UNİVERSİTETİMİZİN UĞURLARI VƏ PERSPEKTİVLƏRİ ULU ÖNDƏRİN İDEYALARININ TƏNTƏNƏSİDİR

 

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan üçün öz daxilixarici siyasət konsepsiyasını təxirə salınmadan hazırlayıb həyata keçirmək çox aktual, taleyüklü bir məsələ kimi qarşıda dururdu. Çünki müstəqilliyin qorunması onun əldə edilməsindən qatqat çətindir. Bu tarixi missiyanı həyata keçirmək üçün Ulu Tanrı Azərbaycan xalqına müstəqil dövlətçiliyimizin banisiqurucusu Heydər Əliyevi bəxş etdi, məhz onun fəaliyyəti nəticəsində Azərbaycanın tarixində şanlı salnamələr yarandı. Dahiyanə idrak və zəka sahibi, misilsiz təşkilatçılıq və rəhbərlik qabiliyyətinə görə yüksək insani keyfiyyətləri ilə yaşadığı zamanın fövqünə yüksəlməyi bacaran Heydər Əliyev tükənməz potensialını xalqının xidmətinə sərf etmiş, onun inkişafı və tərəqqisi üçün bir insanın edə biləcəklərindən dəfələrlə artıq ölməz əməllərin sahibi olmuşdur.

Ulu öndər hələ Sovet dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə mövcud ideoloji sisteminkommunist rejiminin sərt qaydaları çərçivəsində vətəninə və xalqına, onun gələcək taleyinə xidmət edən böyük işlər görməyi bacarmış, Azərbaycanın müstəqil dövlət quruculuğunun ilk təməl daşlarını düzməyə nail olmuşdur.

Özünün müqayisəolunmaz siyasi bilik və bacarığı, xalqımızın məhəbbət və iradəsi sayəsində müasir, müstəqil Azərbaycan dövlətinin möhtəşəm sarayının memarı və qurucusu olmaq missiyasını da tarix Heydər Əliyevə nəsib etdi.

Taleyinə böyük quruculuq missiyası yazılmış Heydər Əliyev uzaqgörənliyi ilə müasir dünya siyasətinin korifeyi səviyyəsinə yüksəlmiş, Azərbaycanın gələcək inkişafı üçün zəruri və faydalı addımlar atılmasında yüksək cəsarət və iradə nümayiş etdirmiş, ölkəmizdə aparılan dövlət quruculuğunda demokratiya, plüralizm, insan haqları kimi bəşəri prinsiplərə əsaslanmışdır.

Azərbaycanın inkişaf strategiyasının elm və təhsillə bağlı olması hələ o vaxt ümummilli lider Heydər Əliyev tərəfindən birmənalı bəyan edilmişbu sahənin nümayəndələrinə yüksək qiymət verilmişdir: Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi, bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin nəticəsidir”. Müəllimə olan xüsusi diqqət və sayğı da buradan irəli gəlirdi.

Müəllimlik peşəsini “ən şərəfli peşə” adlandıraraq — “həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə, sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır”. — deyən, ömrü boyu müəllim adına böyük hörmətehtiramla yanaşan ulu öndərimiz Azərbaycan müəllimlərinin 1998–ci ilin sentyabrında keçirilmiş XI qurultayındakı nitqində demişdir: “Mən indiyənə qədər heç bir sinifdə müəllimlik etməmişəm. Ancaq bununla bərabər bütün həyatım boyu məktəb, təhsil sistemi ilə bağlı olmuşam, 1969–cu ildə respublikanın rəhbəri seçiləndən sonra Azərbaycanda məktəbin, təhsilin inkişaf etdirilməsini öz fəaliyyətimin əsas hissəsi hesab etmişəm, bununla ciddi məşğul olmuşam”.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yüzlərlə maneələri dəf edərək respublikanın sosialiqtisadi inkişafı ilə bağlı mühüm qərarlar qəbul etməsi, eyni zamanda həyatın müxtəlif sahələrini əhatə edən həmin qərarların operativ şəkildə icrasına nail ola bilməsi ilə respublikamızın sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş mərhələsi başlandı. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Həmin dövrdə respublikamız tikinti meydançasını xatırladırdı. Mərkəzi və yerli əhəmiyyətli sənaye müəssisələrinin, aliorta məktəblərin tikintisi sistemli şəkil almışdı.

