Qəhrəman döyüşçü

 

XX əsr tarixinin dəhşətli hadisələrindən biri də 1941–1945–ci illərdəki Böyük Vətən müharibəsidir. Artıq İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 68 il keçir. Bu müharibədə şanlı qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir. Bu qanlı müharibədə Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salmış, onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Qanlı – qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130–dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif ordenmedallarla təltif edilmişdir.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77–ci, 223–, 336–cı, 402–ci və 416–cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Veteranlarımız dünənimizlə bu günümüz arasında salınmış əbədiyaşar bir körpüdürlər və keçdikləri şərəfli ömür yolu bizim üçün bir örnəkdir. Bu gün bütün veteranlar ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Onlar haqqında kitablar yazılıb, sənədli filmlər çəkilib. Ölkəmizdə olan əmin–amanlığa, sabitliyə görə biz həmçinin veteranlara borcluyuq. Bu həyatda heç kimheçunudulmur.

Qəhrəmanlıq! Bu ifadə özündə mərdlik, mübarizlik, məğrurluq, qorxmazlıq və cəsarətli olmaq kimi insani keyfiyyətləri ehtiva edir. Böyük Vətən müharibəsinin iştirakçıları arasında sağ qalanlaro illərin canlı şahidləri bu gün hər birimizin hörmət və ehtiramına layiqdirlər. Haqqında söhbət açacağım Sabir Taibov İkinci Dünya müharibəsinin qəhrəmanıdır. O, ağır günlərin xatirələrini çözdükcə hər şey sanki dünən baş veribmiş kimi qəhərlənir. 93 yaşının müdriklik çağını yaşayır Sabir müəllim. Lakin bu pirani qocada coşqun bir həyat eşqi, gənclik həvəsi çağlayır. Sabir müəllim 1920–ci il mayın 2–də ziyalı ailəsində dünyaya göz açıb. Atası Tayıb dövrünün sayılan adamlarından olub. Uzun illər müəllim işləyən Tayıb kişi oğlu Sabiri də müəllim görmək istəmişdi. Və arzusuna çatmışdı da. Atasının öyüd–nəsihətlərinə diqqətlə qulaq asan Sabir onun arzusunu yerinə yetirərək Dərbənd Pedaqoji Texnikumuna daxil olur və buranı fərqlənmə diplomu ilə bitirir. Gənc Sabir 73 il bundan əvvəl əmək fəaliyyətinə Ağlabı kəndində başlamalı olur. Dağıstanın bu dağ kəndində ilk ibtidai məktəbin bünövrəsini qoyur. Çox keçmir ki, Böyük Vətən müharibəsi başlayır, Sabir cəbhəyə yola düşür.

Sabir müəllimin cəbhə yolu 503– alayın tərkibində Kiçik torpaq, Kerç, Krım uğrunda gedən amansız döyüşlərdən keçir. Qafqazın müdafiəsində cəbhədən–cəbhəyə atılır. Döyüş rəşadətləri göstərə–göstərə düşmənə amansız zərbələr endirir. Korenovsk şəhəri ətrafında gedən döyüşlərdə yaralanır. Bir müddət müalicə olunaraq sağalır və 107 saylı dəniz desantının tərkibində döyüş əməliyyatlarını davam etdirir. 1943– ilin avqust ayında ikinci dəfə ağır yaralanır. Budəfəki müalicə düz üç ay çəkir. Sonra 84 saylı desant diviziyasının tərkibində Kerç şəhərinə göndərilir. 1943– ilin son günlərində yenidən düşmən gülləsinə tuş gələn gənc döyüşçü alman qəsbkarlarından qisas almaq məqsədilə cəbhənin ön sıralarında döyüşlərə qatılır. Budəfəki döyüş yolu I Pribaltika cəbhəsindən başlayır. Latviya, Litva uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərir. Dubel şəhəri yaxınlığında dördüncü dəfə aldığı yaradan da sağsalamat çıxan iki dəfə “Qırmızı bayraqordenli S.Taibov S.M.Kirov adına Leninqrad piyada qoşunları məktəbinə oxumağa göndərilir. Təhsilini başa vurduqdan sonra bir müddət orada qulluq edir, zabit kadrların yetişdirilməsində fəallıq göstərir. Çox keçmir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq ordu sıralarından tərxis olub Vətənə qayıdır. Odlualovlu illərdə bölük komandirliyindən batalyon komandirinin müavinliyinədək şərəfli döyüş yolu keçir Sabir müəllim.

Qələbədən sonra Sabir müəllimin həyatının sanki çiçəklənmə dövrü başlayır. Xanoba kənd yeddiillik məktəbində müəllim işləyə–işləyə ali təhsil alır. M.F.Axundov adına Müəllimlər İnstitutunu bitirir. Ali təhsilini başa vurduqdan sonra Yalama kənd orta məktəbində rus dilini tədris edir. Mükəmməl biliyi, tələbkarlığı onu eloba arasında nüfuz sahibi edir, “Maarif əlaçısı” döş nişanına layiq görülür, müəllimlərin VI qurultayına nümayəndə seçilir.

Bu gün Sabir Taibov xoşbəxt ailə başçısı — həm xoşbəxt ata, həm də 23 nəvə və nəticənini babasıdır. Böyük oğlu Tayıb Novosibirskdə inşaat mühəndisi, Şahbaz Bakı şəhərində memar, Eyyub Xəzər Dəniz Gəmiçiliyinin tikinti idarəsinin rəisi, Zahid Ukraynanın Xmelnitsk şəhərində hərbi mühəndis, qızıl Mirvari isə strateji əhəmiyyətli bir müəssisədə nəzarətçi işləyir. Bu xoşbəxt babanın nəvələrindən Rəna coğrafiya müəllimdir Ruslan isə hərbi sahədə məsul vəzifədə çalışır.

Hər il mayın 9–nu təmtəraqla, sevinclə qeyd edən Sabir Taibov övladlarının, nəvə və nəticələrinin əhatəsində o illərin ağrılı–acılı, qələbəli günlərindən söz açır ağız dolusu danışır. BizSabir müəllimi faşizm üzərində qələbənin 68–ci ildönümü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. 100 illiyinizdə görüşənədək!

 

 

Müşfiq MİRZƏ

 

Respublika.-2013.-9 may.-S.11.