“Dövlət siyasətinin informasiya təminatı”

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü ərəfəsində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çoxlu tədbirlər sırasında yeniyeni kitablar işıq üzü görür. Bunlardan biri də AzərTAc–ın baş direktoru, tanınmış publisistjurnalist Aslan Aslanovun bu yaxınlarda çapdan çıxmış kitabı – “Dövlət siyasətinin informasiya təminatı” toplusudur. Burada müəllifin 1991–2011–ci illərdə dövri mətbuatda dərc olunmuş publisistik məqalələri, xarici ölkələrdə və respublikamızda keçirilmiş müxtəlif tədbirlərdə çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri, çeşidli nəşrlər barəsində rəy və ön sözləri, habelə xatirələri toplanmışdır. Yazıların böyük əksəriyyəti Azərbaycan tarixinin şanlı səhifəsi, Şərqdə ilk demokratik respublikanın yadigarı olan AzərTAc–ın fəaliyyətinə həsr olunmuşdur. Belə ki, Aslan Aslanov artıq 10 ildən çoxdur ki, bu media qurumuna rəhbərlik edir.

Publisistik məqalələr sırasında “Heydər Əliyev siyasətinin informasiya təminatı” sərlövhəli yazı diqqəti dərhal cəlb edir. Hiss olunur ki, müəllif bu məqaləni yazmaq üçün çox böyük axtarışlar aparmış, belə bir materialın hazırlanmasında yüksək məsuliyyət tələb olunduğunu nümayiş etdirə bilmişdir. Məqalə aşağıdakı cümlələrlə başlayır: “Bu yazıya dəfələrlə dediyim və şübhəsiz, hamının razılaşacağı bir fikri təkrar etməklə başlamaq istəyirəm. Dünya tarixində mətbuatın cəmiyyətdə ictimai fikrə təsir gücünü, hakimiyyət–cəmiyyət, cəmiyyət–hakimiyyət münasibətlərinin formalaşmasında rolunu Heydər Əliyev qədər düzgün qiymətləndirən, KİV nümayəndələri ilə sıx ünsiyyətə onun qədər əhəmiyyət verən çox az lider olmuşdur. Heydər Əliyev Azərbaycan jurnalistikasına milli dövlətçiliyə xidmət amalı aşılamışdır. Tariximizin son qənirəsini əhatə edən dövrün mətbuatını diqqətlə izləyən hər bir kəs Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyi konsepsiyası barədə kifayət qədər zəngin informasiyaya rast gələ bilər”. Yerində və çox dəqiq söylənmiş fikirlərdir.

Aslan Aslanov yenicə işıq üzü görmüş bu kitaba qədər rəhbərlik etdiyi media qurumu ilə bağlı “Heydər Əliyev və AzərTAc”, “AzərTAc–dan AzərTAc–a mürəkkəb və şərəfli yol”, “AzərTAc–90″, “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc–ın yeri: Təşəkkül tarixiinkişaf mərhələləri” kitablarının müəllifi kimi tanınır. Maraqlıdır ki, A.AslanovunMüasir dünyanın informasiya şəbəkəsində AzərTAc–ın yeri: Təşəkkül tarixiinkişaf mərhələləri” monoqrafiyası eyniadlı dərs vəsaiti kimi də nəşr edilmişdir. Bu əsərdən BDU–nun və digər dövlət ali məktəblərimizin jurnalistika fakültələrində, humanitar fakültələrin jurnalistika şöbələrində tədris prosesində istifadə oluna bilər.

Müəllif müxtəlif kitabların təqdimat mərasimlərində çıxış edərkən ulu öndərimiz Heydər Əliyevin Azərbaycan və xalqımız qarşısında xidmətləri barəsində danışmağa xüsusi əhəmiyyət verir. Məsələn, 2011–ci il oktyabrın 7–də müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmişMüasir Azərbaycan dövrün baxışında” kitabının təqdimat mərasimində natiq həmin kitab barəsində fikrini belə ifadə edir: ” …müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi ümummilli liderin ideallarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi milli maraqlara söykənən sürətli inkişaf dinamikasının uğurları tarixipolitoloji prizmadan təhlil edilərək qiymətləndirilir. Kitabda müstəqillik yollarında qarşıya çıxan və uğurlu həllini tapan iqtisadi problemlərdən, həyata keçirilən möhtəşəm layihələrdən, Azərbaycanı modern dövlətə çevirən islahatlardan demokratik vərtəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunan maraqlı publisistik maneralarla söz açılır”. Çıxışın müəllifi hörmətli həmkarımız, müasir mətbuatımızın tanınmış nümayəndəsi, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun buraxılışına məsul olduğu kitabı oxuduqca, Azərbaycanın xoşbəxt gələcəyinə inam hissinin daha da artdığını göstərir.