Ali təhsil müəssisələrində yeniyeni kafedralar, tədqiqat laboratoriyaları, fakültə və ən zəruri ixtisaslar üzrə kadr hazırlığı bazası yaradılmışdı. 1969–cu ildə respublikamızda 12 ali məktəb və bu təhsil müəssisələrində 105 fakültə, 450 kafedra fəaliyyət göstərirdisə, 1982–ci ildə bu göstərici müvafiq olaraq 17 ali məktəb, 136 fakültə və 530 kafedraya çatmışdı. Bu illər ərzində respublikamızda 5 yeni ali məktəb açılmış, ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 70 min nəfərdən 100 minə çatmışdı.

Həmin dövrdə ulu öndərin ali təhsil sahəsində ən mühüm xidmətlərindən biri də azərbaycanlı gənclərin respublikadan kənarda — SSRİ–nin ən qabaqcıl ali məktəblərində təhsil alması üçün göndərilməsi işinin çox böyük vüsət alması idi.

Heydər Əliyev 1998–ci ilin 31 avqustunda 1970–1987–ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edib, bir çox məqamlara toxunaraq demişdir :

“Mən 1969–cu il iyulun 14–də Azərbaycana rəhbər seçildikdən sonra dərhal birinci növbədə təhsil məsələsi ilə məşğul olmağa başladım. Araşdırma apararkən mənə məlum oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilmişdir. Mən dərhal maraqlandım ki, siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz?

Siyahını aldım çox təəssüfləndim. Orda təhsil alan tələbələrin yalnız 25 faizi milliyətcə azərbaycanlıdır, qalanları başqa millətlərdəndi. Mən bundan çox narahat oldum.

Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri var idi. O vaxt mən 2–3 ildən sonra hər il respublikadan kənara göndərilənlərin 97–98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum. Bu asan bir deyildi. Məsələn, 50 nəfərlik limiti 100 nəfərə çatdırmaq üçün mən nə qədər danışıqlar aparmalı oldum. Bu danışıqlar sadə danışıqlar deyildi. Mən bu barədə təkliflərimi Sovet hökumətinin ən yüksək nöqtəsinə qədər verirdim və hər il artımı təmin edirdimbuna nail olurdum”.

Öz nəzarətinə götürdüyü hər bir məsələ kimi bu problemin həllində də böyük iradə və əzimkarlıq göstərən Heydər Əliyev ali təhsil almaq üçün respublikadan kənara göndərilən gənclərin sayının durmadan artırılaraq bir neçə il ərzində 900–ə, sonralar isə 1400–ə çatdırılmasını bacardı və bununla da öz sözləriylə desək, qarşısına qoyduğu bir çox məqsədlərə nail oldu: “O vaxt mən inanırdım ki, bu təhsil ocaqlarını bitirən məzunlar gələcəkdə Azərbaycanın müstəqilliyini təmin edəcəklər… Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Bəli, o vaxt gəlib çatdı və bu gün Heydər Əliyev Sovet hakimiyyəti dövründə Azərbaycanın gələcək müstəqilliyinə xidmət edəcək kadrların hazırlanmasından ibarət müdrik və uzaqgörən siyasəti öz yerini aldı. Beləliklə, Heydər Əliyev Azərbaycanın gələcəyini qurmaq, gənc nəslin yetişməsi üçün böyük işlər gördü.

