XALQA BAĞIŞLANAN ÖMÜR

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını əhatə edən xalqa bağışlanan ömür yolu müasir Azərbaycan tarixinin tərkib hissəsidir.

Heydər Əliyevin dövlət və ictimai siyasi fəaliyyətinin bütün mərhələlərində siyasi lider kimi təşkilatçı–yenilikçi istedadı və bacarığı parlaq surətdə təzahür etmişdir. Heydər Əliyev Azərbaycan iqtisadiyatının və mədəniyyətinn bütün sahələrində proqramın dəyişikliklərinin mükəmməl sistemini yaratmış və həyata keçirmişdir. Ölkəmiz üçün tamamilə yeni olan bir sıra xalq təsərrüfatı sahələrinin yaradılması, irimiqyaslı tikinti və sənaye obyektlərinin istifadəyə verilməsi, fundamental və tətbiqi elmlərin inkişafı sahəsində nəhəng sıçrayışlar xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir.

Xüsusən ötən XX əsrin 70–80–ci illərində böyük quruculuq və inkişaf mərhələsi keçmiş müasir Azərbaycanın uğurları, qazandığı nailiyyətlər gənc yaşlarından xalqına xidmət yolu tutmuş, həyatının uzun bir dövrünü Azərbaycana rəhbərlik etmiş və ölkəmizi müstəqillik yolu ilə inamla irəliyə doğru aparmışdır.

1969–cu il iyul ayının 14–də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyevin həyat yolu ötən əsrin ikinci yarısında ölkəmizin keçdiyi tərəqqi yolunun səhifələri müasir və müstəqil Azərbaycan tarixi ilə sıx bağlıdır.

Azərbaycana 14 il rəhbərlik etdikdan sonra SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dövründə də, ədalətsiz təqiblərə məruz qaldığı illərdə də, 90–cı ilin əvvəllərində blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının sədri olanda da, olum və ya ölüm təhlükəsi qarşısında qalmış Azərbaycanı 1993–cü ilin fəlakətindən qurtaranda da Heydər Əliyev yalnız vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi ilə, qurub–yaratmaq amalı ilə yaşamışdır.

Tarixdən məlumdur ki, hər bir ölkənin qüdrəti həmin öləkənin iqtisadi inkişaf göstəriciləri ilə müəyyyən edilir. Bu gün Azərbaycan dövlətinin ölkəmizdə və beynəlxalq aləmdə əldə etdiyi ən mühüm nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi strateji xəttin məntiqi nəticəsidir.

Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1969–1980–ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində, elmin və mədəniyyətin inkişafında, xalqın həyat səviyyəsinin yüksəlməsində böyük müvəffəqiyyətlər əldə olunmuşdur.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi müddətində sənayenin kompleks inkişafına xüsusi diqqət yetirilmişdir. Əgər 1969–cu ildə Azərbaycanda fəaliyyət göstərən sənaye obyektlərinin sayı 735 idisə, 1982–ci ildə bu göstərici artaraq 1048–ə çatmışdı. Keçmiş İttifaqda ən iri məişət kondisioneri zavodu, neft emalı üzrə güclü qurğu, Sumqayıt Kompressorlar zavodu, Bakı və Mingəçevirdə iri panelli ev tikmə kombinatları, Salyanda plastik kütlə emalı, Masallıda keramika çınqıl zavodları, Ələtdə ağac emalı kombinatı, Sumqayıt üst trikotaj və xovlu iplik, Yevlaxda yunun ilkin emalı, Bakı və Xankəndidə ayaqqabı fabrikləri, Bakıda şampan şərabları, Xırdalanda ət emalı zavodları və bir çox başqa iri sənaye müəssisələri bu illərdə inşa edilərək istifadəyə verilmişdir.

Ötən əsrin 80–ci illərinin ortalarından başlayaraq respublikamızda kriminogen vəziyyət siyasi səriştəsizlik ucbatından pisləşməyə başlamış, cinayətkarlıq halları sürətlə artmışdır. Dövlət orqanlarının kəsərsizliyindən və qətiyyətsizliyindən hüquq–mühafizə güc strukturlarının fəaliyyətsizliyindən və iflic vəziyyətə düşməsindən istifadə edən cinayətkar ünsürlər əslində yaranmış vəziyyətə tam nəzarət edərək özbaşınalıq edirdilər.

