Ümumrayon iməciliyi

 

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” respublikamızın Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı RİH tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun Şabranda ulu öndərə həsr olunmuş maraqlı tədbirlər keçirilmişdir.

Hər həftənin şənbə günləri ümumrayon iməciliyinin keçirilməsi də artıq bir ənənəyə çevrilib. Ümumrayon iməciliklərində bir qayda olaraq genişmiqyaslı abadlıq–quruculuq işləri aparılır, yaşıllıqlar salınır, yeni ağac və gül kolları əkilir.

Şabranda növbəti iməcilik günü ulu öndərin adını daşıyan seyrangahda 2 hektar sahədə qazon salınmışdır. Heydər Əliyev meydanında keçirilən iməcilikdə də xeyli iş görülmüş, meydanın ətrafında gül və həmişəyaşıl ağaclar əkilmişdir. İməcilik günü ümumilikdə 1000 ədəd qızılgül kolu, 1600 ədəd həmişəyaşıl ağac tingləri əkilmişdir. Bundan əlavə, beşmərtəbələr adlanan yaşayış massivində yaradılan su parkında da quruculuq işləri davam etdirilmişdir.

 

 

Aydın TAĞIYEV

 

Respublika.-2013.-16 may.-S.7.