Müstəqil dövlətin əsaslarından biri güclü iqtisadiyyat olduğu kimi, digəri də nizami ordudur, Silahlı Qüvvələrdir. Heydər Əliyev hələ Sovet dövründə də bu barədə düşünmüşböyük işlər görməyə nail olmuşdur. Məlum həqiqətdir ki, Sovet dövründə Azərbaycan gəncləri hərbi təhsilə o qədər də meyilli deyildilər. Azərbaycanın gələcəyi üçün yüksək ixtisaslı milli hərbi kadrlara çox böyük ehtiyac olduğunu nəzərə alan Heydər Əliyev 1973– ildə Bakıda general Cəmşid Naxçıvanski adına hərbi təmayüllü xüsusi orta məktəbin açılmasına nail oldu. Məktəb məhz ulu öndərin prinsipiallığı və qətiyyəti sahəsində yaradıldı. Bundan sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunları Bakıda hərbi ali məktəbə güzəştli şərtlərlə qəbul edilməklə yanaşı, SSRİ–nin bir çox nüfuzlu ali məktəb və akademiyalarında hərb sənətinin sirlərini öyrənərək yüksək ixtisaslı peşəkar hərbçi kimi yetişdilər. Bu məsələ Heydər Əliyevin tarixi uzaqgörənliyini bir daha sübut etdi. İllər ötəndən sonra Naxçıvanski hərbi məktəbinin yetirmələri Azərbaycan Silahlı Qüvvələrinin zabitgeneral korpusunun əsasını təşkil edərək suveren Azərbaycan dövlətinin ordu quruculuğunda həlledici rol oynadılar.

Azərbaycan xalqının təkidi ilə 1993– ildə yenidən siyasi rəhbərliyə qayıdan Heydər Əliyevin qarşısında vətənimizi ümumi böhrandan çıxarmaq, siyasi sabitliyə, iqtisadi inkişafa, ordu quruculuğuna, nizamintizama nail olmaq məsələləri ilə bərabər, milli təhsil quruculuğunun həyata keçirilməsi də əsas vəzifələrdən biri kimi öz həllini gözləyirdi. Ümummilli liderimiz bu vəzifənin vacibliyini belə ifadə edirdi: “Azərbaycanın öz müstəqilliyini bərpa etməsi digər sahələrdə olduğu kimi, təhsil sisteminin qarşısında böyük vəzifələr qoymuşdur”.

1999–cu ilin iyun ayının 15–də Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramları təsdiq edildi. Proqram təhsil sahəsində demokratikləşmə və humanistləşdirmə kimi yeni prinsiplərin bərqərar edilməsini nəzərdə tuturdu. Prezident Heydər Əliyev həmin proqramı təsdiq edərkən qarşıda duran məqsədi belə dəyərləndirirdi: “Təhsil sistemindəki islahatın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın. Bu illərdə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Biz bu yolla getsək, Azərbaycandakı təhsil sistemini dünya təhsil sisteminə çatdıra bilərik”.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinə əsaslanır. Respublikamız yeni iqtisadi münasibətlər kursunu götürərək öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə Bolonya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir.

Azərbaycan Texnologiya İnstitutu 1981–ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Təhsil ocağı 1981–ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğı sahəsində inkişaf etmiş, keçmiş İttifaq dövründə ali məktəblər arasında özünəməxsus şərəfli yeri olmuşdur. Hazırladığı mühəndis kadrlar bu gün istehsalatın müxtəlif sahələrində o, cümlədən ali məktəblərdə uğurla çalışırlar. Azərbaycan Texnologiya Universiteti təkcə respublikamızda deyil, bütün Cənubi Qafqaz regionunda yeyinti, toxuculuq, yüngül sənaye, həmçinin əhaliyə xidmət sahələri üçün mühəndis–texnoloqlar, mühəndis–mexaniklər, əmtəəşünaslar və metroloqlar hazırlayan yeganə təhsil ocağıdır. 1981–1984– və 1986–87–ci illərdə tədrisdə qazanılan müvəffəqiyyətlərə görə ATU Azərbaycan SSR–in AliOrta İxtisas Təhsili Nazirliyinin Kollegiyasının qərarı ilə fəxri fərmanla təltif edilmişdir.