Ölkədə müharibə getdiyi bir şəraitdə daxili kriminogen ünsürlərə qarşı mübarizə, ictimai–siyasi sabitliyin təmin edilməsi təxirəsalınmaz başlıca vəzifə kımi dövlət orqanlarının qarşısında dururdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildikdən sonra, həmin gün— 15 iyun 1993–cü ildə Milli Məclisdə etdiyi tarixi çıxışında müasir Azərbaycan dövlətinin düşdüyü tarixi şəraitə uyğun olaraq daxili vəziyyətin sabitləşdirilməsi, bu dövlətin möhkəmləndirilməsi, müasir Azərbaycan dövlətinin quruculuğunun yaxın və geostrateji xəttini müəyyən edən tezislərlə çıxış edərək xalqla birlikdə tarix üçün çox qısa zaman kəsiyində müasir Azərbaycan dövlətinin quruculuğuna nail olmuş, ölkədə daxili sabitlik təmin edilmişdir.

Ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olması məsələsi də xalqımızın ümummilli lideri Heydər Əliyevin əhəmiyyət verdiyi əsas məsələlərdən olmuşdur. Ölkə Prezidenti kimı Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətləri kimi qarşıya qoymuşdur. Xalqımızın ümummilli lideri ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanda qeydiyyatdan keçirilmiş partiyaların, o cümlədən müxalifət partiyalarının sayı xeyli artmışdır. Hazırda ölkəmizdə onlarca partiya qanuni fəaliyyət göstərir. Dövlət qeydiyyatından keçmiş partiyaların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Ümummilli lider Heydər Əliyev daima xalqımızın mənəvi dəyərlərinə böyük ehtiramla yanaşmış, dövlət başçısı kimi bayram və mərasimlərin dövlət səviyəsində qeyd olunması, tarixi və milli ənənələrimizin qorunub saxlanılması iiçün mühüm tədbirlər görmüşdür. Bu dövrdə ölkəmizdə onlarca məscid və digər ibadətgahlar tikilmiş, dini tədris müəssisələri, mədrəsə və ilahiyyət fakültələri açılmışdır. Vaxtilə ifrat bolşevik amansızlığı ilə partladılmış Bibiheybət məcsid–ibadətgahı bərpa olunmuşdur. Bu ibadətgahın bərpa edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin milli–mənəvi dəyərlərimizə nə qədər böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə fəaliyyət göstərən xristian və yəhudi dini icmalarına da diqqət və qayğısını əsirgəməmişdir. Heydər Əliyev 1993–cü ilin oktyabr ayında keçirilən andiçmə mərasimindəki nitqində çoxmillətli respublikamızın bütün sakinlərinin bərabər hüquqlara malik olduğunu bəyan edərək milli azlıqların hüquqlarının qorunması sahəsində mühüm tədbirlərin işlənib hazırlanaraq həyata keçirilməsini təmin etmişdir.

Xalqımızın milli sərvəti olan ana dilinə daim qayğı göstərməsi haqlı olaraq Heydər Əlıyevin böyük tarixi xidmətlərindən sayılır. Həmin qayğı və diqqət Heydər Əliyevin prezidentlik fəaliyyəti dövründə özünü daha qabarıq göstərmişdir. Ana dilimizin doğma adı bərpa olunmuş. “Azərbaycan dili” ifadəsi öz yerini tutmuşdur. Bu dövrdə Azərbaycanın dahi söz ustalarının, görkəmli şair və yazıçılarının, incəsənət xadimlərinin yubileylərinin keçirilməsi xalqımızın milli–mədəni irsinin qorunmasında, təbliğində və inkişafında mühüm rol oynamışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün qarşıda duran əsas vəzifələri ümumiləşdirərək demişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütöviüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq—bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.

Dövlət quruculuğu ümummilli lider Heydər Əliyevin daimi diqqət mərkəzində olmuşdur. Müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycanda mövcud olmuş hakimiyyət orqanları keçmiş sovet strukturlarını kor–koranə təkrarlayırdı. İcra orqanlarında tam nizamsızlıq hökm sürürdü. Dövlət hakimiyyətinin bölünməsi prinsipi sözdə elan edilsə də əslində onun qanuni hüquqi əsası təsbit olunmamışdır. Müstəqil dövlətin yeni Konstitusiyasına ehtiyac var idi.

