Tariximizin parlaq səhifəsini yaradan böyük şəxsiyyət

 

Ölkəmiz getdikcə güclənir, regionun ən inkişaf etmiş dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqlinüfuzlu yerini daha da möhkəmləndirir. Bu vüsətli və davamlı yüksəliş xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və gerçəkləşdirdiyi dövlət quruculuğu xəttinin ardıcıllıqla və uğurla davam etdirilməsinin nəticəsidir.

Bismarkın belə bir kəlamı vardır: “Şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığmazdır. Xalq öncə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır”. Ona görə də Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi görkəmli bir şəxsiyyəti vardır.

Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, əbədi olması, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yerini tutması ümummilli liderimiz Heydər Əiyevin ən böyük arzusu idi.

Böyük qürur hissi və fəxrlə “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bugünü və sabahı ilə yaşamışam” söyləyən ulu öndərimiz Heydər Əliyev, həqiqətən də, xalqımızın müdrik və əvəzsiz lideri idi. Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövr ərzində istər bir azərbaycanlı, istərsə də onun lideriPrezidenti kimi bu böyük şəxsiyyətin həyat amalı yalnız bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi–mənəvi inkişafına xidmət olub. Özünün dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqına arxalanıb.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi o dövr quruculuq və yaradıcılıq salnaməmizə ən parlaq səhifələr kimi daxil olub. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi hələ 70–80–ci illərdə təməli qoyulmuş güclü sosialiqtisadi bazayaintellektual potensiala söykənir. Məhz o illərdə ölkəmizin gələcəyi üçün çox mühüm addımlar atılıb. İnfrastruktur yeniləşib, neft sənayesi yenidən qurulub, nəhəng kimyaneftkimya, qara və əlvan metallurgiya, maşınqayırma müəssisələri yaradılıb, elmi–mədəni tərəqqiyə nail olunub, ölkəmizin iqtisadi, sosial, elmitexniki potensialı möhkəmləndirilib.

Bununla da böyük öndərimiz hələ siyasi rəhbərliyinin birinci mərhələsində yeni inkişaf strategiyasını müəyyənləşdirib və az vaxtda onu həyata keçirib.

Əgər biz yaxın tariximizə bir daha nəzər salsaq, onun hər hansı dövrünü vərəqləsək, görərik ki, Heydər Əliyev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanan müdrik el ağsaqqalı olub. 90–cı illərin əvvəlləri, xüsusən də müstəqilliyimizin ilk illəri başımıza gələn müsibətlər hamımızın yaxşı yadındadır. Ölkə od tutub yanırdı. Bir tərəfdə Ermənistanla müharibədəki ağır məğlubiyyət, digər tərəfdə isə xaos, hərc–mərclik, hakimiyyət və kreslo uğrunda çəkişmələr Azərbaycanı məhvə, uçuruma sürükləyirdi. O çətin, ağır dövrlərdə də xalqımız həmişə öz böyük və sədaqətli oğlu Heydər Əliyevi arzulayıb, təkidlə onu hakimiyyətə çağırıb.

Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin–amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı ölkəyə, xaricidaxili investorlar üçün isə əlverişli imkanlar açan hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir. Fəlakət qarşısında qalan Azərbaycan güclü ümummilli liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtulmuş, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrilmişdir. Dünya siyasətçiləri arasında öz yeri olan ulu öndərimiz böyük nüfuzusiyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə belə bir nüfuz qazandırmağa nail olmuşdur. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq, öz dövlətini qurmuş və möhkəmləndirmişdir. Xalq öz dilinə, adət–ənənəsinə, tarixinə və mədəniyyətinə sahib çıxıb öz təbii sərvətlərinin yiyəsi oldu. Xalqın milli ruhutarixi yaddaşı, əlifbası özünə qayıtdı.

Azərbaycan dövlətçiliyinin qurulması, milli müstəqilliyimizin və milli azadlığımızın, milli dəyərlərimizin qorunub saxlanması, ölkəmizdə hüquqi, demokratik dövlətin, milli ordunun formalaşması, ictimaisiyasi, makroiqtisadi, makro–maliyyə sabitliyinin bərqərar olması, cəmiyyətin bütün sahələrində köklü islahatlar aparılması, “Əsrin müqaviləsi”nin bağlanması, tarixi İpək yolunun bərqərar olması istiqamətində aparılan işlər, sahibkarlıq fəaliyyətinin genişlənməsi, ölkəmizə investisiya qoyuluşunun geniş vüsət alması, Neft Fondunun yaradılması, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Heydər Əliyevin adı ilə bağılıdır.

Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Bu gün həmin hadisələrin fonunda Heydər Əliyev dühasının qüdrəti, əzəməti aydın duyulur. Bizindiki nəsil ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərinin bilavasitə iştirakçılarıyıq.

Sabitlik, təhlükəsizlik və tərəqqi ümummilli liderimizin dövlət siyasətinin əsasını təşkil edirdi. 1993– ildən başlayaraq sözün həqiqi mənasında sıçrayışlı inkişaf dövrü keçib. Daxilixarici siyasətdə, demokratiya yolunda, iqtisadisosial, mədəni sahələrdə, ordu quruculuğunda olduqca böyük irəliləyişlər, köklü dəyişikliklər baş verir. Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübəsindən və dəyərlərindən bəhrələnərək, inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi siyasi plüralizm prinsiplərini rəhbər tutaraq Avropanın, dünyanın qüdrətli dövlətlərilə çiyin–çiyinə fəaliyyət göstərir.

