ÖLKƏDƏ YEMÇİLİYİN İNKİŞAFI DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR

 

Azərbaycan Elmi–Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu keçmiş SSRİ Nazirlər Sovetinin 28 mart 1968–ci il tarixli 62 saylı qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 21 mart 1969–cu il tarixli 95 saylı sərəncamı əsasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999–cu il tarixli 190 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin struktur tabeçiliyində büdcədən maliyyələşən və qismən təsərrüfat hesablı fəaliyyət göstərən dövlət müəssisəsidir.

Ölkədə aqrar islahatlardan sonra Elmi–Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun yeniləşmiş strukturuna 4 şöbə (yem bitkilərinin aqrotexnikası, yem bitkilərinin seleksiyası və genetik ehtiyatlar, otlaqlar və biçənəklər, beynəlxalq əlaqələr və elmitexniki informasiya), 3 laboratoriya (yem bitkilərinin ilkin toxumçuluğu, yemlərin texnologiyası və yemlərin zootexniki qiymətləndirilməsi və kütləvi analizlər) və 1 bölgə üzrə Kürdəmir Təcrübə Sınaq Stansiyası, 2 bölgə üzrə AbşeronAğstafa Yardımçı Təcrübə Təsərrüfatları, 2 bölgə üzrə Şəki və Gədəbəy Dayaq məntəqələri daxildir. İnstitutun baza təsərrüfatlarının balansında 717 hektar əkinə və otlaq sahələrinə yararlı torpaq sahələri vardır.

Azərbaycan Elmi–Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji regionları üçün heyvandarlığın, quşçuluğun və arıçılığın inkişaf etdirilməsi məqsədilə birillikçoxillik yem bitkilərinin (yem çuğunduru, raps, sorqo, amarant, gülül, yonca, xaşas.) yeni yüksək məhsuldar və keyfiyyətli, abiotikbiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks müasir becərmə texnologiyalarının elmipraktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi əhəmiyyətli vəzifə durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda 6 mövzu və 7 , 1 tədqiqat proqramı (yonca, xaşa, sorqo, gülül, qarğıdalı, yem çuğunduru, əzgən, yovşans.) yerinə yetirilir.

Yerinə yetirilən elmi–tədqiqat işlərində aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:

Yerliintroduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni yem bitkiləri sortlarının yaradılması;

Yem bitkilərinin biotikabiotik stress amillərə (quraqlığa, duza, şaxtayas.) qarşı davamlılığının yaxşılaşdırılması;

—Tirə üsulunda yem bitkilərinin becərmə texnologiyalarının işlənilməsi və onun səmərəliliyinin araşdırılması;

Respublikada fəaliyyət göstərən fermerlərin fikirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək;

Yem bitkilərinin toxumçuluq sisteminin yaxşılaşdırılması üçün bioloji cəhətdən təmiz orijinal, superelit, elit və R, reproduksiyalı toxumları istehsal etmək;

—Qarışıq yem istehsalının artırılması və heyvanların yemləmə rejimlərinin balanslaşdırılmasının elmi əsaslarla işlənməsi;

—Qış və yay otlaqlarının, kəndətrafı örüşlərin bərpası, səthi və əsaslı yaxşılaşdırılmasının işlənilməsi.

İnstitutun seleksiyaçı alimləri tərəfindən 3 yonca–”Abşeron”, “Aran”, “Ağstafa–1″, 1 xaşa–”AzNİİKLİP–495″, 1 əzgən “Qobustan”, 1 çobantoppuzuAzNİİKLİP–3″ və 5 yem bitkilərinin sortları yaradılmışdır. Yaradılmış yem bitki sortları özlərində kompleks əlamətləri, tez yetişkənliyi, xəstəliklərə, quraqlığa və s. stress amillərə davamlılığı, yüksək keyfiyyətliliyi əks etdirməklə intensiv tipə məxsus boyların uzunyaxud bir bərabərdə paylanması ilə səciyyələnmişlər.

