Azərbaycan sürətli inkişaf dövrünü yaşayır

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013– ilin birinci rübünün sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qazanılan nailiyyətləri qeyd etmiş və inkişafı daha da sürətləndirmək üçün müvafiq istiqamətləri müəyyənləşdirmişdir. Dövlət başçısı öz nitqində iqtisadi inkişafın davamlı xarakter aldığını bildirmişdir: “Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyrineft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyrineft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır… Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neftqaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır”.

Göründüyü kimi, Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin qətiyyət və bacarıqla davam etdirdiyi strateji kursun əsas məqamlarına diqqət etsək, davamlı tərəqqinin mahiyyətini aydın görə bilərik. Məlumdur ki, sosial inkişafın əsasında iqtisadi tərəqqi dayanır. İqtisadi inkişaf da dövlətlərin qarşılıqlı səmərəli əməkdaşlıqlarının nəticəsində meydana gəlir. Heç bir dövlət öz–özlüyündə inkişaf edə bilməz. Birgə əməkdaşlıq isə düşünülmüş siyasət, iqtisadi maraqların uzlaşdırılması nəticəsində səmərəli ola bilər. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasəti şəffafdır, açıqdır, səmimidir. Dünyada sülhün, sabitliyin qorunmasına və sosialiqtisadi inkişafa xidmət edir. Aydındır ki, Azərbaycanda həyata keçən nəhəng beynəlxalq iqtisadi layihələr təkcə ölkəmizin maraqlarına xidmət etmir. O, həm də bu infrastrukturla bağlı neçə–neçə dövlətin iqtisadiyyatının dirçəldilməsinə və tərəqqisinə yardım edir. Hər bir belə layihə sosialiqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də siyasiiqtisadi əlaqələrinin güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın genişlənməsində və güclənməsində öz səyini əsirgəmir. Azərbaycan hazırda dünyanın ən islahatçı və dinamik inkişaf edən ölkələrindən biridir. Qazanılmış bu müvəffəqiyyətin əsasında isə elmipraktiki əsaslarla ölçülüb–biçilərək hazırlanmış, daxilixarici siyasiiqtisadi amillər nəzərə alınmaqla, gələcək perspektivlərə hesablanmış dövlət proqramları dayanır. Bu uğurun səbəblərindən biri də reallaşmış layihələrin digərlərinin həyata keçirilməsinə təkan verməsi, həm də ümumi inkişafa bağlı olmasıdır.

Qlobal iqtisadi böhran davam edir. Dünyanın ən inkişaf etmiş ölkələri bu tənəzzüldən qaça bilməyib. Lakin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu böyük uğur bacarıqla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişaf tempi ilə dünya ölkələrini, nüfuzlu beynəlxalq qurumları ekspertləri belə heyrətləndirməkdədir. Milli mənafeləri nəzərə almaqla düzgün, beynəlxalq siyasi–iqtisadi təhlilə, əlaqə əməkdaşlığın genişlənməsinə önəm verərək ölkənin geosiyasi mövqeyindən istifadə edən onu möhkəmləndirən, siyasi, iqtisadi, sosial layihələri elmi–təcrübi əsaslandırmalarla həyata keçirən dövlət, təbii ki, davamlı sabit inkişafa nail ola bilər. Azərbaycanda gedən inkişafa diqqətlə nəzər yetirdikdə dediklərimiz dərhal nəzərə çarpır. Məsələ ondadır ki, ölkə rəhbərliyi iqtisadiyyatın çoxsahəli çoxşaxəli inkişafına çalışır.

Qazanılan nailiyyətlərdə özəl sektorun olduqca böyük rolu var. Müasir Azərbaycanda sahibkarlığın inkişafı üçün çox mühüm lazımi addımlar atılır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində gələn gəlirlərin qeyri–neft sektoruna yönəldilməsi ölkənin bütün regionlarında iqtisadiyyatın şaxələndirilməsinə davamlı inkişafa səbəb olub. Prezident İlham Əliyev dövlətin sahibkarlığın inkişafı üçün qayğı səyini əsirgəmədiyini xüsusi qeyd edib: “İqtisadi islahatlar bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Hazırda ümumi daxili məhsulun 83 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Dövlət inhisarında olan şirkətlər tədricən beynəlxalq mühasibat beynəlxalq idarəçilik prinsiplərinə keçir. Bu proses sürətlə gedir, daha da sürətlə getməlidir”. Düşünülmüş, operativ addımlar öz bəhrəsini verməkdədir. Bu məsələlər ətraflı təhlil olunmuş sahibkarlara əvvəlki illərdə verilən vəsaitin artıq geri qayıtdığının yenidən kreditləşməyə yönəldiyinin səmərəliliyi önə çəkilmişdir. Qeyd olunmuşdur ki, fermerlərə subsidiyaların, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi nəticədə kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir. Göründüyü kimi, qeyri–neft sektorunda, xüsusən sahibkarlığın inkişafı istiqamətində atılan hər bir addım düzgün proqnozlaşdırılmış, gələcəyə, dayanıqlı inkişafa, milli mənafeyə, iqtisadi milli müstəqilliyin möhkəmləndirilməsinə yönəlmişdir.

