Əmək müqaviləsi: gələcəyə təminat

 

Məlumdur ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan Azərbaycan artıq bazar prinsiplərinə əsaslanan, transmilli layihələrdə fəal iştirak edən, sürətli inkişaf dinamikasına və qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı yüksək dayanıqlı iqtisadiyyata malik bir ölkədir. Qazanılan uğurların təməlində isə möhkəm siyasimakroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyinin təminatı, yaradılmış əlverişli biznesinvestisiya mühiti, sahibkarlığın inkişafına güclü dövlət dəstəyi dayanır.

Ölkə iqtisadiyyatının yüksək templi inkişafında özəl sektorun, kiçikorta sahibkarlığın mühüm əhəmiyyət kəsb etməsi, sözügedən iqtisadi sahələrə dövlət tərəfindən lazmi dəstəyin göstərilməsi hesabına hər il müxtəlif istehsalemal müəssisələrinin yaradılması, yeni yerlərinin açılması, daimi yerlərinin çoxalması təqdirəlayiq hal sayılmalıdır. Lakin bütün bunlarla yanaşı, hər il müxtəlif sahibkarlıq subyektlərinin fəaliyyətlərində ciddi nöqsanlar, çatışmazlıqlar və bəzən də çoxsaylı qanun pozuntuları özünü büruzə verir. Söhbət isə əmək bazarında qeyrileqal məşğulluğun ciddi problemə çevrilməsindən gedir. Qeyd etmək lazımdır ki, əksər hallarda işçi ilə işəgötürən arasında gizli razılaşmalar əldə olunur. Bu zaman iqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qismi qeyriqanuni işləyir, maaşlar qeyrileqal şəkildə verilir. Son nəticədə həm işçilərin əmək hüqüqları kobud şəkildə pozulur, həm də vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəmələr yerinə yetirilmir, dövlətə milyonlarla manat ziyan dəyir. Onu da bildirək ki, işçilərlə əmək müqaviləsini bağlamayan, yaxud qanuna zidd formada bağlayan müəssisələr təkcə Bakı şəhərində deyil, respublikanın digər bölgələrində də fəaliyyət göstərir. Hətta minimum əməkhaqqı ilə müqavilələrin bağlanması yolverilməz olsa da, belə addım atan müəssisələr də kifayət qədərdir. Belə müəssisələr arasında tikintiinşaat şirkətləri, mənzil–tikinti koopperativləri və sair üstünlük təşkil edir. Onu da bildirək ki, bu qurumlar el arasında “qul bazarları” adını qazanmış yerlərdə öz işçi qüvvəsini ucuz qiymətə satanlardan daha çox bəhrələnirlər. Sonuncular daha çox günəmuzd işlədiklərindən gündəlik verilən pul onlara sərf edir. Sözügedən müəssisələrin böyük əksəriyyəti çox az sayda işçi ilə əmək müqaviləsi bağlayaraq onları ştata götürürlər və yalnız onlara müqavilə əsasında maaş verirlər. Ammaqul bazarları”ndan gətirilənlərlə hər hansı bir müqavilə bağlanılmır.

Qeyd edək ki, bəzi müəssisələrin rəhbərlikləri maaş cədvəllərini saxtalaşdırmağa da cəhd göstərirlər. Həmin müəssisələrin operativ–nəzarət əməliyyatlarını həyata keçirən Vergilər Nazirliyinin təftiş qruplarına təqdim etdikləri sənədlərdəki rəqəmlər, statistik göstəricilər məxfi saxladıqları mühasibatlıq sənədlərindəkindən tamam fərqlidir. Məxfi sənədlərdə bütün gəlirlər və çıxarlar düzgün aparıldığı, qazanılan məbləğin həcmi dəqiq göstərildiyi halda, digər sənədlərdə onların heç biri əks olunmur. Məsələn, işçilərə verilən maaşın məbləği orada bir neçə dəfə az göstərilir. Hətta bəzi müəssisələr ay ərzində 10–20 min dollar məbləğində pulu vergidən yayındırdığı halda, guya cüzi miqdarda gəlirlərin qazanıldığı əks olunan sənədləri Vergilər Nazirliyinin nümayəndələrinə təqdimləyir və vergi ödəməkdən boyun qaçırmağa da cəhd göstərirlər. Üstəlik, işçilərin dəqiq sayı ilə bağlı statistik rəqəmlər aidiyyəti qurumlardan və ictimaiyyətdən gizlədilir. Nəticədə verilən sifarişlər əsasında görüləcək işlərdən əldə olunan gəlirlərin böyük qismi vergidən yayındırılır.

İşəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanılmaması işçilərlə bağlı bir sıra problemlərin yaşanmasına gətirib çıxarır. Məsələn, əmək müqaviləsi olmadan çalışanların təhlükəsizliyi isə minimum səviyyəyə enir. Texniki və digər təhlükəsizlik tədbirlərinin pozulması zamanı əmək münasibətlərini rəsmiləşdirməyən işçilərin hüquqları pozulur. Müqaviləsiz işləyən zərərçəkmiş işçilərə dəyən maddi və mənəvi zərərə görə onlara kompensasiyanın ödənilməsi əksər hallarda mümkünləşmir. Hətta zərərçəkmişlər müqavilə bağlamadıqları üçün hər hansı bir hüquqi instansiyaya şikayət etmək hüququndan da məhrum olurlar. Üstəlik, müqavilə olmadığından müəssisə rəhbərliyi məsuliyyətdən kənarda qalmağa azçox nail olur. Əmək Müqaviləsi bağlanmadıqda və aylıq əməkhaqqı düzgün göstərilmədikdə hər hansı bir mübahisə yaranarsa, işçi faktiki aldığı əməkhaqqını tələb etmək hüququnu itirir. İşçinin əmək müqaviləsi olmadıqda işəgötürən istədiyi vaxt müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə xitam verə bilər. Bu zaman işçi Əmək Məcəlləsinin 68–76–cı və 77–84– maddələrində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi şərtlərinə əməl olunmadan və müavinətlər ödənilmədən şifahi surətdə işdən azad edilir. Bundan əlavə, əmək müqavilələrinin bağlanılmaması üzündən əksər işçilər qanunvericiliyin onlara verdiyi istirahət hüququndan istifadə edə bilmirlər. Xatırladaq ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə istinadən, hər kəs həftə ərzində 40 saat işləyə bilər. Bundan sonra mütləq ən azı 42 saat istirahət etməlidir. Hər günündən sonra isə növbəti gününə qədər ona 12 saat istirahət verilməlidir. Eyni zamanda vətəndaş ildə 1 dəfə 21 gündən az olmayaraq ödənişli məzuniyyət götürə bilər. İmtiyazlı təbəqələr üçün qanunvericilik daha üstün istirahət hüququ müəyyən edir. Bundan başqa, işçi ilə işəgötürən arasında bağlanan müqaviləyə görə işçiyə əlavə istirahət imkanı verilə bilər. Mövcud qanunvericiliyin müəyyənləşdirdiyi minimal standartlara bütün təşkilatlar əməl etməlidir. Bu kriteriyalar Beynəlxalq Əmək Təşkilatının standartlarına uyğundur. Lakin praktiki olaraq bəzi işçilər istirahət hüquqlarından yetərincə bəhrələnməkdən məhrum edilirlər. Xüsusən də özəl sektorda çalışanlar bu hüquqlardan istifadə edə bilmirlər. Onu da bildirək ki, haqqında danışdığımız qanun pozuntularının kütləvi xarakter aldığı obyektlər arasında qeydiyyatsız fəaliyyət göstərən mağaza, salon, sex və digərləri daha çoxdur.

