YENİ AZƏRBAYCANIN MEMARI, DÖVLƏTÇİLİYİMİZİN BANİSİ

 

Heydər Əliyevin dühası, onun şanlı əməlləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Ümummilli liderimiz sözün əsl mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, yenimodern dövlətçilik ənənələrimizin müəllifidir.

Bu günlər haraya yolunuz düşərsə, hansı bölgədə, şəhərdə, rayonda olsanız, orada ilk növbədə gözlərinizin önünə dahi şəxsiyyət, Azərbaycan tarixində qüdrətli dövlət xadimi kimi əbədi ad qazanmış Heydər Əliyev gələr. Ulu öndərimizin 90 yaşını qeyd etdiyimiz belə əlamətdar günlərdə hər yerdə, hər bir guşədə onun izlərini görərsiniz. Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlı bu günlərdə ulu öndərimizdən daha çox bəhs edir, onun həyat və fəaliyyətini xatırlayır, şanlı ömür yolunun salnaməsini bir daha vərəqləyir.

 

Müstəqil dövlət, azad məmləkət…

 

Azərbaycan xalqının əldə etdiyi bu nailiyyət bizim üçün çox əzizdir. Belə bir ölkənin vətəndaşı olmaq nə qədər şərəflidir. Bunu əldə etmək heçasan olmamışdır. 1993– ili xatırlayaq. Həmin vaxt hakimiyyətin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr, dərin siyasiiqtisadi böhran, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan ağrılı bir cəhət idi.

Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər, şəxsi mənafeyini güdən dırnaqarası siyasətçilər böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vurdular, ancaq yıxa bilmədilər. Həmin adamların səbatsızlığı nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxaran siyasi böhran, Gəncə hadisələri, qondarma “Talış–Muğan respublikası” iddiaları, 1994 və 1995–ci illərdə dövlət çevrilişinə yönəldilən cəhdlər heç bir nəticə vermədi. Xalq bir nəfər kimi ayağa qalxıb ulu öndərə sipər oldu, onun arxasında durdu. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin–amanlığı və sabitliyi qorunub saxlanıldı, ölkəmizin daxilixarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi.

Bəli, biz dönə–dönə dərin iftixar və razılıq duyğuları ilə qeyd edirik ki, o vaxt ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtmasaydı, dövlətçiliyin sükanının öz əlinə almasaydı, milli azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir dövlətçiliyimizin taleyi necə olacaqdı! O,1993– ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı.

Beləliklə, danılmaz bir həqiqət var: müstəqil dövlətimizin təşəkkül tapmasında, dirçəlib ayaq üstə durmasında və inkişaf etməsində ümummilli liderimiz Heydər Əliyevin rolu misilsizdir, ulu öndərimiz bugünkü azaddemokratik respublikamızın yaranması üçün ən böyük zəhməti çəkib, dağlar boyda ağırlığı çiyinlərinə götürüb.

Ulu öndər bütün həyatını, bilik və təcrübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın düzgün strategiyasını bizlərə əmanət qoydu. Onun dərin zəkası sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı, qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir təməl oldu. Heydər Əliyev diplomatiyası Azərbaycanı tarixən çox qısa müddət ərzində bütün dünyaya tanıtdı, onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin etdi.

Ümummilli liderimizin yubileyini təntənə ilə qeyd etdiyimiz bu günlərdə bir daha deməyə haqqımız çatır və söyləməyə borcluyuq ki, dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etmişdir. Bu siyasətin müəllifi olan ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük görüb, tariximizdə heç vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata keçirilməyib.

İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf yolundadır. Ölkənin bütün guşələrində əmin–amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu öndərimizin iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır.

Heydər Əliyev epoxası ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikamızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı, Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu.

