Uğurları artırmaq əzmindəyik

 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin tabeliyində 22 tam orta ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Orta ümumtəhsil məktəblərində 12307 nəfər şagird təhsil alır və məktəbdənkənar tərbiyə müəssisələrində 1490 nəfər uşaq idman və yaradıcılıq dərnəklərinə cəlb edilmişlər ki, bu uşaqların təlim–tərbiyəsi ilə 1574 nəfər müəllim, dərnək rəhbəri və məşqçi məşğul olur.

Təhsil işçilərinin əsas vəzifəsi gənclərə keyfiyyətli təhsil verməkdir. Keyfiyyətli təhsil üçün isə yeni məktəblər, tədrisin təşkili üçün müasir avadanlıqlar, yeni təlim texnologiyalarının olması vacibdir. Möhtərəm Prezidentimiz İlham Əliyev “Yeni məktəblər yüksək səviyyədə tikilməli və müasir avadanlıqla təchiz olunmalıdır”, “Uşaqlarımız çox yaxşı şəraitdə oxumalı, yaxşı bilik almalıdırlar” demişdir. Bu fikir Azərbaycanda dövlətin, şəxsən möhtərəm Prezidentimizin təhsilə münasibətini, diqqət və qayğısını tam dolğunluğu ilə ifadə edir. Bu gün ölkəmizdə tikilən yeni məktəb binaları əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunan təhsil müəssisələri, təhsil sektoruna ayrılan maliyyə vəsaitinin ilbəil artırılması bu qayğının ifadəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəblər” devizi altında genişmiqyaslı Proqram həyata keçirilməkdədir.

Həmsöhbətimiz Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Sahib Məmmədovdur. Söhbət zamanı Sahib müəllim əldə edilmiş uğurlardan və qarşıda duran vəzifələrdən söhbət açaraq vurğuladı ki, son illərdə Mingəçevir şəhərində də yeni məktəb binaları tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri və madditexniki bazasının yenilənməsi diqqəti cəlb edir. Regionların sosialiqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində 5 nömrəli tam orta məktəb üçün 320 yerlik, Heydər Əliyev Fondunun təşəbbüsü ilə texnikihumanitar lisey üçün 1200 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Uşaq–gənclər Şahmat Məktəbinin binası əsaslı təmir edilmiş və genişləndirilmişdir. 3, 6, 8,11, 18 nömrəli məktəblərin binaları əsaslı təmir edilmişdir.

Təhsildə görülən işlərə təlimin keyfiyyət göstəriciləri ilə qiymət verilir. Təlimin keyfiyyətinin yüksəldilməsi üçün 2012–ci il ərzində aşağıdakı cəhətlərə daha çox diqqət yetirilmişdir.

Fənn kurikulumlarının tətbiqi ilə bağlı monitorinq zamanı aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məktəblərdə təlimati seminarlar, dərsliklərdən və vəsaitlərdən istifadə ilə bağlı “Dəyirmi masalar, açıq dərslər təşkil edilmiş;

pedaqoji işçilərin elmipedaqojimetodik ustalığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə çoxsaylı treninqlər və qısamüddətli təlim kursları təşkil edilmiş;

müəllimlərin “İlin ən yaxşı müəllimi” müsabiqələrində iştirakına şərait yaratmaq, onların müsabiqələrdə iştirakına yardımçı olmaq üçün metodik köməklik artırılmışdır. 2012–ci ildə müsabiqədə 7 nəfər müəllimimiz iştirak etmişonlardan 2 nəfəri qaliblər sırasında olmuşdur. “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak etmək üçün 3, 7, 8, 10 nömrəli məktəblərin yaxşı göstəriciləri olmasına baxmayaraq, bu məktəblərin rəhbərləri hələlik müsabiqəyə hazır olmadıqlarını bildirmişlər. Bu məktəblərin, o cümlədən TR və HETL–in növbəti dərs illərində müsabiqədə iştirakı üçün hazırlıq işləri aparılmaqdadır.

2011–ci ildəki buraxılış imtahanlarının və TQDK–nın 2011–ci ildə aliorta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə dair elmistatistik təhlilə əsasən bütün məktəblərin pedaqoji kollektivlərində müzakirələr təşkil edilmiş, nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir.

Qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və tətbiqi sahəsinə də diqqət artırılmışdır. Ayrı–ayrı müəllimlərin və məktəblərin qabaqcıl təcrübəsinin yayılması barədə təhsilyanı şuranın qərarları olmuşdur. Müzakirə olunanya ilkin mərhələdə baxılmaq üçün verilən təcrübə nümunələri əsasən liseylərimizdəndir. Məqsədimiz bütün məktəblərin bu işə fəal qoşulmasını təmin etməkdir. Texnikihumanitar liseyin direktor müavinləri Arzu HüseynovaSevda İsmayılovanın hazırladığı 5–ci sinif üçün “‘Riyaziyyat” dərsliyi Təhsil Nazirliyi tərəfindən vəsait kimi təsdiq edilmişdir. Bu dərsliyin yazılması Mingəçevir müəllimləri arasında ilk təcrübədir. İnanırıq ki bu gələcəkdə daha yüksək səviyyədə davam etdiriləcəkdir.