Ölkədə qlobal istiləşmənin başlanması ilə əlaqədar meydana çıxan müxtəlif abiotik stress amillərinə davamlı yonca sortlarının yaradılması istiqamətində yerinə yetirilən elmi tədqiqatlar nəticəsində nəmliklə təmin olunmamış quraq–dəmyə şəraitində hektardan bölgələr üzrə 25–30 ton quru ot məhsulu verənAğstafa–2″ (hibrid) və “Yemçilik–16″ sortları rayonlaşdırılması üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.

Respublikada 384 min hektarda becərilən yem bitkilərinin əkin sahəsinin 90–95 faiz institutun yaratdığı sortları əkilir.

Eyni zamanda yoncanın “Abşeron” və “Aran” sortları qarşılıqlı razılığa əsasən Türkiyə Dövlətinin Toxumçuluq Şirkətləri, həmçinin Türkiyə Cümhüriyyətində Montanya Toxumçuluq Kənd Təsərrüfatı Məhsulları Sənaye və Ticarəti Şirkətinin Songül Can Firması tərəfindən artırılaraq geniş yayılmışdır.

İnstitut 2004– ildən başlayaraq Beynəlxalq Seleksiya Mərkəzi olan İCARDA (Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Seleksiya Mərkəzi) ilə birlikdə Paxlalıların Beynəlxalq Sınaq proqraması çərçivəsində 44 yem lərgəsinin və 136 gülül nümunəsinin beynəlxalq pitomniklərin introduksiya və sınağı keçirilərək müsbət nəticələrə nail olunmuşdur.

2010–cu ildə həmin mərkəzlə institutun birgə əməkdaşlığı nəticəsində Abşeron rayonunda otlaq ekosistemində düzən ərazilərin dayanıqlı inkişaf etdirilməsi layihəsi müvəffəqiyyətlə həyata keçirilmiş, ərazidə yerləşən təbii yem bitkiləri sahələrində səthi yaxşılaşdırma texnologiyasının tətbiqi nəticəsində sahələrin bitki örtüyü bərpa olunmuşdur. Yem bitkilərinin məhsuldarlığı 2–3 dəfə artmış və sahələrin bitki qrupunun botaniki tərkibi zənginləşmiş, torpaqların eroziyası, səhralaşma proseslərinin qarşısı nisbətən alınmışdır. Aparılan tədqiqatların yekun nəticələri respublikanın regionlarında 200 ha sahədə fermer təsərrüfatlarında tətbiq edilmişdir. İnstitutun elmi əməkdaşları xarici ölkələrdən (Türkiyədən, Ukraynadan, Rusiyadan, Çindən və s.) gətirilmiş 33 sorqo bitkisinin nümunələrinin müxtəlif bölgələrdə sınağını keçirirlər.

2010–2012–ci illər BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Otlaqların Dayanıqlı İdarə Edilməsi TCP/AZE/3302(D) Azərbaycan layihəsinin yerinə yetirilməsində əməkdaşlıq edirik. Layihə İmişli rayonu Xəlfəli kəndinin 100 ha “Pirçiçək” qışlaq və Gədəbəy rayonunun Slavyanka kəndinin Qızılca yaylaq sahələrində 50 ha sahədə həyata keçirilmişdir.

İnstitutun əməkdaşları 2008–2015–ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər planı (2011–2015–ci illər) kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar heyvandarlıqda məhsul istehsalının intensiv artımında mühüm rol oynayan yem bitkilərindən soya, sorqo, qarğıdalı, yem çuğundururaps əkinlərinin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirləri həyata keçirirlər. Silossenaj basdırılması təşəbbüslərinin dəstəklənməsi, otlaqların münbitliyinin bərpasının, külək eroziyasından mühafizəsinin və istifadəsinin yaxşılaşdırılması, qış və yay otlaqlarının səthi və əsaslı yaxşılaşdırılması, onun təyinatının dəyişdirilməsi və neqativ halların qarşısının alınması üçün müəyyən tədbirləri həyata keçirilməsi məqsədilə fundamental elmi–tədqiqat işləri aparırlır.

Respublikamızın aqrar siyasətində heyvandarlığın intensiv inkişaf etdirilməsi dövlətin kənd təsərrüfatı sahəsində qarşısında qoyduğu çox mühüm bir vəzifədir. Heyvandarlığın inkişaf etdirilməsinə göstərilən diqqət ölkəmizdə iqtisadisosial tərəqqinin yüksəlməsinə müsbət təsirinin əhəmiyyəti ilə əlaqədardır.