1996–cı ildə isə əldə olunan nailiyyətlərə görə “Qran Pri” Beynəlxalq mükafatına layiq görülmüşdür.

Respublikada əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları uğurla həyata keçirilir, universitet iki pilləli (bakalavrmagistr) təhsil sisteminə keçmişdir.

2000–ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılmışdır.

Universitetdə hazırda 4 fakültə, 19 kafedra, 2 elmi–tədqiqat laboratoriyası fəaliyyət göstərir. 17 ixtisas üzrə bakalavr, 19 ixtisas üzrə magistr hazırlanır. Universitetdə 14 nəfər elmlər doktoru, 11 nəfər professor, 93 nəfər elmlər namizədi, 73 nəfər dosent, 127 nəfər baş müəllim çalışır.

Təhsil islahatlarına uyğun olaraq 2000–ci ildən başlayaraq universitetdə tələbələrin biliyi çoxballı qiymətləndirmə sistemi ilə qiymətləndirilir.

1981–ci ildən bu günə qədər universitetdə ölkəmizdə və onun hüdudlarından kənarda çalışan 17000–dən artıq yüksək ixtisaslı kadr hazırlanmışdır.

Bu gün universitetin məzunları yüksək dövlət strukturlarında, sənayenin əsas sahələrində rəhbər vəzifələrdə çalışırlar. Kollektiv onlarla fəxr edir.

Azərbaycan təhsilinin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi yerirolu olan Azərbaycan Texnologiya Universiteti də məhz Heydər Əliyev dövrünün yetirməsidir.

Azərbaycan təhsilinin bugünkü mənzərəsini təhlil edərkən və inkişaf yollarına nəzər yetirərkən hər addımda Heydər Əliyev şəxsiyyətinin izləri ilə qarşılaşır, onun təhsil sahəsinə necə sevgi və həssaslıqla yanaşdığının şahidi oluruq.

Ölkədə qeyrineft sektorunun inkişafı, həmçinin ümumdaxili məhsulun xüsusi çəkisinin artırılması üçün ən yeni texnologiyaların istehsalata tətbiqi qaçılmazdır. Məhz bu zərurətdən son illər ölkəyə yeni texnoloji avadanlıqlar gətirilir və gətirilməkdədir. Belə texnoloji avadanlıqları istehsalata tətbiq etmək üçün isə, bilikli və bacarıqlı texnoloq kadrlara ehtiyac böyükdür.

Universitetimiz respublikada texnoloq kadr hazırlığı ilə məşğul olan yeganə ali təhsil ocağı olduğundan müasir texnoloji tələblərə cavab verə bilən mütəxəssislərin hazırlanması üçün madditexniki baza müasir texnologiyalar hesabına gücləndirilməli, müvafiq kadr potensialı formalaşdırılmalıdı. Bütün bu vacib məsələlərin həlli məqsədilə universitetin tələbə kontingentinintam formalaşmasına nail olmalıyıq. Ona görə də bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. Universitetin ixtisaslar təsnifatına yenidən baxılacaqdır. Respublikamız üçün daha aktualmüasir ixtisaslara üstünlük vermək niyyətindəyik.

Universitetlə dünyanın aparıcı universitetləri və tədqiqat laboratoriyaları arasında dinamik əlaqələrin qurulması, təhsillə istehsalat arasında səmərəli birliyinə nail olunması da həlli vacib məsələlərdəndir.

