Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu

 

Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi Bərdə rayonunda geniş qeyd olunmuşdur. Belə tədbirlərdən biri də YAP Bərdə rayon təşkilatı “Təzə məhlə” ərazi ilk partiya təşkilatı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkil etdikləri ədəbi–bədii gecə oldu.

İctimaiyyətin nümayəndələri, kollecin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə görkəmli alimin həyat və fəaliyyətindən ətraflı söhbət açılmış, bildirilmişdir ki, onun ölkəmizdə peşə göz xəstəliklərinə qarşı elmi–tədqiqat işləri ötən əsrin 70–80–ci illərində bu sahənin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etmişdir.

Ərazi ilk partiya təşkilatının sədri Raqub Yunusov akademikin elmi fəaliyyətinə həsr edilmiş məruzəsində demişdir: “Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə etdi”.

Tədbirdə digər çıxış edənlər görkəmli alimin həyat və elmi fəaliyyətindən danışmış, onun xatirəsinin daim ürəklərdə yaşayacağını bildirmişlər.

 

 

S.ALIOĞLU

 

Respublika.- 2013.- 4 may.- S. 15.