Demokratik ölkələrdə dövlət hakimiyyətinin bölünməsi prinsipini nəzərə alaraq 1991–ci il oktyabr ayının 18–də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildir. Milli suverenliyi bərpa edən Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ilk mühüm addım 1995–ci ildə ölkənin Əsas Qanununun —Konstitusiyasının qəbul edilməsi oldu.

Konstitusiyada ölkəmizdə hüquqi dövlət quruculuğu sayəsində gələcək inkişaf yolları müəyyən edildi, hakimiyyət bölgüsü dəqiq ifadəsini tapdı. Azərbaycan dövləti İnsan Hüquqları və azadlıqlarının müdafiəsini özünün ali məqsədi olduğunu bütün dünyaya bəyan etdi. Ölkənin əsas qanunu qəbul edildikdən sonra hüquqi islahatların həyata keçirilməsi zəruri amilə çevrildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatlar nəticəsində cəmiyyətin demokratik inkişafı təmin edildi. İlk növbədə ölkə vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində siyasi, iqtisadi və mədəni təminatlar yaradıldı, qanunun aliliyinin hər kəs tərəfindən qorunması ilə əlaqədar zəruri tədbirlər görüldü.

Bu islahatların nəticəsi olaraq hər bir ölkə vətəndaşının şəxsiyyət azadlığı və toxunulmazlığı, eləcə də müstəqil hakim korpusunun formalaşdrılması nəticəsində məhkəmələrin müstəqilliyi təmin olundu.

Bu məqsədlə müasir cəmiyyətin standartlarına uyğun olaraq ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf seçkilər yolu ilə müstəqil hakim korpusu formalaşmışdır. Eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilmiş qanunların tələbinə uyğun olaraq dövlət hakimiyyəti sistemində məhkəmələrin rolu yüksəlmişdir. Həyata keçirilmiş hüquqi islahatların məntiqi nəticəsi olaraq ötkəmizin vələndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasına konstitusion əsaslarla təminat verilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizdə insan hüquqlarının müdafiəsinə və bununla bağlı müvaflq mexanizmlərin təkmilləşdirilməsinə dair Dövlət Proqramı həyata keçirilmişdir. 1993–cü ildə ölkəmizdə ölüm hökmünün icrası dayandırlmış, daha sonra isə onun tətbiqi məhdudlaşdırılmışdır. 1998–ci il fevral ayının 10–da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. 1993–cü ildən başlayaraq Əfv etmə institutu bərpa edilmiş və hazıradək minlərlə insan əfv edilərək cəzalardan azad olunmuş, aministia aktları tətbiq edilmişdir.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasının məntiqi nəticəsi olaraq müasir Azərbaycan dövlətinin iqtisadi və siyasi baxımdan inkişafı təmin edilmiş, dövlət quruculuğu prosesinin uğuruna kimi ilk növbədə məhz hüquqi islahatlar davamlı olaraq həyata keçirilmişdir.

Belə ki, müstəqilliyin ilk illərində ölkəmizdə hüquq sisteminin hansı vəziyyətdə olduğu və mövcud qanunların işləmə mexanizminin iflic vəziyyətə düşdüyü bir şəraitdə respublikamızın sözün əsl mənasında dünyəvi və demokratik dövlətə çevrilməsi və bu məqsədlə hüquqi islahatların nə dərəcədə uğurla reallaşdırılmasından asılı idi. Belə bir şəraitdə öz müstəqilliyini elan etmiş müstəqil Azərbaycan dövlətinin yaşaması üçün mükəmməl hüquqi bazanın yaradılmsı zərurəti yaranmışdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın hüquqi və siyasi, eyni zamanda iqtisadi baxımdan inkişafının sürətləndirilməsində və qanunvericilik bazasının yaradılmasında mühüm rol oynamışdır.

Hüquqi islahatıların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə xüsusi hüquqi islahat komissiyası yaradılmışdır.

Xüsusi hüquqi islahat komissiyası tərətindən qısa zaman kəsiyində qanunvericilik bazasının yaradılması məqsədilə ölkəmizın gələcəyi üçün son dərəcə vacib və əhəmiyyətli olan qanunlar layihəsi hazırlanmış və bu qanunlar Azərbaycan Respublikasının Milli Məclisi tərətindən qəbul edilmişdir. Bu qanunların qəbul edilməsinin və tətbiqinin məntiqi nəticəsi olaraq ölkədə baş verən özbaşnalığa son qoyulmuş, dövlət orqanlarının xalqımıza xidmət etmək məqsədilə fəaliyyəti üçün normal şəraitin yaradılması təmin edilmiş, nəticədə ölkəmizdə demokratik hüquqi dövlət yaradılmışdır.

