Onu hər kəs qəlbində yaşadır

 

Bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünü təntənə ilə qeyd edirlər. Ulu öndərin çox zəngin və şərəfli rəhbərliyi dövrünü xalqımız böyük istək və sevgi ilə qəlbində yaşadır. Bu onun uzun illər Azərbaycan dövlətinin və xalqının mənafeyi üçün göstərdiyi böyük xidmətlərin məntiqi nəticəsidir. Ölkəmizin son 40 illik tarixinin hər səhifəsi bu unudulmaz şəxsiyyətin həyat və fəaliyyəti ilə sıx–sıx bağlıdır. Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüşdür. Ulu öndərin müasiri kimi xatirələrimi oxucularla bölüşməyi mən də hər bir azərbaycanlı kimi özümə borc bilirəm.

1969–cu ilin yay mövsümü idi. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası MK–nın I katibi seçilərkən Rəyasət Heyəti tribunasına dəvət olunmasını xatırlayıram. 46 yaşında onun Azərbaycan KP MK–nın I katibi kimi çox məsul şərəfli bir rəhbər vəzifəyə irəli çəkilməsi, deyərdim ki, möcüzə idi. Heydər Əliyev heç bir həyəcan keçirmədən çox təmkinlə Rəyasət Heyətinə qalxıb öz yerində əyləşdi. Ona söz verilərkən göstərilən etimad üçün plenum üzvlərinə minnətdarlığını bildirməklə qeyd etdi ki, mən bu məsul şərəfli vəzifənin məsuliyyətini dərindən dərk edirəm sizi əmin edirəm ki, mənə göstərilən etimadı layiqincə doğruldacağam.

Heydər Əliyev ölkəni durğunluq vəziyyətindən çıxarmaq üçün fəaliyyətinin ilk başlanğıcındarespublikada kadrların seçilib irəli çəkilməsi yerləşdirilməsi barədəməlum qərarını verdi. Bu qərarın həyata keçirilməsi sayəsində ölkənin sənaye kənd təsərrüfatının inkişafı İttifaq miqyasında rekord səviyyəyə qalxdı.

Heydər Əliyev respublikanın bütün sahələrinin bacarıqlı kadrlarla idarə olunmasını təmin etmək üçün respublikanın orta ümumtəhsil məktəblərini əla qiymətlərlə bitirən şagirdlərin SSRİ–nin digər ölkələrin tanınmış məşhur ali məktəblərinə göndərilməsinə xüsusi diqqət qayğı göstərirdi. Həmin kadrların əksəriyyəti bu gün respublikanın ən aparıcı rəhbər sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

XX əsrin 70–80–ci illərində Azərbaycan Respublikasının kənd rayonları pambıqçılıq, baramaçılıq, üzümçülük, taxılçılıq təsərrüfatları ilə məşğul olurdu. Heydər Əliyevin dövründə Azərbaycanın bütün torpaq sahələrini pambıq tarlaları, üzüm plantasiyaları, taxıl zəmiləri məxmər kimi bəzəyirdi. Bu təsərrüfat sahələri Azərbaycanın qızıl fondu olub xalqın sərvətlərinə çevrilirdi. Təsərrüfat planlarının yerinə yetirilməsi respublika Nazirlər Soveti Mərkəzi Komitə tərəfindən nəzarətə götürülmüşdü. Vaxtaşırı nəticələr təhlil olunur, müvafiq tədbirlər həyata keçirilirdi.

Heydər Əliyev özü şəxsən rayonların təsərrüfat planlarının artıqlaması ilə yerinə yetirilməsi məhsul toplanışının mütəşəkkil keçirilməsi üçün zona müşavirələri keçirirdi. Belə bir müşavirənin Bərdə rayonunda keçirilməsi xatirimdədir. O bu müşavirəni ona görə Bərdədə keçirirdi ki, Bərdə rayonu respublikada ən çox pambıq istehsal edən rayon idi rayonun I katibi Rüstəm Səfərəliyev böyük nüfuz sahibi kimi vəzifədə olanlara örnək sayılırdı.

Müşavirədə rayon partiya komitələrinin katibləri, rayon icraiyyə komitə sədrləri rayon istehsalat idarə rəisləri iştirak edirdilər. Orada hər bir rayon rəhbəri pambıq planının yerinə yetirilməsi vəziyyəti barədə hesabat verirdi.

Heydər Əliyevin işlədiyi dövr ərzində respublikada pambıq planı 350 min tondan 1 milyon tona çatmışdı. 11 il ərzində dövlət planlarını artıqlaması ilə yerinə yetirdiyinə görə respublika Sov.İKP MK SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayraqları ilə təltif olundu. Bu Azərbaycanın iqtisadi–siyasi maddi həyatının yüksəlməsinə səbəb olurdu. Bu müvəffəqiyyətlərə görə Heydər Əliyev iki dəfəSosialist Əməyi Qəhrəmanıordeni ilə təltif olunmuşdur.

Mən bu xatirələri yada salarkən Heydər Əliyevin bu nailiyyətlərinin əldə olunmasında əməyi olan, xatirələrdə yaşayan kənd təsərrüfatı qəhrəmanlarını yada salmağı məqsədəuyğun hesab etdim. Onlardan Şamama Həsənovanı, Qızqayıt Həsənovanı, Vəsilə Zahidovanı, Sərdar İmrəliyevi, Rüstəm Səfərəliyevi, Sürəyya Kərimovanı, Sevil Qazıyevanı başqalarını xatırlamaq olar.