Bu tədbir heyvandarlıq məhsullarının artırılmasına çox müsbət təsir göstərmişdir. Hazırda da bu tədbir ölkə prezidentinin qayğı və göstərişləri ilə davam etdirilir. Heyvandarlığın cins tərkibini yaxşılaşdırmaq üçün müxtəlif xarici ölkələrdən “Aqrolizinq” ASC–nin xətti ilə indiyədək minlərlə baş damazlıq heyvan Almaniyadan, Avstriyadan gətirilərək lizinq yolu ilə sahibkarlara verilib.

Heyvandarlığın inkişaf etdirilməsi və məhsuldarlığının artırılmasında möhkəm yem bazasının yaradılması ən mühüm problemlərdən biri sayılır. Doğrudur, son illər bu sahə üzrə də xeyli işlər görülmüşdür. Belə ki, yem bitkilərinin əkin sahəsi genişləndirilmiş, onlara aqrotexniki qulluq qaydaları yaxşılaşdırılmış və məhsuldarlığı artırılmışdır. Lakin ölkədə heyvandarlığı inkişaf etdirmək üçün kifayət qədər yem olması və həm də onların keyfiyyətinin yüksək olması lazımdır. Bu məsələ kompleksdir, onu kənd təsərrüfatının iri sahəsi olan əkinçilik, bitkiçilik və heyvandarlıq kimi sektorlarla əlaqəli olan yem istehsalının innovativ inkişafı yolu ilə həll etmək lazımdır. Yem istehsalı həmçinin ekologiya, səmərəli təbii idarəetmə və bütövlükdə ətraf mühitin mühafizəsinə inteqrasiya olunur.

Vahid məhsul istehsalına sərf olunan yem təkcə onların istehsalının ümumi həcmindən deyil, həmçinin heyvan və quşların qida rasionunun strukturu və keyfiyyətindən asılıdır.

Amma təssüf ki, iri həcmli yemin keyfiyyəti əvvəlki tək aşağı səviyyədə qalır və faktiki dəyişmir. Tarla və təbii yem istehsalının müasir vəziyyəti qiymətli yemdə heyvandarlığın artan tələbatına cavab vermir. Tarla yem istehsalının intensivləşdirilməsi üçün səpin sahələrinin strukturunu daim təkmilləşdirmək, məhsulu proqramlaşdırılmaqla intensiv texnologiyanı mənimsəmək, yem bitkilərindən suvarılan torpaqlarda ildə 3–4 məhsul almaq lazımdır. Xüsusilə paxlalı, çoxillik paxlalı otların və başqa yüksək zülalı bitkilərin əkin sahəsini artırmaqla, istehsalatda yemlik zülal becərməklə lazımdır. Südmum yetişkənliyi fazasında taxıl və dənli paxlalıların qarışığından yığılmış senajdan daha geniş istifadə olunmalıdır.

Hazırda əksər təsərrüfatlarda malqara üçün yem bazasının əsasını quru ot və küləş təşkil edir. Bundan başqa, yem balansına az miqdarda qüvvəli yemlər daxil edilir. Çox əhəmiyyətə malik olan senaj, silos və kökümeyvəli kimi yemlər yem balansında, demək olar ki, yox dərəcəsindədir. Ümumiyyətlə, təsərrüfatların əksəriyyətində heyvanların yem rasionun tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85 faizdaha çox təşkil edir. Hesablamalar göstərir ki, həmin yemlərdən tərtib edilmiş yem payları heyvanların əsas qida maddələrinə olan tələbatını tam ödəmir. Belə ki, malqara qış tövlə şəraitində hər yem vahidinə orta hesabla 30–35 faiz protein, 20 faizdən artıq makroelementlər (kalium, fosfor), 40–50 faiz kimi mikroelementlər ( mis, sink, manqan, kobalts.) və 50–60 faiz karotin (provitamin A) az qəbul edirlər.

Beləliklə, göstərilənlərdən aydın olur ki, hazırda respublikanın heyvandarlıqla məşğul olan təsərrüfatlarda ən əsas problem mal–qaranın keyfiyyətli, qida maddələri ilə zəngin yemlərə olan tələbatının ödənilməsidir.