Əmək müqaviləsinin bağlanmaması təkcə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin gizlədilməsi deyil, həm də vətəndaşın özü üçün yaratdığı ciddi sosial problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnir. Söhbət ondan gedir ki, əmək müqaviləsinin bağlanılması, əməkhaqqının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməsi işçinin gələcəkdə pensiya–müavinət təminatında mühüm rol oynayır. Yəni Azərbaycanda əmək pensiyaları vətəndaşın ödədiyi sosial sığorta haqları əsasında hesablanır. Bu isə o deməkdir ki, işləyən vətəndaşlar yerində əmək müqavilələrinin bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə son dərəcə diqqətlə yanaşmalı və sosial sığorta şəhadətnaməsi almalıdır. Gələcəkdə normal pensiya almaq istəyən hər bir kəs daha çox sosial sığorta haqqının ödənilməsinə çalışmalıdır. Hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əməkhaqqının 22 faizi miqdarında DSMF–yə məcburi dövlət sosial sığorta haqqı ödənilir. Üstəlik, hər bir işləyənin əməkhaqqının 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Amma əmək müqaviləsi olmayan, leqallaşdırılmış əməkhaqqı almayan və məcburi dövlət sosial sığorta haqqı ödəməyən vətəndaşlar gələcəkdə pensiya təminatı ilə bağlı ciddi problemlər yaşayacaqlar.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) hər il dövlət, özəl müəssisə, idarə və təşkilatda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunub–olunmamasını müəyyənləşdirmək üçün dövlət nəzarəti həyata keçirir. Həmin tədbirlər zamanı aşkarlanan kifayət qədər qanun pozuntusunun böyük əksəriyyəti əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi, əməkhaqqının hesablanmasındakı və ödənilməsindəki nöqsanlar təşkil edir. Hətta işdən qanunsuz azad edilmə hallarına da çox rast gəlinir. Dövlət nəzarəti zamanı iqtisadiyyatın sahələri üzrə aparılan təhlillərə görə, aşkarlanmış qanunsuzluqların böyük əksəriyyəti məhz özəl qurumların payına düşür. Hətta törədilmiş inzibati xətalara görə cərimələrin böyük hissəsi də özəl müəssisələrə tətbiq edilir. Bu ilin 3 ayı ərzində 2231 müəssisədə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı 4075 hüquq pozuntusu aşkar edilib. Birinci rübdə DƏMX–ə ünvanlanan 734 müraciət və ərizədən 176–sı əmək haqlarının vaxtlı–vaxtında verilməməsi, 137–si zərər əvəzinə görə müavinətlərin ödənilməməsi, 123–ü işdən qeyriqanuni azad olunması və onlarla əmək müqaviləsinin bağlanılmaması, 60–ı isə istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya ödənilməməsi barədə olub. Düzdür, sözügedən hüquq pozuntularının aradan qaldırılması üçün DƏMX tərəfindən müəyyən tədbirlər görülür, dövlət nəzarəti aparılmış müəssisə, idarə və təşkilatlara müvafiq formada göstərişlər verilir. İşlərindən qeyriqanuni azad edilmiş şəxslər öz işlərinə bərpa etdirilir, işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılması təmin edilir. Məsələn, təkcə bu ilin 3 ayı ərzində əmək müqaviləsi bağlamadan işə cəlb olunmuş 3538 nəfərlə əmək müqaviləsinin bağlanılması təmin olunub. Amma sadaladıqlarımız əmək bazarındakı münasibətlərin tənzimlənməsi, xüsusilə də əmək müqavilələrinin bağlanılması və qeyrileqal məşğulluğun ləğvi üçün kifayət etmir. Çünki işçilərin, yaxud işləməyə hazırlaşanların böyük əksəriyyəti əmək müqavilələrinin mahiyyəti, əmək hüquqları barədə ətraflı məlumata malik deyillər. Onlar hətta öz hüquqlarını qorumağı belə bacarmırlar. Ona görə də bu istiqamətdə geniş təbliğat–təşviqat işləri, məlumatlandırma və maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Bu işdə Kütləvi İnformasiya Vasitələrində hüquqi maarifləndirilmənin aparılması, telekanallarda müxtəlif reklam çarxlarının hazırlanması, qeyrileqal məşğulluğun fəsadları, əmək müqavilələri bağlamadan çalışan işçiləri hansı təhlükələrin gözləməsi və sair məsələlərlə bağlı ətraflı, hüquqi cəhətdən əsaslandırılmış tövsiyə xarakterli məlumatları özündə əks etdirən kitabçaların, broşürlərin hazırlanaraq çap edilməsi və onların əhali arasında paylanılması və digər tədbirlər həyata keçirilməlidir.

Ümidvarıq ki, sadaladığmız tədbirlərin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində işçilər əmək müqaviləsi əsasında çalışacaqlar, maaşlar leqal şəkildə veriləcək, müəssisələrin DSMF–yə ödəmələrdən və vergilərdən yayınmalarının qarşısı alınacaq.

 

 

Müşfiq CƏFƏROV

 

Respublika.-2013.-22 may.-S.6.