq, dildin fərqi güdmədən bütün erməni kütləsinə hər cür imkanı istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cümhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq verən başqa bir dövlət və ya millət göstərmək mümkün deyildir. Ancaq ermənilər Azərbaycan türklərinin atababa yurdu olan İrəvan xanlığında qurduqları Ermənistanda bu haqqı türklərə tanımırlar. Tarixi rəsmi sənədlər bu yazdıqlarımızı isbat edir. Lakin ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, I Dünya müharibəsi və sonrasında Anadolunu və Azərbaycanı yaxıb–yandırdıqları kimi bu gün də Azərbaycanın Qarabağ bölgəsini və ətrafını yaxıb–yandırırlar. Onlar Azərbaycanla atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, bu dövlət ilə müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan Azərbaycan sərhədçilərinə, sərhəddə yaşayan insanlarımıza atəş açır, sərhədçiləri və sərhəddə yaşayan Azərbaycan vətəndaşlarını təzyiq altında tutmaqdan qalmır, hər gün olmasa da, teztez Azərbaycan əsgərini və ya vətəndaşını şəhid edirlər. Türk dünyası başda olmaqla, bütün dünya ictimaiyyəti də bu hadisələrə seyrci qalırlar, Xocalı soyqırımına seyrci qaldıqları kimi.

Görün tanınmış erməni yazıçıları “erməni məsələsi”nə dair düşüncələrini necə açıqlamışlar. T.Hacıqokyan yazır:”…Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri və kəndlərini yandırıb külə döndərdikləri Zəngəzur, Şərur, Daralagöz, Meğri, Ərbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də yaddaşlardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, keyfi xüsusiyyət, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı…”.

Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916–cı ildə nəşr olunmuş kitabında bunları oxuyuruq: “…Ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüz ildə səpələnmişlər…”.

Erməni yazıçı H.Osepyan 1930–cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 ili” adlı kitabında bunları qeyd etmişdir: “…Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların varlıqları talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.

Milli çatışmalar üçüntürk cəmiyyətini yox etmək məqsədilə devrimci Daşnak hökuməti qırx minə yaxın adamı silahlandırdı, tərtibli orduların xaricində çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı…”.

Beləcə, dürüst erməni yazıçıları bu yazıları ilə Ermənistanın quruluşunun qeyriqanuni olduğunu və ermənilərin törətdikləri vəhşilikləri isbat edirlər.

Yuxarıda qeyd etdiyimiz düşüncələrin nə qədər doğru olduğunu təsbit etmək üçün digər millətlərə mənsub bir adamın deyil, bir erməninin türklərə qarşı qeyriinsani hadisələr törədən erməni terrorunu protest məqsədilə özünü yandıraraq həyatına son verən Artin Penikin məktubunu oxumaq kifayət edər: “Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizi protest edib özümü yandırıram. Sizə səslənirəm, ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızca öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüz minlərlə insan qeyb oldu. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunlarıdamı yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Bu gün necə qardaşca keçinilirsə, bundan sonra da eynən davam edilməlidir. Lakin siz günahsız insanları əxlaqsızca öldürməyə davam etsəniz, and içərək deyirəm: “Kökünüz qazılacaq!”. Özünüzə gəlin! Bizim tanıdığımız ermənilər mərd olar, məsum insanları əxlaqsızca arxadan vurub öldürməz. Sizi bir erməni olaraq qəbul etmirəm, lənətləyirəm. Fransanın keçmiş prezidenti Ciskar, bir erməni olaraq sizi də lənətləyirəm. Zamanında rəy ovçuluğu üçün ermənilərin etdiklərinə göz yummasaydınız, bunlar ərköyünləşib bu hala gəlməzdilər. Yazacaq çox şey var, lüzum görmürəm. Zamanı gəldikdə Türk milləti sizin cəzanızı verəcək. O zamandan bu günə qədər ölənlərin canına rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Bütün Türkiyədəki vətəndaşlarıma səbrli olmalarını Uca Allahdan diləyirəm.

Hörmətlə hamınıza əlvida.

Artin Penik”.

Ey Əkrəm Əylisli! Erməni vətəndaş Artin Penikin bu çox mənalı ölümü sizə deyir? Bir düşünsənizə!

Sonra Anton Doğanalp adlı digər bir erməni 1 mart 1975–ci ildə bunları söyləmişdir: “Beyrut Türk hava yolları bürosunu partladan türk düşməni ermənilər, sizlərə səslənirəm! Siz yalnız türklərin düşməni deyil, ermənilərin düşmənisiniz. Batsın sizin təşkilatınız da, gizli ordunuz da. Bütün bunlar sizə maddi mənfəətlər gətirə bilər, ancaq tarixi zorlamaqla qaba hərəkətlərə yol verməklə siz bir çox insanın hüzurunu pozmaqda, yaşamını qaranlığa sürükləməkdəsiniz. Türk erməniləri insan kimi yaşadıqları bu torpaqlarda, türk düşmənlərini lənətlə xatırlayırlar. Bunu həm dost, həm düşmən bilməlidir. Türkün əleyhinə hər bir hərəkəti nifrətlə qınayıram. İllər boyu çəkilən acılar yetərSizin kimi ağılsızlar minlərlə türkün erməninin ölməsinə səbəb oldular. Bayquşlar, susun artıq, düşmənçilik ölüm gətirməyin. İnsanlara qarşılıqlı sevgi hüzur gətirən fəaliyyətlərdə olun!..”.

Dürüst bir erməninin ürəyindən gələn bu sözlərin həqiqi bir mənası olmalıdır! Ey Əkrəm Əylisli! Tarixi həqiqətlər doğru olanlar bax budur, oxuyun!

İndi isə rus generalı Mayevskinin bəzi qeydlərini nəzərinizə çatdırmaq istərdik:

“1895–ci ilə qədər erməni–türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir–birlərilə dostca dolanırdılar. 1895–ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar erməni–türk əlaqələri birdən–birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları icraya qoyduqları komediyadan başqa bir şey deyildir”.

Keçmiş tarixlərdə erməni komitəçilərlə bir amerikalının söhbəti bu baxımdan çox mənalı görünür. Söhbəti aparan amerikalı Dr.Hamlinin (İstanbuldakı amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893–cü il tarixli məktubun qısa bir bölümü belədir (“Boston” qəzetində yayımlanmışdır): “…Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə Dr.Hamlinnecə?”—deyə sorduqda, komitəçinin cavabı belə olmuşdur: “Bütün imperatorluqda təşkilatlanmış Qncak çətələri türkləri öldürüb kəndlərini yandıracaqlar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcəklər”. Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində: “Belə bir şeyi necə edə bilərsiniz? qorxunc bir plandır bu!..”— demişdir.

Doğrudan da, bu, qorxunc bir plan olmuşdur. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özləriniyazıq”, “haqsız–hüquqsuzbir millət olaraq göstərməyə çalışmışlar.

 

(davamı növbəti saylarımızda)

 

 

Fazil QARAOĞLU,

professor

 

Respublika.- 2013.- 2 may.- S. 15.