A.Aslanov AzərTAc–ın nüfuzunun daim artdığını, Avropanın informasiya agentlikləri ailəsində müəyyən yer tutduğunu teztez nəzərə çatdırır. Onun 2008–ci il sentyabrın 26–da Avropa Xəbər Agentlikləri Alyansı Baş Məclisinin Nitsada keçirilən iclasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının 2008–ci il sentyabrın 9–da Sofiyada keçirilən ikinci konfransında, OANA İcraiyyə Komitəsinin 2008–ci il sentyabrın 2–də Bakıda keçirilən 30–cu iclasında, Ukrayna milli informasiya agentliyininUkrinformun 2008–ci il mayın 14–də Kiyevdə keçirilən 90 illik yubileyində, Türkdilli xəbər Agentlikləri Birliyi Baş Məclisinin 2008–ci il aprelin 30–da Bakıda keçirilən 7–ci iclasında, OANA–nın 2007–ci il dekabrın 11–də Cakartada keçirilən XIII Baş Assambleyasında Dünya Xəbər Agentliklərinin 2007–ci il oktyabrın 26–da Esteponada keçirilən ikinci konqresində çıxışları bu cəhətdən təqdirəlayiqdir. Bu çıxışlarda AzərTAc–ın Avropanın informasiya agentlikləri ailəsində nüfuzunun daim artmasından, dünya informasiya məkanına inteqrasiyanın bu qurumun başlıca vəzifəsi olduğundan, qloballaşan dünyada informasiyanın hamıya məxsusluğundan söhbət açılır. Müəllif informasiya agentlikləri ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə çıxış edərkən ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olmasından və bunun Konstitusiyamızda təsbit edilməsindən söhbət açmağa xüsusi diqqət yetirir: “Ölkədə senzura tamamilə ləğv edilmişdir. İndi respublikamızda çıxan qəzet və jurnalların, – onların sayı isə yüzlərlədir, – fəaliyyət göstərən televiziyaradio kanallarının, informasiya agentliklərinin böyük əksəriyyəti özəl və müstəqildir”.

Publisistik məqalələri və müxtəlif tədbirlərdə çıxışları Aslan Aslanovu jurnalistika sahəsinin dərin biliyə və səriştəyə malik insan kimi xarakterizə edir. Şübhə yoxdur ki, kitabda dərc edilmiş müsahibələr də bu cəhətdən müəllifini müdrik jurnalist kimi tanıdır. Bu yazılarda Aslan Aslanov jurnalistika sahəsində baş verən yenilikləri daim izləyib əxz etdiyini göstərir. Müsahibələrin sərlövhələri də maraqlı və aktual səslənir: “İnformasiya həyat deməkdir”, “Ümummilli lider Heydər Əliyevin ən güclü silahlarından biri söz idi”, “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “Dünyanı valeh edən əfsanəvi lider”, “Azərbaycanı informasiya blokadasından Prezident Heydər Əliyev çıxarmışdır”, “Prezident Heydər Əliyevin jurnalistika dərsi”, “Sosial şəbəkənin informasiyası xalq düşüncəsinə daha yaxındır, yaxud informasiyanı başlı–başına buraxmaq olmaz”, “Hansı informasiyanı almağa hazırıq?”, “AzərTAc informasiyanı haradan alır?”, “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğrudüzgün çatdırılması AzərTAc–ın fəaliyyətinin əsas istiqamətidir”.

Yuxarıda qeyd etdiyimiz kimi, kitabın bölmələrindən birində “Rəylər, xatirələr” verilmişdir. Elə buradaca göstərmək lazımdır ki, Aslan Aslanov bir çox kitabların redaktoru olmuşdurbu kitablar barəsində operativ, obyektiv rəylər yazmışdır. Bu baxımdan respublikanın əməkdar jurnalisti Elmira Əliyevanın “İnsanlar… hadisələr… zaman” (Bakı, “İndiqo” nəşriyyatı, 2009), Bakı Dövlət Universiteti jurnalistika fakültəsi nəzəriyyə və təcrübə kafedrasının dosenti Mahmud Mahmudovun “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” (Bakı, “Şərq–Qərb” nəşriyyatı, 2008) kitablarına ön sözlər, Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən olmuş Oktay Məmmədov, orta məktəb müəllimlərindən Sirac Rüstəmov və başqaları barəsində xatirələr jurnalist axtarışlarının məhsulu hesab edilə bilər.