Təhsil Nazirliyi tərəfindən verilən və əvvəldən məktəblərdə olan tədris–əyani vəsaitlərin qorunub saxlanılması, mövzular üzrə qruplaşdırılması, müvafiq kartotekanın yaradılması perspektivtematik planlaşmada nəzərə alınaraq hər bir mövzu üzrə istifadə üçün hazırlanması, xüsusilə elektron resurslardan səmərəli istifadə edilməsi günün ən vacib tələbidir.

Milli kurikulumun bütün pedaqoji işçilər tərəfindən dərindən öyrənilməsinə və işdə tətbiq edilmək üçün praktik vərdişlərin qazanılmasına şərait yaratmaq, mühüm əhəmiyyətli bir məsələ oduğu üçün bu sahədə aparılan işləri daimi nəzarətdə saxlamaq əsas fəaliyyət istiqamətlərimizdəndir.

Şagirdlərin fənn olimpiadaları, yarış və müsabiqələrdə, idman və yaradıcılıq dərnəklərində fəal iştirakına və daha çox kütləviliyə nail olmaq üçün tədbirlər görülmüşdür. İstedadlı uşaqların aşkar edilməsi və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün istedadlar bankı yaradılıb, onlar respublika seçim turunda şəhərimizi layiqincə təmsil edirlər.

Texniki Yaradıcılıq Mərkəzinin modelçiləri uşaq və yeniyetmələrin elmitexniki yaradıcılıq müsabiqəsinin respublika mərhələsində bir nominasiya üzrə I, üç nominasiya üzrə II yerə layiq görülmüşlər.

Ulu öndərin anadan olmasının 90–cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsində 7 nömrəli məktəbin şagirdi Əhmədova Aygün Azər qızı respublika turunda II yerə layiq görülüb.

–TR və HET liseyin XI sinif şagirdləri S.Məmmədova M.İbrahimovun yubileyinə həsr edilmiş Respublika inşa müsabiqəsində II yerə, F.Abdurəhimli isə M.Ə.Sabirin yubileyinə həsr edilmiş inşa müsabiqəsində I yerə layiq görülüblər.

–”Şahin” hərbi–idman oyunları yarışlarında TexnikiHumanitar Liseyin komandası zona mərhələsinin qalibi olaraq respublika finalında iştirak etmiş və 7–ci yeri tutmuşdur.

–Məktəblilərin dama, əl topu, voleybol üzrə Respublika birinciliyində və UGİM–nin basketbol üzrə açıq birinciliyində idmançılarımız hər bir halda II yerə layiq görülmüşlər. Avarçəkmə idman məktəbi yetirmələri 2012–ci ilin kayakkanoe üzrə “Prezident kuboku” yarışlarında yüksək səviyyədə çıxış etmişlər;

Fənn olimpiadalarının Respublika turunda 10 nəfər şagirdimiz iştirak etmiş, 1 nəfər şagirdimiz 3–, 6 nəfər şagirdimiz isə 4– yerə layiq görülmüşlər.

Müəllimlərlə aparılan elmi metodiki işlərin səviyyəsi yüksəldilmiş, istedadlı gənc müəllimlər birliyi yaradılmışdır. Bu birliyin üzvləri ŞTŞ metodkabinetinin təhsillə bağlı bütün tədbirlərində fəal iştirak edirlər. Hazırda müəllimlərin müxtəlif məqsədli kursları keçirilməkdədir. 2012–ci il ərzində cəmi 414 nəfər müəllim və rəhbər işçi müxtəlif kurs və treninqlərə cəlb edilmişdir. V siniflərə dərs aparacaq müəllimlərə bütün fənlər üzrə yay dövründə kurikulum kursları təşkil edilmişdir. 2012–ci ilin dekabr ayında isə ŞTŞ–nin rəhbər işçiləri və məktəb direktorları kurikulum kurslarından keçmişlər.

Qarşıda təhsil işçilərimizi daha böyük sınaqlar gözləyir. Mingəçevir şəhərinin təhsil işçiləri yeniyeni uğurlara imza atmaq, pedaqoji kollektivlərə göstərilən dövlət qayğısına əməli işləri ilə cavab vermək üçün bütün qüvvələrini bundan sonra da səfərbər edəcəklər.

 

 

Söhbəti yazdı: İlham Pənahov,

 

Respublika.-2013.-22 may.-S.7.