Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi

 

1918–ci il mayın 28–də milli dövlətçilik tariximizin şanlı bir səhifəsi yazılmışdır. Bu tarix—Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və İstiqlal Bəyannaməsi ilə öz müstəqilliyini bütün dünyaya bəyan etdiyi gün xalqımızın qəlbində böyük ehtiram, qürur hissi ilə daim xatırlanır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ərzində fəaliyyət göstərsə də, həmin dövrdə dövlət hakimiyyəti strukturlarını yaratmağa nail olmuş, müstəqil daxilixarici siyasət yeritmiş, müstəqil dövlətə xas olan bütün təsisatlar—parlament, hökumət, maliyyə sistemimilli ordu formalaşmışdır. Həmin dövrdən etibarən Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması üçün böyük işlər görülmüşdür. Milli dövlətçiliyimizin ilk yaradıcılarından olan görkəmli dövlət xadimlərinin—Məmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Səməd bəy Mehmandarovun, Fətəli xan Xoyskinin və digər görkəmli mütəfəkkir insanların tarixi xidmətlərini xalqımız heç zaman unutmayacaq.

Müsəlman Şərqində ilk parlament tipli demokratik respublika kimi tanınan və dünya birliyi tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. 1918–ci il may ayının 28–də Milli Şura İstiqlal Bəyannaməsini qəbul etdi. Bu tarixi bəyannamədə Azərbaycanın tamhüquqlu müstəqil dövlət, ali hakimiyyətin xalqa məxsus olduğu, etnikdini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər huquqların verilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması və digər vacib məqamlar öz əksini tapmışdır. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərlərini özündə birləşdirən yeni bir dövlət nümunəsi olmuşdur. 1918–ci ilin 28 may günü hər il Azərbaycanda Respublika Günü kimi təntənəli surətdə qeyd olunur.

Ulu öndərimiz Heydər Əliyev Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get–gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917–ci ildə baş vermiş Oktyabr inqilabı, rusçar imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı. …Az müddətdə, 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqillik, azad yaşamaq və müstəqil dövlət kimi həyat sürmək fikirləri artıq geniş yayıldı”.

XX əsrin sonlarında xalqımız yeni bir tarixi şəraitdə öz dövlət müstəqilliyini və istiqlaliyyətini yenidən bərpa etməyə nail oldu. Ancaq bu dəfə də əldə etdiyimiz müstəqilliyimiz böyük təhlükə qarşısında idi. O vaxt Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, bir–birilə kürsü davası, iqtisadisiyasi böhran, anarxiya, hakimiyyətsizlik ölkəmizi özbaşınalıq məngənəsinə sürükləmişdi, Azərbaycanın bir dövlət kimi varlığı böyük sual altına düşmüşdü. Xalq Cümhuriyyəti dövründə olduğu kimi, bu dəfə də bəzi qüvvələr Azərbaycanın müstəqilliyini istəmir, ölkəmizi parçalamağa çalışırdılar. Respublikamızın belə bir ağır, çıxılmaz vəziyyətə düşdüyü bir zamanda xalqımızın dahi oğlu, böyük dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdışı bu məkrli niyyətlərin qarşısını aldı. Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz şəxsi həyatını böyük təhlükə altına qoyaraq millətini bu ağır bəladan xilas etdi, respublikada baş alıb gedən hərc–mərcliyin, xaosun, dövlət çevrilişi cəhdlərinin qarşısını almaq üçün böyük fədakarlıqlar göstərdi. Qısa zaman kəsiyində qeyriqanuni fəaliyyət göstərən silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ölkədə sabitlik bərqərar oldu.

Xalqımıza dahi siyasətçi, böyük öndərimiz rəhbərlik edirdi. Heydər Əliyev əldə etdiyimiz müstəqilliyimizi qoruduonu dönməz, əbədi etdi. Heydər Əliyev müstəqilliyimizin əbədi olacağına inanır və əminliklə deyirdi: “O vaxt Azərbaycanda bəziləri Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edirdi, yaxud inanmırdı. Bəziləri heç bunu istəmirdi. Bəziləri buna mane olurdu. Amma Azərbaycan xalqının çox əsrlər ərzində qəlbində yaşatdığı istək və arzu bütün bunların hamısına qalib gəldi, Azərbaycan dövlət müstəqilliyini əldə etdi və müstəqillik yolu ilə uğurla irəliləyir”.

Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, müstəqilliyimizin daha da möhkəmlənməsi, ölkəmizin sürətli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli neft strategiyasının reallaşması ölkəmizin iqtisadiyyatının dirçəlişinə səbəb oldu. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan, Bakı– Tbilisi–Ərzurum ixrac boru kəmərlərinin həyata vəsiqə alması ölkəmizdə yeni neftqaz erasının əsasını, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu.

Ölkəmizdə demokratik dövlət quruculuğunun fundamental əsasları da ulu öndər tərəfindən qoyulmuşonun rəhbərliyi altında ölkəmizin demokratik dəyərlərə əsaslanan hüquqi sisteminin formalaşmasına başlanmışdır. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin rəhbərliyi altında 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiya qəbul olundu. Məhz həmin ildə müstəqil Azərbaycanın yeni tarixində ilk dəfə çoxpartiyalı sistem əsasında şəffaf və demokratik parlament seçkiləri keçirildi.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik hüquqi, dünyəvi dövlət quruculuğu prosesi bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətinə çevrilmiş, beynəlxalq aləmdə nüfuzumövqeyi artmışdır. Təsadüfi deyil ki, Azərbaycan BMT–nin Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müasir Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz qüdrətini və gücünü artırır. Təməli Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş müstəqilliyimiz möhkəmlənib və xalqımız öz sərvətinin tam sahibinə çevrilib. Cümhuriyyət tarixi, onu yaradan insanların xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır. Ulu öndərimizin qeyd etdiyi kimi: Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik… İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, AXC dövründə itirdiyimiz müstəqilliyi birheç zaman əldən verməyəcəyik, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”.

 

Yaşar Seyidov,

“Azərpoçt” MMC 4 saylı

 poçt filialının rəisi.

 

Respublika.-2013.-26 may.-S.4.