Qələbənin 68–ci ildönümü qeyd olunmuşdur

 

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 68–ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, aliorta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzeykitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.

Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştirakı ilə müharibə qəhrəmanlarının şərəfinə abidələrin ucaldığı parklarda iməçiliklər keçirilmiş. iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmam Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksinin önünə gül–çiçəklər qoyulmuşdur.

Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.

Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səsləndirilmişdir. Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuş, musiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri, məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.

Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı “İntellektliseyin yeni tədris korpusunda davam etdirilmişdir.

Təntənəli tədbiri açıq elan edən Səbail Rayon İcra Hakirniyyətinin başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlaro günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.

Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevrilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi.

Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız ordenmedallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları generalmayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.

1941–1945–ci illərdə Bakıda 63 yeni neftkimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRİ–də çıxarılan neftin 69 faizini Bakı vermişdi.

Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyə hospitalı yaradılmışdı. Səbail rayonunun ərazisində bir çox yerlərdə, o cümlədən tədbirin keçirildiyi 49, həmçinin 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinins. binalarda müharibə illərində təxliyə hospitalları yerləşmişdi.

Azərbaycan xalqı bu günöz keçmişi, xüsusilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O qeyd etmişdir ki, “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır”.

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 68 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941–1945–ci illər müharibəsi iştirakçılarına, həlak olmuşya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə ordenmedallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Çıxış edən veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə veteranlara hədiyyələr və maddi yardım təqdim olunmuşdur.

 

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2013.- 12 may.- S. 8.