Böyük öndərimizin işləyib hazırladığı və mərhələ–mərhələ reallaşdırdığı milli neft strategiyası ölkəmizə uğurlar gətirib. Neft amilini müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın digər sahələrinin tərəqqisi, xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitə və ən əlverişli mənbə adlandıran böyük öndərimiz tam əmin idi ki, biz bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevriircəyik. İndi bu arzular da çin olub. “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin fəaliyyətə başlaması iqtisadi dividendlər gətirməklə yanaşı, Azərbaycanı regionun lider dövlətinə, siyasi güc mərkəzlərindən birinə çevririb. Təsadüfi deyil ki, bu gün həmin neft kəməri ümummilli liderimizin adını daşıyır. Müstəqilliyimizin 20 illiyi ölkəmizin tarixinə qlobal islahatlar, abadlıq, quruculuq işlərinin geniş vüsət alması, xarici siyasətdə qazanılan sanballı nəticələrlə yadda qalıb. Sosialiqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi artım tempinə, adam başına qoyulan xarici sərmayənin həcminə görə dünyada ön sıralardadır. Regionda həyata keçirilən irimiqyaslı və dünya əhəmiyyətli layihələrin hamısı Azərbaycanın razılığı və bilavasitə iştirakı ilə reallaşır. Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür. Qərbi Avropaya inteqrasiya ümummilli liderimizin müəyyənləşdirdiyi strategiyaya uyğun şəkildə həyata keçirilir. Azərbaycan öz qapılarını Qərbin, o cümlədən ABŞ kimi böyük dövlətin üzünə acmaqla onların regionda baş verən hadisələrə təsir imkanını çoxaldıb.

Ulu öndərimizin zərgər dəqiqliyi ilə işlənmiş və uğurla həyata keçirilən xarici siyasəti Azərbaycanı Türkiyə, ABŞ, Rusiya kimi dövlətlərlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Ölkəmiz dünyada gedən antiterror koalisiyasında fəal iştirak edir. Avropa Birliyi və NATO kimi çox nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurub. Bir sözlə, Heydər Əliyevin hakimiyyəti illərində insan hüquq və azadlıqlarının müdafiəsi, əhalinin əmək və sosial hüquqlarının təmin olunması istiqamətində ardıcıl addımlar atılıb.Ölkəmizdə beynəlxalq standartlara uyğun qanunvericilik sistemi bazar iqtisadıyyatı prinsiplərinə uyğunlaşdırılıb, sahibkarlığın inkişafına geniş meydan açılıb.

Heydər Əliyev zəmanəsinin həm də böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi bütün dünyada 50 milyondan çox azərbaycanlının həmrəyliyi üçün möhkəm zəmin yaradıb. İndi müstəqil Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının istinad və cazibə mərkəzinə, onların ümid və məhəbbətlə üz tutduqları müqəddəs məkana çevrilmişdir.

Əhalinin məşğulluğunun təmin olunması, işsizlik probleminin həllində də məqsədyönlü tədbirlər görülür. Getdikcə daha geniş vüsət alan quruculuq–abadlıq işləri bu problemin həllinə də güclü stimul verir. Bu proses bütün ölkəmizi əhatə edib. İndi bölgələrimizdə də ən müasir infrastruktur qurulur, diaqnostika mərkəzləri, məktəblər, idman kompleksləri tikilib istifadəyə verilir.

Əsası ulu öndərimiz tərəfindən qoyulan inkişaf möhtərəm Prezidentimizin rəhbərliyi ilə uğurla dava etdirilir. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, hər bir ölkədə aztəminatlı ailələrə, o cümlədən əlillərin məişət problemlərinin həllinə vəsait ayrılır. Onlar maddi yardımlarla yanaşı, pulsuz mənzillərlə, maşınlarla təmin olunurlar. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən işləri minnətdarlıqla qeyd etmək lazımdır. Yeniləşən məktəblər layihəsi, əlillərin reabilitasiyası ilə bağlı tədbirlər, internatların, uşaq evlərinin təmir olunması, əlillərə yaradılan imkanlar onun əvəzsiz xidmətlərindəndir. Fondun gözdən əlillərlə bağlı xüsusi layihələri də uğurla reallaşdırılmaqdadır. İKT–yə gözdən əlillər layihəsinin qoşulması layihəsi bu gündavam edir.

Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını canından çox sevirdi, ona şərəflə xidmət etmək onun həyat amalı idi. Xalqın ən müxtəlif təbəqələri ilə görüşləri, dediyi hər bir söz, hər bir kəlam dinləyici auditoriyasına tükənməz impuls verirdi, onlarda sabahkı günə ümid, inam yaradırdı. Ona görə ki, millətin öncül zəka sahibi, istedadlı natiqi xalqın dərd–səri ilə, arzu–istəyi ilə yaşayır, nəfəs alır, bu istəyi yerinə yetirməyi özünün müqəddəs borcu bilirdi. Xalq da bu fədakarlığa eyni tərzdə məhəbbətlə cavab verirdi.

Heydər Əliyev sözün həqiqi mənasinda böyük insan, xalqın ümummilli lideri idi. Onun keçdiyi mənalı həyat yolu əslində, vətənə, xalqa sədaqətlə xidmət nümunəsidir. Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin yaradıcısı olaraq Türkiyə xalqının yaddaşında əbədi qaldığı kimi, Heydər Əliyev də müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu kimi Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq, onun xeyirxah əməlləri, Vətənə, millətə olan məhəbbəti qədirbilən xalqımız tərəfindən daim xatirlanacaq və əziz tutulacaq, gələcək nəsillər üçün örnək olacaqdır.

 

 

Səmiyar Abdullayev,

Respublika Gözdən Əlillər

Cəmiyyətinin prezidenti.

 

Respublika.-2013.-10 may.-S.19.