Heydər Əliyevin hakimiyyəti dövründə dövlət quruculuğunun digər mühüm sahələri ilə bərabər millisiyasi ideologiyamız formalaşdı ki, bu da Azərbaycan vətəndaşlarının vahid amal ətrafında birləşməsini xeyli sürətləndirdi. Siyasi hakimiyyətə gəlişinin ilk dövrlərində ulu öndərimiz bitkin siyasi konsepsiyaya malik idi, bu konsepsiyanın əsas tezisləri 1992–ci ildə yaradılmış Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Deməyə borcluyam ki, bu təşkilat qarşıya qoyulmuş siyasi məqsədlərin reallaşdırılmasında çox mühüm rol oynamışdır və Heydər Əliyevin fəaliyyətində ən dəyərli nümunələrdən hesab edilməlidir. Partiyanın meydana gəlməsi ilə ölkənin müstəqilliyini və irəliyə doğru inkişafını dəstəkləyən insanların vahid ideologiya ətrafında birləşdirilməsi üçün ciddi aparıldı. Heydər Əliyevin irəli sürdüyü möhtəşəm müddəalarda dövrün ictimaisiyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun aspektləri, ölkədəki hadisələrin xarakteri, daxili vəziyyət, başlanmış milli böhranın xüsusiyyətləri və ondan xilas yolları parlaq surətdə öz əksini tapdı.

Heydər Əliyev sözün müstəqim mənasında xalqımızı bəlalardan qurtardı, inkişafımızın yolunda yeni bir mərhələni bina etdi. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir, bu həqiqət xalqını, millətini, məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hiss doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqdır.

Tarixi baxımdan o qədər də böyük olmayan son illər ərzində dövlətimizin sosialiqtisadi, ictimaisiyasi, mədəni həyatında misilsiz dəyişikliklər baş verib. Bundan ötrü Azərbaycan regionlarının 2004–2008–ci illərdə sosialiqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin yekunlarına, sonrakı Dövlət Proqramının reallaşdırılması prosesinə diqqət yetirmək kifayətdir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeniyeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.

Hər dəfə rayonlara gedəndə, seçicilərlə görüşəndə ürəklərimiz dağa dönür, sevinirik, fərəhlənirik, Vətənimizin nailiyyətləri ilə haqlı olaraq öyünürük. Ona görə tükənməz fərəh və iftixar hissi keçiririk ki, azad ölkənin azad vətəndaşlarıyıq, dünya xalqları arasında özümüzə məxsus yerimiz, mövqeyimiz var. Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu ideyaların ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır.

Bu gün əldə edilən nailiyyətlər, ölkəmizdəki dinamik yüksəliş, uğurlu göstəricilər məqsədyönlü şəkildə aparılan islahatların nəticəsidir. Dövlət başçısının təşəbbüsləri ilə son illər əhalinin rifahının daha da yaxşılaşdırılmasında, yeni yerlərinin açılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının madditexniki bazasının möhkəmləndirilməsində möhtəşəm işləri görməmək mümkün deyildir.

Əzəmətli layihələrin həyata keçirilməsi ilə paralel olaraq sosial proqramlar ardıcıl olaraq yerinə yetirilir, insanların daha firavan yaşaması üçün tədbirlər görülür. Son illərdə əməkhaqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilmişdir.

Biz inanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi yoxdur, möhtərəm Prezidentimiz bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.

Yenə də təkrar edirəm ki, ölkəmizdə 1967–ci ildən sonrakı tariximiz ərzində görülən işlər əvvəllər heç vaxt görülməyib. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları dövlətimizi göz bəbəyi kimi qorumalı, yaşatmalı və inkişaf etdirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da dövlətçilik uğrunda mübarizədən qida alıb, bu mübarizəni davam etdirərək daha da irəli gedərək, suverenliyimizi və azadlığımızı daha da möhkəmləndirməliyik.

Möhkəm əminliklə söyləmək olar ki, gələcək vəzifələr də tamamilə həyata keçiriləcək, müstəqil dövlətimiz daha da çiçəklənəcəkdir. Azərbaycan vətəndaşının bundan ümdə arzu və amalı yoxdur.

