FÖVQƏLBƏŞƏR ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV

 

Asimanlara söykənən ən uca zirvə adətən uzaqdan daha əzəmətli görünür. Xalqımızın böyük və fədakar oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyev də məhz zamanın fövqündə və ən uca zirvədə dayanan belə nəhəng tarixi şəxsiyyətlərdəndir. Zaman keçdikcə onun böyüklüyü, xalqının xöşbəxtliyi naminə gördüyü işlərin mahiyyəti və miqyası bizlərə daha aydın və dolğun çatır. Həqiqətən də, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Taleyüklü hadisələrlə zəngin olan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, ən yeni tariximizə müasir dövlət quruculuğu illəri kimi daxil olan bu epoxa Azərbaycanın və nəhəng Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Dövlət o vaxt guclü və yenilməz olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında birlik mövcud olsun. Heydər Əliyev şəxsiyyətini məhz ümummilli lider kimi şərtləndirən daha bir amil—Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənməsidir. Xalqımızın bu dahi və fədakar oğlunun bir sözü ilə, bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, xüsusən də 1969–cu ildən başlayaraq respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurların hamısı birbaşa Heydər Əliyev–xalq yekdilliyindən qaynaqlanır. Məhz bu birlik və həmrəylik ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edib qoruyub. Dünyanın ən dahi şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına sədaqətlə xidmətin parlaq nümunəsidir.

Ulu öndər Azərbaycanın gələcək inkişafının strateji ümummilli ideyanın yaradıcısıdır. Bu gün biz bütün sahələrdə ölkəmizin inanılmaz inkişafının və tərəqqinin, Heydər Əliyev inkişaf strategiyasının nə dərəcədə səmərəli olduğunun canlı şahidiyik. Böyük uğurla tətbiq edilən və ölkənin sosialiqtisadi inkişafının yüksələn xətlə davamını təmin edən bu strategiya milli inkişafın sırf Azərbaycan variantı, uğur modeli olmaqla Heydər Əliyev strateji siyasətinin məntiqi nəticəsidir. Bu strategiya demokratik prinsiplər əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesindən tutmuş real bazar münasibətlərinin qərarlaşmasına qədər çox geniş əhatə dairəsinə malik olmaqla, milli və ümumbəşəri dəyərlərin dialektik vəhdətinə əsaslanır.

Ulu öndərimiz Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə büruzə verib. Müstəqil Azərbaycanın uğurlarının möhkəm təməli ulu öndər tərəfindən hələ ötən əsrin 70–80–ci illərində qoyulub. Heydər Əliyevin rəhbərliyi altında respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və tükənməz enerji istər ötən əsrin 70–80–ci illəri, istərsə də 93– ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir. Qəti əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, günbəgün sistemli şəkildə artan xariciiqtisadi əlaqələri, Avropaya, Qərb strukturlarına geniş inteqrasiyası hələ 1970–1985–ci illərdə təməli qoyulmuş güclü potensiala söykənir.

Ümummilli liderimiz milli kadrların hazırlanmasına fəaliyyətinin bütün dövrlərində böyük önəm verib. Bütün sahələrdə, xüsusən də peşəkar hərbçi və hüquqşünasların yetişdirilməsinə, onların yüksək bilik alması üçün mühüm addımlar atıb. Bu məqsədlə təhsilə qayğının artırılmasına dövlət siyasətinin üstün prinsipi, prioritet məsələsi kimi yanaşıb. Qeyd etmək istərdim ki, o vaxtlar respublikamızda təhsilə olan münasibət də köklü surətdə müsbət istiqamətdə dəyişilməyə başladı. Cəmiyyətdə ədalətin bərqərar olması və hər kəsin bərabərhüquqlu şəraitdə təhsul almasının təzahürü kimi yalnız vəzifəli və imkanlı adamların övladları deyil, həm də sadə vətəndaşların uşaqları da ən nüfuzlu ixtisaslara yiyələnmək imkanını qazandılar. Ulu öndərin sadə insanların övladlarına istənilən ixtisas üzrə oxumaq imkanının yaradılması mənim də həyatımda həlledici rol oynadı.

