ERMƏNİLƏR VƏ HƏQİQƏTLƏR

 

Son olaraq Ermənistanın ilk baş naziri, Daşnaksütyun komitəsinin rəhbəri O.Kaçaznuninin “Artıq Daşnaksütyunun görəcəyi bir yoxdur” başlığı altında Buxarest konfransına təqdim etdiyi raportun bir bölümünü qeyd etmək istərdik. Bu raport 1914–1923– illər arasında türk–erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəliyinə gətirilən “erməni soyqırımı”nın baş verib–vermədiyinə dair başda gələn rəsmi sənədlərdən biridir.

Hesab edirik ki, bu gün Türkiyənin qarşısına atılmış və dünyanın bir çox ölkələri tərəfindən qəbul edilmiş uydurma “soyqırım” mövzusuna dair həqiqətləri isbat etmək üçün O.Kaçaznuninin verdiyi məlumatlar olduqca dəyərli və əvəzedilməzdir. Çünki O.Kaçaznuni erməni hökumətinin ən səlahiyyətli adamı olaraq o illərdə baş verən hərbi, siyasiiqtisadi hadisələri yaşamış, müharibə bitdikdən sonra baş verən hadisələrin nəticələrini hər bir erməninin etməyəcəyi qədər düzgünlüyə yaxın düşüncələrlə ortaya qoymuşdur.

O.Kaçaznuni raportunda toxunduğu mövzuların yalnız komitəçi yoldaşları üçün deyil, eyni zamanda hər bir erməni üçün də önəmli olduğuna diqqət çəkir, hər bir komitəçinin bu mövzuların üzərində ciddiciddi düşünməsini lazım bilir və hər bir erməniyə çatdırılmasını istəyir. O öz çıxışında belə demişdir: “Yoldaşlar! Bu məsələlər mənim çox uzunçox kədərli düşüncələrimin əsas mövzusunu əmələ gətirmişdir. Sizinbu mövzuları düşünmüş olduğunuzdan şübhəm yoxdur. Ancaq sizineyni nəticəyə gəlib–gəlməyəcəyinizi bilmirəm. Qorxuram belə olmasın. Qorxuram ki, tələffüz etmək çətin olsa da, mənim vicdanımın səsini dinləyərək gəldiyim nəticə konfrans iştirakçılarının qarşı irticasını, bəlkə də öfkəsini çəksin. Mən buna hazıram. Ancaq buna inanmağınızı xahiş edirəm: bu sözləri yazmaqimzalamaq, bunları məndən eşidərkən hiss edəcəklərinizə nisbətən mənim üçün daha çətin olmuşdur. Mənim deyəcəklərim kifayət qədər düşünülməmiş qənaətlərin bir nəticəsi deyildir. Bütün bunlar köklü qənaətlərin və dəqiq şüurun bir nəticəsidir, çünki mən düşünməyə, anlamağa, mühakimə etməyə, qiymətləndirməyə və mövqe müəyyən etməyə kifayət qədər sahibəm. Buna görə də az da olsa, səbr etməyinizi və danışacağım mövzulara obyektiv yaxınlaşmağa çalışmağınızı xahiş edirəm. Bilirəm, komitə qayğıları ilə yaşayan və komitə ölçüləri çərçivəsində düşünən şəxslərin bunu etməsi asan olmayacaqdır. Buna görə bu mövzunu yersiz görsəniz, sizdən üzr istəyirəm. Başqa şəraitdə bu sözlər lazımsız və yersiz görünə bilər. Lakin mənim təqdim edəcəyim təbliğin fərqli məzmunu sizin geniş düşüncənizə və şüurunuza xitab etməyimi məcbur edir və mənə haqq verir. Mövzuya keçirəm.

Könüllü dəstələrin qurulması lazım idimi sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünə xas polad bir məntiqi vardır. 1914– ilin payızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başlandı. Bu, erməni xalqının 25 il boyunca bəslənmiş olduğu psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı…

Bu gün (əgər məsuliyyət mövzusu gündəmə gələrsə) kimin günahkar olduğunu tədqiq etmək də mənasızdır. Psikopos Mesrop, A.Xatisov, Doktor Zavriev, S.Arutyunov, DroAndranik olmasaydılar, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdilər. Könüllü dəstələrin qurulmaları bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaqdır. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq, həyata keçirildi.