Son illər ərzində ölkəmizdə kiçikorta sahibkarlıq iqtisadiyyatın aparıcı sahəsinə çevrilmişdir. İş adamlarının fəaliyyətinin gündən–günə genişlənməsi, bu sahədə müxtəlif mütərəqqi forma və metodların təşəkkül tapması, qoyulan sərmayələrin səmərəsinin yüksəlməsi inkişaf edən özəl bölmənin xarakterik xüsusiyyətləridir. Respublikamızın adamlarının təcrübəsi buna əyani misaldır. Ölkədə sahibkarlığın inkişafının Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələri uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən yüksək səviyyəli tədbirlərdə özəl bölmədə işlərin gedişi bir daha müzakirə edilmiş, qazanılmış təcrübəyə düzgün qiymət verilmişdir. Göstərilmişdir ki, dövlət dəstəyi sayəsində respublikanın bölgələrində sahibkarlığın inkişaf etdirilməsində xeyli irəliləyiş əldə edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu özəl bölmənin inkişaf etdirilməsinə yönəldilmiş kompleks tədbirlər silsiləsində torpaqlardan istifadə problemi prioritetə çevrilmişdirbu sahədə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir. Bu sahədə işlər xeyli təkmilləşmiş, nizama düşmüşdür. Ən başlıca məsələ odur ki, sahibkarlıq qarşısındakı əngəllər aradan qalxmışdır. İndi açıq ürəklə, cəsarətlə deyə bilərik ki, azad adamlarının əl–qolunu bağlayan yoxdur, o, öz işinin yiyəsidir.

Doğrudan da, son illər ərzində Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı tarixi sənədində irəli sürülmüş müddəaların yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin sosial problemlərinin həlli sahəsində xeyli məqsədyönlü tədbir həyata keçirilmişdir. Bu işlərin görülməsində özəl bölmənin əməkçiləri böyük zəhmət sərf edirlər və uğurlar qazanırlar. Bu isə ilk növbədə adamlarına göstərilən gündəlik qayğı və diqqətin nəticəsidir. İndi bu sahədə xeyli təcrübə qazanılmışdır.

Ölkəmizdə sahibkarlığa dövlət qayğısı getdikcə gözəl bəhrələr verir, bundan ruhlanan insanlar yeni qüvvə və ruh yüksəkliyi ilə çalışırlar. Bazar iqtisadiyyatının əsas həlqəsi olan özəl bölməni inkişaf etdirmək sahəsində dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır və hazırda respublikamızda onlar üçün yaradılan şəraiti heç bir ölkədə görmək mümkün deyildir. Bu şəraitdə adamlarının vəzifəsi verilən imkanları düzgün qiymətləndirmək, onlardan səmərəli istifadə etməkdən ibarətdir və bundan ötrü onların məsuliyyəti qatqat artmalıdır. Prezidentin birbirinin ardınca verdiyi fərmanlar, imzaladığı sərəncamlar, bölgələrə teztez etdiyi səfərlər zamanı sahibkarlarla görüşlərində irəli sürdüyü proqram xarakterli tövsiyə və göstərişlər böyük ümidlər doğurur. İş adamları dövlət başçısı İlham Əliyevin bu sahədə gördüyü tədbirləri bəyənir, dövlət dəstəyindən ruhlandıqlarını bildirir, Prezidentin tapşırıq və tövsiyələrini əzmlə yerinə yetirəcəklərinə söz verirlər.

Prezident İlham Əliyevin regional Dövlət Proqramının yerinə yetirilməsinə həsr olunmuş konfransdakı nitqində müxtəlif və çoxsaylı məsələlərlə bir sırada özəl bölmənin imkanlarından səmərəli istifadə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həmin imkanların əsas amillərdən biri kimi götürülməsi bizdən daha mükəmməl düşünməyi, səylərimizi gücləndirməyi tələb edir.