Bəs necə etmək lazımdır ki, malqara bütün il boyu kifayət qədər yüksək keyfiyyətli yemlərlə, qida maddələri ilə tarazlaşdırılmış tam qiymətli yem rasionları ilə təmin olunsun? Əlbəttə, burada elə bir çətinlik yoxdur. Yem istehsalının əsaslı surətdə artırılmasını təmin etmək üçün respublikamızda kifayət qədər ehtiyat mənbələri vardır.

Lakin bu mənbələrdən səmərəli istifadə edilməsi tələb olunur. Bunun üçün hər şeydən əvvəl, təsərrüfatlarda əkin sahələrinin optimal strukturunu öyrənmək, yem bitkiləri, xüsusən də paxlalı yem bitkilərinin əkin sahəsini nisbətən artırmaqla onun həcminin 40–50 faizə çatdırılmasına nail olmaq lazımdır. Bununla yanaşı, ayrılıqda yem bitkiləri sahəsinin öz daxili strukturunun təkmilləşdirilməsi və bunun üçün rayonlaşdırılmış perspektiv yem bitkiləri hesabına daha məhsuldar, qida maddələri ilə zəngin sortlardan istifadə olunması təmin edilməlidir.

Ən vacib məsələlərdən biri yem bitki

lərinin məhsuldarlığının artırılmasıdır. Bunun üçün iri təsərrüfatlarda yerli şəraitə uyğun yemçilik təmayüllü növbəli əkinlərin tətbiqinə, ayrı–ayrı yem bitkilərinin mütərəqqi üsullarla becərilməsi texnologiyasına, xüsusən də sahələrin vaxtında norma üzrə suvarılmasına, gübrələnməsinə, məhsulun gecikdirilmədən itkisiz olaraq toplanmasına nail olmaq lazımdır. Şübhəsiz, burada çoxillik yem bitkiləri sahələrində (yonca, xaşa) seyrəlməyə yol verilmədən onların vaxtında, hissə–hissə təzələnməsi təşkil edilməlidir. Əkmə yem bitkilərinin genişləndirilməsində və eləcə də məhsuldarlığının artırılması işində təsərrüfatların lazımı miqdarda yüksək kondisiyalı toxumla təmin olunması vacibdir.

İri buynuzlu heyvanlar üçün kombinə edilmiş silosun hazırlanması texnologiyasının işlənməsi və tətbiqi mövzusunda elmi tədqiqat işi 2012–ci ildə Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun ərazisində aparılmışdır. Bu məqsədlə təsərrüfatda tələbata uyğun həcmdə qarğıdalı və yonca bitkiləri əkilmişdir. Əkin sahələri tələb olunan aqrotexniki qaydada becərildikdən sonra metodikaya uyğun variantlar üzrə təcrübə qoyulmuşdur.

Məlumdur ki, silos yaşıl yemlərin bir çox xüsusiyyətlərini özündə saxladığına görə o, qaba, qüvvəli və kökümeyvəli yemləri qismən əvəz edir. O, həzməgediciliyi yaxşılaşdırır, heyvanlar tərəfindən iştahla yeyilir. Silosu heyvanlara yedirtdikdə digər yemlərin, xüsusən də qaba yemlərin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır, qida maddələrinin həzməgediciliyini yüksəldir. Silosun bir üstünlüyü də qışda heyvanların yaşıl otlaq yemini tam əvəz etməsidir.

Silos əsasən qarğıdalı bitkisindən, qismən raps, sorqo və günəbaxan bitkilərindən hazırlanır. Lakin qeyd etmək lazımdır ki, bu bitkilər özünəməxsus bioloji və təsərrüfat xüsusiyyətlərinə görə bir sıra üstünlüklərə malik olsa da, onların yaşıl kütləsində qida maddələrinin (protein, mineral maddələr, karotin və digər keyfiyyət göstəriciləri) miqdarı nisbətən az olur.