Ölkə rəhbəri sahibkarlıq fəaliyyətinin inkişafını daim nəzarətdə saxlayır yersiz müdaxilələrin, yoxlamaların, hər hansı digər maneələrin qarşısının alınması üçün zəruri fərman, sərəncam, tapşırıqlar verir bir vəzifə olaraq müvafiq icra strukturlarının da üzərinə ciddi məsuliyyət qoyur.

Qeyd edək ki, real sektorun mühüm sahələrindən olan informasiya–kommunikasiya texnologiyalarının inkişafı davamlıdır. Hazırkı dövr sürətli inkişaf dövrüdür. Bu sürət isə müasir elmi–texniki nailiyyətlərin tətbiqi olmadan mümkün deyildir. Bu sahədə İKT son dərəcə mühüm yer tutur. Belə ki, elm texnologiya çox sürətlə inkişaf edir bu sahədə informasiyaların müvafiq institutlara çatdırılması mühüm əhəmiyyət kəsb edir, operativliyi səmərəliliyi təmin edir. Bu gün siyasi, iqtisadi sosial həyatın elə bir sahəsi yoxdur ki, İKT ora daxil olmasın. Ötən il Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37–ci ölkəsi olmuşdur. Belə ki, Azərbaycanda İKT sahəsində inkişaf tempi kifayət qədər yüksəkdir.

Dövlət rəhbərliyinin yürütdüyü siyasətin mahiyyəti budur ki, əldə edilən iqtisadi siyasi uğurlar müstəqilliyimizin əbədiliyinə təminat versin. Dövlətin enerji, ərzaq nəqliyyat təhlükəsizliyi etibarlı şəkildə təmin olunsun. Ölkəmiz hazırda bu mövqedədir. İndi olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalq həqiqi siyasi iqtisadi müstəqilliyinə nail olub öz müqəddəratını həmişə olduğu kimi, özü müəyyən etsin. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində aparılan müstəqil siyasətin mahiyyəti barədə vurğulayıb: “Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz birmənalıdır, açıqdır, aydındır müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, nəhayət ki, öz taleyinin sahibidir. Azərbaycan bu yolla irəliləyir nəticədə dövlətin siyasi nüfuzu, iqtisadi gücü davamlı surətdə artır, dünya dövlətləri arasında mövqeyi möhkəmlənir. Azərbaycana gələn rəsmi ya qeyri–rəsmi qonaqlar ölkədəki sürətli inkişafı gördükdə heyranlıqlarını gizlətmir. Dünyanın mötəbər qurumları bu pozitiv prosesə yüksək qiymət verirlər.

Azərbaycanda siyasi iqtisadi islahatlar davam edir. Dövlətin qüdrəti daim artır. Bu gün Azərbaycanın razılığı olmadan bölgədə heç bir siyasi, iqtisadi layihə icra edilə bilməz. Bu, günün reallığıdır. Dövlət rəhbərliyinin qarşıya qoyduğu bütün məqsədlərə uğurla nail olunur. Gənc dövlətin bu cür sıçrayışla inkişafı siyasi kursun düzgünlüyünün iqtisadi modelin səmərəliliyinin nəticəsindədir. Dövlət başçısı Azərbaycanın inkişafının davamlı olacağı barədə qətiyyət inamla deyib: “Biz inamla irəliyə gedirik. Çünki son 20 il ərzində—1993–cu ildən bu günə qədər görülən işlər deməyə əsas verir ki, biz bundan sonra uğurla, inamla inkişaf edəcəyik. Bizim böyük planlarımız vardır. Bu planların bir hissəsi artıq reallaşıb. Biz artıq kosmosa qalxmışıqBiz—ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqqiliyimizi qoruyacağıq”.

 

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2013.- 12 may.- S. 1.