Prezident öz nitqində özəl şirkətlərə dövlət şirkətləri səviyyəsində qayğı və dəstək göstərməyi tələb etmişdir. O, demişdir ki, “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməmələdirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Bu isə adamlarını daha yaxşı işləməyə sövq edir.

Doğrudur, bəzən sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyin ayrı–ayrı hüquqifiziki şəxslər tərəfindən pozulması hallarına təsadüf edirik. Belə hallarda onların barəsində qanunlara, normativ sənədlərə və təlimatlara uyğun surətdə inzibati məsuliyyət, cərimə və digər tədbirləri tətbiq olunur. Hər kəs bilməlidir ki, sahibkarlıq halallıq sevir, hər birimiz bu amilə ciddi hörmət bəsləməli, halal çörəyin qədrini bilməli, lüzumsuzqanunsuz hərəkətlərə yol verməməliyk.

Bəli, biz xoşbəxt insanlarıq ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında boy atmış, bərkimiş, işləməyi öyrənmişik. Məhz bu böyük şəxsiyyətdən mənimsədiyimiz keyfiyyətlər hələ uzun illər bundan sonra da gərəyimiz olacaqdır.

Mən möhkəm inanıram ki, Prezident İlham Əliyevin məqsədyönlü, dövlətimizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasəti, regionların inkişafına, sahibkarlığa göstərdiyi böyük diqqət bundan sonra da öz bəhrəsini verəcəkdir. Və biz bundan sonra da ölkə iqtisadiyyatının inkişafında yaxından iştirak edəcəyik.

Bizim hazırkı daxilixarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və ulu öndərimizin amallarını ləyaqətlə həyata keçirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da müstəqillik ideyası üzərində köklənib, Azərbaycanın dövlətçilik ənənələrini inkişaf etdirərək daha da irəli gedəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, cənubi Qafqazın ən nüfuzlu ölkəsinə çevrilmiş ölkəmiz bütün sahələrdə inkişaf edir. İqtisadiyyatı möhkəmlənir, respublikanın investisiya cəlbediciliyi artır, sahibkarlıq subyektlərinin səviyyəsi yüksəlir, insanlar getdikcə daha fəal həyat fəaliyyətinə nail olurlar. Bu isə ölkəmizin həyatında daha yeni bir mərhələdir, davamlı və sabit inkişafımızın göstəricisidir. Deməli, regional güc mərkəzi kimi beynəlxalq məkanda aparıcı sektora çevrilən Azərbaycan postsovet respublikaları arasında keçid dövrünü başa vuran ilk dövlət olduğu kimi, inkişaf etmiş ölkələrin cərgəsinə də ilk qoşulan ölkələrdəndir. Deməli, ulu öndər Heydər Əliyevin vəsiyyətləri öz bəhrəsini vermişdir, onun arzuları çiçəklənmiş, növbəti möhtəşəm vəzifələrin yerinə yetirilməsi yolunda nurlu mayaka çevrilmişdir.

Heydər Əliyev vaxtilə demişdi: “Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan sonrakı illərini də xalqıma bəxş edirəm”. Bu hikmətin mənasını zaman keçdikcə daha açıq–aydın, bütün dərinliyi ilə dərk edirik və hər birimiz öz sahəmizdə fəaliyyətimizi məhz bu ruhda qurmağa çalışmalıyıq. Bu, xalqımızın gələcək firavan həyatını təmin edən ən düzgün istiqamətdir.

Bizim borcumuz Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq, ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır. Nə qədər ki, Azərbaycan xalqı var, ulu öndərimizin parlaq xatirəsi daim qəlbimizdə yaşayacaq, onun mübariz əməlləri yüz illər bundan sonra da nəsillərə örnək olacaqdır.

 

 

Əsabil QASIMOV,

Milli Məclisin deputatı

 

Respublika.- 2013.- 4 may.- S. 10.