Eləcə də qanunvericilik aktları dövlətlə vətəndaşlar arasındakı münasibətlərdə qanunun aliliyinə, həmçinin insan ləyaqətinə hörmətin təmin olunmasına hüquqi müstəvidə təminat vermişdir.

Məhz bunun nəticəsidir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ötən illər ərzində ölkəmizdə aparılan məhkəmə–hüquq islahatı nəticəsində insan hüquqlarının əsl təminatçısına çevrilən yeni məhkəmə sistemi yaradılmış, hakimlərin ən layiqlilərinin seçilməsi üçün ölkə Prezidenti yanında Məhkəmə–Hüquq Şurası təsis edilmişdir. Məhkəmə–Hüquq Şürasının səmərəli fəaliyəti nəticəsində hakimlərin yeni və dünya standartlarına uyğun qaydalar əsasında seçilməsi təmin edilmiş, aparılmış hüquqi islahatlar nəticəsində hakim korpusunun 60 faizdən çox tərkibi yeniləşmişdir.

Eləcə də vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən üçpilləli müstəqil məhkəmə hakimiyyəti sistemi tam bərqərar edilmişdir. Konstitusiya Məhkəməsinin yaradılması isə ümumiyyətlə Azərbaycanda aparılan hüquqi islahatların uğurlu göstəricilərindən biri kimi qiymətləndirilməlidir.

Ölkəmizdə aparılan hüquqi islahatların nailiyyətlərindən danışarkən nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanda bu proses yalnız yeni və müstəqil dövlət quruculuğunun həyata keçirilməsi zərurəti ilə şərtlənirdi, həm də tamamilə fərqli bir ictimai informasiyaya keçidin əsaslarını müəyyənləşdirdi. Bazar iqtisadiyyatı və demokratiya kimi mürəkkəb anlayışların ictimai həyatımıza nüfuız etdiyi bir vaxtda uzun illər totalitar cəmiyyətin təsiri altında yaşamış Azərbaycan üçün insan hüquqları, söz azadlığı, siyasi plüralizm ideyalarını qəbul etməyə qərar vermiş bir cəmiyyətin hüquqi modelini yaratmaq əlbəttə ki çətin bir məsələ idi. Problemin səciyyəvi keyfiyyəti təkcə onda deyildi ki, bu ideyaların reallaşdırılması ciddi maneələrlə qarşılaşırdı və cəmiyyət onların uğur gətirəcəyinə tam şəkildə əmin deyildi. Məsələnin çətinliyi həm də onda idi ki, bir çox hallarda insanlar bu yeniliklərin mahiyyətini təhrif olunmuş formada qavrayırdılar.

İlk anlar bəziləri demokratiyanı anarxiya kimi başa düşür, insan hüquqları anlayışı qeyri–məhdud azadlıq kimi qavranılırdı. Bütün bunlar isə islahatların sürətləndirilməsinə mane olurdu. Lakin çətinliklərə baxmayaraq, Azərbaycan bütün bu problemləri öz milli lideri Heydər Əliyevin qətiyyətli və ardıcıl siyasəti sayəsindo arxada qoydu. Kollektiv mülkiyyətin ləğvi, xüsusi mülkiyyətin bərqərar olunması da hüquq sisteminə yeni məzmun verdi. Bu baxımdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qəbul edilməsi xüsusi bir mərhələnin başlanğıcı kimi tarixə düşdü. Bu Məcəllə Azərbaycan vətəndaşının mülkiyyət hüququnun toxunulmazlığına təminat verməklə yanaşı, həm də yeni növ iqtisadi münasibətlərin bərqərar edilməsinə şərait yaratmış oldu.

Mülki Məcəllədə azad mülkiyyət münasibətlərinə keçidin uğurla baş tutmasını təmin edən hüquqi mexanizmlərin nəzərdə tutulması bazar iqtisadiyyatının bərqərar olması üçün geniş imklanlar açdı. Bütün bu qeyd olunan məqamlar Azərbaycanda hüquqi–demokratik dövlət quruculuğu prosesinin mühüm detallarını özündə ehtiva edir və onların hər biri müasir dövlət quruculuğu prosesinin vacib mərhələləri kimi qəbul edilməlidir.