Dövrümüz yüksək inkişaf və tərəqqi dövrüdür. Dünyada, o cümlədən də ölkəmizdə rabitə və informasiyakommunikasiya texnologiyaları sürətlə inkişaf edir, istehsal və tətbiq sahələri teztez yeniləşir. Fiberoptik kabellərin istehsal texnologiyalarının tətbiqi geniş vüsət alır. Bu istiqamət eyni zamanda istehsalat texnologiyalarının bütün sahələrinə uğurla tətbiq olunur. Universitetimizdə həmin istiqamət üzrə fakültə və kafedraların açılması, müasir İKT yönümlü ixtisasların olması və bu sahənin mobilliyini nəzərə alaraq uyğun şöbələrin açılması məqsədəuyğundur. Yaradılması təklif etdiyimiz fakültə elektron idarəetmə, rabitə qovşaqları və kommunikasiya sistemləri, kompyuter sistemləri və şəbəkələri, istehsalatın avtomatlaşdırılması və İT və proqramlaşdırma kafedralarını əhatə edəcəkdir ki, bütün bunlar da son nəticədə müvafiq sahə üçün yüksək ixtisaslı kadrların hazırlanmasına əlverişli şərait yaradacaqdır.

Ulu öndər qeyd etmişdir ki, Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm sosialiqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə əyani sübutdur. Bütün bunlarla yanaşı, ulu öndər qeyrineft sektorunun inkişafını çox vacib məsələ kimi qarşıya qoymuşdur. Ölkəmizdə qeyrineft sektorunun inkişafı ilə əlaqədar Gəncə və Gəncəətrafı regionda fəaliyyət göstərən və Dövlət Proqramında icrası nəzərdə tutulan əlvan və qara metallurgiya texnologiyaları istiqaməti üzrə kadrların hazırlanması bu gün bizi çox ciddi düşündürən məsələlərdəndir.

Bu sahənin tələbatını ödəmək məqsədilə ilk addım kimi universitetimizdə materialşünaslıq fakültəsinin açılması perspektivi barədə düşünürük.

Gəncənin respublikamızın ikinci sənaye mərkəzi olduğunu nəzərə alsaq, maşınqayırma və avtomobil nəqliyyatı texnologiyaları istiqaməti üzrə kadr hazırlığı məsələsi önə çıxır.

İnkişaf perspektivlərimizdə bu məsələnin vacibliyi də nəzərə alınmışdır.

Ümumiyyətlə, geoloji kəşfiyyat avadanlıqları, turizm texnologiyaları və elektroenergetika texnologiyaları istiqamətləri üzrə kadr hazırlığı probleminin həlli məqsədilə universitetimizdə müasir madditexniki bazanın yaradılması, dövrün inkişaf tələbinə uyğun yüksək ixtisaslı kadr hazırlığı məsələsinin həlli məqsədilə yeni fakültə və kafedraların açılması barədə də düşünürük.

Təhsil ocağımız gəncdir. Kollektivimiz özünü ulu öndər Heydər Əliyevin yetişdirməsi hesab edirbununla qürur duyur. Hazırda ən böyük istəyimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubiley tədbirlərini çox yüksək səviyyədə, ulu öndərin adına layiq nəticələrlə qarşılamaqdır. Yubiley tədbirlərinə xeyli əvvəldən başlanmışdır. Kollektivdə o böyük şəxsiyyətin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi və gənclər arasında təbliğ olunması məqsədilə silsilə elmipraktik konfranslar, müşavirələr keçirilmişbu proses uğurla davam etdirilir. Universitetimiz yubiley münasibətilə keçirilən iməciliklərdə də həvəslə iştirak edir. Şəhərimizin müxtəlif yerlərində minlərlə ağacgül kolu əkmişik.

Yubileyə hazırlıq tədbirləri uğurla davam edir. Təhsil ocağımızın hər bir üzvü əmindir ki, 90 illik yubileyini böyük iftixar hissi və təntənə ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin siyasi kursunu çox böyük bacarıq və ləyaqətlə reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gələcək uğurlarını da təmin edəcəkdir.

 

 

Akif SÜLEYMANOV

Azərbaycan Texnologiya

Universitetinin rektoru,

texnika elmləri doktoru,

professor.

 

Respublika.-2013.-10 may.-S.13.