Bu məqsədlə qarğıdalı və yonca bitkilərindən istifadə edilməsi nəzərdə tutulur. Qarğıdalı asan siloslaşan bitkilər sırasına daxildir. Bu bitkinin tərkibində şəkər minimumu kifayət qədər olduğundan ondan basdırılan yem kütləsinin tərkibində kifayət qədər süd turşusu əmələ gəlir ki, bu da kütlədə zərərli yağ və sirkə turşularını əmələ gətirən bakteriyaların inkişafını dayandırır. Süd turşusunun əmələ gəlməsi nəticəsində silos kütləsi yaxşı konservləşir, yem kütləsi uzun müddət keyfiyyətini itirmirxarab olmur.

Məlumdur ki, yonca respublika təsərrüfatlarında yem balansının əsas hissəsini təşkil edir. Yoncanın həm yaşıl kütləsini, həm də ondan hazırlanmış quru ot, senajot unu məhsuldar mal–qaranın yem payının əsas hissəsini təşkil etməlidir. Bu yem heyvan orqanizminin normal inkişafı və yüksək məhsuldarlığı üçün lazım olan bütün qida maddələri protein, mineral maddələr və vitaminlərin başlıca mənbəyidir. Yoncanın hər hektarından ildə 4–6 min yem vahidi, 800 1500 kiloqram protein əldə etmək olur ki, bu da digər ot əkini sahələrindən 6–8 dəfə, otlaq və biçənək sahələrindən 25–30 dəfə çoxdur.

Aparılan elmi tədqiqat işinin ilkin nəticəsi olaraq demək olar ki, yaşıl qarğıdalı bitkisindən hazırlanan silos kütləsini qida maddələri ilə zənginləşdirmək məqsədilə onun 40 faiz həcmində yonca bitkisi ilə kombiləşdirilmiş halda siloslaşdırılması məqsədə uğundur.

Siloslaşma prosesinin normal getməsi və daha keyfiyyətli silosun alınması üçün bitkilərin fazalar üzrə çalınması əsas amillərdən biridir. Bunu nəzərə alıb, qarğıdalı bitkisini dənin sütül mum yetişmə fazasında, yonca isə çiçəkləmənin başlanğıc fazasında çalınmalıdır. Bu fazalarda bitkilər həm yaxşı siloslaşır, həm də hər hektar sahədən daha çox qida maddələri götürülür.

Silos üçün istifadə olunan bitkinin nəmliyi də əsas şərtdir. Yemlərin normal konservləşməsində, qida maddələri itkisinin azaldılması məqsədilə basdırılmış silosluq bitkilərin nəmliyi 60 faizdən yuxarı və 75 faizdən aşağı olmalıdır. Siloslaşma prosesinin normal getməsi üçün bu ən əlverişli nəmlik hesab edilir.

Siloslaşdırılacaq hər iki yem kütləsi mütləq doğranmalı basdırıldıqda yaxşı qarışdırılmalıdır. Nəmlik aşağı olduqda (60 faiz) yem xırda 2–3 santimetr, 70–75 faiz olduqda isə 4–5 santimetr uzunluğunda doğranmalıdır.

İnstitutda keçmiş İttifaq üzrə ilk dəfə olaraq neft mənşəli zülal–vitamin konsentratının quşçuluqda tətbiqi, küləşdən solomonajın hazırlanması texnologiyası, heyvandarlıqda karbamiddən (sidik cövhəri) istifadə qaydaları, senajın basdırılması texnologiyası öyrənilərək istehsalata tətbiq edilmişdir.

Aparılan tədqiqatların, bütün elmi praktiki məsələlərin hamısı bilavasitə istehsalatla bağlı olmuşdur. İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri əsasında hazırlanmış 100–dən artıq təklif tövsiyə geniş istehsalat şəraitində tətbiq olunmuşdur. Respublikamızda xarici ölkələrdə İnstitutun əməkdaşlarının 2500–ə yaxın məqaləsi, tövsiyə kitabçaları nəşr edilmiş, bundan əlavə İnstitutun elmi əsərlərinin 12 cildlik məcmuəsi çapdan çıxmışdır.

 

 

Çingiz Əliyev,

Kənd Təsərrüfatı Nazirliyi ET Yemçilik,

Çəmənçilik Otlaqlar

İnstitutunun direktoru,

kənd təsərrüfatı üzrə fəlsəfə

doktoru.

 

Respublika.-2013.-16 may.-S.6.