1914– ilin qışı və 1915–ci ilin ilk ayları, Daşnaksütyun da daxil olmaqla Rusiya erməniləri baxımından bir həyəcanlanma və ümid dövrü idi. Biz qeydsiz–şərtsiz Rusiyaya yönəlmiş vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsirilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq…

1915–ci ilin ikinci yarısı və 1916–cı ilin tamamı bizim üçün ümumi bir yas dövrü oldu. Van, Eleşkirt, Basen mühacirləri, qırğından qurtarmış olanların hamısı— on minlərlə, yüz minlərlə insan gəlib Rusiyanın erməni qəzalarına doluşdular. Ac, çılpaq, xəstə və qorxu içərisində olan insanlar şəhər və kəndlərimizə yerləşirdilər. Bu ac insanlar çörək tapa bilməyən bir ölkəyə gəlmişdilər. Gücsüz, xəstə, dərmansız mühacirlər açıqda qalmışdılar. ŞirakArarat vadiləri böyük bir xəstəxananı xatırladırdı. Buralarda minlərlə erməni bizim gözlərimizin qabağında aclıqdan və xəstəlikdən ölürdü. Biz bu insanların həyatlarını qurtarmaqda acizdik. Qızğınlıq və qorxu içərisində olan bizlər günahkar axtarırdıq və bu günahkarı “Rus hökuməti ilə onun yalançı siyasəti” olaraq müəyyən etdik. Biz sosial baxımdan yetişmiş insanlara xas bir çaşqınlıq içərisində bir küncdən digərinə sovrulurduq. Rus hökumətinə qarşı dünənki inamımız nə qədər kor–koranə və əsassız idisə, bugünkü günahlandırmalarımız da o qədər kor–koranə və əsassızdır. O zamanlar rusların bilərəkdən ağır və qətiyyətsiz davrandıqları, yerli erməniləri qətl etmək üçün türklərə imkan yaratdıqları söylənirdi. Guya ruslar Ermənistanı boşaltmaqoralara kazakları yerləşdirmək üçün belə davranır, Kont LobanovRostovskinin hər kəs tərəfindən bilinən “ermənisiz Ermənistan” planı həyata keçirilirmiş. Yalnız xalq deyil, komitəmiz və ağlı başında olan yoldaşlarımızın da bir çoxu belə düşünürdü.

Biz rus hökumətinin ermənisiz bir Ermənistan planının Türkiyə ermənilərinin müdafiəsini necə olursaolsun öz üzərinə almaq üçün bir səbəbin olmadığını anlamaq istəmirdik. Belə bir plan, əlbəttə, yox idi. Biz ancaq öz istəklərimizi rus hökumətinə aid edərək, onu xəyanətdə günahlandırırdıq.

Təbii ki, bizim könüllü dəstələrimiz Vanı və Muşu tezliklə ələ keçirməyə çalışırdılar. Oralara erməniləri qurtarmaq üçün gedirdilər. Əslində rus ordu hissələri erməni könüllülərindən əmələ gəlmirdi və onların fərqli məqsədləri var idı. Onlarda görünən və bizim bir xəyanət olaraq qiymətləndirdiyimiz ağır və qətiyyətsiz davranış, rus komandanlarının qeyriadi zəifliyilə (belə zəiflik digər cəbhələrdə də görünmüşdür) və ya bizim tərəfdən bilinməyən ümumi hərbi qaydalarla açıqlana bilər.

Bu hadisələri qeyriadiçox maraqlı olduğuna baxmayaraq, ələ almamağımız lazım idi. Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi tapdalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə, bilirdik, lakin bəzən müharibənin ancaq erməni məsələsinə görə başladıldığını saflıqla düşünürdük. Ruslar hücuma keçdikdə onların erməniləri qətl etmələri üçün türklərə imkan verdiklərinə inandıq. Biz hər iki halda məqsəd və niyyətləri qarışdırırdıq. Rusların xəyanətlərini axtarır və əlbəttə, tapırdıq. Altı ay əvvəl də rusların xeyirxahlıqla yaxınlaşmalarının isbatını eyni bu şəkildə axtarmış və tapmışdıq. Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu, bizim milli psixologiyamızın bir xüsusiyyətidir. Daşnaksütyun Komitəsi bundan qaça bilməmişdir.

Rusların bizə qarşı təhrikedici davranmalarında sanki xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi…”

1923– ilin aprel ayında Daşnaksütyun Komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan “erməni soyqırımı”nın uydurma olduğunu rəsmən ortaya qoyur.