Heydər Əliyev hələ sovet rejimi şəraitində bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. Rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan bu dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa və korrupsiyaya qarşı şəxsən özü qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərdi. Azərbaycanda möhkəm nizamintizam, qaydaqanun yaradıldı.

Güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993– ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimaisiyasiiqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”,—deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bu tarixi anlarda ulu öndərimiz deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimimahir siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə–neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə həqiqətən də qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına çıxdı.

Hazırda biz Azərbaycan tarixinin yeni, inanılmaz tərəqqi və inkişafla səciyyələnən bir dövrün canlı şahidiyik. Bu dövrün başlanması da Heydər Əliyevin adı ilə bağlıdır. Özünün mahiyyəti etibarilə bu yeni dövr cəmiyyətin inkişafının maraqlarına və tələblərinə uyğun olan, insan hüquq və azadlıqlar məkanını məhdudlaşdırmayan yolun seçilməsilə xarakterizə olunur. Ulu öndər xüsusilə vurğulamışdır: “Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrdən biri hesab etməlidir”.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçiminiinkişaf yolunuinsan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdibu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərimizin banisi olduğu, onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş və ümumxalq səsverməsi yolu ilə 1995–ci il noyabrın 12–də qəbul edilmiş ilk milli Konstitusiyamız, şübhəsiz ki, bütün bu islahatların yönünü müəyyənləşdirmişdir. Bu böyük tarixi, siyasihüquqi ali sənədin hazırlanması ulu öndərimizin gərgin əməyinin bəhrəsi kimi Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasının, insan və vətəndaş azadlığının, firavanlığın təminatçısı kimi dərk edilməlidir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ilk demokratik parlament yaradılmış, ədalətli, şəffaf seçki ənənəsi qoyulmuşdur. 1995–ci ildə tərkibində olduğum Mərkəzi Seçki Komissiyasının üzvlərini qəbul edən Heydər Əliyev səsləndirdiyi dəyərli fikirlərlə, ümumiyyətlə, yalnız onun özünə xas olan idarəçilik məharəti, şəxsi keyfiyyətləri və üslubu ilə böyük həyat nümunəsi olaraq hamımızı heyrətləndirirdi. Söylədiyi nitqlər, Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması kimi mühüm məqsədlərə nail olunması yolunda tələbkarlığı və qətiyyəti Heydər Əliyevin bənzərsiz dövlət xadimi olduğunu aydın şəkildə büruzə verirdi.

Ümumxalq səsverməsi ilə qəbul olunmuş, demokratik dəyərlərə və prinsiplərə əsaslanan ilk milli Konstitusiyamızda dövlətin fəaliyyətinin əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edildiyi Konstitusiyanın üçdə bir hissəsini təşkil edən insan hüquq və azadlıqlarına dair müddəalar beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş insan hüquqlarına dair normalarla uyğunluq təşkil edir. Xüsusilə qeyd edilməlidir ki, ümummilli liderin insan amilinə üstün dəyər verməsinin təsdiqi olaraq cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmləndirilməsi istiqamətində fəaliyyəti xüsusilə vurğulanmalıdır. 1993– ilin iyun ayından Azərbaycanda müstəsna cəza növü olan ölüm cəzasının icrasına qoyulmuş moratoriumun nəticəsi olaraq, 1998–ci ilin fevralında bu cəza növü tamamilə ləğv edilmişdir. Bu mühüm addımla Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Humanizm prinsipinə həssas münasibətin əyani təcəssümü olaraq ölkəmizdə əfvetmə institutu bərpa edilərək ənənəyə çevrilmiş əfv fərmanları ilə törətdiyi cinayətdən səmimi peşmançılıq çəkən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən tamya qismən azad edilmişdir.

Müdrik şəxsiyyətin müəllifi olduğu Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğuinsan haqları sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hakimiyyətin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə–hüquq islahatlarının aparılmasına başlanmış, Azərbaycan Respublikası insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində ölkə daxilində yeni mexanizmlər yaradılmışdır.