O dövrün şairləri, yazıçıları, rəssam heykəltaraşları öz əsərlərində bu əmək qəhrəmanlarını tərənnüm edirdilər. Onların bu şərəfli mərtəbəyə qalxması Heydər Əliyevin müdrikliyinin gərgin əməyinin nəticələri idi.

Onu da xatırlayıram ki, 1978–ci ildə Kür çayı daşıb Zərdab şəhərini onun təsərrüfat sahələrini çox ciddi təhlükə qarşısında qoyan zaman Heydər Əliyev Zərdaba gəlib bütün təhlükələrin qarşısını almaq üçün ən təcili tədbirlərin görülməsini təşkil etdi. Çox maraqlı idi ki, Heydər Əliyev Kür çayının daşqını ilə əlaqədar ən qorxulu sahələri—qoruyucu bəndlərin üstü ilə maşınla gəzib öz məsləhət sərəncamlarını verdi. Eyni zamanda rayonun mədəniyyət evində müşavirə keçirib təsərrüfat planlarının yerinə yetirilməsi məqsədi ilə qarşıda duran vəzifələri əlaqədar təşkilatların nəzərinə çatdırdı.

Mən II Dünya müharibəsinin gedişatında əsaslı dönüş yaradan Böyük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə şöhrət qazandıran 416–cı atıcı diviziyanın 1368–ci polkunda döyüşən ordunun ön cərgəsində vuruşaraq iki dəfə yaralandıqdan sonra arxa cəbhəyə tərxis olunmuşam.

Bu şanlı diviziya Mazdokdan Berlinə kimi rəşadətli döyüş yolu keçərək Almaniyanın paytaxtı Berlinin Brandenburq darvazası üzərinə qələbə bayrağını sancmaqla cahanşümul şöhrət qazanmışdır.

Heydər Əliyevin bu diviziyanın şərəfinə Rostov vilayətinin Taqanroq şəhərinin kənarında Sambeq yüksəkliyində Qırmızı bayraqlı II dərəcəli Suvorov ordenli 416–cı Taqanroq adına milli diviziyanın şərəfinə ucaldılan möhtəşəm xatirə kompleksinin inşa edilməsində açılışında şəxsi təşəbbüsünü xatırlayıram.

1980–ci ilin may ayında xatirə kompleksinin açılışında Heydər Əliyev Rostov vilayətinin rəhbəri Bondarenko ilə birlikdə iştirak edib, həmin mitinqdə 416–cı diviziyanın döyüş şöhrətindən çox fərəhlə nitq söylədi. Onun 32 il bundan əvvəl həmin abidə önündəki çıxışını taqanroqlular bu gün xatırlayırlar. Ona görə Taqanroq ictimaiyyəti hər yubiley ilində bizi həmin tədbirlərə dəvət edirlər. Biz təşkil olunan mitinqdə Heydər Əliyevin oradakı çıxışını xatırladıb, müharibə xatirələrimizi yada salmaqla bərabər, xalqlar arasında mehriban qonşuluq münasibətlərinin davam etməsi, eyni zamanda orada yaşayan Azərbaycan diasporunun formalaşması normal fəaliyyət göstərməsi barədə yerli hakimiyyət orqanları ilə görüşlər keçirirdik.

Biz müharibə veteranları Heydər Əliyevin müasirləri kimi ona həddindən artıq minnətdarlığımızı bildiririk. O, müharibə veteranlarının maddi–mənzil şəraitinin yaxşılaşdırılması üçün hər cür imtiyazlar yaratmışdır.

Heydər Əliyevin ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmiz uğurlu sabaha, xoşbəxt gələcəyə doğru inamla addımlayır. Beynəlxalq aləmin indiki gərgin şəraitində respublikamızın ərazi bütövlüyü dövlətçiliyimizin inkişaf etdirilməsi uğrunda cənab İlham Əliyevin apardığı siyasəti biz müharibə veteranları ürəkdən dəstəkləyirik. Əgər biz İlham Əliyevi dəstəkləyiriksə, bizim indiki gələcək nəsillərimiz bizim davamçılarımız olacaqlar.

Biz 416–cı Taqanroq müharibə veteranları düşünürük ki, Heydər Əliyevin 90 illik yubiley tədbirləri eyni zamanda Taqanroq şəhərinin 416–cı diviziya tərəfindən azad edilməsinin 70 illik yubileyinə təsadüf edir. İstərdik ki, cənab İlham Əliyev Taqanroqun azad edilməsinin 70 illik yubileyində iştirak edib Heydər Əliyevin ucaltdığı xatirə kompleksi qarşısında öz ürək sözlərini diqqətlərə çatdırsın.

Heydər Əliyev haqqında xatirələr yazmaqla onun ictimai–siyasi fəaliyyətini tam əhatə etmək mümkün deyil. Onun fəaliyyəti dünyanın ən görkəmli korifeyləri tərəfindən qiymətləndirilmişdir.

 

 

Hacı ƏMİRALI ƏMRƏLİYEV,

416–cı Taqanroq milli diviziyasının

müharibə veteranları şurasının sədri,

Respublika veteranları şurası

rəyasət heyətinin üzvü.

 

Respublika.-2013.-9 may.-S.11.