Yuxarıda bəzi bölümlərini qeyd etdiyimiz raportu yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, “soyqırıma” uğradığı iddia edilən tərəfin baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiklərimiz daha ciddi əhəmiyyət qazanır. “Soyqırıma” uğradıqları iddia edilən ermənilərin baş nazirləri, baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi ermənilərin imperialist güclərə alət olduqlarını açıq ürəklə ortaya qoyur. Beləliklə, Daşnaksütyun Komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin 1923– ilin aprel ayında Buxarestdə keçirilən Daşnaksütyun konfransına təqdim etdiyi raportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeyd–şərtsiz satılmışlar; Osmanlı dövlətinin köçürülmə qərarı müdafiə məqsədinə uyğun olmuşdur; ermənilər dənizdən–dənizə proyekti kimi bir arzuya qapılmış və bu istiqamətdə təhrik edilmişlər; Daşnaksütyun Komitəsi xaricində bir günahkar axtarılmamalıdır.

Bu qeyd etdiklərimizi nəzərə aldıqda ortaya bir sual çıxır: “Bu gün “erməni soyqırımı” iddialarını müzakirə edən və “erməni soyqırımı” haqqında qərarlar alan ölkələr Ermənistanın ilk baş nazirinə güvənmirlərsə, kimə güvənirlər? Heç şübhəsiz, Ermənistanın ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan Daşnaksütyun Komitəsinin lideri O.Kaçaznuninin raportu ermənilərin böyük yalanına son verir!..

Hesab edirik ki, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin Daşnaksütyun Komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportu çox sayda dillərə tərcümə etdirilib dünya ictimaiyyətinə çatdırılmalıdır. Biz, bu raportun tərcümələri ABŞ Təmsilçilər Məclisi Beynəlxalq Əlaqələr Komitəsinə, ingilislərin, fransızların, almanların və “erməni soyqırımı”nı qəbul edən ölkələrin Milli Məclislərinə təqdim edilməlidir, düşüncəsindəyəm. Qoy onlar “erməni soyqırımı” və ya “ermənilərə qarşı törədilən qətliamları” tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistanın ilk baş nazirindən öyrənsinlər!..

Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılmış bir tarix yatır. Bu azdırılmış tarixin yalan olmasını rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Əks–təqdirdə tarixi yalanlar davam etdiriləcəkdir. Biz illərdən bəri davam etdirilən bu əslsiz iddialar qarşısında əsl günahkarların, vətəndaşı olduğu dövlətə qarşı xəyanət edən ermənilər olduğunutarixin yalan bilməzliyini dünya ictimaiyyətinə, xüsusilə də erməni iddialarına dəstək verən dövlətlərə rəsmi sənədlərlə bildirməliyik. Bizim susqunluğumuz, tarixi azdıraraq bizi günahkar göstərməyə çalışanların “doğruluğunuortaya çıxarmışdır. Madam ki, danışmağa məcbur edildik, danışmalıyıq, həm də inkarı mümkün olmayan arxiv sənədlərilə!.. Çünki arxiv sənədləri kimin məzlum, kimin cinayətkar olduğunu ortaya qoyur, “soyqırım” iddialarını və ittihamları tarixin yalan bilməzliyi qarşısında çürüdür, erməni komitəçilərin və çətələrin Anadoluda və Azərbaycanda törətdikləri qətliam və qeyriinsani hərəkətlərini rəsmən isbat edir.

Biz bu yazımızı insanlığa müraciətlə bitirmək istərdik. Baxın, XX əsrin milli və millətlərarası müharibələrə səhnə olduğu bir həqiqətdir. Qarşımızdakı əsrin fərqli olacağı istiqamətində, çox təəssüflər olsun ki, bir işarə belə, yoxdur. Əksinə, 2007–ci ildə bütün dünyada hərbi xərcləmələrə tam 1 trilyon 340 milyard dollar pul xərcləndi. Halbuki aclığa qarşı mübarizədə qida istehsalının artırılması üçün bu rəqəmin bir faizi qədər pul xərclənmişdir. Biz Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun “Aclıq qarşısında güclərimizi birləşdirməliyik…” çağırışı insanlıq üçün var olmaq, yaşayıb–yaratmaq cağrışıdır, düşüncəsindəyik. Amma çox təəssüflər olsun ki, insan oğlu üstünlüyü yenə də silah istehsalına verir… İnsanlığın bu mövzu üzərində ciddiciddi düşünməsi lazımdır!..

 

 

Fazil QARAOĞLU,

professor.

 

Respublika.-2013.-15 may.-S.11.