Ulu öndərin ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurmaq yolunda həyata keçirdiyi hərtərəfli və məqsədyönlü tədbirlər içərisində məhkəmə–hüquq islahatları mühüm yerlərdən birini tuturdu. Bu islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti yaradıldı, məhkəmə orqanlarının strukturu yenidən quruldu, məhkəmə və digər hüquq–mühafizə orqanlarının fəaliyyəti dünya standartları səviyyəsinə qaldırıldı. Məhkəmə və digər hüquq mühafizə orqanlarının fəaliyyətini dünya standartlarına uyğun şəkildə nizamlayan, beynəlxalq hüquq normalarının tələblərinə tam cavab verən və bir sıra beynəlxalq təşkilatlar tərəfindən ekspertizadan keçirilərək müsbət qiymət almış qanunlar da qəbul olunmuşdur. Dahi öndərimizin bilavasitə rəhbərliyi ilə həyata keçirilən islahatlar və qəbul olunan qanunlar xalqımızın milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına və insan hüquqlarının daha etibarlı təmin edilməsinə xidmət göstərirdi. Aparılmış məhkəmə–hüquq islahatları nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. Qəbul olunmuş yeni mütərəqqi qanunlar sırasında “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər mühüm qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən MülkiMülkiProsessual, Cinayət və Cinayət–Prosessual, Cəzaların İcrası və sair məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilmişdir.

Ardıcıl surətdə aparılan məhkəmə islahatının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həlli olmuşdur.

Ulu öndərin bilavasitə rəhbərliyi altında həyata keçirilmiş hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apelyasiyakassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün ulu öndər Heydər Əliyevin fərmanı ilə hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə cavab verən test üsulu ilə imtahan və müsahibə ilə seçilməsi qərara alınmış, 2000–ci ildə hakimlərin göstərilən tələblər səviyyəsində seçilməsi nəticəsində əvvəllər mövcud olmuş hakim korpusu 60 faizə qədər təzələnmiş, seçilmiş şəxslərin sırasında müxtəlif təbəqələrin nümayəndələri geniş təmsil olunmuş, nəticə etibarilə Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində olduqca mühüm və əhəmiyyətli addımlar atılmışdır. İslahatlar nəticəsində məhkəmələrə müstəsna səlahiyyətlər verilmiş, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün bir çox tədbirlər görülmüş, onların maddi təminatı xeyli yaxşılaşdırılmışdır. Bunun nəticəsi olaraq əhali arasında da məhkəmələrə etibar artmış, pozulmuş hüquqların müdafiəsi üçün məhz məhkəmələrə müraciət edənlərin sayı dəfələrlə çoxalmışdır.

Azərbaycanda demokratiyanın inkişafı, yeni iqtisadi münasibətlərin formalaşdırılması və ölkəmizin Avropa ailəsinə daha sıx inteqrasiyasını şərtləndirən mühüm amillər qismində Heydər Əliyev məhz ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsini görürdü. Ulu öndər deyirdi: “Biz hüquqi dövləti, demokratik dövləti yaratdıq və onu pillə–pillə yüksəkliklərə qaldırdıq. Bunun da ən prinsipial hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.

Ölkəmiz ümumavropa hüquq məkanına inteqrasiya olunmaqla 2001–ci il yanvarın 25–də Avropa Şurasına üzv qəbul edildi, Avropa insan hüquqları konvensiyasına qoşuldubununla İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının aktlarına qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.

Bütün sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış məhkəmə–hüquq sistemində də hazırda ümummilli liderimizin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun olaraq islahatların həyata keçirilməsi uğurla davam etdirilir. Bu məsələyə toxunan cənab İlham Əliyev qeyd etmişdir: “Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi işi sürətlə gedir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə məhkəmə–hüquq islahatları aparılmağa başlanmışdır. Bu işlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır və bu gün uğurla davam etdirilir”.

Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004– ilin dekabr ayında “Məhkəmə–Hüquq Şurası haqqında” qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyən edilməsini, fəaliyyətlərində sui–istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini nəzərdə tutan əsaslı dəyişikliklər edilmişdir. Bu normativhüquqi aktlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum—Məhkəmə–Hüquq Şurası təşkil edilmişdir.

Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosialiqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui–istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2006–cı il tarixli fərmanı ilə məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçmişdir.

Həmin fərmana əsasən respublikanın beş regionunda yeni apelyasiyayerli iqtisad məhkəmələri təşkil edilmiş, hakimlərin peşə səviyyəsinin artırılması, hakim vəzifələrinə namizədlərin müasir tələblərə cavab verən hazırlığının təmin edilməsi üçün tədbirlər görülmüş, ədalət mühakiməsinin həyata keçirilməsinin yüksək mənəvi və mədəni meyarlarının müəyyən edilməsi məqsədilə Hakimlərin Etik Davranış Kodeksi təsdiq edilmişdir.

Hakimlərin yükünün çoxluğunun məhkəmədə baxılan işlərin keyfiyyətinə mənfi təsir göstərən amillərdən olduğu nəzərə alınaraq hakim korpusunun genişləndirilməsi məqsədilə hakimlərin sayının artırılması istiqamətində tədbirlər görülmüşdür. Dövlət başçısı cənab İlham Əliyevin 9 avqust 2010–cu il tarixli fərmanı ilə məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilmiş, həmçinin apelyasiya instansiyası, ağır cinayətlər, inzibatiiqtisadi və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası müəyyən edilmişdir.

Hazırda yüksək tələblərə cavab verən yeni nəsil hüquqşünaslardan ibarət hakim korpusunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hakimlərin müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsinin ən mühüm prinsiplərdən biri olduğuna görə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsində hakimlərin seçilməsi və təyinatı prosesi mühüm əhəmiyyət kəsb edir. Hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi məqsədi ilə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi bu sahədə öz fəaliyyətini davam etdirir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli təlim mərhələlərindən ibarət olan bu seçim prosedurları əsasında son illərdə 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Bununla əlaqədar olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində bu məsələyə böyük diqqət yetirilmişdir. Cənab Prezident xüsusi ilə qeyd etmişdir ki, hakimlərin seçilməsi prosesi şəffaf keçirilir, hakimlərin sayı artırılır və beləliklə bütövlükdə məhkəmə sisteminin möhkəmlənməsi prosesi uğurla gedir.

Ölkəmizdə həyata keçirilən hakimliyə namizədlərin seçimi prosesi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycana səfər edilərək hakimliyə namizədlərin seçimi bilavasitə izlənilmişdir. CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabat komissiya tərəfindən geniş müzakirə olunaraq müvafiq qərar qəbul olunmuş və Azərbaycanın bu sahədə müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir.

Ölkəmiz hərtərəfli tərəqqi və inkişaf yolundadır. Müasir Azərbaycanın inanılmaz uğurları burada yaşayan hər bir vətənpərvər insanda qürur və fərəh hissi oyadır. Ulu öndərimiz Heydər Əliyev bu dövlətin qurucusubanisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasiiqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Heç şübhəsiz, günümüzün reallıqlarını düzgün dərk edib dəyərləndirmək və yaxın keçmişimizin ibrətli səhifələrini dönə–dönə vərəqləmək, ondan bəhrələnmək və xalqımızın nəinki bu günü, həm də gələcəyi naminə yararlanmaq vacibdir. Heydər Əliyev irsi böyük bir məktəbdir və onun həmişəyaşar ideyaları, bizlərə miras qoyduğu idarəçilik və milli dəyərlər sistemi müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin qarantıdır. Müasir Azərbaycan tarixini ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil.

 

 

İman NAĞIYEV,

Bakı Apelyasiya Məhkəməsinin sədri,

Hakimlərin Seçki Komitəsinin sədri.

 

Respublika.-2013.-9 may.-S.5.