Haqqında danışdığımız və danışa bilmədiyimiz materiallar Aslan Aslanovu dövrümüzün zəngin dünyagörüşünə, dərin biliyə və təcrübəyə malik, jurnalistikanın bu gününü görən və sabahı haqqında düşünən qələm ustası kimi tanıya bilirik.

Müstəqil Azərbaycanımızın 1 nömrəli informasiya agentliyinin Avropada, Asiyada, Afrikada, Amerikada tanınması, şöhrət qazanması, onun informasiyalarından müxtəlif ölkələrdə istifadə edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması bu media qurumunun gözəl perspektivlərə malik olduğunu göstərir. Kitabda verilən materiallarda AzərTAc–ın indiyədək qazandığı uğurlar, gələcəkdə əldə edəcəyi müvəffəqiyyətlər ölkəmizin müstəqilliyinin dönməz və əbədi olduğundan xəbər verir. Məhz AzərTAc–ın dünya ölkələrində yaydığı və ölkəmizin ictimaisiyasi həyatını, iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərini əks etdirən informasiyalar Azərbaycanın nüfuzunun beynəlxalq miqyasda daim artmasına kömək edir.

Bəli, kitabdakı materiallardan göründüyü kimi, AzərTAc daim inkişaf yolundadır, dünyanın ən nüfuzlu informasiya agentliklərinin təcrübəsini öyrənib ondan bəhrələnməyə çalışır. Şübhəsiz ki, Azərbaycanda ən yaxşı reportajı aparan da, ən yaxşı informasiyanı dəqiq və operativ hazırlayan da AzərTAc–ın müxbiridir. Məhz buna görə də həmin agentliyin materiallarına inam daha böyükdürbu materiallar dövlət siyasətinin informasiya təminatına yardımçı olur.

Haqqında danışdığımız kitabı oxuyarkən böyük Amerika yazıçısı, publisistjurnalisti Mark Tvenin XIX əsrin axırlarında yaranma tarixinə görə dünyanın ikinci və fəaliyyətinin əhatə dairəsinə görə birinci informasiya agentliyi olan Assoşieyted Press barəsində dediyi hikmətamiz sözləri yada düşür: “Yer kürəsinin ən ucqar guşələrinə daxil olan iki şey vardır: Günəş və Assoşieyted Press”. Bu sözlər də Mark Tvenə məxsusdur: “Mənim iyirmi sot torpaq sahəm vardır. Bu torpağı istədiyim vaxt iyirmi min dollara sata bilərəm. Mən həm də Assoşieyted Pressin bülleteninin abunəçisiyəm. Bu abunəni isə 1 milyon dollara da satmaram”. Gözəl sözlərdir. İnformasiya agentliyinin fəaliyyətinə, onun məhsuluna verilən qiymətə bax!

Yeri gəlmişkən, yenə Assoşieyted Press agentliyi barəsində. Hindistanda milli azadlıq hərəkatının öndəri, hind xalqının böyük oğlu Mahatma Qandi 1932–ci ildə bu agentliyin ölkəsindən verdiyi reportajları layiqincə dəyərləndirərək demişdir: “Əgər növbəti həyatda Qızıl darvazanın önündə olsam, mənim görüşəcəyim ilk adam Assoşieyted Pressin müxbiri olacaqdır”.

Kitabdan da göründüyü kimi, AzərTAc–ın indiki inkişaf dinamikası əyani surətdə sübut edir ki, onun üçün seçilmiş yol doğru yoldur bu media qurumunun perspektivi parlaqdır. Əminəm ki, illər ötəcək, agentliyimiz Assoşieyted Pressin indiki nüfuzu qədər şöhrət qazanacaq bizim yazıçılarımız, jurnalistlərimiz bu barədə Mark Tvenin Mahatma Qandinin fikirlərini AzərTAc barəsində deyəcəklər, çünki biz Azərbaycanımızın çox böyük sürətlə inkişaf etdiyi qloballaşan dünyada yaşayırıq.

Aslan Aslanovun bu yeni kitabı jurnalistlər, kütləvi informasiya vasitələrində çalışan mütəxəssislər, həyat yolunu jurnalistika sahəsində tapmaq istəyən tələbələr ümumən geniş oxucu kütləsi üçün ən dəqiq, ən etibarlı eyni zamanda ən maraqlı mənbədir. Müəllifə yeni–yeni uğurlar arzulayırıq!

 

 

Həmid Vəliyev,

Bakı Dövlət Universiteti beynəlxalq

jurnalistika kafedrasının müdiri,

professor

 

Respublika.- 2013.- 3 may.- S. 11.