2001–ci il yanvarın 1–də qüvvəyə minmiş Vergi Məcəlləsi də Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi əhəmiyyət daşıyan normativ hüquqi aktdır. Bu Məcəllədə bir sıra yeniliklər öz əksini tapmışdır ki, bu yeniliklərin əksəriyyəti vergi yükünün ədalətli şəkildə bölünməsinə, vergilərin ödənilməsində fiziki və hüqüqi şəxslərin hər birinə münasibətdə obyektiv qaydaların tətbiqinə imkan yaratmışdır.

Azərbaycan Respubliksaının Cinayət Məcəlləsi də ölkəmizdə ictimai–siyasi sabitliyin qorunmasına, cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsinə xidmət edən mühüm hüquqi aktlardan biridir. Bu Məcəllə cinayətkaıların cəzalandırılmasının daha mükəmməl və effektli, eyni zamanda insan hüquqlarının qorunması prinsipinə əsaslanan mexanizmləri özündə ehtiva edir.

Fikrimizcə, hüquqi islahatlar içərisində penitensiar sistemin təkmiliəşdiriliməsi ilə bağlı görülən işlər xüsusi qeyd olunmalıdır. Bütün dünayada qəbul olunduğu kimi məhbusun da öz hüquqları var və bu hüquqlar qanunla qorunmalıdır. Məhbus insanlıqdan yox, azadlıqdan məhrum edilmişdir.

Bu baxımdan Penitensiar sistemin islahati böyük zərurət yarandığından bu illər ərzində dövlət orqanları tərəfindən məhbusların saxlanması şəraitini yaxşılaşdırması və penitensiar müəssisələrin idarə edilməsini təkmilləşdirmək məqsədilə mühüm qanunvericilik aktları qəbul edilmişdir. Bu sahədə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan hökuməti arasında 1998–ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanındəstəklənəsi və müdafiəsi sahəsində birgə layihə haqqında” memorandum böyük əhəmiyyətə malikdir. Həmin memoranduma görə, insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, ədliyyə idarəetməsinin gücləndirilməsi mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində BMT Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.

Konstitusiyada təsbit edilmiş hüquqların həyata kcçirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bir sıra mühüm qanunlar qəbul olunmuş və çevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir, Bü müddət ərzində “Kütləvi informasiya vasitələri haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” və s. qanunlar qəbul edilmiş, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə”, “Uşaqların, qadınların və azsaylı xalqların hüquqlarının müdafiəsinə dair”, “Müharibə veteranları və əlillərin, aztəminatlı ailələrin hüquqlarının müdafiəsinə dair” Dövlət proqramları işlənib hazırlanmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ümumxalq səsverməsi (referendum) keçiilməsi haqqında” 22 iyun 2002–ci il tarixli fərmanı zəruri hüquqi addım kimi dəyərləndirildi. Ölkə Prezidentinin bu fərmanı bütün ictimaiyyət tərəfindən böyük siyasi fəallıq şəraitində qarşılandı və 2002–ci il avqustun 24–də keçirilən referendum yolu ılə ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər qəbul edildi. Bu dəyişikliklərə əsasən hər bir vətəndaş pozulmuş hüquq və azadlıqlarının qorunması, onu narahat edən digər problemlərin həlli ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət hüququ əldə etmiş və bu hüquqların konstitusion yolla daha səmərəli müdafiəsi imkanı yaradılmışdır. Bu dəyişikliklər içərisində ölkə praktikasında yeni struktur olan insan hüquqları üzrə müvəkkil—Ombudsman İnstitutunun fəaliyyəti, Ombudsmanın seçilmə mexanizmi, Ombudsmanın sorğu vermək, müraciət etmək hüququ da müəyyənləşdirilmişdir. Hazırda Ombudsman İnstitutu ölkəmizdə İnsan və vətəndaş hüquqlarının qorunması sahəsində Konstitusion hüquqlara malikdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılmış genişmiqyaslı işlər onun siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli surətdə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə aparılan hüquqi islahatlar nəticəsində demokratik dövlət quruculuğu prosesi, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması prosesi uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq aləmdə tutduğu mövqeyi günü–gündən möhkəmlənir, ölkəmizdə aparılan demokratik islahatlar dərinləşir, xalqımızın maddi rifah halı günü–gündən yaxşılaşır.

 

 

Hüseyn NƏBİYEV,

Sumqayıt Apelyasiya

Məhkəməsinin hakimi.

 

Respublika.-2013.-10 may.-S.19.